Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə23/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   19   20   21   22   23   24   25   26   ...   156

 

69 


ermənilərin  “qara  siyahı”sında  olduğunu,  atamı  sevən  dostu  kimi 

onu xəbərdar etməyi özünə borc bildiyini və buna görə də sayıq hə-

rəkət  etmək  lazım  gəldiyini  söylədi...  Azərbaycanın  daxili  iĢlər 

naziri  Behbud  xan  CavanĢirin  də    “qara  siyahı”da  olması  xəbərini 

almıĢdıq. Elə bu arada Behbud xan xanımı və iki qardaĢı ilə Parisə 

getmək  üçün  (oradan  da  Almaniyaya  gedəcəkdilər)  Ġstanbula  gəl-

miĢdi. Özü vəziyyətə tez uyğunlaĢan adam idi və bizim ġahzadə ba-

ğındakı evimizdə 5 gün gizli yaĢadı. Ancaq rus əsilli xanımı bu cür 

“həbs” həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib 

“Pere  Palas”  mehmanxanasına  yerləĢdilər.  Ertəsi  gün  səhər  tezdən 

anam Sitarə  xanım Vəzirova ilə  “Pere Palas” mehmanxanasına gə-

lərkən  Behbud  xanın  bir  erməni  tərəfindən  həmin  otelin  qarĢısında 

vurulduğunu  eĢitdik”.  Sitarə  xanım  Behbud  xanı  xəbərdar  etmiĢdi 

ki,  otelə  getməyin...  Qırx  səkkiz  saat  keçməmiĢdi  ki,  Behbud  xanı 

vurmuĢdular... 

“Pere Palas” Ġstanbulun tam mərkəzində - Bəyoğluda yerləĢir-

di. Bu hadisə 1921-ci il iyulun 17-də gecə saat 23 radələrində “Pere 

Palas” otrlinin o zamankı Ġtaliya səfirliyinə baxan qanadı qarĢısında 

baĢ vermiĢdi. Ə. Ağaoğlunun oğlu Səməd bəy Ağaoğlu (1909-1982) 

1957-ci  ildə  nəĢr  etdirdiyi  “Babamın  arkadaĢları”  (“Atamın  dost-

ları”)  kitabında  yazır  ki,  B.  CavanĢirin  qətlə  yetirilməsi  hadisəsi 

1921-ci  il  yanvarın  axırında  və  ya  fevralın  əvvəlində  baĢ  vermiĢ-

dir... Lakin daha dəqiq faktlar sübut edir ki, bu tarix yanlıĢdır... 

Haşiyə: Ə. Ağaoğlunun dördüncü- kiçik oğli Səməd bəy Ağa-

oğlu 1909-cu il aprelin 23-də Bakı Ģəhərində anadan olmuĢdu... 

Hələ körpə ikən ailələri Türkiyəyə mühacirət  etmiĢdi... 1930-cu 

ildə  Ankara  Universitetinin  hüquq  fakultəsini  bitirmiĢdi...  O, 

məsul  dövlət  vəzifələrində,  o  cümlədən  Türkiyənin  Ġqtisad 

Nazirliyində,  Ticarət Nazirliyində müdir və s. vəzifələrdə  çalıĢ-

mıĢdı.  1946-cı  ildən  siyasətə  qatılmıĢ,Türkiyədə  Demokratik 

Partiyanın  qurucularından  biri  olmuĢdu.  1950-ci  ildə  Türkiyədə 

ilk dəfə keçirilən çoxpartiyalı seçkilərdə Demokratik Partiya qa-

lib gəlmiĢ və partiyanın lideri Adnan Menderesin baĢ nazir oldu-

ğu hökumət qurulmuĢdu (Ali Adnan Ertəkin Menderes 1899-cu 

ildə Çakırbəyli Aydın  bölgəsində  anadan olmuĢ, 1961-ci  il sen-

tyabrın  17-də  Bursa  adasında  72  yaĢında  vəfat  etmiĢdir...). 



 

70 


Səməd bəy həmin hökumətdə baĢ nazirin müavini, əmək naziri, 

sənaye naziri vəzifələrində iĢləmiĢdi. Səməd bəy Manisadan düz 

10 il, 1950-1960-cı illərdə Türkiyə Böyük Millət Məclisinin de-

putatı olmuĢdu. 1960-cı ildə çevriliĢ nəticəsində Menderes höku-

məti yıxılanda onun digər üzvləri ilə birlikdə S. Ağaoğluda həbs 

olunmuĢdu.  O,  məhkəmədə ömürlük  həbs  cəzası  almıĢdı.  Lakin 

1965-ci  ildə  amnistiyaya  düĢərək  azad  edilmiĢdi.  Azad  edildik-

dən  sonra  atası  kimi  yazmaqla  məĢğul  olmuĢ,  o  cümlədən  me-

muarlar  da  yazmıĢdır...  Onun  “Atamdan  xatirələr”,  ”Babamın 

arkadaĢları”,  ”Dostum  Menderes”,  ”Sovet  Rusiya  imperator-

luğu”,  ”Demokratik  Partiyanın  doğuluĢu  və  yüksəliĢ  nədənləri” 

və  i.a.  kitabları  maraqla  qarĢılanmıĢdı.  Səməd  bəy  1982-ci  ildə 

Ġstanbulda  73  yaĢında  vəfat  etmiĢdir.  Onun  Nəriman  xanım 

Babaoğlundan  TəktaĢ  bəy  və  Mustafa  Kamal  bəy  adlı  iki  oğlu 

vardı. TəktaĢ bəy 1934-cü ildə Ġstanbulda doğulmuĢdu. O, Oks-

ford  Universitetində  təhsil  almıĢdı...  Kommunist  əqidəli  oldu-

ğundan  öncə  Türk  ĠĢçi  (Fəhlə)  Partiyasında,  sonra  Türkiyə  So-

sialist  ĠĢçi  Partiyasında  fəaliyyət  göstərmiĢ,  iki  dəfə  (1973  və 

1975)  həbsdə  yatmıĢdı...  ”Geçək”  adl  qəzetin  baĢ  redaktoru 

olmuĢ,  1980-1989-cu  illərdə  xaricdə  yaĢamıĢ,  geri  döndükdən 

sonra  Sosialist  Birlik  Partiyasının  liderlərindən  birinə  çevril-

miĢdi...  TəktaĢ  bəy  də  atası  Səməd  bəy  kimi  yazarlıqla  məĢğul 

olmuĢdu.  Onun  “Ölümdən  həyata”  və  s.  ünvanlı  kitabları  iĢıq 

üzü görmüĢdür). 

Bəzi dövrü mətbutda B.  CavanĢirin qətlə yetirilməsinin tarixi 

18  mart,  18  iyul  göstərilir.  (Məsələn,  bax:  “Panorama”  qəzeti,  16 

oktyabr  1997-ci  il  və  s.).  Fikrimizcə,  bunların  hamısı  dəqiq  deyil. 

Daha tutarlı mənbələr və ədəbiyyatlar sübut edir ki, 17 iyul 1921-ci 

il  tarixi  daha  dəqiqdir.  Bunu  həmin  dövrün  türkiyəli  jurnalisti  Mu-

rad Çulcu (bəzi ədəbiyyatlarda Gülçü yazılır) “Erməni intiqalarının 

pərdə arxası.Torlakyan davası” kitabında yazıb... Həmin kitabdan: 

...17 iyul 1921-ci il. Behbud xan həyat yoldaĢı Tamara xanım, 

qardaĢları CəmĢid ağa və Surxay ağayla axĢam saat 23

00

-da  “Təpə-



baĢı”  Ailə Kazinosunun Ġtaliya səfirliyinə baxan qapısından çıxaraq 

“Pere  Palas”  otelinə  yönələrkən  arxadan  qaçaraq  gələn,  Ģapkasını 

gözünün üstünə qədər endirmiĢ cılız, kəsik bığlı, əyri burunlu biri-



 

71 


sinin “mauzer” markalı silahdan açdığı atəĢlə ağır yaralanmıĢdır. 

Üç dəfə dalbadal  açılan  atəĢdən sonra  yaralı  Behbud xan er-

məni qatilinin üstünə gedərkən üzü üstə yerə  yıxılıb. Növbəti güllə 

Tamara xanımla birgə qatilin silah tutan  əlindən  yapıĢmıĢ  20  yaĢlı 

qardaĢı  CəmĢid  (Murad  Çulcu  CümĢüd  yazır)  ağanın  sol  yanağını 

sıyırıb. Bu zaman Qalatasaray Mərkəzi Karakolunun polis məmuru 

Əli  əfəndi  fit  çala-çala  hadisə  yerinə  yetiĢir  və  Behbud  xanın  qar-

daĢları Surxay ağa və CəmĢüd ağanın köməyi ilə erməni terrorçusu 

Misaq Torlaqyanı qandallayır... Qatil əslən Trabzon ermənisi, “DaĢ-

naksütyun” partiyasının (1890) üzvü, erməni özünümüdafiə alayının 

keçmiĢ döyüĢçüsü Misak Torlaqyan erməni siyasi terrorunun Azər-

baycan  Xalq  Cümhuriyyətinin  liderlərini  fiziki  cəhətdən  məhv  et-

məyi  nəzərdə  tutan  “qara  siyahı”  üzrə  növbəti  tapĢırığı  xaincəsinə 

və vəhĢiliklə yerinə yetirən tip idi. Bu haqda bəhs edən türk hüquq-

Ģünası  və  ictimai  xadimi  Sürəyya  Ağaoğlunun  “Bir  ömür  belə 

keçdi” adlı kitabından anlaĢılır ki, hələ 1919-cu ildə ermənilər Azər-

baycanın  milli  ruhlu  bütün  görkəmli  siyasi  xadimlərini  və  ziyalıla-

rını məhv etməyi nəzərdə tutan “qara siyahı” hazırlamıĢdılar... 

TanınmıĢ türk diplomatı və publisisti, doktor Rza Nur 1926-cı 

ildə  yazırdı  ki,  Azərbaycan  Xalq  Cümuriyyətinin  diğər  bir  lideri, 

baĢ  nazir  Nəsib  bəy  Yusifbəylinin  də  öldürülməsi  daĢnak  terror-

çularının adı ilə bağlıdır: “Beləcə, qeyrətli azəri liderlərini ermənilər 

birər-birər öldürürdülər. Bu öldürülənlər CavanĢirlə birlikdə 6 nəfər 

oldu. Sonra daxili iĢlər naziri Tələt paĢa da daxil olmaqla (Ġttihad və 

Tərəqqi  Partiyasının  üzvü,  Türkiyənin  daxili  iĢlər,  hərbi  naziri  və 

baĢ  naziri  vəzifələrində  iĢləmiĢ  Mehmet  Tələt  paĢa  (1874,  ġərqi 

Rum  Eli,  Kırçaali  bölgəsi  (indi  Bolqarıstanda),  Xasköy  kəndi  -15 

mart 1921, Berlin). 1918-ci ildə siyasi məğlubiyyətdən sonra dövlət 

postunu  itirmiĢ  və  Almaniyaya  mühacirət  edərək,  orada  “Əli  Salih 

bəy” adı ilə yaĢayırdı... Qırx yeddi yaĢlı Tələt paĢa 1921-ci il martın 

15-də Almaniyanın Berlin Ģəhərində “DaĢnaksütyun” terrorçu təĢki-

latının üzvü Soqomon Tehliryan tərəfinfən güllə ilə xaincəsinə qətlə 

yetirilmiĢdi...  Almaniya  məhkəməsi  qatilə  bəraət  vermiĢdi...)  Tür-

kiyə liderlərindən də bir oqədər öldürdülər ki, sonuncusu Camal pa-

Ģadır  (Kor  general  (general  polkovnik)  Mehmad  Nəsib  əfəndinin 

oğludur. l6 may 1872-ci ildə Lesbos adasında, Midilli deyilən yerdə 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə