malikdir. Beynəlxalq konvensiyaları ratifikasiya edərkən demokratik ölkələrin
çoxu (amma hamısı yox) beynəlxalq hüquq normalarının milli qanunverieilik
üzərində üstünlüyünü tanıyır.
Xariei əmək miqrasiyasının beynəlxalq-hüquqi əsasını: 10 dekabr 1948- ci
il «İnsan hüquqları haqqında ümumi Bəyannamə», 16 dekabr 1966-cı il
«Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt», 1 avqust 1975-ci il
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktı, Avropada
Təhlükəsizlik
və
Əməkdaşlıq
Təşkilatının
üzvü
olan
dövlətlərin
nümayəndələrinin 1986-cı il Vyana görüşünün Yekun Aktı, BMT-nin «Bütün
əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında»
Konvensiyası təşkil edir. BƏT-in «Əmək miqrantları haqqında» 97№-li
Konvensiyasının əsas ideyalarından biri, həmin sənədi ratifikasiya edən dövlətlər
tərəfindən milliyyət, irqi, dini mənsubiyyətindən, cinsindən və s. asılı olmayaraq
miqrantlara münasibətdə hüquq bərabərliyinin tanımasıdır. Bu Konvensiyada
əmək miqrantlarının qəbul edən ölkənin vətəndaşları ilə həmin sənəddə müəyyən
edilən məsələlər üzrə eyni hüquqlara malik olmasını təmin edən şərtlər barədə
müddəalar vardır.
Miqrasiyanın tənzimlənməsi üzrə tədbirlər sisteminin məzmunu. BƏT-
in 1949-eu ildə qəbul etdiyi 97№-li Konvensiyaya müvafiq olaraq, əmək
miqrantlarının hüquqlarının ümumi müdafiəsi dövlət tədbirləri sistemi ilə təmin
olunur və buraya aşağıdakılar daxildir:
•
miqrantlara yardım üçün pulsuz xidmətlərin təşkili və onların lazımi
infomıasiya ilə təmin olunması;
•
vətəndaşların immiqrasiyası və emiqrasiyası məsələləri üzrə mötəbər
olmayan infonnasiya və təbliğat əleyhinə tədbirlərin görülməsi;
•
miqrasiyanın bütün mərhələlərini: ölkədən getmə, yerdəyişmə və
miqrantların qəbulunu asanlaşdıran tədbirlərin görülməsi;
•
müvafiq tibbi xidmətlərin təşkili;
•
əmək miqrantlarma qazanelarmı və əmanətlərini vətənə köçünuək üçün
icazə verilməsi.
BƏT-in 97№-li Konvensiyasında miqrantların muzdla işə qəbulu,
yerləşdirilməsi və əmək şəraiti barədə müddəalar vardır, bir maddə isə
miqrantların şəxsi əşyalarını, iş alətlərini və avadanlığını ölkəyə gətirməsi
məsələlərini tənzimləyir.
Vətəndaşların iş üçün xaricə köçməsi ilə bağlı olan məsələlərin işlənib
hazırlanması ilə əlaqədar olaraq, Rusiya qanunvericiliyi baxımından əmək
330
miqrantlannm ölkəyə cəlbi, ölkədən çıxmasının rəsmiləşdirilməsi və işə
götürülməsi daha böyük maraq doğumr. Burada miqrantlarm işə düzəldilməsi
üzrə vasitəçilik fəaliyyəti ilə aşağıdakıların məşğul olmasına yol verildiyi
göstərilir:
•
miqrantın maraqları baxımından zəruri olduğu hallarda səlahiyyətli
dövlət orqanlarından icazə alınması və onların nəzarəti altında fəaliyyət
göstərilməsi şərti ilə, ehtimal olunan işəgötürən yaxud onun qulluğunda olan və
adından çıxış edən şəxs;
•
ərazinin qanunvericiliyi yaxud həm qəbul edən, həm də göndərən
ölkələrin səlahiyyətli orqanları arasında bağlanılan sazişlə nəzərdə tutulduğu
hallarda ərazi hakimiyyətindən əvvəlcədən icazə almış özəl agentlik.
Bu sənəddə həmçinin, göstərilir ki, qeyri-qanuni miqrasiyaya şərait
yaradan şəxs yaxud təşkilat müvafiq məsuliyyətə cəlb olunacaqdır. Bundan
başqa, BƏT-in 97№-li Konvensiyasında əmək müqavilələrinin yazılı
rəsmiləşdirilməsinin vacibliyi və əmək miqrantlannm muzd müddəti, əmək
şəraiti və məzmunu, onun ödəniş səviyyəsi göstərilən sənədləri almaq hüququnun
olması göstərilir.
Miqrantlarm əmək haqqı səviyyəsinin və əmək şəraitinin müəyyən-
ləşdirilməsinə dair beynəlxalq normalar xüsusi diqqətə layiqdir. BƏT-in
sənədləri miqrantlar və onların olduğu ölkənin vətəndaşları arasında əmək
haqqının minimum səviyyəsinin bərabərliyi, milli qanunvericiliklə nəzərdə
tutulduğu hallarda isə onlann əmək haqqının məbləğinin müəyyənləş-
dirilməsində iştirak hüququnun olmasını bəyan edir. Bu zaman əmək
miqrantlarına əmək haqqının mütəmadi qaydada və nağd şəkildə verilməsi şərti
qoyulur. Qeyd edək ki, beynəlxalq hüququn bu mühüm norması işəgötürənlərin
utanmadan muzdurların əməyini ödəmədiyi, bununla da onları və ailə üzvlərini
aclığa, təhqirə və iztirablara düçar etdiyi dövlətlərdə açıq-aşkar pozulur.
BƏT-in 97№-li Konvensiyasının 9-cu maddəsində əmək miqrantınm
valyuta vəsaitlərini sərbəst surətdə vətəninə köçümıək hüququ təsbit olunmuşdur.
Beynəlxalq standartlarla əmək miqrantınm olduğu ölkədə təhsil almaq yaxud
ixtisas səviyyəsini yüksəltmək imkanları nəzərdə tutulur. Belə ki, BƏT-in 100 və
151 №-li Tövsiyələrində miqrantlarm təhsil almaqda qəbul edən ölkənin
vətəndaşları ilə bərabər hüquqlarının olması şərti qoyulur. BƏT- in əmək
miqrantları haqqında 86 №-li Tövsiyəsi BƏT-in 97№-li Konvensiyasının əsasən
əmək miqrantlannm infomıasiya ilə təmin olunması (III hissə), seçim və muzdla
işə götümıə (IV hissə) məşğulluq sahəsində
331
rəftarın bərabərliyi (V hissə) məsələləri üzrə maddələrini dolğunlaşdırır. Bu
sənəddə əmək miqrantlarmın vəsait çatışmazlığı və əmək bazarındakı vəziyyətin
pisləşməsi səbəbindən vətənə geri göndərilməsindən müdafiəsinə yönəlmiş
maddələr (IV hissə) də vardır. Həmin sənədə əlavədə dövlətlər arasında ikitərəfli
müqavilələr bağlanarkən BƏT-in 97№-li Konvensiyasında və BƏT-in 86 №-li
Tövsiyəsində nəzərdə tutulan müddəaların nəzərə alınması üçün məsləhət olunan
nümunəvi mətn də verilir.
BƏT-in 118№-li Konvensiyası ölkə vətəndaşlarına, əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə sosial təminat sahəsində bərabər hüquqlar verir.
Konvensiyanı ratifikasiya edən dövlətlər onu imzalamış bütün dövlətlərin
vətəndaşlarına münasibətdə ölkədə qalma müddətindən asılı olmayaraq sosial
təminatda bərabər hüquqlar verilməsi öhdəliyini qəbul edir. Tərəflərin istəyindən
asılı olaraq, qəbul edilən öhdəliklər bir yaxud daha çox sosial təminatı - tibbi
xidməti, əmək qabiliyyəti itirildikdə müavinəti, pensiya təminatını, əmək
qabiliyyəti müvəqqəti itirildikdə müavinəti, işsizliyə görə müavinəti və s. nəzərdə
tuta bilər.
BƏT-in miqrasiya sahəsində sui-istifadə və əmək miqrantlarmın sosial və
vətəndaşlıq hüquqlarının bərabərliyinin təmin edilməsi haqqında 143 №-li
Konvensiyası öz ölkələri ilə müqayisədə, olduğu ölkədə bütün miqrantlarm
bərabər olmasını nəzərdə tutsa da, bəyan edilmiş bu hüquq milli
qanunvericiliklərdə çox nadir hallarda öz əksini tapır və hər yerdə pozulur.
Konvensiyanın birinci bölməsi əmək miqrantlarmın hüquqlarına riayət
olunmasına dair ümumi tələbləri müəyyən edir. Sənədə müvafiq olaraq, dövlət öz
ərazisində qeyri-leqal miqrasiyanı aşkara çıxarmalı və onun azaldılmasına
yönəlmiş tədbirlər həyata keçirməlidir. Konvensiyanın ikinci bölməsinə əsasən,
dövlətin qarşısında qanuni əmək miqrantı qismində olan şəxslər və onların ailə
üzvləri ilə davranışda, məşğulluq, sosial təminat, həmkarlar təşkilatlarında
iştirak, digər vətəndaşlıq hüquqları və sosial təminat məsələlərində öz
vətəndaşları üçün nəzərdə tutulan eyni yanaşma tələbi qoyulur.
BƏT-in 157 №-li Konvensiyasında (1982-ci il) əmək miqrantlarmın sosial
təminat sahəsində hüquqlarının təmin olunmasının beynəlxalq sistemi vardır.
Aİ-nin 1990-cı illərdə qəbul etdiyi Konvensiya inkişaf etməkdə olan ölkələrdən
miqrasiya barədə müddəaları əsaslı surətdə inkişaf etdirdi. Bu Konvensiyanın
məqsədi milli sosial təminat sxemlərinin ölkələrin inkişaf səviyyələrindəki
fərqlər nəzərə alınmaqla əlaqələndirilməsidir. Məqrib ölkələri Şurasında qəbul
edilən xüsusi konvensiya ərəb regionunda miqrasiya ilə
332
Dostları ilə paylaş: |