20
Azərbaycan tarixinin qəhrəmanlıq
səhifəsi
1918-ci ilin martında yerli əhaliyə qarşı soyqırım həyata keçirməyi
planlaşdırdı.
Həmin vaxt yerli müsəlman əhali müdafiə məqsədilə təcili olaraq
ordu quruculuğuna başladı ki, bu da bolşevik və daşnakları təşvişə
saldı. 1918-ci il martın 9-da azərbaycanlılardan ibarət “Vəhşi divizi-
ya”nın qərargahı Tiflisdən Bakıya köçürülərkən, qərargahın rəhbəri
general Talışinski Şaumyanın göstərişi ilə Bakı Soveti adından birbaşa
vağzalda həbs edildi. Bu hadisə təkcə Bakıda deyil, bütün qəzalarda
azərbaycanlı əhalinin böyük narazılığına səbəb oldu. Azərbaycanlı
siyasi xadimlərin, o cümlədən N.Nərimanovun işə qarışması ilə mü-
naqişə həll olundu, bolşeviklərin və ermənilərin təxribatının qarşısı
alındı. S.Şaumyan Bakıda milli ordunun formalaşdırılmasını dayan-
dırdıqdan sonra bu proses Lənkəranda davam etdirildi. Bunun da
qarşısını almaq və soyqırım həyata keçirmək üçün bolşevik-daşnak
qüvvələri yeni məkrli planlar hazırlamağa başladılar.
Mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərdən
ibarət kiçik bir dəstə, müsəlman diviziyasının zabiti-Hacı Zeynalab-
din Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkil-
də həlak olmuş oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisində
Lənkərandan Bakıya gətirdilər. Dəfndən sonra martın 29-da Lənkə-
rana geri qayıtmağa hazırlaşan 48 nəfərdən ibarət dəstə guya şəhərdə
silahlı qarşıdurmanın və qan tökülməsinin qarşısını almaq istəyən
bolşeviklər tərəfindən saxlanıldı və tərksilah edildi. Buna müsəlman
əhalinin etiraz etməsi kütləvi şəkildə müsəlmanların qırğınının baş-
laması üçün bolşevik-daşnakların əlində bəhanə oldu. (7, s.247)
Erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin
tədqiqi göstərir ki, bunlardan ən dəhşətliləri 1918-ci ilin mart-aprel
aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay, Hacıqabul, Kürdə-
mir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ, Ağstafa və s.
ərazilərdə baş vermişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış
21
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylov 1918-ci il
oktyabrın 26-da həmin ilin sentyabrın 22-dən oktyabrın 23-nə qədər
olan müddətdə Göyçay qəzasında aparılan təhqiqat işləri haqqında
məlumat verib. O, məlumatda göstərirdi ki, bu müddət ərzində 500
nəfərdən çox şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və
Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Musta-
falı, Xəlilli, Qasım bəy,
Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir.
Göyçay qəzasının Ərəb-Mehdibəy kəndində 84 mülk darmadağın
edilib, yandırılıb, 83 nəfər, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşa-
ğı qətlə yetirilmişdi. (2)
1918-ci ilin noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiya-
sının sədri Ə.Xasməmmədov Azərbaycan Cümhuriyyəti Ədliyyə
Nazirliyinə yazdığı məruzələrdə Bakı quberniyası, Göyçay qəzası-
nın Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində azər-
baycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti
haqqında ətraflı məlumat vermişdi.
Ə.Xasməmmədov 1919-cu il iyunun 4-də ədliyyə nazirinə yazdığı
məktubunda xəbər verirdi ki, müsəlmanlara qarşı törədilmiş cinayət-
lərin iştirakçılarını məsuliyyətə cəlb etmək məqsədilə 128 qərar la-
yihəsi hazırlanmışdır ki, bunlardan da 18-i Göyçay qəzasına aiddir.
1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü
Ç.Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib
edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış ma-
teriallar 36 cild və 3500 vərəqdən ibarətdir. Göyçay qəzasının Kür-
dəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq material toplanıb. (75)
Son illər 1918-ci il soyqırımı ilə bağlı yeni faktlar üzə çıxarılma-
ğa başlanılıb. Göyçay və Cavad qəzalarının sənədləri 1919-cu ildə
Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya, Paris sülh konfransın-
dakı Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Top-
çubaşova göndərib. Həmin sənədlər tədqiqatçılar tərəfindən aşkara
çıxarılaraq vətənə qaytarılıb. (54, 31 Mart 2015)