Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə32/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   28   29   30   31   32   33   34   35   ...   156

 

96 


...Sadıq, oğlum, çaya getmə ha, batarsan... Yox, anacan, mən 

burada  nar  bağında  olacam.  Gör,  bir  nar  ağacları  nə  gözəl  çiçəklə-

yib...Payız    xəzəlinin  xıĢıltısı  onu  fikirlərindən  ayırır.  Xəzan  ətrafı 

təbiətin  bütün  rənglərinə  boyamıĢdı.  Havada  insanın  içinə  yayılan 

gözəl bir təmizlik var idi...Bəli, Paris onun bənzərsiz  Bulon meĢəsi 

ilə çox gözəldir, fəqət, qulaqlarıma  nə üçünsə  hər an öz çinarları-

mızın  pıçıltısı  gəlir...Bətən...Adını  çəkməyə  qorxduğum  Vətən..., 

baĢı  bəlalı  Vətən...Görəsən,  Ankarada  vəziyyət    necədir?  Qəzetlər 

yazır  ki,yunanlar  Ankaraya  yaxınlaĢır...  Bakıda  da  aclıqdır...ĠĢə 

düzələ bilsəydim. Belə getsə, vəziyyətim  çox  pis olacaq... 

...Yenə həmin bağça, həmin skamya. Havalarda çox soyuqdur. 

UĢaqlarda həmiĢəki kimi bağçada oynayırlar. Onlar necə də Ģən və 

qayğısızdırlar. Bu qızcığazın saçları necə də AiĢə xanımın saçlarına 

bənzəyir...Nə  yazıq  ki,bizim  övladımız  olmadı...Onun  da  belə 

saçları  ola  bilərdi...Görəsən,  qardaĢlarım  nə  edir?  Onlar  üçün  lap 

burnumun  ucu  göynəyir.  Sən  dem,  insan  darıxanda  burnunun  ucu 

həqiqətən    göynəyir...  Onları,  heç  olmasa,  ölüm ayağında  görə  bil-

səydim... Pulum da qurtarmaq üzrədir. ĠĢə düzəlməsəm, gərək, yaĢa-

yıĢı ucuz olan baĢqa Ģəhərə köçüm... Ah,nələr olur bu həyatda... Al-

lah  insanlara  sözünə  görə  deyil,  əməllərinə  görə  qiymət  verir.  Nə 

zamansa hər Ģey düzəlməlidir... Onda hamımız - Əli bəy, qardaĢları-

mız,  uĢaqlarımız  köhnə  vaxtlardakı  kimi  Göyçaya  gedərik...Görə-

sən, çinarlarımız indi nə boydadır?...Cəfər bəy də öldü. Heyif, onun 

kimi  təvazökar  və  yaxĢı  adamdan.  Əgər  insan  ölüm  haqqında  hər 

zaman  düĢünsə  idi,  həyat  daha  gözəl  olardı,  bu  qədər  məkr,  bu 

qədər cinayət olmazdı... 

...Artıq  qıĢdır.  ĠĢə  düzəlmək  haqqında  bütün  ümidlərim  boĢa 

çıxdı.  Bəlkə,  Almaniyaya  gedim?...  Orada  yaĢamaq    nisbətən  ucuz-

dur. Maddi imkanım tamamilə əriyir. Axır ki, nə isə etməliyəm. Gö-

rəsən,  Vətənə  nə  vaxt  qayıda  bilərəm?...Ġnsan  taleyinin  qəribəliyinə 

bax... Vətənə ən yüksək amalla xidmət arzusu ilə yaĢayan anda, onu 

tərk etmək məcburiyyəti qarĢısında qalasan...Görəsən, bu vəziyyət nə 

qədər  davam  edəcək...  Bu  gecə  yuxuda  yenə  uĢaqlıq  çağlarımı  gör-

düm...  Ürəyim  yaman  ağrıyır...Vətən,  həsrətin  necə  də  içimi  göy-

nədir. 



 

97 


Qürbət  elə  getdim,  geri  dönülməz.Kimlər  ölüb,  kimlər  qalıb, 

bilinməz. Ölsəm, qürbət eldə, gözüm yumulmaz. Atam, anam, ağla-

yanım yox mənim... 

...1922-ci  ilin  yazında  Sadıq  bəy  vaxtıiə  ġərq  Dilləri  Ġnstitu-

tunda  təhsil  aldığı  zaman  həmkarı  olmuĢ  baron  Novenin  Nitsanın 

(Fransa)  yaxınlığında  yaĢadığını  öyrənib  ona  məktub  yazdı  və  bir 

iĢə düzülməsinə köməklik göstərməsini xahiĢ etdi. Baron Noven rus 

ordusunun  polkovniki  olmuĢdu...Fransız,  ingilis,  alman  və  fars 

dillərini  mükəmməl  bilirdi.1900-cü  ildə  o,  Bakıda  qubernatorun 

yanında xidmət etmiĢ və burada olduğu müddətdə Ġslama dərindən 

inanaraq, müsəlmanlığı qəbul etmiĢdi. Rusiya qanunları ilə o zaman 

dinini  dəyiĢən  adamlar  cəzaya  məruz  qalırdı.Buna  baxmayaraq, 

baron Noven bu iĢi tutmuĢdu. Onun dinini dəyiĢməsi haqqında rəh-

bərliyə  xəbər  çatsada,  bu  hadisənin  ağlasığmaz  olduğu  üçün  ona 

əhəmiyyət  verməmiĢdir.  Baron  Noven  özünə  “Mənsur  Nikolay-

Muktusu  oğlu”  adını  götürmüĢ  və  Ģəriət  qanunlarına  ciddi  riayət 

edərək müsəlman kəsməyən əti yeməzdi.O, müsəlmanları, xüsusilə, 

türkləri  çox  sevir,  özünü  onların  təbəəsi  hesab  edirdi.  Sadıq  bəy 

baron  Novenin  onu  lütfükarlıqla  Nitsaya  dəvətindən  ürəklənərək 

1922-ci  ilin  baharında  oraya  yola  düĢmüĢdü.  Bir  müddət  baron 

Novenin  yanında  qalan  Sadıx  bəy,  ev  sahibinin  qonaqpərvərliyinə 

baxmayaraq, baĢqa  evə  köçmüĢdü... 

...Yenə  Ramazan  bayramı  gəldi.  Keçən  il  bu  vaxt  mən  Ġstan-

bulda  Əli bəyin ailəsilə birlikdə idim. Ondan bir il öncə isə...Ah, bu 

tənhalıq  məni  necə  də  üzür...Görəsən,  Bakıda  bu  il  Ramazan  bay-

ramını necə keçirirlər?  Nə yaxĢı ki, Nitsaya gəldim. Almaniyada da 

bahaçlıqdır, yaĢamaq dözülməz olub. Burada isə puluma xeyli qəna-

ət edə bilərəm, hələ bəlkə də iĢ tapa bilərəm. Görəsən, qardaĢlarım-

dan  Ġstanbula  gələn  olacaqmı?  Görəsən,  bu  mümkündürmü?  Gö-

rəsən,  Bakı ilə məktublaĢa bilərəmmi?...Bu  təhlükəli  olmazmı? 

...10 sentyabr 1922-ci il. Bu gün nə gözəl gündür. Türk ordusu-

nun misilsiz hərbi  möcüzəsi - azğın düĢməni doğma torpaqlardan qo-

vub çıxarması məni nə qədər sevindirir. Bu sevincimi bölüĢmək üçün 

bir adam da tapa bilmirəm. KaĢ ki, doğma xalqımın bu misilsiz qələ-

bəsi günü Ġstanbulda olardım və var səsimlə : “ YaĢasın ,Türkün əs-

gəri!”, - deyərək bağırardım. Allaha çox Ģükür!  Dörd ilin nigarançılı-




 

98 


ğına, həyəcanına axır ki, son qoyuldu. Türkiyənin adı və Ģərəfi nəinki 

müsəlman aləminə, bütün dünyaya yayıldı. Nə gözəl bir qələbə! 

...  Bu  gün  Lozanna  (Ġsveçrə)  konfransı  açılır.  Allahım,  Sən 

türklərin  tam  qələbəyə  nail  olmasına  kömək  ol!...Əli  bəyin  Ģerləri 

böyük hadisılərdən xəbər verərək məni ruhlandırır. Nə yaxĢı ki, mə-

nim  tənha,  iĢsiz,  üzücü  həyatımda    Əli  bəyin  məktubları  var...Ġstan-

bul...Dünyanın  gözü  Ġstanbul...  KaĢ  ki,  mən  də  indi  Əli  bəy  kimi 

sənin  dar küçələrini dolaĢardım... O il  Əli bəyin evində mənim üçün 

ayrılmıĢ aĢağıdakı otaqda hər gün axĢam yeməyindən sonra böyüklü-

kiçikli manqalın ətrafında toplaĢıb isti kofe içərdik, böyük söhbətlər 

edərdik. Əhdiyə xanım, Səadət xanım, Məmməd Səlim, Səidə, Əndə-

lib xanım, Feyzavər xanım...Nə gözəl günlər idi o günlər...Əli bəy ya-

zır  ki,  uĢaqlar    məni  tez-tez  xatırlayırlar.  Görəsən,  onlar  yenə  də 

düĢünürlər  ki,  mən  onların  “atasıyam”...  Mən  də  sizi  xatırlayıram, 

əzizlərim...  O  zaman  kim  bilərdiki,  mən  qürbətdə  bu  qədər  acılı-

ağrılı, tənha günlər keçirəcəm. Torpağına qurban olum, Vətən!...Hər 

Ģeyin  bir  ölçüsü  var,  amma,  görünür,Vətən  həsrətinin  ölçüsü  yox 

imiĢ. Yenə də anamın ilıq nəfəsini hiss etdim...Deyəsən, yavaĢ-yavaĢ 

ağlımı  itirirəm...  ĠĢsizlik  məni    lap  üzür.  Günbəgün    maddi  imkan-

larım  tükənir... Bəlkə, Əli  bəy  mənə  Ġstanbulda  bir  iĢ tapar... 

...Bu  gün  mənim  doğum  günümün  58-ci  ilidir.  Nitsada  artıq 

qar  ərimək  üzrədir.  Budaqların    baĢında  əmələ  gələn  yaĢıl  tumur-

cuqlar, havadakı oyanan torpağın ətri mənə Azərbaycanı xatırladır... 

Görəsən, gözlərimi yumsam, özümü ani də olsa orada hiss edə bilə-

rəmmi? Yox... Hanı təndirin iyi? Bu vaxtlar  anam Novruza hazırlıq 

görərdi. ġəkərbura, paxlava üçün qoz-fındıq təmizlənər, hər Ģey sah-

mana  salınardı.  Biz  də  əl-ayağa  dolaĢardıq...  Qablarda  səməninin 

zərif  cücərtiləri  baĢ  qaldırar,  tonqallar  qalanardı.  OlmuĢmuydu  bu 

günlər?... Bu ixtiyar çağımda tənhalıq, iĢsizlik, ehtiyac nə qədər ağır 

gəlir...Görəsən,  Əli  bəyin  məktubu  niyə  gecikir?...  Əgər  aksiyala-

rımdan bir Ģey alınmasa!... Bu barədə tələsmək lazımdır, bir həftə-

dən,  bir  aydan  sonraya  qoymaq  olmaz...  Bu    iĢ  alınmazsa,  mənim 

həyatım  daha  dəhĢətli  olacaq... 

...  Bu  gün  Əli  bəyə  12  bənd  sualdan  ibarət  məktub  yazdım. 

Onların  yarısına  cavab  vermiĢ  olursa,  Azərbaycandakı  vəziyyətdən 

məlumatım olacaq. Ġçimdəki  həyəcanla  bacara bilmirəm. Bir yandan 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə