Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə40/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   36   37   38   39   40   41   42   43   ...   156

 

120 


ibarət  yeni  Ģtatları  8  nəfər  əleyhinə  və  44  nəfər  lehinə  olmaqla  

qəbul  edilmiĢdi. 

N.Yusifbəylinin  baĢçılığı  altında  təĢkil  olunub  fəaliyyət  gös-

tərmiĢ  4-cü  hökumət  kabineti  dövründə  X.Xasməmmədov  yenə 

qısamüddətdə daxili iĢlər, Nəsib bəyin rəhbərlik etdiyi axırıncı, 5-ci 

hökumət  kabineti dövründə  (24 dekabr 1919-cu il–30 mart 1920-ci 

il) isə “Müsavat”ı təmsil etməklə ədliyyə naziri vəzifələrində fəaliy-

yət göstərmiĢdi. Ədliyyə naziri vəzifəsində iĢlərkən də X. Xasməm-

mədov Azərbaycanda ədliyyə iĢinin təĢkilatçısı idi. 

...Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması  və  milli 

müstəqil  Cümhuriyyətimizin  süqutu  xəbərini  Xəlil  bəy  Ġstanbulda 

eĢitmiĢdi.  Çünki  o,  1920-ci  il  aprelin  əvvəlində  Türkiyəyə  səfir 

təyin  olunmuĢdu.  Buna  baxmayaraq,  bir  çox  silahdaĢlarının  -          

F.  Xoyskinin,  H.Ağayevin,  M.Vəkilovun,  ġ.  Rüstəmbəylinin  və 

baĢqalarının o zaman Tiflisə gələrək orada yaĢadıqlarını bilən Xəlil 

bəy də bu Ģəhərə gəlmiĢ, bir müddət orada yaĢamıĢdı. Lakin duyur-

du ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi ġöbəsinin 

rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurta-

ra  bilməyəcək.  Odur  ki,  1920-ci  il  iyunun  19-da  Tiflisdə  Azərbay-

can    hökumətinin  sabiq  baĢ  naziri  və  daxili  iĢlər  naziri  Fətəli  xan 

Xoyskinin  muzdlu  erməni  terrorçuları  tərəfindən  qətlə  yetirilmə-

sindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil 

bəy  erməni  terrorçusu  ilə  atıĢmada  özü  də  yaralanmıĢdı.  Xəlil  bəy 

boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmiĢdi...) daha 

Tiflisdə qalmayıb Türkiyəyə, Ġstanbula mühacirət etmiĢ və ömrünün 

sonunadək  orada  yaĢamıĢdı.  X.Xasməmmədovun  yaĢadığı  Ġstanbul 

Ģəhərində Azərbaycan Cümhuriyyətinin  keçmiĢ 8 naziri məskunlaĢ-

mıĢdı...  Siyasi  mühacir  həyatında  da  fəaliyyətini  dayandırmayan     

X. Xasməmmədov daim xalqını unutmurdu.O, sovet hakimiyyəti ilə 

barıĢmaz mövqeyində qalmıĢdı... 1942-ci ilin yazında Almaniyanın 

Xarici ĠĢlər Nazirliyi xətti ilə Berlinə görüĢə dəvət edilmiĢ tanınmıĢ 

Qafqaz  siyasi  mühacirləri  arasında  X.Xasməmmədov  da  vardı. 

1943-cü il noyabrın 6-da Almaniyanın Berlin Ģəhərində  “Kayserof”  

Ģəhərində keçirilən Milli Azərbaycan mühacirlərinin qurultayı keçi-

rilmiĢdi. Konqresdə o, Rəyasət Heyətinin fəxri üzvü seçilmiĢdi. Hə-

min  konqresdə  “Azərbaycan    Milli  Birlik  Məclisi”  yaradılmıĢdı. 




 

121 


”Milli  Birlik  Məclisi”  təĢkilatını  Amerika  Konqresi  maliyyələĢdi-

rirdi...  TəĢkilatın  Parisdə  “Azərbaycan”  adlı  və  “Milli  Birlik”  adlı 

jurnalları  çıxırdı.  1953-cü  ildə  isə  “Azadlıq”  radiosunun  Azərbay-

can  Ģöbəsi  də  yaradılmıĢdı . 

