Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə12/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   8   9   10   11   12   13   14   15   ...   156

 

36 


dünyasını  dəyişmişdi.  Məşhur  neft  milyonçusu  idi.  Düz  20  il  Bakı 

Şəhər  Dumasının  qlasnısı  (içlasçısı)  olmuşdu.  Onun  azərbaycanlı 

Ümmülsəlma adlı və Yelizaveta Qriqoriyevna adlı iki arvadı vardı. 

Ümmülsəlmadan olan oğlu İsmayıl bərk vərəm xəstəliyinə tutulmuş-

du. İsveçrəyə müalicəyə göndərilsədə, bir xeyiri olmamışdı. 1902-ci 

ildə 27 yaşında vərəm xəstəliyindən dünyasını vaxtsız dəyişmiş oğlu 

Ağa İsmayılın xatirəsinə “Qapan dibi - “Şeytanbazar” deyilən boş 

sahədə  sonralar  “İsmailiyyə”  kimi  məşhurlaşmış  bina  tikdirmişdi. 

AMEA-nın  indiki  Rəyasət  Heyətinin  yerləşdiyi  həmin  binanın 

layihəsini  1908-ci  ildə  polyak  memarı  İ.K.  Ploşko  hazırlamışdı. 

Ploşko binanı tikməmişdən  əvvəl  İtaliyanın  Venetsiya şəhərinə  get-

miş,  oranın  arxitekturası  ilə  tanış  olmuşdu.  İ.K.  Ploşko  Venetsiya 

arxitekturası  üslubunda həmin  binanı  5  ilə,  1913-cü  ildə  tikib  qur-

tarmışdı.  Binanın  hörgüçüləri  o  dövrün  mahir  bənnaları  -  usta 

Hənifə, Hacı Abbas, Hacı Xeyrulla və başqaları idi... Ümumiyyətlə, 

Ağa Musa Nağıyev 98 bina tikdirmişdi. Onlardan biri də sovet döv-

ründə Bakıda  “Semaşko” adı  ilə  məşhurlaşmış xəstəxananın  bina-

sıdır. Bina hazırda onun adını daşıyır. Binaya Ağa Musa Nağıyevin 

adı  Azərbaycanın  müstəqillik  qazanmasından  sonra,  1992-ci  ildə 

verilmişdir. 

Haşiyə:  Ġosif (Yozef) Kasparoviç PloĢko. XĠX əsrin sonunda 

və  XX  əsrin  əvvəllərindəki  məĢhur  polyak  memar-mühəndisi 

idi. 1867-ci ildə PolĢada doğulmuĢdu. Əvvəlcə Peterburq Bədae 

Akademiyasında,  sonra  Birinci  Nikolay  adına  Peterburq  Mülki 

Mühəndislər  Ġnstitutunda  oxumuĢdu...  1895-ci  ildə  institutu  bi-

tirdikdən  sonra  2  il  Kiyevdə  iĢləmiĢdi.  1997-ci  ildə  Bakıda 

yaĢayan, bir müddət milyonçu Hacı Zeynalabdin Tağıyevin Ģəx-

si memarı olan Ġ. Qaslavskinin (1865-1904) dəvətilə Bakıya gəl-

miĢdi.  Yerli  milyonçuların  (H.Z.Tağıyevin,  A.M.Nağıyevin, 

Murtuza  Muxtarovun,  Nuru  Əmiraslanovun  və  b.)  sifariĢlərini 

yerinə yetirən Ġ.K. PloĢko Avropa klassik - Venetsiya və fransız 

qotik  üslubunda  gözəl  binalar  inĢa  edirdi.  Milyonçu  Murtuza 

Muxtarovun  Ģəxsi  memarı  kimi  çalıĢan  gənc  və  istedadlı         

Ġ.K. PloĢkonun o vaxt Nikolayev küçəsi 10-da yerləĢən ünvanda 

tikdiyi  “Ġsmailliyə”  binası  buna  parlaq  misaldır.  O,  bu  binanı 

1908-ci  ildə  layihələndirmiĢdi...  Bakının baĢ  memarı  da iĢləmiĢ 




 

37 


Ġ.  PloĢko  30  ilə  yaxın  Azərbaycanda  çalıĢdıqdan  sonra  1925-ci 

ildə VarĢavaya, bir müddətdən sonra isə Parisə köçmüĢdü. Öm-

rünün  sonunu  da  Parisdə  baĢa  vuran  böyük  memar  Ġ.K.  PloĢko 

1931-ci ildə orada 64 yaĢında vəfat etmiĢdi... 

...  Ġosif  Vikentiyeviç  Qaslavski  də  Ġ.  PloĢko  kimi  milliyyətcə 

polyak  idi.  1865-ci  ildə  PolĢanın  paytaxtı  VarĢava  Ģəhəri  yaxın-

lığında zadəgan ailəsində doğulmuĢdu.1890-cı ildə Birinci Nikolay 

adına Peterburq Mülki Mühəndislər Ġnstitunu bitirib Rusiya DĠN-in 

Texniki  ĠnĢaat  Komitəsində  iĢləmiĢdi.  Bir ildən sonra, 1892-ci  ildə 

Bakı  Ģəhərinin  baĢ  memarı  təyin  edilmiĢdi.  Bu  iĢdə  keçmiĢ  bakılı, 

Sankt-Peterburqda yaĢayan, milliyyətcə alman olan, məĢhur arxitek-

tor Robert Robertoviç Marfeld (20 oktyabr 1852, KronĢtadt - 1921, 

Sankt-Peterburq)  əsas  rol  oynamıĢdı.  Milyonçu  H.Z.  Tağıyevin 

Ģəxsi  memarı kimi  də sayılan  Ġ. Qaslavski onun evini  (1893-1902) 

(hazırkı AMEA-nın  Milli  Azərbaycan  Tarix Muzeyini), R.R. Mar-

feldin  layihəsi  üzrə  Aleksandr  Nevski  Kilsəsini  (“Qızıllı  kilsə”) 

(1898) (hazırda Fəvvarələr bağı ilə üzbəüzdədir), Bakı ġəhər Duma-

sının  binasını  (1899-1900)  və  s.  möhtəĢəm  tikililər  inĢa  etmiĢdi.        

Ġ. Qaslavski yeganə Bakı memarı idi ki, çox qısa, lakin mənalı yara-

dıcılıq  fəaliyyətinə  görə  “Qafqaz  Rasstellisi”  fəxri  adını  almıĢdı.        

Ġ. Qaslavski 1904-cü il yanvarın 30-da Bakı Ģəhərində vaxtsız, cəmi 

39 yaĢında vəfat etmiĢdi... 

...Parlamentin üstündə üçrəngli milli Bayrağımız dalğalanırdı. 

Ərəb dilində iri hərflərlə “Ġstiqlal” sözü yazılmıĢdı. Deputatlar hələ 

gündüz saat 1-dən gəlib yerlərində oturub səbirsizliklə iclasın açıl-

masını  gözləyirdilər.  Mərkəzdə  müsavatçılar  oturmuĢdular.  Parla-

mentdə  üç  fraksiya  və  digər  qruplar  təmsil  olunurdu.  Parlamentin 

birinci  iclasını  Azərbaycan  Milli  ġurasının  sədri,  Müsavat  frak-

siyasının  da  sədri  Məhəmməd  Əmin  Rəsulzadə açmıĢdı.  Saat  beĢə 

qədər  davam  etmiĢ  iclasda  F.  Xoyski  baĢçılıq  etdiyi  Azərbaycan 

hökumətinin  yarımillik  hesabatındakı  məruzəsində  ölkədəki  vəziy-

yət,  görülən  iĢlər,  o  cümlədən  polisin  təĢkili  və  fəaliyyəti  ilə  bağlı 

belə  söyləmiĢdi:  ”...  Fəaliyyətimizin  bu  ötən  altı  ayı  ərzində  müm-

kün  olan  hər  Ģeyi  etdik  ki,  ölkəni  anarxiya  və  xaos  vəziyyətindən 

çıxaraq, biz qayda qanunu bərpa etdik, polisi təsis etdik... Hökumət 

idarə  eyləmiĢdir,  siz  görürsünüzki,  çox  Ģeylər  təzə  təĢkil 




 

38 


olunubdur...  Daxildə  hərc-mərclikdən  baĢqa  bir  Ģey  yox  idi.  Hətta 

polis  də  yox  idi.  Ona  görə  hamıdan  artıq  polis  iĢinə  diqqət  etdik. 

Ġndi  Allaha Ģükür olsun ki, Azərbaycanın hər  yerində lazımı qədər 

olmasa  da,  xalqın  malını,  canını  müdafiə  edəcək  polis  təĢkilatımız 

var.  Bu  xüsusda  çox  sözlər  ola  bilər...”.  Qeyd  etmək  lazımdır  ki, 

Parlamentin  açılıĢından  sonra  F.Xoyskinin  baĢçısı  olduğu 

Azərbaycan hökumətinin qərarı ilə binanın yerləĢdiyi küçənin adı –

“Nikolayev” dəyiĢdirilib, ”Parlaman” küçəsi qoyulmuĢdu... 

1918-ci il dekabrın 26-da F. Xoyski 3-cü hökumət kabinetinin 

proqramı və tərkibi barədə Parlamentdə çıxıĢ etmiĢdi. Müzakirələr-

dən sonra Parlament F. Xoyski hökumətinə  yenidən etimad göstər-

miĢdi. Bu hökumətdə F. Xoyski BaĢ nazir portfeli ilə yanaĢı, xarici 

iĢlər  naziri  vəzifəsini  də  tutmuĢdu.Üçüncü  hökumət  kabinetində 

Xəlil bəy Xasməmmədov (1873-1947) daxili iĢlər naziri, Nəsib bəy 

Yusifbəyli  (1881-1920)  maarif  və  dini  etiqad  naziri,  Məhəmməd 

Həsən  Hacınski  (1875-1931)  dövlət  nəzarəti  naziri  vəzifələrini 

tutmuĢdular. Müttəfiq qoĢunların Bakıdakı komandanı V.Tomsonun 

təkidi ilə F.Xoyskinin üçüncü koalisyon hökumətində 3 yer ruslara, 

2  nazir  vəzifəsi  isə  ermənilərə  ayrılmıĢdı.  Lakni  ermənilər  onlara 

təklif olunan nazir yerlərindən imtina etmiĢdilər... 

F.  Xoyski  N.Yusifbəylinin  baĢçısı  olduğu  dördüncü  (14  mart 

1919 – 22 dekabr 1919-cu il) və beĢinci (24 dekabr 1919-cu il - 30 

mart 1920-ci il) hökumət kabinetlərində xarici iĢlər naziri vəzifəsini 

tutmuĢdu. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq (millətlər-

arası) aləmdə və əcnəbi dövlətlər tərəfindən tanınmasında, müstəqil 

xarici siyasət aparılmasında F. Xoyskinin rolu az olmamıĢdı... Hələ 

1918-ci  il  dekabrın  2-də  müttəfiq  dövlətlərin  hərbi  missiyasının 

baĢçısı  general  V.  Tomson  Bakıda  ikən  F.  Xoyskinin  baĢçılığı  ilə 

yaradılmıĢ  koalisyon  hökumətini  Azərbaycanda  yeganə  qanuni 

hökumət kimi tanıyaraq, Fətəli xanı bacarıqlı adamlardan biri hesab 

etdiyini və baĢ nazirə dərin rəğbət bəslədiyini bildirmiĢdi... 1919-cu 

il yanvarın 22-də Bakıya gəlmiĢ Balkanda və Qafqazda olan ingilis 

qoĢunlarının  baĢ  komandanı  general  Corc  Henri  Milton  da  (tarixi 

ədəbiyyatda “Corc Miln” kimi də adlandırılır) ertəsi günü Azərbay-

canın  baĢ  naziri  F.  Xoyski  ilə  görüĢündə  elan  etmiĢdi  ki,  Böyük 

Britaniya  hökuməti  Azərbaycan  hökumətini  bu  ölkənin  ərazisində 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə