aydındır ki, çoxsaylı ticari və siyasi maneələri aşmaq imkanı yaratmaqla, böyük
üstünlüklər təmin etdiyinə görə TMK-nın formalaşması ilkin mərhələdə xarici
ticarətlə bağlı olmuşdur. Bu məqsədlər üçün TMK-lar müdaxilə etdikləri
ölkələrin bazarlarında daxili əməliyyat meydanı rolunu oynayan törəmə
müəssisələrdən, uzun müddətdir ki, istifadə edir. Qeyd olunmalıdır ki, ilkin
mərhələdə inkişaf etmiş ölkələrin dövlətləri özlərinin iri korporasiyalarının xarici
ekspansiyasını dəstəkləməklə, onlara TMK formalaşması üçün şərait yaradırdı.
Xaricdə filialların yaradılması beynəlxalq ticarətin tənzimlənməsi üçün tətbiq
olunan tarif və qeyri-tarif məhdudiyyətlərindən yan keçməyə kömək edir. Dövlət
ilk TMK-lar üçün bu üstünlüklərin inkişaf etdirilməsini dəstəkləyirdi. Dövlət
başqa ölkələrlə ticari-iqtisadi müqavilələrin bağlanılması yoluna da qədəm
qoymuşdu. TMK-nın təşəkkülünə şərait yaradan başqa amil regional və
ümumdünya nəqliyyat infrastrukturunun sürətli inkişafı, rabitə sistemlərinin
təkmilləşdirilməsi, müxtəlif şirkətlərin və ölkələrin elmi-texniki əməkdaşlığı
olmuşdur. TMK-nın formalaşmasında güclü sıçrayış 1960-1970-ci illərə təsadüf
edir. Bunun bir neçə səbəbi vardır və onların ən başhcalarmı sadalayaq:
•
müharibədən sonra iqtisadiyyatını uğurla bərpa etmiş Qərbi Avropa və
Yaponiya korporasiyalarının və banklarının mövqelərinin möhkəmlənməsi;
«Böyük triada»: ABŞ - Qərbi Avropa - Yaponiya çərçivəsində amansız rəqabət
mübarizəsinin başlanması;
•
Asiya, Afrika və qismən də Latın Amerikasında müstəmləkə
imperiyaları dövrünün başa çatması. Amerika korporasiyalarını sıxışdırmağa
başlayan Qərbi Avropa və Yaponiya şirkətlərinin bütün qitələrdə qlobal
ekspansiyasının başlanması. Qovuşmalar və birləşmələrə doğru meyil bundan
təkan almış və nəticədə TMK-nın formalaşmasına, onların xammal və hazır
məhsullar bazarlarına daxil olması üçün şərait yaranmışdır;
•
ölkələr arasında rəqabətin güclənməsi labüd olaraq şirkətlərin iriləşməsi
və
əməliyyatlarının
transmilliləşməsinə,
mövcud
satış
bazarlarının
səmərəliliyinin yüksəlməsinə və genişlənməsinə, yeni bazarların axtarılmasına
gətirib çıxardı;
•
qovuşmalar və birləşmələr metodundan istifadə olunması; 2007-ci ildə
(qlobal böhran başlamazdan əvvəl) TMK-lar 7,5 mindən çox, 1,2 trilyon dollara
yaxın transsərhəd əqdləri yerinə yetirmiş, bunlardan 200-dən çoxu dəyəri 1
milyard dollar olan meqa-əqdlərdir.
391
Müəssisələr (firmalar) mənfəətin artırılması uğrunda mübarizənin, yəni
hər bir kapital sahibinin əsas vəzifəsinin həllinin gedişində transmilli
korporasiyaya çevrilir. TMK beynəlxalq korporasiya kimi, daxili iqtisadiyyatda
kapitalın və istehsalın təmərküzləşmə səviyyəsinin sadəcə milli sərhədlər
çərçivəsinə sığmamasınm deyil, həm də dünya iqtisadiyyatının güclü mərkəzi
dayağı olan beynəlxalq istehsalın formalaşmasının maddi bazasına çevrilməsinin
real göstəricisidir.
TMK-nın fəaliyyətinin neqativ nəticələn. Nəzərəçarpan pozitiv
məqamlarla (iqtisadi sistemin dayanıqlığının möhkəmlənməsi, büdcəyə pul
daxilolmaları, malların istehsalı, tikinti obyektləri, məşğulluğun genişlənməsi,
nou-hau və s.) birgə, TMK-da mənfi cəhətlərinin olması qaçılmazdır:
1)
TMK-nın həddən artıq güclü olması bir sıra ölkələrdə hökumətin bəzi
planlarının həyata keçirilməsinə mane ola bilər; belə vəziyyətdə onlan qəbul edən
ölkənin qanunları əksər halda pozulur;
2)
TMK-lar çox vaxt öz mallannm qiymətini bahalaşdırır, özlərinə
əlverişli, yerləşdiyi ölkə üçün qeyri-münasib şərtlər diktə edir;
3)
TMK-lar qlobal maraqları rəhbər tutur və onların istehsal etdikləri
mallar yerli bazarlara çıxarılmayaraq, başqa ölkələrdə fəaliyyət göstərən
filiallarına göndərilir;
4)
TMK-nın quraşdırma istehsallarının çoxu yerli şəraitə uyğunlaşdırıla
bilmədiyi üçün, onları qəbul edən tərəfə, ümumiyyətlə, heç bir fayda vermir.
Buna görə də onları qəbul edən ölkələr daha ehtiyatlı olmalı, TMK-lar ilə
münasibətlərin işlənib hazırlanmasına təcrübəli, milli maraqları layiqincə təmsil
edən mütəxəssisləri cəlb etməlidir.
TMK anlayışının ən adekvat açıqlanması. Bütün deyilənləri nəzərə
almaqla, TMK anlayışının ən adekvat təfsiri bu cür olmalıdır: transmilli
korporasiya - ticarət, istehsal-texnoloji (investisiya) və kooperasiya əlaqələrini iki
və daha çox ölkədə (bəzi hallarda TMK-nın 6 ölkədə fəaliyyət göstərməsinin
zəruriliyi nəzərdə tutulur) quran, fəalij^ət göstərdiyi müəyyən təsərrüfat
sahəsində ölkənin əsas göstəricilərinə əhəmiyyətli təsir göstərən, adətən, iri
firmadır.
Fikrimizcə, göstərilən anlayış formal baxımdan müasir TMK-ya aid edilən
iri şirkətlərin indi batmaqda olan «British Petroleum» tipli nəhəng olmaması ilə
bağlı yeni meyilləri nəzərə almağa imkan verir. 1990-cı illərin ikinci yarısından
başlayaraq və XXI əsrin birinci onilliyində əsasən yüksək
392
texnologiyaların işlənib hazırlanması, satışı və tətbiqi ilə əlaqəsi olan çoxsaylı
«orta» şirkətlər mövcud TMK sisteminə və beynəlxalq istehsala qoşulmuşdur.
Müasir statistika TMK-nın hələ 1970-ci illərdə işlənib hazırlanmış meyarlarına
əsaslandığına görə, bu yeni təzahürləri nəzərə almır və çoxlu sayda yeni
transmilli firmalar təbəqəsi TMK sırasına daxil edilmir. Güman ki, onların sayı 1
milyondan az deyil və bunun 40%-ə yaxmı birinci və ikinci dalğa YSÖ-nin və
yeni kapitalist ölkələrinin, 60%-i isə kapitalizmin inkişaf etmiş mərkəzlərinin
payına düşür. Özü də, qlobal TMK-lar ilə müqayisədə onların fəaliyyət dairəsi
xeyli geniş olmaqla, milli iqtisadiyyatın bütün, o cümlədən sosial (MKT, səhiyyə,
təhsil və s.), kənd təsərrüfatı, ekoloji təmiz texnologiyaların hazırlanması və
tətbiqi, alternativ enerji mənbələrinin yaradılması və başqa sahələri əhatə edir.
Beləliklə, TMK - iqtisadiyyatın beynəlmiləlləşməsinin və maliyyə-təsərrüfat
proseslərinin qloballaşmasının ən yüksək mərhələlərinin obyektiv nəticəsidir.
Onlar öz inkişafında bir-birindən keyfiyyətcə fərqlənən mərhələlərdən keçmiş və
bütöv beynəlxalq istehsalı formalaşdıran real qüvvəyə çevrilmişdir.
Beynəlxalq istehsalın formalaşması. TMK-nın filialları nəinki dünya
təsərrüfatının iqtisadi sisteminin tərkib hissəsinə, həmçinin, formalaşmaqda olan
beynəlxalq istehsalın mərkəzi həlqəsinə çevrilir. Buna görə də onlardan mənşə
ölkələrinin (inkorporasiya olunduqları ölkələrin) maraqlan üçün yeridilən iqtisadi
siyasətin aləti qismində istifadə oluna bilər. İqtisadi siyasət BVF-in prioritetləri
əsasında müəyyənləşdirildiyinə və bu sahədə addımların atılması barədə ən
mühüm məsələlər dövlətlərin özü tərəfindən müstəqil surətdə deyil, TMK və
TMB-nin mənzil-qərargahlarında həll olunduğuna görə, onlar iqtisadiyyatın daha
çox inkişaf etmiş hissəsi üzərində və buna müvafiq olaraq büdcə üzərində
nəzarətini tədricən itirirlər. Gələcəkdə bu qəbildən olan meyillər yalnız
güclənəcəkdir.
Ümumi qəbul edilmiş təfsirlərdən birinə əsasən, TMK - istehsal bölmələri
bir neçə ölkədə yerləşdirilmiş korporasiya yaxud beynəlxalq biznes əhəmiyyətli
(fəaliyyətinin 25-30%-i xaricdə həyata keçirilən), iki və daha çox ölkədə filialları
olan şirkətdir. BMT ekspertlərinin müəyyənləşdirdiyinə görə, əvvəlki illərdə illik
dövriyyəsi 100 milyon dollardan çox olan və filialları ən azı 6 ölkədə
yerləşdirilmiş fınnalar TMK-ya aid edilirdi. Son dövrdə bu təyinə yenidən
baxılmışdır və indi əsas əlamət TMK-nın rezident olduğu ölkədən kənarda yerinə
yetirdiyi satışların faizlə həcmi göstəricisidir. Bundan sonra
393
Dostları ilə paylaş: |