X.  Xasməmmədov  1947-ci  ildə  74  yaĢında  Ġstanbulda  vəfat 

etmiĢ və orada “Fəri köy” məzarlığında dəfn olunmuĢdu. Ġstanbulda 

azərbaycanlı    mühacirlərin    ən    çox    dəfn    olunduğu  məhz  “Fəri 

köy”  qəbristanlığıdır.  Bu  qəbristanlıqda  20  görkəmli  soydaĢımız 

dəfn  olunmuĢdur.  Hamısıda:  ”Vətən!  “Vətən”  ,-  deyə-deyə  dünya-

sını  dəyiĢmiĢlər.  Xəlil  bəy  Xasməmmədovun  məzarının  üstündə 

“Gurgörən”  soyadı  yazılıb.Mərhum  jurnalist  Xanlar  Bayramov  

(1948  -  2010)  hələ  1992-ci  ildə  Ġstanbulda  olarkən  orada  yaĢayan 

Nağı bəy ġeyxzamanovun (Keykur) oğlu (ġeyxzamnovların əcdadı 

dahi  Ģair  ġeyx  Nizami  sayılır...)  Yavuz  bəylə  və  Xəlil  bəyin  kiçik 

qardaĢı  Nağı  bəy  Xasməmədovun  oğlu  Toğrul  Cuvarlı  ilə  birlikdə  

“Fəri  köy”    qəbristanlığına  gedib  orada  uyuyan  görkəmli  mərhum 

istiqlal  xadimlərimizin  məzarlarını  ziyarət  etmiĢ  və  xatirə  Ģəklidə 

çəkdirmiĢdir.  Toğrul  bəy  söyləyib  ki,  əmisi  Xəlil  bəy  Ġstanbulda 

özünə  “Gurgörən”  təxəllüsünü  götürmüĢdü...Qəbristan  rəhbərliyi 

bildirmiĢdir  ki,  qeydiyyat    kitabı  üzrə  Xəlil  bəyin  məzarı  qəbirlər 

sırasında sayca 22-cidir...Özüdə qəbrinin üzərində vəfat tarixi heçdə 

tarixi  ədəbiyyatlarda  və  rəsmi  jurnallarda  göstərildiyi  kimi  

(məsələn,  bax:  Parlamant-90.  Xüsusi  buraxılıĢ.  Milli  Məclis.  Bakı, 

2008, səh.78 ) 1947-ci il deyil, 1945-ci il yazılmıĢdır. Deməli, Xəlil  

bəy  bəlkədə  1945-ci  ildə  fəvat  etmiĢ,  ancaq  onun  bu  tarixini  qeyri 

dəqiq olaraq 1947-ci il yazmıĢlar. Yaxud, əksinədir... 

Xəlil bəy Xasməmmədovun xatirəsinin əbədiləĢdirilməsi üçün 

addımlar atılmıĢdır. 1992-ci il iyunun 22-də Azərbaycan Respubli-

kasının  Prezidenti  Hüquq  Kadırlarının  TəkmilləĢdirilməsi  Ġnstitu-

tuna Xəlil bəy Xasməmmədovun adının verilməsi haqında sərəncam 

imzalamıĢdı... Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Xəlil 

bəy Xasməmədovun adını daĢıyan muzey təĢkil olunmuĢdur. Azər-

baycan Respublikasının  ikinci  Ģəhəri olan Gəncədə Xəlil  bəy Xas-

məmmədovun adına küçə vardır... 

 

 



 

122 


 

NƏSİB  BƏY YUSİFBƏYLİ 

(1881-1920)

 

 

Azərbaycanın  görkəmli  ictimai-



siyasi  və  dövlət  xadimi  N.Yusifbəyli 

Azərbaycan  Xalq  Cümhuriyyəti  döv-

ründə  (28  may  1918-ci  il  –  27  aprel 

1920-ci  il)  iki  hökumət  kabinetinin 

baĢçısı, dördüncü hökumət kabineti za-

manı  eyni    zamanda  Azərbaycan  Res-

publikasının  daxili  iĢlər  naziri  olmuĢ-

dur. 


Nəsib bəy Yusif bəy oğlu Yusif-

bəyli 1881-ci ildə Gəncədə məĢhur nə-

sillərdən  birində,  ziyalı  ailəsində  dün-

yaya  gəlmiĢdi.Atası  Yusif  bəy  (1852-

1922) HəĢim bəy oğlu  Ģəhərin maarif-

pərvər, həm də xeyirxah və köməyə ehtiyacı olanlara əl tutan Ģəxs-

lərindən idi. HəĢim bəy Gəncə xanı Cavad xanın vəziri Usub bəyin 

nəvəsi idi. Yusif bəyin anası Bəsirət xanım isə dahi bəstəkar Üzeyir 

bəy Hacıbəylinin atası Əbdülhüseynin bibisi idi. Yusif bəyin Gəncə 

Ģəhərinin kənarında kərpic zavodu vardı. O, Gəncəyə içməli bulaq 

suyu - 3 kəhriz çəkdirmiĢdi. Həmin kəhrizlər 1960-cı ilin əvvəlləri-

nədək qalırdı... 

Yusif  bəyin  Hacıkənddəki  “LemĢə  bulağı”  deyilən  yerdəki 

ikimərtəbəli  evinə  Gəncə  Ģəhərinin  və  bütün  Gəncəbasarın  sayılıb-

seçilən Ģəxsləri yığıĢar, istiqlal, müstəqillik, muxtariyyat haqda söh-

bətlər  edərdilər...Yelizavetpol  quberniyasının  qubernatoru  bundan 

xəbər tutaraq ermənilərə tapĢırıq vermiĢdiki, həmin evi yandırsınlar 

və onlarda 1905-ci ilin yanvarında gecə bunu həyata keçirmiĢdilər... 

Nəsib  bəy  orta  təhsilini  Gəncə  klassik  gimnaziyasında  aldıq-

dan  sonra  1902-ci  ildə  Odessa  Ģəhərinə  gedib  orada    “Novoros-

siysk”  Universitetin  hüquq   fakültəsinə daxil  olmuĢdu. Elə Uni-

versitetdə  Birinci  rus  inqilabı  ərəfəsində,  1904-cü  ildə  gizli  siyasi 

fəaliyyətə  baĢlamıĢdı.  O,  Universitetdə    yaradılan    “Azərbaycan 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə