zəruriliyini nümayiş etdirməklə, investisiyaların beynəlxalq tənzimlənməsi
sistemində mühüm dəyişikliklərə səbəb olmuşdur.
•
İnvestisiyaların cəlbi üzrə konkret tədbirlər, ixtisaslı işçi qüvvəsinin
yerli bazasının, texniki potensialın genişləndirilməsi, iri (habelə orta)
korporasiyaların ixracla məşğul olan xarici filialları arasında, həmçinin, yerli
malgöndərənlərlə əlaqələrin inkişaf etdirilməsi sahəsində güclü səylərlə
dolğunlaşdırılmalıdır. Bu geniş aspektlərin nəzərə alınması ixraca səmtləşmiş
XBİ-nin qəbul edən ölkənin inkişafına öz nəticələrini göstənuəsi üçün vacibdir.
Daha keyfiyyətli XBİ cəlb etməklə yanaşı, həyata keçirilən fəali)^ət növlərinin
səviyyəsini də yüksəltməyə şərait yaratdığına görə, mühümlüyü baxımından
ölkənin öz potensialının inkişafı birinci yerə qoyulmalıdır.
•
Ehtimal ki, orta və uzunmüddətli perspektivdə Rusiyaya XBİ axını
böyük qeyri-müəyyənliklə müşayiət olunacaq. Bu, həm daxili siyasətin
elementləri və bundan daha çox, infrastrukturun geridə qalması və bununla bağlı
olaraq, daxili bazarın həcminin iri kapital massivləri üçün darlığı ilə əlaqədardır.
Ərazisi nəhəng, tərkib hissələri əməyin ərazi və istehsal-sahə bölgüsü
baxımından başdansovdu şəkildə əlaqələndirilmiş ölkə təsərrüfatına adekvat olan
məbləğdə intensiv XBİ axınlarını təmin etmək üçün yalnız xammal layihələri
(neft-qaz layihələri üstünlük təşkil etməklə) kifayət deyil. Rusiya iqtisadiyyatına
XBİ axınlarının məhdudlaşmasının əsas səbəbi hələ 1970-1980-ci illərdə
köhnəlmiş zəif infrastrukturdur. Hökumət ilahi qüvvə tərəfindən (siyasi məharət
sayəsində yox) yaradılmış, 10 il ərzində Rusiya xəzinəsinin neft dollarlarmm
tükənməz axını ilə dolduğu unikal tarixi şansı əldən buraxmamalı, bundan ölkədə
XXI əsr infrastrukturunun yaradılması üzrə böyük obyektlərin tikintisi üçün
istifadə etməlidir. Xalqın rifahının yüksəldilməsi məqsədi ilə ölkəyə güclü
investisiya axınlarının cəlb olunmasının və dayanıqlı iqtisadi artımın təmin
edilməsinin yeganə mexanizmi budur.
•
UNCTAD-2010 Hesabatında hökumətlərin, elmi ictimaiyyətin, işgüzar
dairələrin diqqətinin iqtisadiyyatın karbohidrogen sektorlarının inkişafına
yönəldilməsinin həyati vacibliyi vurğulanır; burada TMK-lar həm ekoloji
problemləri yaradan amil, həm də həmin problemin həllinin açarı kimi nəzərdən
keçirilir.
385
Yoxlama sualları
1.
Kapitalın beynəlxalq hərəkətinin təbiəti və səbəbləri nədən ibarətdir?
Kapitalın XBİ formasında hərəkət etməsinin səbəbləri nədir?
2.
Ölkəyə XBİ daxilolmasının real dinamikasının indeksi nədir? XBİ-nin
daxil olduğu və çıxarıldığı aparıcı ölkələr hansılardır? Şirkətin, ölkənin
transmillilik indeksinin müəyyənləşdirilməsində XBİ hansı rolu oynayır?
3.
Ölkələrin müxtəlif qruplarında XBİ-yə təsir göstərən amilləri sadalayın.
XBİ-nin tənzimlənməsinin milli rejimlərində hansı dəyişikliklər baş vermişdir,
onların hansı xüsusiyyətləri vardır, QƏ kapitalın hərəkətinə təsiri nə cürdür?
4.
İqtisadi qüdrətin 4 mərkəzi: ABŞ - Aİ - Yaponiya - Çin arasında XBİ-
nin hərəkətini təhlil edin. Bu mərkəzlərdən hər birinin inkişaf etməkdə olan
ölkələrlə investisiya kapitalı, tərəfdaşlığın xarakteri üzrə əlaqələri necədir?
XBİ-ni qəbul edən lider ölkələrdə XBİ indeksləri necədir?
5.
Qlobal böhran XBİ-nin hərəkətinə nə cür təsir göstərmişdir?
6.
«Kapitalın beynəlxalq hərəkətinin formaları», «kapitalın strukturu»,
«dövlət kapitalı və özəl kapital» anlayışlarını xarakterizə edin. Dövlət kapitalının
və özəl kapitalın növlərini, ölkədən çıxarılan kapitalın mənbələrini göstərin.
Kapitalın xalis hərəkəti nə deməkdir? İnvestisiyaların hansı növlərini və
fonnalarını tanıyırsınız? Kapitalın ixracı nə deməkdir? Kapital ixracının növləri
və formaları hansılardır?
7.
Dövlətin beynəlxalq investisiya siyasətində (investisiya rejimlərinin
dəyişməsində) rolunun yüksəlməsi nədə təzahür olunur?
8.
İİS-in və İVAQM-m məzmununu və mahi)^ətini izah edin. Ölkələrin
müxtəlif qruplarında BİS sistemini təhlil edin. BİS-in məzmununun
razılaşdırılmasmda başlıca məsələ nədir?
9.
Beynəlxalq təşkilatlar istehsalçıları və milli hökumətləri
karbohidrogen iqtisadiyyatına investisiya yönəltməyə niyə həvəsləndirir?
10.
Rusiyada infrastrukturun inkişafı və modernləşdirilməsi üçün XBİ-
dən istifadə olunmasının zəruriliyi nədən irəli gəlir?
386
Referatlarm mövzuları
1.
Kapitalın beynəlxalq hərəkəti; şərtləri və əsası, kapitalın hərəkəti
formaları
2.
Xarici birbaşa investisiyalar, böhrandan sonrakı dövrdə onların
coğrafiyası
3.
Rusiyada XBİ: xarici investisiyalar ölkəmizə nə verir?
4.
Beynəlxalq investisiya sazişləri (BİS) sistemi, investisiyalar barədə
sazişlər (İİS), ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr
(İVAQM)
387