Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə26/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   22   23   24   25   26   27   28   29   ...   156

 

78 


Daxili ĠĢlər Nazirliyinin boĢ təqvim günlərində hökumətin qərarı ilə 

daxili  iĢlər  naziri  vəzifəsini  daĢımıĢdır  və  bir  tədqiqatçı  kimi  biz 

hesab  edirik  ki,  onu  məhz  daxili  iĢləri  naziri  hesab  etmək  olar. 

Çünki  S.  Ağabəyzadə  ilə  əlaqədar  olan  sənədlərdə,  habelə  höku-

mətin  reyestr  jurnalında  da  (dövlıt  qərarlarının  siyahsı  yazılmıĢ 

dəftər)  onunla  əlaqədar  çıxardığı  qərarda  (23  yanvar  1920-ci  il),  o 

cümlədən  Ģəxsi  iĢində  Sadıq  bəyə  heç  vaxt  nazir  müavini  kimi 

deyil, ancaq “cənab nazir!”, - deyə müraciət edilmiĢdir.... 

1918-ci il noyabrın 1-dən 1918-ci il dekabrın 26-dək, 1919-cu 

il  martın  14-dən  1919-cu  il  aprelin  16-dək  və  s.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  daxili  iĢlər  naziri  vəzifəsini  daĢımıĢ  vitse-nazir 

M.S. Ağabəyzadə çox intizamlı, tabeliyində olanlara qarĢı da olduq-

ca tələbkar idi. Bunu onun yazdığı raportlardan da sezmək olardı... 

Sadıq bəyin Gəncə quberniyasının polis zabitlərinin geyim forması 

ilə  təmin  edilməsi,  Göyçay  və  Cavad  qəzalarında,  Bakı  quberniya-

sında təftiĢ (yoxlamalar) aparılması barədə əmrlərinin məzmunu da 

bunu sübut edir. 

21 dekabr 1918-ci il. ”Daxili işlər naziri əvəzi general-mayor 



Ağabəyova.  

Nazirlər  Kabinetinin  yeni  tərkibinin  toplanması  ilə  əlaqədar 

Əlahəzrətlərinizdən xahiş edirəm ki, yeni daxili işlər naziri Xəlil bəy 

Xasməmmədov  gələnə  qədər  keçmiş  daxili  işlər  naziri  Bahbud  xan 

Cavanşirdən işləri təhvil götürəsiniz”. 

Nazirlər ġurasının sədri Fətəli xan Xoyski. 

1918-ci il noyabrın 17-dən 1919-cu il martın 30-dək olan dövr 

Azərbaycan  polisinin  tarixində  milli  polis  orqanlarımıza  və  əmək-

daĢlarına ikili rəhbərlik və idarəçilik mexanizminin tətbiqi ilə səciy-

yələnir.  Bu,  Bakıda  ingilis  general-qubernatorluğu  (sonralar,1919-

cu ilin aprelində ləğv olunmuĢdu) polisinin mövcudlugu ilə əlaqədar 

idi. Belə ki, Birinci Dünya müharibəsində (1914-1918-ci illər) qalib 

gələn Antanta ölkələri – Ġngiltərə, Fransa və ABġ  müttəfiq dövlət-

lər qismində Mudros saziĢinin (30 oktyabr 1918-ci il) 11-ci maddə-

sinə əsasən Bakıya V.Tomson baĢda olmaqla hərbi kontingent gön-

dərmiĢdilər. Bakıda polkovnik F.Kökkerelin baĢçılıq etdiyi müttəfiq 

dövlətlərin Polis Komissarlığı yaradılmıĢdı. Həmin dövrdə müttəfiq 

dövlətlərin Polis Komisarlığının stukturu aĢağıdakı kimi idi: 




 

79 


- General-qubernator, Bakı Ģəhərində müttəfiq dövlətlərin qo-

Ģunlarının  komandanı,  Bakı  Ģəhərində  müttəfiq  qoĢunların  Qərar-

gahı,  Bakı  Ģəhərində  müttəfiq  dövlətlərin  Polis Komissarlığı,  Polis 

Komissarlığının Xüsusi Dəftərxanası, Bakı Polismetsterliyi və Bala-

xanı-Sabunçu Polismeysterliyi. 

Müttəfiq dövlətlərin Bakıdakı Polis Komissarlığının mövcud-

luğu  dövründə  Azərbaycan  Respublikası  Daxili  ĠĢlər  Nazirliyinin 

strukturu belə idi: 

-Nazir, vitse-nazir (nazir), nazir müavini, Dəftərxana direkto-

ru,  vitse-direktor,  BaĢ  ġöbə  (BaĢ  ġöbə  5  Ģöbədən  ibarət  idi:  ĠnĢaat 

ġöbəsi, Hüquq ġöbəsi, Xüsusi Dəftərxana, Polis Ġnspeksiyası (Mü-

fəttiĢliyi) və Redaktor ġöbəsi). Qəza və Ģəhər polismeysterlikləri və 

polismeysterlər  general-qubernatorluqlara,  general-qubernatorluqlar 

(Bakı, Gəncə,  Qarabağ,  Qazax, Zaqatala,  Lənkəran, Naxçıvan,  Ab-

Ģeron) və onların baĢçıları birbaĢa Daxili ĠĢlər Nazirliyinin BaĢ ġö-

bəsinə  tabe  idilər  və  vaxtaĢırı  hesabat  verirdilər.  Müttəfiq  dövlət-

lərin Bakıdakı Polis Komissarlığı ləğv edildikdən sonra (1919-cu il 

martın 30-da) Bakıda polisin strukturu belə idi: 

- Azərbaycan Respublikası DĠN-ə birbaĢa tabe olan Bakı rayo-

nunun  MöhkəmləndirilmiĢ  general-qubernatoru  (15  fevral  1905-ci 

ildə yaradılmıĢdı), inzibati-polis aparatına baĢçılıq edən Bakı Ģəhəri-

nin  qubernatoru,  DĠN-ə  birbaĢa  tabe  olan  Bakı  ġəhər  Qradonaçal-

nikliyi (Rusiya Hökumət ġurasının 28 oktyabr və 2 noyabr 1906-cı 

il tarixli qərarları üzrə yaradılmıĢdı), ona tabe olan Bakı Polismeys-

terliyi (Rusiya Hökumət ġurasının 28 oktyabr və 2 noyabr 1906-cı il 

tarixli qərarı ilə  yaradılmıĢdı), Bakı Xəfiyyə Polisi ġöbəsi (1908-ci 

il iyulun 6-da  yaradılmıĢdı. Xəfiyyə polisi siyasi  xəfiyyə xidmətin-

dən və cinayəkarlıqla mübarizə xidmətindən ibarət idi). 1912-ci ildə 

Bakı  Jandarm  Ġdarəsi  nəzdində  yeni  əsaslarla  Bakı  Xəfiyyə  Polis 

ġöbəsi. Çarın 9 dekabr 1867-ci il tarixli fərmanı ilə Bakı Quberniya 

Jandarm  Ġdarəsi  (siyasi  polis),  1879-cu  ildə  isə  Yelizavetpol  (Gən-

cə) Quberniya Jandarm Ġdarəsi yaradılmıĢdı). Rusiyada 1917-ci ildə 

fevral  inqilabından sonra ləğv edilmiĢdi). Bakı  Polismeysterliyi  10 

sahə polis pristavlığına və Liman sahə polis pristavlığına, Balaxanı-

Sabunçu Polismeysterliyi (Rusiya Hökumət ġurasının 28 oktyabr və 

2 noyabr 1906-cı il tarixli qərarları ilə yaradılmıĢdı) isə 7 sahə polis 




 

80 


pristavlığına  bölünürdü.  Bakı  Polismeysterliyinin  yanında  Ehtiyat 

Polisi vardı (1905-ci ildə yaradılmıĢdı) . 

2  yanvar 1919-cu il. ”Cənab daxili  işlər naziri  əvəzi  general-

mayor Ağabəyova. 

Əlahəzrətlərinizə  təklif  edirəm  ki,  Parlament  Komissiyası  ilə 

birgə Sizə həvalə edilmiş iş üzrə Ağdam kəndinə gedəsiniz”. 

Daxili ĠĢlər naziri 



Xəlil bəy Xasməmmədov

1919-cu  il  yanvarın  11-də  Bakıda  Sanitar  Büro  Mərkəzi  yar-

adılmıĢdı. Onun rəhbəri ingilis həkimi idi. Həmin Büroya Azərbay-

can Respublikasının Daxili ĠĢlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, 

Bakı ġəhər Ġdarəsinin, Neft Sənayeçiləri Ġttifaqının və Bakı Mərkəzi 

Evinin nümayəndələri də daxil olmuĢdular... 

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-

ründə polis orqanlarında həmkarlar ittifaqları fəaliyyət göstərmirdi. 

Çünki  bu  qurumlar  bolĢeviklərin,  eser-menĢeviklərin  təsiri  altında 

idi... 


...Cinayətkarlıqla mübarizənin metodları və formaları müxtəlif 

idi.  Mübarizə  əsasən  üç  istiqamətdə:  kriminal,  siyasi  və  trnsmilli 

(ölkədən  kənar)  cinayətkarlığa  qarĢı  aparılırdı.  Bu  mübarizədə 

ingilis polisi ilə əməkdaĢlıq da mövcud idi... 

1 fevral 1919-cu il. Əmr nömrə 37. 

Gəncə quberniyasından qayıdan general-mayor Ağabəyov öz 



vəzifəsinin icrasına başlasın”. 

Daxili iĢlər naziri 



Xəlil bəy Xasməmmədov

1919-cu  il  fevralın  6-da  Azərbaycan  Parlamentinin  növbəti 

iclası  keçirilmiĢdi.  Ġclas  ölkənin  o  zamankiı  cətin  vəziyyətində  ge-

niĢlənən möhtəkirliyə qarĢı mübarizənin gücləndirilməsi zəruriliyini 

qeyd  edərək,  Daxili  ĠĢlər  Nazirliyinə  ərzaq  məhsullarının  gündəlik 

daĢındığı  Biləcəri  stansiyasından  keçən  vaqonlara  xüsusi  nəzarət 

etməyi həvalə etmiĢdi. 

1919-cu il martın 14-də X. Xasməmədov daxili iĢlər naziri və-

zifəsindən  istefa  verdiyi  üçün  Bakıdakı  müttəfiq  qoĢunların  Polis 

Komissarlığı  bütün  iĢləri  milli  polisimizin  nümayəndəsinə  təhvil 

verməli  idi.  Bu  Ģəxs  o  zaman  vitse-ministr  olan  general-mayor       



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə