Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə21/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   17   18   19   20   21   22   23   24   ...   156

 

63 


dağıdılmıĢdı.  Həmin  vaxt  S.  Mehmandarovun  arvadı  və  oğlu  Ġqor 

sürgündə  idilər.  Odur  ki,  onun  qəbrini  baĢqa  yerə  köçürən  olma-

mıĢdı  və  Səməd  bəyin  qəbri  yerlə-yeksan  edilərək,  itib-batmıĢdır. 

Bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-

Elmi  Mərkəzinin  sabiq  baĢ  elmi  iĢçisi,  polkovnik-leytenant  ġ.  Nə-

zirli  1997-ci  ildə  Bakıda  “Hərbi”  nəĢriyyatda  buraxdırdığı    “Tam 

artilleriya  generalı  Səməd  bəy  Mehmandarov”  adlı  monoqrafiya-

sında  yazmıĢdır  (səh.69).  Yeri  gəlmiĢkən,  S.  Mehmandarov  1918-

1931-ci  illərdə  Bakıda  “Kommunist”  (indiki  “Ġstiqlaliyyət”)    küçə-

sində,  hazırkı  Əlyazmalar  Ġnstitutu  ilə  üzbəüz,  keçmiĢdə  üstündə 

aptek  olan  binada  yaĢayıb.  1994-cü  il  noyabrın  5-də  Müdafiə 

Nazirliyinin  yardımı  ilə  onun  yaĢadığı  ünvanda  xatirə  lövhəsinin 

açılıĢı olmuĢ və barelyefi vurulmuĢdur... 

...1918-ci  ilin  noyabr-dekabr  aylarında  B.  CavanĢir  faktiki 

olaraq ancaq sənaye və ticarət naziri vəzifəsini yerinə yetirdiyi üçün 

vitse-nazir,  general-mayor  Məhəmməd  Sadıq  bəy  Ağabəyzadə 

(Ağabəyov)  daxili  iĢlər  naziri  vəzifəsini  daĢımıĢdı...  B.  CavanĢir 

faktiki 1918-ci il dekabrın 21-dək daxili iĢlər naziri vəzifəsində qalır 

və  DIN-lə  əlaqədar  həyata  keçirilən  tədbirlərdə  daxili  iĢlər  naziri 

hüququnda iĢtirak edirdi. 1918-ci ilin payızında Birinci Dünya mü-

haribəsində  məğlub  olmuĢ  Türkiyə  müttəfiqi  Almaniya  ilə  birlikdə 

həmin il oktyabrın 30-da Mudrosda bağlanmıĢ saziĢin ağır Ģərtlərini 

qəbul etmiĢ və Bakını tərk etməli idi. Mudros saziĢinə uyğun olaraq 

1918-ci il noyabrın 17-də səhər saat 10-da hindli əsgərlərdən ibarət 

ingilis qoĢunları Bakıya daxil olarkən Azərbaycan hökuməti tərəfin-

dən Bakı limanında general Vilyam Tomsonun Ģərəfinə rəsmi qarĢı-

lanma  və  qəbul  təĢkil  olunmuĢdu.Rəsmi  qəbul  mərasimində  daxili 

iĢlər naziri kimi B. CavanĢir iĢtirak edirdi. 

General-mayor  V.Tomsonun  komandanlığı  ilə  Bakıya  daxil 

olan ingilis qoĢun kontingentinin sayı 2 min nəfər idiki, onun tərki-

bində  hərbi  polis  hissələri  də  vardı  .  Bakıya  daxil  olan  V.  Tomson 

özünü  müttəfiq  dövlətlərin  (ANTANTA)  qoĢunlarının  komandanı, 

onların təmsilçisi və özünü Bakının general-qubernatoru elan etmiĢ-

di. O, Bakıya daxil olduğu gün, 17 noyabr 1918-ci il tarixdən, gün-

düz  saat  12-dən  etibarən  Bakıda  hərbi  vəziyyət  elan  etmiĢdi.  Ge-

neral V.Tomson hələ 1911-ci ildə Ġranda Böyük Britaniya hökuməti 




 

64 


tərəfindən  yaradılmıĢ Xüsusi Müstəmləkə Poisinin Ģefi idi. 1918-ci 

il  sentyabrın  15-də  daĢnaklardan  A.Arakelyan  və    S.  Melik-Yolçi-

yan, eserlərdən A.Velunts və A.Umanski, menĢeviklərdən Q.Ayollo 

və  M.  Sadovski,  TyuĢkinin  baĢçılıq  etdiyi,  əsasən  ingilislərə  arxa-

lanmaqla cəmi 44 gün yaĢayan “Sentrokaspi” Diktaturası hökuməti 

iflasa uğrayan kimi ermənilər “hərbi” nazirləri, general Yakov Baq-

ratuni  baĢda  olmaqla  Ənzəliyə  qaçmıĢdılar.  Ermənilər  vaxtıilə  - 

1918-ci  il  avqustun  17-də  general  L.Ç.  Denstervil  (1865-1946) 

baĢda olmaqla 1000 nəfərlik Britaniya qoĢunları Bakıya daxil olan 

zaman türklərin Gəncədən Bakıya doğru irəlilədiyini bildiklərindən 

ingilislərin  gəliĢinə  nə  qədər  sevinmiĢdilərsə,  indi  bir  oqədər  də 

məyus  olmuĢdular.  Beləki,  L.Ç.  Denstervil  ordusunun  (“Denster-

fors”) Ənzəliyə çatmasından 3 gün sonra rəsmi Ģəkildə buraxılmıĢ, 

yeni  yaradılmıĢ  ġimali  Ġran  ordusuna  V.Tomson  komandan  təyin 

edilmiĢdi.  Dərhal  Bakını  tərk  edən  general  L.Ç.  Denstervil  oraya 

çatandan  üç  gün  sonra  vəzifədən  kənarlaĢdırılmıĢ  V.Tomson  həm-

karının  əvəzinə  Ġranda  müttəfiq  dövlətlərin  yeni  yaradılmıĢ  qoĢun-

larının  komandanı  təyin  edilərək,Bakıya  göndərilmiĢdi.  V.Tomson 

Bakıya gəlməmiĢdən qabaq,hələ Ənzəlidə olarkən bəyan etmiĢdi ki, 

o, Bakının general-qubernatoru olacaq və ingilislər Ģəhərin polisinə 

rəhbərlik edəcəklər... 

General V.Tomson elə gəldiyi gün - 1918-ci il noyabrın 17-də 

polkovnik  F.P.  Kökkereli  (o,  V.  Tomsondan  sonra  Ġranda  Böyük 

Britaniya  Xüsusi  Müstəmləkə  Polisinin  Ģefi  vəzifəsində  çalıĢırdı) 

Bakıda yaradıldığı elan edilən müttəfiq dövlətlərin Xüsusi Polis Ko-

missarlığının baĢçısı təyin etmiĢdi. Bu haqda əmr iki gün sonra no-

yabrın  19-da  dərc  olunmuĢdu.  Düz  10  gün  sonra,  1918-ci  il  noya-

brın 29-da Bakıda müttəfiq dövlərlərin Müvəqqəti Polis Komissar-

lığı  təĢkil  edilmiĢdi.  Bu  zaman  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

sərəncamında  cəmi  1500  nəfərlik  nizami  ordu  və  500  nəfər  polis 

vardı. Ġngilislərin Bakıya daxil olmasından sonra daxili iĢlər naziri 

B. CavanĢir və vitse-nazir M.S. Ağabəyzadə bütün DĠN sistemini nə 

qədər  mərkəzləĢdirməyə  çalıĢsalar  da,  ingilis  faktoru  ilə  hesablaĢ-

maq lazım gəlirdi. Odur ki, 1918-ci il noyabrın 17-dən 1919-cu ililn 

martın  30-dək  olan  dövr  Azərbaycan  polisinin  idarəçiliyində  ikili 

tabeçilik  kimi  səciyyələnir.  Qeyd  etmək  lazımdır  ki,  1918-ci  ilin 




 

65 


noyabrından, yəni ingilislərin Bakıya daxil olmasından 1919-cu ilin 

avqustun 24-dək,  yəni ingilislərin  Bakını tərk etməsinədək (ingilis-

lər Bakıdan gedərkən Azərbaycan hökumətinə 26 milyon pul borclu 

qalmıĢdılar...) olan dövrdə onların hərəkətləri heçdə iĢğalçı xarakter 

daĢımamıĢdı. Əvvəla, ingilislərin region xalqları arasında milli qır-

ğınları aradan qaldırmaq siyasətinin özü təqdirəlayiq fakt idi. Ġkin-

cisi, ingilislərin verdikləri gəmilər əsasında Azərbaycan Cümhuriy-

yəti Xəzər Donanması yarartmıĢdı. Bu çətin keçid dövründə ingilis-

lər Azərbaycan hökumətinə müəyyən məsələlərdə məsləhətçi 

olmuĢ-


dular

. Bu kimi müsbət cəhətlər Azərbaycan Nazirlər ġurasının sədri 

Nəsib bəy Yusifbəylinin 1919-cu ilin avqustunda “Metropol” meh-

manxanasında  ingilislərin  Bakıdan  getməsi  münasibətilə  general 

Q.N. Kori və digər yüksək rütbəli Ģəxslərin Ģərəfinə verilən ziyafət-

dəki çıxıĢında səslənmiĢdi (1919-cu il aprelin 24-də general V.Tom-

son öz səlahiyyətlərini  Bakdakı müttəfiq qoĢunların yeni komanda-

nı general Q.N. Koriyə, Kori isə sonra, həmin il iyunun 11-də Cənu-

bi Qafqazda müttəfiq qoĢunların yeni komandanı D. ġatelvorta tərk 

etmiĢdi)... 

Ġngilislər Bakıya daxil olandan sonra ermənilər hay-küy qaldı-

raraq  güya  onların  hüquqlarının  pozulduğu  barədə  general  V.Tom-

sona  Ģikayət  etmiĢ  və  Azərbaycan  hökumətinin  milliyyətindən  asılı 

olmayaraq, bütün vətəndaĢları qoruyacağı barədəki bəyanatını “diplo-

matik bir piryom” adlandırmıĢdılar. 1918-ci il noyabrın 23-də general 

V.Tomson Erməni Milli ġurasının nümayəndə heyətini qəbul edərkən 

Bakı  erməniləri  ona  11  səhifəlik  “məlumat”  təqdim  etmiĢdilər.  Bu 

məlumatda  yepiskop  Baqrat  adlı  birisi  saxtakarcasına  bildirirdi  ki, 

güya  həmin  il  sentyabrın  15-17-də  Bakıya  daxil  olanda  türk  və 

Azərbaycan ordusu 20 min ermənini qətlə yetirmiĢdir... Lakin cənab 

Baqrat    “Bakıdakı  azərbaycanlılara  qarĢı  1918-ci  ilin  məĢhur  mart 

soyqrımı  barədə  məlumat  veməyi”  nədənsə  “unutmuĢdu”.  Baqrat 

Bakıda  və  Azərbaycanda  ermənilərin  əvvəlki  imtiyazlarını  bərpa 

etmək üçün general Tomsona aĢağıdakı 4 təklifi irəli sürmüĢdü: 

1. Üç min erməni məhbusunu azad etmək

2.  Soyuqlar  düĢənə  qədər  Ġrana  və  Krasnovodskiyə  (indiki 

TürkmənbaĢı) getmiĢ erməniləri Bakıya qaytarmaq; 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə