Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə18/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   14   15   16   17   18   19   20   21   ...   156

 

54 


”...Daxili  ĠĢlər  Nazirliyi  Ģəhərlərdə  mövcud  özünüidarə  sisteminin 

bərpası  üçün  tədbirlər  görsün,  AğdaĢ,  Salyan,  Bərdə,  Qazax  qəza-

larında  və  digər  yerlərdə  özünüidarə  sistemi  yoxdursa,  ayda  300 

manat maaĢla rəis Ģtatı yaradılsın. Rəisə icazə verilsin ki, əgər ehtiyac 

varsa, bir nəfər iĢlər müdiri və bir gözətçi iĢə götürsün”. 

Daxili iĢlər naziri B. CavanĢirin baĢçılıq etdiyi mərkəzi icraedi-

ci-inzibati  təĢkilat  -  Daxili  ĠĢlər  Nazirliyi,  onun  yuxarı  və  aĢağı  qu-

rumları  tədricən,  zaman-zaman  təkamül  yolu  keçməklə  yeni-yeni 

struktur  dəyiĢikliklərinə  məruz  qalır,  təkmilləĢirdi.  1918-ci  il  iyulun 

15-də Azərbaycan hökumətinin qərarı və daxili iĢlər naziri B. Cavan-

Ģirin müvafiq əmri ilə DĠN-in nəzdində birbaĢa hökumətə tabe olan 

Fövqəladə Ġstintaq Komissyası təsis olunmuĢdu. Komissiyaya  Gən-

cədən olan nüfuzlu bir Ģəxs - Ələkbər bəy Xasməmmədov sədr təyin 

edilmiĢdi. 

Ələkbər  bəy  Hacıbaba  bəy  oğlu  Xasməmmədov  Gəncədə  do-

ğulmuĢdu.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  görkəmli  xadimi,  ilk 

ədliyyə, həmçinin daxili iĢlər və s. vəzifələrdə iĢləmiĢ Xəlil bəy Xas-

məmmədovun qardaĢı idi. Xasməmmədovlar 4 qardaĢ idi : Xəlil bəy, 

Ələsgər  bəy,  Ələkbər  bəy  və  Nağı  bəy.  QardaĢlardan  Nağı  bəydən 

baĢqa  üçü  də  hüquqĢünas  olmuĢdur.  Ələkbər  bəy  özü  1893-cü  ildə 

Moskva  Universitetini  bitirmiĢdi.  Bütün  Gəncəbasarda  çox  nüfuzlu 

Ģəxs olan Ələkbər bəy Gəncə Ģəhərinin baĢçısı, Azərbaycan hökumə-

tinin ermənilərin 1918-ci ildə azərbaycanlılara və digər müsəlmanlara 

qarĢı  törətdikləri  soyqrım  hərəkətlərini  tədqiq  edən  Fövqəladə 

Ġstintaq  Komissiyasının  sədri  olub,  hər  yeri  gəzib,  faktlar  toplayıb. 

Ələkbər bəyin qardaĢı Nağı bəyin Ġstanbulda yaĢayan nəvəsi Toğrul 

Cuvarlı  söyləyir  ki,  bolĢeviklər  hakimiyyətə  gələndə  bir  neçə  il 

Ələkbər  bəyə  toxunmayıblar.  Lakin  1925-ci  ildə  sovet  hakimiyyət 

orqanları tərəfindən həbs olunaraq, keçmiĢinə görə güllələnmiĢdir... 

Fövqəladə Ġstintaq Komissiyasına həmin ilin martında erməni-

lər tərəfindən Bakıda və digər yerlərdə törədilmiĢ soyqrımı hadisələ-

rinin,  Zəngəzur  (keĢmiĢ  Sünik)  və  Qarabağda  azərbaycanlılara  və 

müsəlmanlara qarĢı ermənilərin törətdikləri cinayətləri, sadizm hərə-

kətlərini  (baĢın  dərisinin  soyulması,  qarının  deĢilməsi,  gözlərin  çı-

xarılması, qulağın və digər əzaların, bədən üzvlərinin kəsilməsi, me-

yitlərin üzərində təhqiramiz əməliyyatların aparılması, onların yandı-




 

55 


rılması  və  s.)  təhqiq  etmək  həvalə  olunmuĢdu.  Sonralar  -  21  mart 

1919-cu ildə Fövqəladə  Ġstintaq Komissiyasının səlahiyyətləri geniĢ-

ləndirilmiĢ  ona  məhkəmə-istintaq  hakimiyyəti  statusu  verilmiĢdi. 

Fövqəladə Ġstintaq Komissiyası 20 ay  ərzində 3500 səhifədən ibarət 

36 cildlik geniĢ material toplamıĢdı. Azərbaycan Cümhuriyyəti höku-

mətinin 31  avqust  1918-ci il tarixli qərarı  ilə həmin məsələ ilə  bila-

vasitə məĢğul olan daha bir qurum -  DĠN-in Xüsusi Ġstintaq Komis-

siyası  təsis  edilmiĢdi...  Komissiya  qısa  vaxtda  bütövlükdə  quber-

niyada  törədilən  cinayətlərə  dair  külli  miqdarda  istintaq  materialları 

toplamıĢdı. 1918-ci il avqustun 11-də Azərbaycan hökuməti və Daxili 

ĠĢlər  Nazirliyi  vətəndaĢların  Milli  Orduya  çağırıĢı  ilə  əlaqədar  yeni 

bir sərəncam verdi. Sərəncamda deyilirdi: ” ÇağırıĢ yaĢı 19 yaĢ həd-

dində müəyyən edilsin: 

a)  Milli  Ordu  sıralarına  Ġslam  etiqadından  olan  bütün  Azər-

baycan vətəndaĢları çağırılır; 

b)  Hərbi  mükəlləfiyyətdən  boyun  qaçıranlar  müharibə  Ģəra-

itinin qanunlarıyla cəzalandırılır; 

v) Əsgərliyə “Yelizavetpol çağırıĢı”  “Azərbaycan çağırıĢı”  ad-

landırılsın və yığıĢan hərbi hissələr daxili iĢlər nazirinə (Behbud xan 

CavanĢirə)  tabe  edilsin. 

14 sentyabr 1918-ci il. Azərbaycan Cümhuriyyəti hökuməti qə-

rara  alır:    “Azərbaycan  Nazirlər  ġurasının  sədrinə  (Fətəli  xan  Xoy-

ski), daxili iĢlər nazirinə (Behbud xan CavanĢir) və xalq maarifi nazi-

rinə (Nəsib bəy Yusifbəyli) tapĢırılsın ki, Parlamentə seçkilərin keçi-

rilməsi  (19  noyabr  1918-ci  il)  planınının  iĢlənib  hazırlanması  üçün 

müvafiq komissiya yaratsınlar. 

B.  CavanĢirin  rəhbərliyi  ilə  Daxili  ĠĢlər  Nazirliyi  Azərbaycan 

hökumətinin  əldə  rəhbər  tutduğu  aĢağıdakı  demokratik  prinsipləri 

əməli  həyata  keçirirdi.  Bu,  Azərbaycan  hökumətinin  18  sentyabr 

1918-ci il tarixli sərəncam - bəyanatında da öz əksini tapmıĢdı. Orada 

ölkə əhalisinə müraciətlə bildirilirdi:  

Ölkənin  paytaxtı  Bakı  şəhərində  yerləşən  Azərbaycan  höku-



məti  əhalinin  nəzərinə  çatdırır  ki,  hökumət  milliyyətindən,  dinindən 

asılı olmayaraq, respublikada yaşayan bütün vətəndaşlara eyni mü-

nasibət bəsləyəcək, onların həyatını, mülkiyyətini və hüquqlarını eyni 

tərzdə qoruyacaq. 


 

56 


Quldurlar,  qatillər  və ümumiyyətlə, ictimai  sabitliyi  və  asayişi 

pozan şəxslər hərbi  vəziyyət  qanunlarına uyğun olaraq lazım gəlsə, 

olüm hökmü ilə cəzalandırılacaqlar. 

Əhaliyə məlum olsunki, cəsur və qalib türk ordusuna tapşırılıb 

ki,  əsgərlər  hər  hansı  qatil  və  soyğunçuları  yerindəcə  güllələsinlər. 

Zira hökumət imkan verməyəcək ki, paytaxtın dinc sakinlərinin həyat 

və əmlakına qəsd edilsin. 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər ġurasının sədri 



Fətəli xan Xoyski”. 

Göründüyü  kimi,  cinayətkarlıqla  mübarizə  sahəsində  Daxili 

ĠĢlər Nazirliyinin qarĢısına qoyulan əsas vəzifələr bü dövlət əhəmiy-

yətli aktda özünün aydın əksini tapmıĢdır. 

Polis kadrlarının hazırlanması  ən  ümdə  bir vəzifə  kimi B.  Ca-

vanĢiri  daim  düĢündürürdü.  Məhz  onun  təqdimatıyla  1918-ci  il  sen-

tyabrın sonunda Bakıda ĠçəriĢəhərdə polis məmurları (qorodovoylar) 

hazırlayan  məktəb  açılmıĢ  və  fəaliyyətə  baĢlamıĢdı.  Podpolkovnik 

ġükür bəy YüzbaĢınski onun rəisi təyin edilmiĢdi... 

Azərbaycan Cümhuriyyətinin dövlətçiliik əsasları əleyhinə  yö-

nəlmiĢ hər bir hərəkətə qarĢı Behbud xan çox barıĢmaz idi. Onun Ba-

kı  Qradonaçalnikliyinə  icra  üçün  ünvanladığı  23 oktyabr 1918-ci 

il tarixli əmri ilə milli dövlətçiliyimiz əleyhinə kampaniya aparan bü-

tün bolĢevik mətbuatı bağlanmıĢdı. Məsələn, daxili iĢlər naziri B. Ca-

vanĢirin 1918-ci il 10 dekabr tarixli əmri ilə Azərbaycan dövlətçiliyi 

əleyhinə “Znamya Truda” qəzetində Ġvan KorniĢin və Ġ. Melik-Baba-

xanovun  saxta  məlumatlarla  dolu  məktubunu  dərc  etdirdiyi  üçün 

qəzetin redaktoru Lev Umanski 3.000 manat cərimə olunmuĢ və ona 

xəbərdarlıq edilmiĢdi ki,  cəriməni vaxtında ödəsin, bir də  belə  hərə-

kətlərə  yol  verməsin.  Əks  təqdirdə  o,  2  ay  həbs  cəzasına  məhkum 

olunacaqdır. 

Qeyd  etmək  lazımdır  ki,  mətbuat  senzurası  ilə  əlaqədar  olan 

bütün  məlumatları  və  informasiyaları  qəzetlər  mütəmadi  olaraq 

Daxili ĠĢlər Nazirliyinin Dəftərxanasına göndərir, bunlar haqqındada 

nazir  B. CavanĢirə  gündəlik məruzə edilirdi. 

Daxili  iĢlər  naziri  B.  CavanĢirlə  o  zaman  buraxılan  və  əsas 

rəsmi dövlət orqanı olan  “Azərbaycan”  qəzetinin 1 noyabr 1918-ci il 

tarixli  nömrəsində  müsahibə  dərc  olunmuĢdu.  Orada  bildirilirdi: 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə