Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə10/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   6   7   8   9   10   11   12   13   ...   156

 

30 


uğrunda bolĢevik-erməni daĢnak qoĢunlarına qarĢı savaĢlarda Ģəhid 

olmuĢ qardaĢ Türkiyə Ordusunun 1130 nəfər əsgər və zabiti Bakıda 

Dağüstü parkda dəfn olunmuĢdur, Azərbaycan milli hərbi qüvvələ-

rinin verdiyi Ģəhidlər isə bundan 3-4 dəfə çox idi... 

Lakin  türklər  daha  Azərbaycanda  qala  bilməzdilər.  Belə  ki, 

Birinci  Dünya  müharibəsində  məğlub  olmuĢ  Osmanlı  Türkiyəsinin 

hərbi  qüvvələrinin  Mudros  saziĢinə  əsasən  Azərbaycandan  çıxarıl-

masını  müttəfiqlər  -  Antanta  ölkələri  (Ġngiltərə,  Fransa  və  ABġ) 

təkidlə  tələb  edərək,  1918-ci  ilin  noyabrında  Bakıya  öz  hərbi  kon-

tingentini göndərmiĢdilər. 

Türkiyə Ordusu Azərbaycanı tərk edəndən sonra, Böyük Bri-

taniyanın  Ġrandakı  ekspedisiya  korpusunun  komandiri  general  Vil-

yam  (Uilyam)  Monthomeri  Tomson  olmaqla  müttəfiqləri  təmsil 

edən ingilis  qoĢunları  Ənzəli limanından  “Kryuger”, ”Tula”, ”Eve-

lina”,  ümumiyyətlə,  17  hərbi  dəniz  gəmilərində  (həmin  gəmilərdə 

39 piyada briqadasının ingilis-fransız-amerikan hərbi kontingentin-

dən  ibarət  1000  nəfəri  və  800  hindli  əsgəri,  habelə  polisi,  müttəfiq 

dövlətlərin  –  Ġngiltərə,  Fransa  və  ABġ-ıın  nümayəndəliyi  vardı) 

1918-ci  il  noyabrın  17-də  Bakıya  yan  almıĢ  və  Ģəhərə  daxil  ol-

muĢdular.  Onlar  bundan  əvvəl  Bakıda  yerləĢmiĢ  ingilis  generalı 

L.Ç.Denstervili  (1865-1946)  və  qoĢunlarını  “əvəz”  etmiĢdilər. 

Ġngilislər bunu “açar” əməliyyatı adlandırırdılar... Həmin əməliyyat 

1919-cu ilin avqustun  sonlarına qədər davam etmiĢdi... 

Haşiyə: General Lionel Çarlz Denstervil 1918-ci il sentyabrın 

15-də  Bakını  tərk  edib  Ġranın  Ənzəli  (1925-ci  ilədək  Ənzəli  ad-

lanıb. 1925-ci  il dekabrın 12-də Qacarlar sülaləsini (1796-1925) 

fars  Pəhləvilər  sülaləsi  (1925-1978)  əvəz  edəndə  Ģəhərə  Pəhləvi 

adı  verilmiĢdi.1978-ci  il  13  fevral  inqilabından  sonra  Ġran 

Müvəqqəti  Ġnqilabi  Hökumətinin  qərarı  ilə  Pəhləvi  adı  götürül-

müĢ  və  Gilan  vilayətində  qədim  liman  Ģəhəri  olan  Ənzəli  yeni-

dən öz tarixi adını bərpa etmiĢdir. Yeri gəlmiĢkən, Qacarlar azər-

baycanlı  (türk)  olsalar  da,  həmiĢə  Tehranda  Ģah  taxtında  oturur-

dular. Tehran Ģəhəri 9-cu əsrdən Ġranın paytaxtı olan Rey Ģəhəri-

nin  yaxınlığında  yerləĢirdi.  Tehran  1785-ci  ildən  Ġranın  paytax-

tıdır...) L.Ç.Denstervil Ənzəli limanına çatandan 3 gün sonra Bö-

yük  Britaniya  hökuməti  onu  vəzifədən  kənarlaĢdırıb  iqamətgahı 



 

31 


Ġranda  yerləĢən  yeni  yaradılmıĢ  müttəfiqlər ordusuna  komandan 

general  V.M.Tomsonu  təyin  etmiĢ  və  tezliklə  o,  Bakıya  gön-

dərilmiĢdi. 

V.Tomson  Bakıya  daxil  olarkən  özünün  qarĢılanma  mərasi-

mindəki çıxıĢında demiĢdi: ” Biz buraya Türkiyə ilə imzaladığımız 

müqavilə əsasında gəlmiĢik və biz ərazinizi qoruyan Osmanlı ordu-

sunu əvəz edəcəyik. Nə indi, nə də gələcəkdə sizin daxili iĢlərinizə 

müdaxilə etmək  fikrində deyilik”.  Lakin  F. Xoyski  və Azərbaycan 

hökumətinin üzvləri V.Tomsonun  hələ  Bakıya daxil olmazdan  əv-

vəl  sifariĢ  verib  bir  neçə  yeri,  o  cümlədən  hökumətin  oturduğu 

“Metropol”  mehmanxanasını  (“Metropol”  mehmanxanası  əvvəllər 

baĢqa bir Ģəxsə məxsus idi. Hərrac zamanı onu milyonçu Hacı Hacı-

ağa  almıĢdı.  Mehmanxana  cəmi  38  nömrədən  ibarət  idi.  Altında 

mağazalar  yerləĢirdi.  Hər  nömrənin  qiyməti  sutkada  1  manat  50 

qəpikdən 5 manatadək olurdu. General Ç. Denstervil Bakıda olduğu 

dövrdə  ingilis  qoĢunlarının  hərbi  qərargahı  “Metropol”  mehman-

xanasında yerləĢmiĢdi. ”Metropol” indiki AMEA-nın Nizami Gən-

cəvi  adına  Milli  Azərbaycan  Ədəbiyyatı  Muzeyidir.  Muzey  dahi 

Azərbaycan  Ģairi  Nizami  Gəncəvinin  anadan  olmasının  800  illiyi 

münasibətilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Daimi 

sərgi  Ev-muzeyinin  təĢkili  haqqında”  1  noyabr  1939-cu  il  tarixli 

4972 nömrəli sərəncamı ilə yaradılmıĢdı. Lakin Ġkinci Dünya müha-

ribəsi baĢlandığı üçün onun açılıĢı yalnız 1945-ci il mayın 14-də ke-

çirilmiĢ,  muzey  həm  də  Azərbaycan  Ədəbiyyatı  Muzeyinə  çevril-

miĢdi) ingilis əsgərləri üçün boĢaltmaq haqqında verdiyi əmrlərdən 

məyus  olmuĢdular...V.Tomson  Bakıya  daxil  olandan  sonra  hələ 

Azərbaycan  hökumətini  tanımaq  istəmədiyi  kimi,  onun  Silahlı 

Qüvvələrinə də etibar etmirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan 

hökumətinin  1918-ci  il  23  oktyabr  tarixli  iclasında  Hərbi  Nazirlik 

yaradılması qərara alınmıĢdı. Qərar Nazirlər ġurası tərəfindən 1918-

ci il noyabrın 1-də imzalanmıĢdı. Qərara əsasən Nazirlər ġurasının 

sədri F. Xoyski ilk vaxt hərbi nazir vəzifəsini də üzərinə götürmüĢ-

dü,  onun  müavini  isə  tam  artilleriya  (topçu)  generalı  Səməd  bəy 

(tarixi ədəbiyyatda “ağa” da yazılır) Mehmandarov təyin edilmiĢdi. 

Odur  ki,  V.Tomsonun  tələbi  ilə  1918-ci  il  noyabrın  22-də  Azər-



 

32 


baycan Cümhuriyyətinin Hərbi Nazirliyi Bakıdan Gəncəyə köçmüĢ 

və Bakıya yenidən bir də 1919-cu il aprelin 5-də  qayıtmıĢdı. 

Ġngilislərin  bu  cür  tələbləri  Azərbaycan  Daxili  ĠĢlər  Nazirli-

yinə  və  polisinə  də  aid  idi.  Belə  ki,  onlar  Azərbaycan  polisinin 

Bakıda  ingilis  hərbi  polisinə  cinayətkarlıqla  mübarizədə  və  əmin-

amanlığı  qorumaqda  yaxĢı  fəaliyyət  göstərən  nümayəndələrinə 

zahirən “səmimi” sözlər deməyi əsirgəmirdilər. Məsələn, 1919-cu il 

yanvarın  10-da  Bakının  güneral-qubernatoru  V.Tomsonun  əmri  ilə 

Bakı  Polismeysterliyinin  Xəfiyyə  hissəsinin  (bu  struktur  hələ  çar 

Rusiyası dövründə, 2 noyabr 1906-cı ildə  yaradılmıĢdı) rəisi Həsən 

bəy  Fətəlibəyova  (1886-1920)  uğurlu  fəaliyyətinə  görə  təĢəkkür 

elan edilmiĢ və o,  bir həftədən sonra  Bakıdakı  müttəfiq dövlətlərin 

Müvəqqəti  Polis  Komissarlığının  razılığı  ilə  Bakı  ġəhər  Polismey-

sterliyinin Xəfiyyə polisinin rəisi vəzifəsinə təyin olunmuĢdu... 



Haşiyə:  Həsən  bəy  Əhməd  bəy  oğlu  Fətəlibəyov  18  dekabr 

1886-cı ildə vaxtı ilə axırıncı Qarabağ xanı Sarıcalı-CavanĢir, ge-

neral-mayor  Mehdiqulu  xanın  (1807-1822)  mülku  olmuĢ  Ağda-

mın Ətyeməzli kəndində əsilzadə ailəsində anadan olmuĢdu. Qori 

Seminariyasını  1916-cı  il  martın  5-də  bitirmiĢdi.Buna  qədər, 

1914-cü  ildə  Qori  Ģəhərinin  pristavı  iĢləmiĢ  və  yaxĢı  xidmətinə 

görə həmin il iyunun 1-də “Müqəddəs Vladimir” ordeninin  4-cü  

dərəcəsinə  layiq  görülmüĢdü.  1917-ci  il  oktyabrın  29-da  Tatar 

(Azərbaycan)  Süvari  Alayının  ehtiyat  bölməsinə  könüllü  daxil 

olmuĢdu.  Həmin  il  noyabrın  23-də  və  dekabrın  5-də  Müsəlman 

Korpusuna  əsgər  yığmaq  üçün  Borçalı  qəzasına  ezam  olunmuĢ-

du. 1918-ci il yanvarın 4-də ona uryadnik rütbəsi verilmiĢdi. Hə-

min  tarixdən  də  Müsəlman  Korpusunun  komandiri,  general-ley-

tenant Əli ağa ġıxlınskinin əmrilə oboz (araba hərbi karvanı) ko-

mandiri təyin edilmiĢdi. H.Fətəlibəyov ailə vəziyyəti ilə əlaqədar 

1919-cu  il  yanvarın    4-də  hərbi  xidmətdən  tərxis  olunmuĢdu... 

Sonra  Bakı  Polismeysterliyində  məmur  kimi  qulluq  göstərməyə 

baĢlamıĢdı...  H.Fətəlibəyov  Bakı  Polismeysterliyinin  Xəfiyyə 

Polisinin  rəisi  vəzifəsindən  sonra  Azərbaycan  Xalq  Cümhuriy-

yətinin  Əks  Ġnqilabla  Mübarizə  TəĢkilatının  müavini  vəzifəsinə 

də  təyin  edilmiĢdi...  Lakin  onun  gələcək  aqibəti  çox  faciəli  ol-

muĢdu. H.Fətəlibəyovun acı aqibəti haqqında bu bəllidir ki, sovet 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə