~ 33 ~
komunikasiya texnologiyalari üzrə Milli strategiya (2003-2012-ci
illər);
-Elektron imza və electron sənəd haqqında Azərbaycan
Respublikası Qanunu, 2004-cü il;
-Azərbaycan
Respublikasında
rabitə
və
informasiya
texnalogiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı (Elektron Azərbaycan), 2005-ci il;
-Azərbaycan
Respublikasında
rabitə
və
informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət
proqramı (Elektron Azərbaycan), 2010-cu il.
Göstərilən normativ sənədlər, Azərbaycan Respublikasının
qanunları və Dövlət Proqramlarının icrası istiqamətində ötən
dövrdə görülən işlərin qısa xülasəsini nəzərdən keçirək.
Nəzərdə tutulan Dövlət Proqramlarının vaxtında və keyfiyyətlə
yerinə
yetirilməsi
məqsədi
ilə
Azərbaycan
Respublikası
Prezidentinin 20 fevral 2004-cü il sərəncamı ilə Rabitə Nazirliyi ləğv
edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi (RİTN) yaradıldı və “İKT üzrə Milli Strategiya”nın
koordinatoru funksiyasını yerinə yetirməyə başladı. Bununla da
Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş Strategiya ilə
Azərbaycanın İKT sahəsinə diqqəti cəmiyyətimizə və bütün
dünyaya
bəyan etdi. Prezidentin on iki dekabr 2013-cü ildə Cenevrədə
keçirilən İnformasiya Cəmiyyəti Dünya Sammitindəki “Qara qızılı
insan qızılına çevirək” tezisi ölkə iqtisadiyyatında yeni inkişaf
mərhələsinin əsasının qoyulmasını bütün dünyaya bəyan etməklə,
dövlət səviyyəsində məqsədyönlü işlərin başlanmasına start verdi.
Beləliklə Azərbaycan hökumətinin, xüsusiyləRİTN-nin fəaliyyəti
nəticəsində respublikanın İKT sektoru yüksək templə inkişaf etməyə
başladı.
Respublikada
İKT-in
nəzəri
və
praktiki
cəhətdən
dəstəklənməsində
və
inkişafında
AMEA-ın
İnformasiya
Texnologiyaları və Kibernetika İnstitutlarının da fəaliyyətlərini
xüsusi qeyd etmək lazımdır.