Xülasə
•
Dünya əhalisi, xüsusilə də inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı
ölkələrin sakinləri ərzaq mallarının səmərəli tərzdə, tələbatın getdikcə artması
nəzərə alınmaqla istehsal edilməsinə möhtacdır. Əhalinin strukturunda baş verən
dəyişik-liklər, o cümlədən şəhər sakinlərinin sayının sürətlə artması ərzağa olan
tələbatdan asılı deyil. Bundan başqa, aqrar sektorda məşğulluğun ixtisarı kənd
təsənlifatmda əmək məhsuldarlığının artmasını tələb edir. Gəlirlər çoxaldıqca,
həyat tərzi yaxşılaşdıqca, insanlar daha çox keyfiyyətli ərzaq istehlak edirlər.
Dünya əhalisinin sayı isə sürətlə artır və tezliklə Yer sakinlərinin sayı 7 milyard
nəfərə çatacaqdır. Deməli, dünyanın müxtəlif ölkələrinin kənd təsərrüfatı daha
çox qida məhsulları, heyvanlar üçün yem kimi müxtəlif inqrediyentlərin və aqrar
məhsulların emalı sənayesinin tələbatını ödəmək üçün xammal, yarımfabrikatlar
istehsal etməlidir.
•
Aqrar məhsullar, əvvəllər olduğu kimi, bu gün də çatışmır; dünyada 1
milyarda yaxın insan aclıqdan əziyyət çəkir, milyonlarla adamın bu səbəbdən
tələf olması davam edir. Yalnız inkişaf etmiş ölkələrin kiçik qrupu vətəndaşlarını
keyfiyyətli ərzaqla təmin edir və bazara böyük həcmdə yeyinti məhsulları -
buğda, düyü, ət, süd və s. çıxara bilir. Dünya ölkələrinin əksəriyyəti isə qida
məhsullarının əsas növlərini satın almağa məcburdur. Beynəlxalq təşkilatların və
TMK-nm buğda becərib heyvan və quşları yemləməkdənsə, müəyyən bitkiləri
bioloji yanacaq məqsədilə becərilməsinin daha böyük səmərəliliyi barədə o qədər
də uzaqgörən olmayan bəyanatları vəziyyəti daha da mürəkkəbləşmişdir.
Nəticədə son bir neçə il ərzində ərzağa ehtiyac duymayan ölkələrin böyük bir
qrupunda dənli bitkilərin, heyvanların, quşların istehsalı xeyli ixtisar olunmuşdur.
Bu isə, ərzağın qiymətinin bahalaşması və qıtlığının yaranması, bir çox yoxsul
ölkələrdə aclıq təhlükəsinin yenidən baş qaldmnası ilə nəticələnmişdir.
•
TMK-nın əkinçiliyə və heyvandarlığa maraq göstənnəsi, kəskinləşən
ərzaq probleminin həlli üçün mühüm amilə çevrilmişdir. Qeyd olunmalıdır ki,
inkişaf etmiş ölkələrin TMK-sı çoxdandır ki, inkişaf etməkdə olan ölkələrin aqrar
sektorunda fəaliyyət göstərir. Məsələn, məşhur «United fruit» şirkəti Mərkəzi
Amerikanın bir çox ölkələrində böyük plantasiyalara malik idi və onların
iqtisadiyyatına güclü təsir göstərirdi («banan respublikası» termini də məhz
burada meydana çıxmışdır).
490
•
Ancaq xarici TMK-nın fəaliyyətində nəzərəçarpan canlanma son illərdə
müşahidə olunmağa başlamışdır. 2007-ci ildə bütün, əsasən də inkişaf etmiş
ölkələrin, habelə Çinin və Cənubi Koreyanın TMK-sı aqrar sektorun inkişafına
investisiya kimi 32 milyard dollar yönəltmişdir. Bu, başqa xammal sahələrinə
XBİ ilə müqayisədə cüzi məbləğ olsa da, bunun 1990-cı illərdə 1 milyard
dollardan az olduğunu xatırlasaq, meyil daha qabarıq görünür.
•
Həmin sahədə TMK-nı investisiya qoyuluşundan
çəkindirən amil inkişaf
etməkdə olan ölkələrdə yetişdirilən aqrar məhsulların qiyınətlərinin ənənəvi
ueuz-luğu və əvvəlki onilliklərdə bunun inkişaf etmiş dövlətlər tərəfindən qəsdən
aşağı səviyyədə saxlanmasıdır. Ancaq son illər ərzaq mallarının qiymətlərinin
ciddi baha-laşması nəticəsində TMK-nın bu sahədə fəallığı güclənmişdir. Hazırda
TMK ilə onu qəbul edən ölkə arasında münasibətlərin ən səmərəli forması kənd
təsərrüfatı podratı-dır. İnkişaf etməkdə olan ölkələrin aqrar sektoruna həmin
qrupdan olan ölkələrin (Çin, Cənubi Koreya, Malayziya, Braziliya və s.) TMK-sı
getdikeə fəal qoşulur.
•
Son illərdə inkişaf etmiş ölkələrin, habelə sürətlə inkişaf edən ölkələr
qrupunun TMK-sı Asiya, Afrika və Latın Amerikasında infrastruktur
layihələrinin həyata keçirilməsinə böyük maraq göstərməyə başlamışdır.
Məlumdur ki, infrastruktur milli iqtisadiyyatın inkişafının ən əsas şərtlərindən
biridir və onun keyfiyyətli, şaxələnmiş avtomobil yolları, dəmir yolu və hava
nəqliyyatı, hava limanları, yaxşı logistika olmadan dünya təsərrüfatı
münasibətlərinə «qoşulması» qeyri-mümkündür. Ölkələrin xarici və beynəlxalq
ticarəti məhdudlaşdığına görə, milli və dünya iqtisadiyyatları da infrastruktur
olmadan dolğun inkişaf edə bilməz.
•
Buna görə də inkişaf etməkdə olan ölkələrin hökumətləri TMK-nı və
onların maliyyə vəsaitlərini milli infrastrukturun inkişafına cəlb etməyə çalışır.
Təerübə bu əməkdaşlığın bir çox hallarda TMK-nı qəbul edən ölkəyə böyük
fayda verdiyini göstərir. Amma bir sıra eiddi problemlər də aşkara çıxmış və
bunlar UNCTAD-m Hesabatında öz əksini tapmışdır (2008-ei il). Məsələ konkret
ölkədə infrastrukturun inkişaf etdirilməsinə TMK-nın məhz nə vaxt eəlb
olunmasmdadır. Hökumətlər TMK-nın iştirak etdiyi milli layihələrin həyata
keçirilməsindən gözlənilən effektin təmin olunması yollarını axtanb tapmalıdır.
•
Hər bir ölkənin öz prioritetləri və imkanları olduğuna görə, dövlət və özəl
(o cümlədən TMK-nın) investisiyaların birləşməsinin
optimal nisbətinin
491