Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə11/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   7   8   9   10   11   12   13   14   ...   156

 

33 


hakimiyyəti qurulduqdan sonra Bakıda və ya Tiflisdə müəmmalı 

Ģəkildə  qətlə  yetirilmiĢ  və  evi  yandırılmıĢdır...Həsən  bəy  Fətəli-

bəyov  12  aprel  1896-cı  il  təvəllüdlü  Ədilə  xanımla  yaĢam  qur-

muĢdu. Onların 4 dekabr 1913-cü ildə Bakıda anadan olmuĢ Ley-

la adlı qızları, 2 mart 1915-ci ildə döğulmuĢ Ənvər adlı oğulları 

vardı. Ənvər Ġkinci Dünya müharibəsində həlak olmuĢdu... Leyla 

isə Moskva Ģəhərində yaĢamıĢ, orada ərə getmiĢ və bir qız övladı 

dünyaya gəlmiĢdi... 

H.  Fətəlibəyovun  ingilislər  tərəfindən  vəzifə  pilləsində  irəli 

çəkilməsi ingilislərin zahiri qayğısı idi. Faktlar sübut edir ki, ingilis-

lər hər halda ikiüzlü siyasət yeridirdilər. Onlar Azərbaycan Cümhu-

riyyətinin  daxili  iĢlərinə  qarıĢır  (halbuki,  bunun  əksini  söz  vermiĢ-

dilər), onun hakimiyyət  orqanlarını, o cümlədən Daxili ĠĢlər Nazir-

liyini    “nəzarətdə”    saxlamağa  can  atırdılar.  Məsələn,  1919-cu  il 

yanvarın 28-də ingilis hərbi polis komissarı, polkovnik F.P. Kokke-

rel Azərbaycanın daxili iĢlər naziri Xəlil bəy Xasməmmədovdan tə-

ləb etmiĢdi ki, polis iĢçilərinin təyin olunmasını Ģəxsən onunla razı-

laĢdırsın  və  “polis  rütbəli  heyətdə” və ya təyinatlarda hər cür də-

yiĢikliklər onun Xüsusi Dəftərxanasından keçsin. Bu Dəftərxana 19 

noyabr 1918-ci ildə yaradılmıĢdı və Molokan (indiki Xaqani) küçə-

sində, Molokan bağı ilə üzbəüz binada yerləĢirdi. F.P. Kökkerel özü 

isə “Metropol” mehmanxanasındakı otaqlardan birində otururdu. 

Daxili  iĢlər  naziri  X.  Xasməmədov  da  bu  haqda  Azərbaycan 

Cümhuriyytəi  Nazirlər ġurasının sədri    Fətəli xan Xoyskiyə  aĢağı-

dakı  məzmunda  məlumat  vermiĢdi:  ”Müttəfiq  dövlətlərin  polis  ko-

missarı bütün Bakı rayonu polisinin rəhbəri təyin edilmiĢ və polisin 

bütün  üzvləri  ona  tabe  olunmuĢdur.  Bu  komissarın  sərəncamı  və 

əmrləri  tez-tez  Azərbaycan  Cümhuriyyəti  hakimiyyət  orqanlarının 

sərəncam  və  əmirlərini  ləğv  etsə  də,  polis  məmurları  tərəfindən 

qeyd-Ģərtsiz icra olunur. ĠĢlərə müdaxilə o həddə çatıb ki, hətta polis 

komissarı  tələb  edir:  -  polisin  Ģəxsi  heyətindəki  dəyiĢikliklər  və 

təyinatlar yalnız onun Xüsusi Dəftərxanası vasitəsilə aparılsın”. 

Noyabr 1918-ci il-aprel 1919-cu il. Mir Ağadı bəy TalıĢxanov 

Bakı  Ģəhərinin  polismeysteri  vəzifəsində  iĢləmiĢdir.  O,  həmçinin 

AXC    DĠN-in  Lənkəran  qəzasında  xüsusi  tapĢırıqlar  üzrə  məmuru 



 

34 


olmuĢdur... M. TalıĢxanov  sonralar  general-mayor  rütbəsinə  yük-

səlmiĢdi... 

1918-ci il sentyabrın 15-də Qafqaz Ġslam Ordusu və Azərbay-

can  Silahlı  Qüvvələri  Bakıya  varid  olub  onu  azad  etdikdən  sonra 

Nuru paĢa  “Ġsmailiyyə” binası ilə üzbəüz  ikimərtəbəli binada  yer-

ləĢib hələ Gəncədən  Bakıya gəlməmiĢ F. Xoyski hökumətini  göz-

ləməyə baĢlamıĢdı. Mürsəl paĢa da “Ġsmailliyə” ilə üzbəüz  küçədə 

vaxtilə Ġran Ģahı Müzəfərəddin Ģah Qacarın (25 mart 1853, Təbriz -7 

yanvar 1907,  Tehran ) qaldığı  mülkdə  yerləĢmiĢdi.(  Müzəffərəddin 

Ģah azərbaycanlı idi, Azərbaycanın hakimi , taxt-tacın varisi olmuĢ, 

1896-1907-ci  illərdə  Ġranda  Ģahlıq  etmiĢdi).  Ertəsi  gün,  sentyabrın 

16-da  F.  Xoyskinin  baĢçılıq  etdiyi  Azərbaycan  hökuməti  xüsusi 

qatarla  Bakıya  köçmüĢdü.  Əksər  nazirlər  və  F.  Xoyskinin  iĢ  otağı 

əvvəlcə  “Metropol”  mehmanxanasında  yerləĢmiĢdi.  F.  Xoyski  özü 

“Metropol” mehmanxanasındakı 31 nömrəli otaqda hər gün saat 12-

dən  14-dək  vətəndaĢları  qəbul  edirdi.  (Azərbaycan  hökuməti  sonra 

buradan  Seyid  Mir  Tağı  Mirbabayev  meydanına  (“indiki  “Azneft” 

dairəsi)  köçmüĢdü.  F.  Xoyski  hökumətinin  yerləĢdiyi  milyonçu  S. 

Mirbabayevin (1867-1953) evi  (Azərbaycan Dövlət Neft ġirkətinin 

indiki  binası)  əvvəllər  erməni  zəngini  Aramyanın  idi.  Aramyan  

kazinoda uduzub müflisləĢəndə  milyonçu  Seyid  Mirbabayev (həm 

də məĢhur xanəndə idi )  onu  almıĢdı... 

18  dekabr  1918-ci  il.  Bakıdakı  müttəfiq  dövlətlərin    Müvəq-

qəti  Polis  Komissarlığı  yanında  türk  və  müsəlman  (azərbaycanlı) 

əhaliyə  qarĢı  hücum  faktlarının  müəyyən  edilməsi  ilə  məĢğul  olan 

ayrıca Nəzarət Komissiyası yaradılmıĢdı.. 

21  dekabr  1918-ci  il.  Bakıdakı  müttəfiq  dövlətlərin    Müvəq-

qəti  Polis  Komisarlığı  tərəfindən  Azərbaycan  hökumətinə  qarĢı  çı-

xan  ekstremist  əhval-ruhiyyəli  qüvvələrə  qarĢı  kütləvi  həbslər 

aparılmıĢdı... 

...1918-ci  il  dekabrın  25-də    Nazirlər  Kabinetinin  qərarı  ilə 

Hərbi  Nazirliyin  tərkibində  müəyyən  dəyiĢikliklər  aparılmıĢdı.  Na-

zirlər  ġurasının  sədri  F.  Xoyski  hərbi  nazir  vəzifəsini  buraxdı.  Bu 

dəfə onun müavini, tam artilleriya generalı Səməd bəy Mehmanda-

rov  hərbi  nazir  təyin  edilmiĢdi.  Bundan  4  gün  sonra  -  dekabrın      



 

35 


29-da general-leytenant Əli ağa ġıxlinski  hərbi  nazir S. Mehman-

darovun müavini  vəzifəsinə  təyin  olunmuĢdu. 

Bu arada general V. Tomson müstəqil Azərbaycan hökuməti-

nin mövcudluğunu tanıdğını bildirmiĢ, lakin “hər Ģeyi yerində yox-

layıb buna münasib də qərar verərik”,- demiĢdi...1918-ci il dekabrın 

2-də verdiyi bəyanatda o, artıq elan etmiĢdi: ”Xan Xoyskinin sədr-

liyi ilə yaradılmıĢ koalisyon hökumət Azərbaycanda yeganə qanuni 

hakimiyyətdir”.  1918-ci  il  dekabrın  29-da  general  V.  Tomson 

Bakıdakı müttəfiq dövlətlərin və komandanlığın adından F. Xoyski-

nin  baĢçılıq  etdiyi  Azərbaycan  hökumətini  qəti  surətdə  və  rəsmən 

tanımıĢdı. 

F. Xoyski o zaman böyük hörmətə malik olan, neft sənayesin-

də  öz  fəaliyyəti  ilə  ad  çıxarmıĢ  Behbud  xan  Azad  xan  oğlu  Ca-

vanĢiri (1877-1921) daxili iĢlər naziri təyin etmiĢ, həmçinin peĢəkar 

hərbçi, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadəni (1865-

1944)  vitse-ministr  kimi  (nazir  hüququnda)  milli-müstəqil  poli-

simizin təĢkilinə cəlb etmiĢdi. Yeri gəlmiĢkən, Azərbaycan Respub-

likası  DĠN-də  qərb  modelli  vitse-ministr  institutu  F.Xoyski  hö-

kuməti  tərəfindən  ilk  dəfə  ġərqdə  məhz  Azərbaycanda  tətbiq 

olunmuĢdu... 

1918-ci il noyabrın 16-da Azərbaycan Milli ġurası öz iclasını 

keçirərək hazırkı fövqəladə vəziyyətdə ölkədə Müəssisələr Məclisi-

nin çağırılmasının qeyri-mümkünlüyü barədə qərar qəbul edib, əvə-

zində  özünü  parlamentə  çevirməyi  lazım  bildi.  Həmin  il  noyabrın 

19-da isə “Azərbaycan Parlamentinin  yaradılması haqqında qanun” 

qəbul  etdi.  Parlamentin  açılıĢı  dekabrın  3-də  olmalıydı.  Lakin 

müəyyən  “obyektiv  səbəblər”...  üzündən  onun  açılması  1918-ci  il 

dekabrın  7-də  mümkün  oldu.  1918-ci  il  dekabrın  7-də  milyonçu 

Musa Nağıyevin xəstə oğlu Ağa Ġsmayılın Ģərəfinə istedadlı polyak 

memarı Ġ.K.PloĢkoya (1867-1931) tikdirdiyi “Ġsmailiyyə” binasında 

bazar  günü  saat  2-də  Azərbaycan  Parlamentinin    təntənəli    surətdə 

açılıĢı olmuĢdu. 



Qeyd:  Milyonçu  Ağa  Musa  Nağıyev  (1842-1919)  Hacı 

Zeynalabdin  Tağıyevin  yaxın  dostu  idi.  Ondan  sonra  milyonçular 

sırasında ikinci yerdə dururdu. A.M. Nağıyev 1842-ci ildə Bakının 

Biləcəri kəndində anadan olmuş, 1919-cu ilin martında 77 yaşında 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə