Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə30/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   26   27   28   29   30   31   32   33   ...   156

 

90 


şəxsləri  çağırışçıların  siyahısını  tərtb  edərkən  buraya  çox  kiçik 

yaşlıları, ya da artıq yaşı  keçmişləri salırdılar ki, bu da hərbi ida-

rələr tərəfindən yeni əsgərlərin çağırışı zamanı müəyyən edilmişdir. 

Üçüncüsü, çağırışçıların siyahılarının düzgün tərtib edilməsi-

nə  nəzarət  etməyə  borclu  şəhər  və  qəza  polis  məmurları  bu  vəzifə 

borclarına  başdansovdu  yanaşmış  və  bu  cəhətdən  cinayət  işlətmiş-

lər.Fərarilik, Quberniya İdarəsi tərəfindən bir neçə dəfə  xatırladıl-

masına  baxmayaraq,  polis  məmurları  tərəfindən  təqib  edilmir.  Bu-

nun  nəticəsində  fərarilər  açıqca  küçədə  görünür,  evlərində  sakitcə 

yaşayırlar.Onların  sırasına  Yelizavetpol  (Gəncə)  quberniyasından 

xidmətə  çağırılmış,  türk  hökumət  orqanları  tərəfindən  hərbi  hissə-

lərdən buraxılanları da daxil etmək lazımdır. Onlar könüllü olaraq 

hərbi rəislərin qəbuluna gəlmək istəmirlər.Nəhayət, məndə olan mə-

lumatlara  görə,  polis  keşikçi  dəstələrində  və  qorodovoyluqda  xid-

mətdə  çoxlu  çağırış  yaşlı  gənclər  var  ki,  bunlar  isə  buraya  yalnız 

üzərlərinə  düşən  hərbi  mükəlləfiyyətləri  yerinə  yetirməkdən  boyun 

qaçırmaq  məqsədilə  daxil  olmuşlar.  Bundan  başqa,  polis 

xidmətində hətta fərarilər də vardır. 

Bütün  bu  təəssüf  ediləcək  hallar  çağırışçılara  ziyanlı  təsir 

göstərir,  onlar  hərbi  rəislərin,  kəndin  vəzifəli  şəxslərinin  və  polis 

məmurlarının  qanunsuz  hərəkətlərindən  qəzəblənir  və  fərariliyin 

təqib  olunmadığını  gördüklərindən  xidmətdən  qaçırlar.  Hissələrdə 

məişətin  yaxşılaşdırılması  üçün  görülən  tədbirlər  fərarilik 

axınınının qarşısını ala bilmir. 

Yuxarıda qeyd etdiklərimi bildirməklə, Zati-aliləri, Sizdən xid-

mətə  yeni  əsgərlərin  çağırışı  zamanı  buraxılan  bütün  nöqsanların 

aradan  qaldırılması  üçün,  fərarilərin  tutulub  saxlanılmasında  polis 

məmurlarının  qəti  tədbirlər  görülməsini  onların  üzərinə  qoyan,  bu 

xidməti  borcundan  boyun  qaçıranları  məhkəməyə  vermək  kimi  təsir 

vasitələrindən istifadə etməyə imkan verən təcili sərəncam vermənizi 

xahiş  edirəm.  Əvvəllər  tərtib  olunmuş  siyahıların,  onlarda  səhvlər 

aşkar edildiyinə görə, yenidən tərtib olunması vacibdir və yeni - yox-

lama çağırış zamanı qeyri-bərabər qəbula, siniflər və əhalinin maddi 

cəhətdən vəziyyəti arasında fərq  qoyulmasına  yol vermək olmaz. 

Yaranmış vəziyyətin aradan qaldırılması üçün əgər təcili təd-

birlər  görülməzsə,  hərbi  hissələrin  komplektləşdirilməsini  qeyri-


 

91 


müəyyən  vaxtadək  ləngidə  bilər  ki,  bu  da  tezliklə  öz  ordusunun 

yaranması ehtiyacında olan, təşviqat xarakterli çıxışlarla daxili sa-

bitliyin qərəzli şəxslər tərəfindən pozulduğu, quldur dəstələrinin ya-

randığı bir ölkəyə böyük bədbəxtliklər gətirə bilər. 

Sizdən  sonrakı  sərəncamınız  haqda  məni  xəbərdar  etmənizi 

xahiş edirəm. 

Tam artilleriya generalı 



Səməd bəy Mehmandarov. 

Haşiyə:  Müraciəti  özünün  1997-ci  ildə  nəĢr  etdirdiyi  “Tam 

artilleriya generalı Səməd bəy Mehmandarov” adlı kitabına daxil 

etmiĢ hörmətli qələm dostumuz, hərb tariximizin yorulmaz tədqi-

qatçısı,  istefada  olan  polkovnik-leytenant  ġəmistan  Nəzirli  ya-

zırki, bu məktub daxili iĢlər naziri  Məhəmməd Həsən Haçınski-

yə göndərilmiĢdir (bax: səh.77). Lakin sayğılı həmkarımız görü-

nür, bir qədər dəqiqzsizliyə yol vermiĢdir.Belə ki,məktubun gön-

dərildiyi  vaxt  (noyabr  1918-ci  il)  Azərbaycan  Respublikasının 

daxili  iĢlər  naziri  M.H.Hacınski  deyildi,  o,  ölkənin  xarici  iĢlər 

naziri  idi.M.H.  Hacınski  Azərbaycan  Cümhuriyyətinin  daxili 

iĢlər  naziri  vəzifəsində  1919-cu  il  dekabrın  24-dən  1920-ci  il 

fevralın  15-dək  iĢləmiĢdir.Məktubun  göndərildiyi  vaxt  artıq  yu-

xarıda  göstərdiyimiz  kimi  Azərbaycan  Respublikasının  daxili 

iĢlər  naziri  vəzifəsini,  vitse-ministr,  general–mayor  Məhəmməd 

Sadıq bəy Ağabəyzadə daĢıyırdı və məktub da məhz ona ünvan-

lanmıĢdı... 

1919-cu ilin iyununda general  M.S.Ağabəyzadə ilə hərbi na-

zir S. Mehmandarov arasında “ixtilaf” yaranmıĢdı Bu, S. Mehman-

darovun  Azərbaycan  Cümhuriyyətii  Dövlət  Müdafiə  Komitəsinin 

(DMK)  sədri  və  Azərbaycan  hökumətinin  baĢçısı  N.Yusifbəyliyə 

yazdığı məktubla əlaqədar idi. Məktubda deyilirdi: ”Hərbi Əks-KəĢ-

fiyyat  Ġdarəsinin  vəzifəsi  ölkənin  daxilində  hərbi  cəsuslara  qarĢı 

mübarizə  aparmaqdan  ibarətdir.  BolĢevizmlə  mübarizə  ümumxalq 

iĢidir. Təkcə hərbi hissələrlə bu vəzifənin öhdəsindən gəlmək müm-

kün  deyildir.Rus  ordusunun  dairə  qərargahlarının  əks-kəĢfiyyat-

larının təcrübəsi göstərir ki, hətta böyük miqdarda pul vəsaiti ayrılsa 

belə,  hərbi  müəsisələrdə  axtarıĢ  iĢini  apara  bilən  xüsusi  təcrübəli 

icraçılar və iĢçilər olmadan bu incə və mürəkkəb iĢi qaydaya salmaq 




 

92 


mümkün  deyildir.Buna  görə  də,  bolĢevizmlə  mübarizə  aparmaq 

üçün Bakı AxtarıĢ Polisini buna cəlb etməyi məqsədəmüvafiq hesab 

edirəm”. 

S. Mehmandarov bu iĢdə birgə fəaliyyət göstərə biləcək təhlü-

kəsizlik  orqanlarının  sxemini  də  təqdim  etmiĢdi.  Həmin  sxem  belə 

idi: 


-  Azərbaycan  Respublikası  DMK.  Onun  Əks-KəĢfiyyat  Ġda-

rəsi. DMK-ya tabe olan  DĠN-in  Əks-KəĢfiyyat orqanı  (ġöbəsi); 

- DMK-nın KəĢfiyyat Ġdarəsi.Ona tabe olan strukturlar - Hərbi 

Nazirlik, Səfirlik; 

-  Xarici  ĠĢlər  Nazirliyi.  Onun  strukturları  –  Hərbi  AttaĢe, 

Sərhəd Xidməti,  Sərhədyanı  ərazilər. 

Bu  sxem  üstündə  M.S.Ağabəyzadə  ilə  S.  Mehmandarov  ara-

sında fikir ayrılığı yaranmıĢdı. Belə ki, Məhəmməd Sadıq bəy gizli 

(siyasi) polisin yaradılmasını zəruri hesab etmirdi  (QEYD: orta əsr-

lərdə, Ərəb Xilafəti dövründə (750-1258) “Ģurta” adlanan gizli siya-

si  polis  var  idi.  Onun  rəisi  “Sahib-əs-ġurta  adlanırdı.  Bu,  Məhəm-

məd  Sadıq  bəyə  məlum  idi).  DMK-nın  sədri  və  hökumət  baĢçısı 

N.Yusifbəyli  həmin  məsələyə  münasibətdə  S.Mehmandarovu 

müdafiə etmiĢdi. O, gəncəli Nağı bəy ġeyxzamanlıya (1883, Gəncə-  

1967,  Ġstanbul) müraciət edib  bildirmiĢdi: ”... Biz  əksinqilabla mü-

barizə  üçün  təĢkilat  yaratdıq.  Səni  bu  təĢkilatın  rəisi  təyin  etmək 

istəyirəm”. Nağı bəy cavabında bildirmiĢdi: o razıdır, ancaq bir Ģərt-

lə  ki,  heç  kəs  mənim  iĢimə  müdaxilə  etməyəcək.  Nəsib  bəy  də  öz 

növbəsində  demiĢdi  ki,  bu  təĢkilat  Daxili  ĠĢlər  Nazirliyinə  deyil, 

BaĢ nazirə tabe olacaq ”. 

Azərbaycan 

Respublikasının  Milli  Dövlət  Arxivində          

M.S.  Ağabəyzadənin  imzaladığı  polisin  təĢkili  və  fəaliyyətinə  dair 

10-dan  artıq  sənəd:  əmrlər  və  raportlar  vardır.  Həmin  sənədlərdən 

bəlli olur ki, general-mayor M.S. Ağabəyzadə həqiqətən daxili iĢlər 

nazirinə  bərabər  vəzifəni  icra  etmiĢdir  (mənbələrdə  və  rəsmi 

sənədlərdə  onun  barəsində  “müavin”  sözü  iĢlədilmir),  ona  “cənab 

daxili  iĢlər  naziri”,  -  deyə  müraciət  olunmuĢdur...  Azərbaycan 

Respublikasının “Dövlət qərarları”  (reyestr)  jurnalından: 

”- EĢidildi: - Daxili  iĢlər  nazirinin təqaüdə çıxması barədə. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə