Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə16/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   12   13   14   15   16   17   18   19   ...   156

 

48 


nin  fermer  təsərrüfatlarında  bəslətdirdiyi  qara-ala  cinsli  buzovları 

Qarabağ  iqliminə  uyğunlaĢdırmıĢdı.  Qarabağda  bu  günə  qədər 

“Behbudun  çörəyi”,    ”Əlfinin  qatığı”    sözləri  yaddaĢlarda  hələ  də 

yaĢayır... O vaxt Qarabağda  yolların abadlaĢdırılması da buraya ilk 

avtomobilləri  gətirmiĢ  Behbud  xanın  adı  ilə  bağlıdır... 

...Bakının  neft  müəssisələrində  baĢ  mühəndis  və  firma  direk-

toru  vəzifələrində  çalıĢmıĢ  B.CavanĢir  doğma  xalqının  maariflən-

məsi  yolunda  da  var  qüvvəsini  sərf  edirdi.  B.CavanĢir  ”Müsəlman 

Xeyriyyə Cəmiyyətinin“ rəhbərlərindən biri idi. O, ”Nicat” Cəmiy-

yətinin  və  “Rus  Texniki  Cəmiyyəti”nin  üzvü  seçilmiĢdi.  Texniki 

cəmiyyətlərin  elmi  əsərlərində  B.CavanĢirin  xeyli  məqaləsi  dərc 

olunmuĢdu... 

1917-ci  ildə  Rusiyada  300  il  hökmranlıq  etmiĢ  Romanovlar 

xanədanının  (1613-1917)  süqutu  ilə  nəticələnmiĢ  fevral  burjua-

demokratik  inqilabından  sonra  yaranmıĢ  mürəkkəb  ictimai-siyasi 

Ģəraitdə  çoxsahəli  və  geniĢ  fəaliyyət  göstərən  Behbud  xan  xalqına 

kömək  məqsədilə  əlindən  gələni  edirdi.  Onun  nüfuzu  böyük  idi. 

Behbud xan 1917-ci il martın 22-də Bakıda  yaradılan Milli Müsəl-

man  ġurasının  Müvəqqəti  Ġcraiyyə  Komitəsinin  tərkibinə  seçilmiĢ-

di.  Bu  vaxt  B.CavanĢir  hələ  bitərəf  olub  heç  bir  siyasi  partiyanın 

üzvü  deyildi...  1918-ci  il  mart  soyqırımı  zamanı    S.  ġaumyanın 

hərəkətlərindən  qəzəblənərək  onu  pisləyən  Behbud  xan  azərbay-

canlıların qırılmasının qabağını almağa çalıĢanlardan biri olmuĢdu. 

O,  milli  münaqiĢələrin  nizama  salınması  üzrə  yaradılan  BarıĢıq 

Komitəsinin üzvü idi... 

Bakının neft sənayeçiləri hələ çarizm dövründən neft səhmlə-

rinə malik Behbud xanı  yaxĢı tanıyır və hörmətini saxlayırdılar. O, 

hətta  dəfələrlə  Neft  Sənayeçiləri  Qurultayı  Ġcraiyyə  Komitəsinin 

sədri  seçilmiĢdi.  Həmin  zamanlar  neft  mədənlərini  mühafizə  edən 

Bakı  Ģəhər  Qradonaçalnikliyi  əməkdaĢlarının  Ģəhər  polisinin  digər 

xidmət  əməkdaĢlarının  məvacibi  məhz  Behbud  xanın  köməyi  ilə 

neftdən  gələn  gəlirin  3  faizi  hesabına  neftxudalar  tərəfindən 

ödənilirdi. B.CavanĢir polis xidmətinə və polis əməkdaĢlarının qay-

ğılarına bələd olan Ģəxsiydi. Behbud xan böyük neft aksiyalarına və 

sərmayələrinə  də  malik  idi.  Odur  ki,1918-ci  ilin  iyununda  Azər-



 

49 


baycan Xalq Cümhuriyyətinin daxili iĢlər naziri təyin olunması heç 

də təsadüfi deyildi. 

1918-ci  il  iyunun  16-da  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

Birinci  Milli  Hökuməti  Tiflisdən  Gəncəyə  köçmüĢdü.  Ertəsi  günü-

iyunun  17-də  Gəncə  qubernatorunun  binasında  keçirilən  iclasda  F. 

Xoyskinin 2-ci hökumət kabineti təĢkil olunmuĢdu. Ġkinci kökumət 

kabinetində 13 nazirlik vardı. Birinci hökumət kabinetində BaĢ na-

zir və eyni zamanda daxili iĢlər naziri vəzifəsini də tutan F. Xoyski 

bu dəfə həmin vəzifəni bitərəf Behbud xan CavanĢirə tərk etmiĢdi. 

1918-ci  il  iyunun  23-də  hökumət  ölkədə  yaranmıĢ  vəziyyətlə 

əlaqədar olaraq Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. Nu-

ru paĢanın komandanlığı altında yeni yaradılan Qafqaz Ġslam Ordu-

sunun  5-ci  türk  diviziyası  (komandiri  Mürsəl  paĢa  idi)  və  Əli  ağa 

ġıxlinskinin  komandir  olduğu  Müsəlman  Milli  Korpusu  əsasında 

təĢkil edilmiĢdi.Hökumət tərəfindən tapĢırılmıĢdı ki, hərbi vəziyyətə 

uyğun  olaraq  Daxili  ĠĢlər  Nazirliyinin  rəhbərliyi  altında  fəaliyyət 

proqramı hazırlansın. Daxili iĢlər naziri B.CavanĢirin rəhbərliyi ilə 

belə bir proqram tezliklə hazırlanmıĢdı. 



Haşiyə:  Əli  ağa  Sıxlinski.  Görkəmli  Azərbaycan  sərkərdəsi. 

Azərbaycan Ordusunun qurucularından biri. 23 aprel 1865-ci il-

də  Gəncə  quberniyasının  Qazax  qəzasının  Qazaxlı  kəndində 

məĢhur  mülkədar  Hacı  Ġsmayıl  ağa  Alqazax  ağa  ġıxlınskinin 

ailəsində dünyaya gəlmiĢdi. Anası  “Fədai” təxəllüsü ilə tanınan 

məĢhur Mirzə Məhəmməd Qayıbzadənin (Qayıbovun) qızı ġah-

Yəmən  xanım  böyük  Ģairimiz  Molla  Vəli  Vidadinin  (1707, 

Qazax  -1802,  ġəmkir,  102  yaĢ)  qızı  idi...  Ə.  ġıxlınski  general-

leytenant  rütbəsinə  malik  idi.  Həmin  rütbə  Ə.  ġıxlinskiyə  hələ 

1917-ci ildə çar tərəfindən verilmiĢdi. Çar ordusunda xidmətində 

və  döyüĢlərdəki  fövqəladə  məharətinə  görə  onu  “rus  artille-

riyasının  Allahı”  adlandırmıĢlar...  Əli  ağa  ġıxlınski  1943-cü  il 

avqustun 18-də Bakıda, C. Cabbarlı küçəsindəki 14 nömrəli ev-

də, 20 saylı mənzilində koordioskleroz xəstəliyindən 78 yaĢında 

vəfat  etmiĢdir.  Ə.  ġıxlınski  həm  də  alim-tədqiqatçı  idi.  Onun 

yazdığı  hərbi  lüğət  xüsusilə  qiymətlidir.  O,  həm  də  ilk  hərbi 

memuarımızın müəllifidir. 1942-ci ildə qələmə aldığı “Xatirələ-

rim” adlı memuar kitabı çox dəyərlidir. Kitab 1944-cü il aprelin 




 

50 


9-da  nəĢr  olunmuĢdur  (1984-cü  ildə  “AzərnəĢr”  həmin  kitabı 

təkrar nəĢr etmiĢdir). Yeri gəlmiĢkən, Əli ağa ġıxlınskinin həyat 

yoldaĢı  Nigar  xanım  Qayıbova-ġıxlınskaya  (10  oktyabr  1871, 

Tiflis  -  12  avqust  1931,  Bakı)  nüfuzlu  Mirzə  Hüseyn  əfəndi 

Qayıbzadənin  (1870-1931)  qızı  idi.  Nigar  xanım  Azərbaycanın 

ilk  hərbi  Ģəfqət  (tibb)  bacısı  olmuĢdur  (Nigar  xanımın  ilk  əri 

milliyyətcə acar olan müsəlman DərviĢ bəy  Məhəmməd bəy oğ-

lu Polavandov idi). Nigar xanım Əli ağa bəydən 12 il qabaq, Ba-

kıda 60 yaĢında dünyasını dəyiĢmiĢdi. Gəncədə yerləĢən Müsəl-

man (Ġslam) Ordusuna 18 minədək adam daxil idi. Bunun 6 min 

nəfəri  türk  nizami  ordusundan,  12  minə  qədəri  isə  hərbi  təlim 

görməmiĢ,  əslində,  xalq  qoĢunu  təsiri  bağıĢlayan    Azərbaycan  

hərbi  hissələrindən  ibarət  idi. 

F.  Xoyskinin  1918-ci  ilin  iyununda  Gəncədə  təĢkil  etdiyi  2-ci 

hökumət kabineti dövründə (17 iyun - 7 dekabr 1918-ci il) daxili iĢlər 

naziri (sivil, hərbidən fərqli olaraq qeyri-hərbi,mülki nazir) kimi mil-

li, müstəqil polis orqanlarının təsis olunması, formalaĢması və əməli 

inkiĢafı məhz Behbud xan CavanĢirin adı ilə bağlıdır. Bir nazir kimi 

onun təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Yeli-

zavetpol  quberniyasının  9 qəzasında azərbaycanlı  kadrların  üstünlük 

təĢkil  etməsilə  müstəqil,  ilk  milli  polis  orqanlarının  təsis  edilməsi 

barədə  qərar  qəbul  etmiĢdi  (Qeyd:  Hazırda  qüvvədə  olan  “2  İyul 



Polis Günü” həmin qərar əsasında rəsmi status almışdır. Ölkəmizdə 

2 İyul Polis Günü Azərbaycan Respublikasının Prezident, ümummilli 

lider  Heydər  Əliyevin  24  may  1998-ci  il  tarixli  fərmanı  ilə  qəbul 

olunmuşdur.  Bununla  əlaqədar  Azərbaycan  Respublikası  preziden-

tinin  1992-ci  il  6  iyun  tarixli  830  nömrəli  fərmanının  5-ci  bəndi 

qüvvədən düşmüşdür). 

B.CavanĢir  müstəqil  Azərbaycan  polisinin  yaradılmasında  və 

fəaliyyətində  Rusiya  imperiyasının  normativ  aktlarına  hüquqi  baza 

kimi söykənməyin tərəfdarı idi. Təsadüfi deyildi ki, Azərbaycan Xalq 

Cümhuriyyəti  DĠN-in  Ģəhər  və  qəza  polis  strukturlarında  general-

qubernator,  qubernator,  qradonaçalnik,  polismeyster,  qəza  rəisi, 

pristav, qorodovoy və s. vəzifələr əvvəllər olduğu kimi saxlanmıĢdı. 

Həmin  vəzifələrdə  iĢləyən  təcrübəli  kadrlardan  Azərbaycan  Cüm-

huriyyətinə  sadiq  olanlar  yenidən  öz  vəzifələrinə  təsdiq  edilirdilər. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə