Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə13/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   9   10   11   12   13   14   15   16   ...   156

 

39 


yeganə  qanuni  hökumət  kimi  tanıyır.  Müttəfiq  qoĢunların  koman-

danlığı  yenidən  yaradılmıĢ  Azərbaycan  dövlətinin  daxili  iĢlərinə 

qarıĢmayacaq  və  ona  hər  cür  kömək  göstərəcək.  Azərbaycan  Milli 

ġurasının və Cümhuriyyətinin rəhbəri M.Ə. Rəsulzadə yaxın dostu 

və məsləkdaĢı Fətəli xanı müstəqil Azərbaycanın təĢəkkülündə mü-

hüm  rol  oynamıĢ  Ģəxsiyyətlərdən  biri  adlandırmıĢdı.  Beləliklə, 

Azərbaycanda ilk demokratik dövlət quruculuğu prosesində və döv-

lət idarəçiliyi strukturlarının formalaĢdırılmasında F. Xoyskinin bö-

yük rolu olduğu aydındır. 

F.  Xoyski  canından  artıq  sevdiyi  xalqına,  Vətəninə  axıradək 

sadiq  qalmıĢdı.  BaĢlanğıc həmiĢə  çətin olur... AĢikardırdır  ki, milli 

istiqlaliyyətimizin  qazanılmasında,  dövlət  müstəqilliyimizin  bərpa 

edilməsində və qorunmasında F. Xoyskinin xidmətləri böyükdür. O 

cümlədən  müstəqil  Daxili  ĠĢlər  Nazirliyimizin  təsis  edilməsində, 

milli,  müstəqil  polis  orqanlarımızın  təĢəkkülü  və  inkiĢaf  etdiril-

məsində də müstəsna xidmətlər göstərmiĢdir. Təəssüf ki, xalqımızın 

bu  görkəmli  oğlunun  aqibəti  faciə  ilə  sona  yetmiĢ,  o,  erməni 

terrorunun qurbanı olmuĢdur... 

1920-ci  il  aprelin  27-də  Bakının  11-ci  ordu  tərəfindən  iĢğa-

lından bir gün sonra Azərbaycanda sovet hakimiyyəti elan olundu. 

BolĢeviklərin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimlərinə 

toxunmayacaqlarına  dair  verdikləri  vədlərin  həqiqiliyinə  əmin 

olmayan Fətəli xan təqibdən və “qırmızı terrordan“ yaxa qurtarmaq 

üçün ailəsi ilə birlikdə zirehli qatarla Tiflisə gedib orada yaĢayırdı. 

Lakin düĢmənlər, ilk növbədə erməni-daĢnaklar onu “unuda” bilmir, 

izləyir və fiziki cəhətdən məhv etmək üçün fürsət gözləyirdilər. 

Budur,  Fətəli  xanın  qətlə  yetirildiyi  həmin  müdhiĢ  1920-ci  il 

19 iyun  günü... Həmin gün Fətəli xan öz yaxın silahdaĢı, Azərbay-

can  Xalq  Cümhuriyyətinin  rəhbər  postlarında,  o  cümlədən  ədliyyə 

və  daxili  iĢlər  naziri  vəzifələrində  çalıĢmıĢ  Xəlil  bəy  Xasməmmə-

dovla birlikdə Tiflisdəki Ġrəvan meydanından (indiki PatiaĢvili adı-

na Opera və Balet Teatrının yanı) söhbət edə-edə keçərkən qəfil atı-

lan atəĢlərə düçar olmuĢdu... Fətəli xan ağır yaralanaraq, səndirləyib 

yıxılmıĢ, Xəlil bəy də yaralanmıĢdı. Ancaq tapançasını çıxarıb əks-

cavab  olaraq  terrorçulardan  birini  yaralamıĢ  və  onun  dalınca 



 

40 


yüyürmüĢdü.  Amma  terrorçular  axĢamın  qaranlığında  aradan 

çıxmıĢdılar... 

Xəlil  bəy  terrorçunun  atdığı  qəfil  güllə  ilə  boyun    nahiyəsin-

dən  ağır  yaralansa da,  yenidən özünü Fətəli xana  yetirmiĢdi.  Fətəli 

xan güllə səsinə  yığıĢan insanlarla əhatə olunmuĢdu. Xəlil bəy ona 

yetiĢəndə fəqət, Fətəli xan gözlərini əbədilik  yummuĢdu. Xəlil bəy 

hönkür-hönkür  ağlayırdı...  Beləliklə,  Fətəli  xan  Xoyski  45  yaĢında 

erməni  terrorçularının  əli  ilə  həyatdan  vaxtsız  köçmüĢdür.  Tarixi 

ədəbiyyatların verdiyi  məlumatlara  görə, Fətəli xan Xoyskini Tür-

kiyənin Ərzrum Ģəhərindən gəlmiĢ muzdlu erməni terrorçuları Aram 

Erkanyan  və  MiĢaq  Qriqoryan  (bəzi  ədəbiyyatda  Kirokasyan  da 

yazılır) arxadan atdıqları güllə ilə qətlə yetirmiĢlər...Xəlil bəyin ca-

vab atəĢi il yaraladığı terrorçi M.Qriqoryan idi. Bu qanlı hadisə ba-

rədə məlumatları sonralar erməni daĢnakları 1986-cı ildə Parisdə ta-

rixi  terrorizmə  aid  həsr  etdikləri  kitabda  yazmıĢlar...  (Qeyd:  Aram 

Erkanyan  Ermənistanın Milli  Qəhrəmanıdır). 

Erməni  terrorçuları  tərəfindən  Fətəli  xan  Xoyskinin  qətlə 

yetirilməsi  Zaqafqaziya regionunun bütün demokratik qüvvələrinin 

qəzəbinə səbəb olmuĢdu.”Qruziya” (Gürcüstan) qəzeti F. Xoyskinin 

qətlinin dördüncü günü, 23 iyun 1920-ci il tarixli nömrəsində Fətəli 

xan Xoyski haqqında nekroloq dərc etmiĢdi. 

Dövrü mətbuatda F. Xoyskinin faciəli qətli ilə bağlı baĢqa bir 

fərziyə  də  öz  əksini  tapmııĢdır.  Həmin  fərziyəni  Fətəli  xanın  qızı 

Tamara xanım söyləmiĢdir. 

Vaxtı ilə Rusiya imperiyasında tanınmıĢ hüquqĢünaslardan bi-

ri olan Fətəli xan  Xoyski döğma dilində çox da səlis danıĢa bilmirdi 

və ictimai yerlərdə əsasən rus dilində danıĢırdı... Fətəli xanın rus di-

lində daha çox danıĢmağa üstünlük verməsi bununla əlaqədar idi ki, 

atası  general-leytenant  Ġsgəndər  xan  Xoyski  çar  Rusiyasının  ordu-

sunda  xidmət  etmiĢdi  və  rus  ordusundakı  həmin  xidmət,  həmçinin 

böyüdüyü ailə mühiti Fətəli xana təsirsiz keçməmiĢdi. 

Tamara  xanımın  söyləməsi  barədə  yazan  Zəkəriyyə  ġirvani 

bildirir ki, Fətəli  xan Xoyski  Azərbaycanda  sovet  hakimiyyəti  qu-

rulduqdan  sonra  1920-ci  il  aprelin  30-da  Azərbaycan  Demokratik 

Respublikasının  liderlərindən  biri,  Parlamentin  sədr  müavini  olmuĢ, 

görkəmli demokrat Həsən bəy Ağayevlə (1875 Gəncə - 19 iyul 1920, 



 

41 


Tiflis; Fətəli xanın qətlindən düz bir ay sonra erməni muzdlu qatili tə-

rəfindən  öldürülmüĢdü)  birlikdə  qatarla  gecə  Tiflisə  gəlmiĢdi.  F. 

Xoyskinin qətli isə heç də 1920-ci il iyunun 19-da deyil, həmin il iyu-

nun 7-də  baĢ vermiĢdir.  Özü də,  onun  yanında Xəlil bəy  yox, məhz  

Həsən bəy Ağayev olmuĢdur... Tamara xanım bununla əlaqədar bildi-

rib ki, gürcü həkim, professor Nikolay KipiĢidze Fətəli xanın ölümü-

nün bəzi təfərrüatları barədə ona aĢağıdakı məlumatları vermiĢdir: 

–  “Fətəli  xan  və  Həsən  bəy  1920-ci  il  iyunun  7-də  “Soley” 

sinqmatroqrafında  axırıncı  kinoseansından  çıxaraq,  Veri  eniĢindən 

Mixaylovskaya küçəsinə tərəf enəndə naməlum bir terrorçu arxadan 

onların kürəyinə bir neçə dəfə atəĢ açmıĢdı. Mixaylovskaya  xəstə-

xanasına çatdırılan F. Xoyski və Həsənbəy Ağayevə ilk tibbi yardım 

göstərən  məhz  mən  idim.  Ancaq  Xoyski  çoxlu  qan  itirdiyinə  görə 

səhərə  yaxın  keçindi.  H.  Ağayev  isə  sağalıb  Türkiyəyə  gedib. 

Onlara atəĢ açanın kim olduğu isə aĢkar edilməmiĢdir”. 

Fətəli  xan  Xoyskinin  nəsli,  özünün  ailə  üzvlərindən  bəziləri 

və onların aqibətləri haqqında məlumat verməyimiz də bizcə, yerinə 

düĢər. Fətəli xan milliyyətcə rus olan Yevgeniya Vasilyevna ilə ailə 

qurmuĢdu.  Qohumlarının  Ceyran  adlandırdıqları  həmin  qadından 

Fətəli  xanın  üç  övladı  vardı:  qızı  Tamara,  oğlanları  Murad  və 

Ənvər. Böyük oğlu Murad 1910-cu ildə Gəncədə anadan olmuĢdu... 

Bakıda  Nəqliyyat  Ġdarəsində  iĢləyirdi.  Onun  birinci  arvadı 

Aleksandra  Bezzubovadan  (sonra  ayrılmıĢdılar)  Ənvər  adlı  oğlu 

vardı.  Ənvər  1938-1990-cı  illərdə  yaĢamıĢdı...  Murad  ikinci  dəfə 

Nina Qalkina (1928) ilə evlənmiĢdi. Ondan bir qızı dünyaya gəlmiĢ-

di.  Adını  Tamara  (1950)  qoymuĢdu.  Murad  1973-cü  ildə  vəfat  et-

miĢdi. Onun oğlu Ənvərin törəmələri Ukraynada, qızı Tamara xanı-

mın ailəsi isə Bakıda yaĢamıĢlar... Fətəli xanın digər oğlu  Ənvər də  

(Ənvər ərəb sözüdür, “çox iĢıqlı”, ”çox parlaq”  deməkdir) 1914-cü 

ildə Gəncədə anadan olmuĢdu... 1935-ci ildə, 30-cu illərin repressi-

ya dövründə təqiblərə məruz qalmıĢ və dünyasını vaxtsız dəyiĢmiĢ-

di... Fətəli xanın  hər iki  oğlu  həyatdan köçənə  qədər  atalarının soy 

adını  iftixarla  daĢımıĢdılar.  Qızı  Tamara  1902-ci  ildə  Gəncədə  dö-

ğulmuĢdu. 1921-ci ildə Azərbaycan SSR-in görkəmli dövlət xadim-

lərindən biri olan Mirzə Davud Hüseynova (1894, Bakı - 1938; otu-

zuncu  illərdə  siyasi  səbəblərə  görə  repressiya  olunmuĢ  və  1938-ci 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə