34
müharibə nəticəsində Azərbaycan iqtisadiyyatı digər MDB ölkələrinin iqtisadiyyatları
ilə müqayisədə daha çox problemlərlə üzləşmişdi [66].
Sovet İttifaqının süqutu nəticəsində keçmiş müttəfiq respublikalar arasında
iqtisadi əlaqələrin qırılması, bütün postsovet ölkələrində olduğu, kimi Azərbaycanda
da sənaye istehsalının tənəzzülü, investisiya və innovasiyaların çatışmazlığı,
qiymətlərin və işsizliyin artması, əhalinin rifah halının pisləşməsi ilə müşayiət olunan
dərin böhranla nəticələndi [71].
O dövrdə ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan sosial gərginliyi
azaltmaq məqsədilə əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və
çoxsaylı güzəştlərin tətbiqi inflyasiya prosesinin daha da sürətlənməsinə və
hiperinflyasiyaya çevrilməsinə səbəb oldu. Birmənalı qeyd etmək olar ki, iqtisadi
inkişafın birinci mərhələsində aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər
nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər müşahidə olunmuşdu. Belə
ki, 1991-ci ildə ÜDM 2,7 milyard manat olmuş, 1991-1995-ci illər ərzində hər il 13-
20% azalaraq 53% aşağı düşmüşdü. 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı
ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə çox
olmuşdu. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü
ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,65 dəfə
artmışdı [65].
Müstəqillik əldə ediləndən sonra ölkə iqtisadiyyatında başlayan böhranın
qarşısını yalnız 1996-cı ildə almaq mümkün oldu.1997-ci ildən etibarən isə ölkə
iqtisadiyyatında müəyyən irəliləyişlərə nail olundu. İqtisadi inkişafın ikinci
mərhələsində ölkədə əsasən aşağıdakı üç istiqamət üzrə tədbirlər həyata keçirilib:
1. liberal-demokratik yönlü bazar prinsiplərinə əsaslanan iqtisadiyyatın
yaradılması; 2. ölkənin neft-qaz yataqlarının işlənməsi; 3. dünya iqtisadiyyatı ilə
qlobal və regional səviyyədə inteqrasiyanın gücləndirilməsi.
Bu dövrdə iqtisadiyyatda islahatlar həyata keçirilməyə başlanmış, xarici ticarət
və iqtisadi proseslər liberallaşdırılmış, yeni neft yataqlarının işlənməsi üçün xarici
şirkətlərlə müqavilə imzalanaraq, ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün
iqtisadi qanunvericilik yenidən işlənilmişdi.
35
1995-ci ildən başlayaraq Azərbaycanda iqtisadi inkişaf modeli formalaşmağa
başlamış və bu model üzrə həyata keçirilən siyasət tez bir zamanda ölkə
iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdu. Bu dəyişikliklər
nəticəsində ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, 1997-ci ildən başlayaraq
dinamik iqtisadi inkişafın təməlini qoymaq mümkün olmuşdu. Belə ki, 1996-cı ildə
ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla
10% təşkil etmişdi. Digər tərəfdən, 2001-2005-ci illər ərzində ÜDM-in artımı orta
hesabla 13 faiz təşkil edirdisə, qeyri-neft ÜDM-in artımı orta hesabla 11 faiz
olmuşdu. 2005-ci ildə Azərbaycanda əhalinin adambaşına gəliri Atlas üsulu ilə 1260
ABŞ dolları, AQP (alıcılıq qabiliyyəti pariteti) üsulu ilə isə 4010 ABŞ dolları təşkil
etmişdi. 1998-ci ildə Rusiyada maliyyə böhranının baş verməsinə və 1998-1999-cu
illərdə neft qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda
makroiqtisadi və maliyyə sabitliyini qorunub saxlamaq mümkün olmuşdur. 1996-
2006-cı illər ərzində ÜDM-in orta illik artım tempi təxminən 11 faiz, o cümlədən neft
və qaz sektoru üzrə 22% təşkil edərək iqtisadi artımın yaradılmasında əsas rola malik
olmuşdu. 1990-cı illərin əvvəllərində inflyasiya üçrəqəmli səviyyədən 1990-cı illərin
sonuna birrəqəmli göstəriciyə düşmüşdü. 1994-1997-ci illərdə büdcə kəsiri
əhəmiyyətli dərəcədə azalaraq qeyri-neft sektoru üzrə ÜDM-in 12 faizindən 2 faizinə
qədər azalmışdı. 2000-ci ildə yüksək neft qiymətləri hesabına büdcədə kiçik profisit
qeydə alınmışdı. 1995-ci ildən sonra iqtisadiyyatda hər il baş verən artım nəticəsində
2005-ci ildə ÜDM istehsalı 1990-cı il səviyyəsinə çatmışdı. (Cədvəl 2.1.)
Azərbaycanda iqtisadi inkişafın üçüncü mərhələsi 2005-ci ildən sonrakı dövrü
əhatə edir. 2005-ci ilin yekunları onu göstərdi ki, Azərbaycanda makroiqtisadiyyatın
bütün göstəriciləri üzrə əsaslı artım baş verib. ÜDM-in fiziki həcm indeksi 26,5
artmış və 2006-cı ildə iqtisadi artım 34.5 təşkil etmişdi. Bu, dünya ölkələri arasında
iqtisadi artım tempinə görə ən yüksək nəticə idi. Adambaşına düşən ÜDM-in artması
hesabına beynəlxalq maliyyə təşkilatlarının təsnifatında Azərbaycan aşağı gəlirli
ölkələr (low income) siyahısından çıxarılaraq orta gəlirdən aşağı gəlirli (lower middle
income) ölkələr qrupuna aid edilmişdir [85]. İqtisadiyyatda aparılan islahatlar və
hökumətin yerinə yetirdiyi iqtisadi layihələrin nəticəsi olaraq, Azərbaycanda iqtisadi
36
artımı xarakterizə edən digər əsas göstəricilər - sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalı, tikinti, nəqliyyat, əsas kapitala qoyulan investisiya
qoyuluşları, əhalinin real pul gəlirləri, pərakəndə ticarət dövriyyəsi və digər
göstəricilər əvvəlki illə müqayisədə artmışdı.
Cədvəl 2.1.
İstehsalın bərpa olunma səviyyəsi
ÜDM 1995=100
Sənaye istehsalı
1995=100
Kənd təsərrüfatı
istehsalı
1995=100
Kapital qoyuluşu
1995=100
1995
100
100
100
-
1996
128,1
135,1
127,3
-
1997
148,0
154,9
117,4
-
1998
161,2
145,4
126,8
100
1999
176,9
162,7
136,1
84,2
2000
221,1
205,5
153,1
87,8
2001
249,1
212,8
170,9
106,2
2002
284,1
226,9
184,8
191,1
2003
334,9
281,3
199,6
343,5
2004
399,8
336,6
216,4
446,5
2005
586,9
525,6
253,8
523,4
2006
878,5
877,7
291,1
565,5
2007
1329,1
1270,2
401,6
677,7
2008
1881,0
1681,1
482,4
902,0
2009
1668,5
1274,1
523,6
700,7
2010
1990,1
1579,8
533,5
898,5
2011
2440,8
1977,8
622,6
1161,0
2012
2565,5
1951,7
666,6
1397,6
2013
2726,7
1914,1
721,6
1619,2
2014
2764,0
1813,1
719,0
1598,2
2005-ci ildə ÜDM istehsalının bərpa olunmasına baxmayaraq, sənaye istehsalı
1990-cı ilin səviyyəsinə ancaq 2009-cu ildə çatmışdır. Son illər hasilat sənayesində
baş verən sürətli artım, ümumilikdə sənaye istehsalını böhrandan əvvəlki səviyyəyə
çatdırsa da, bu digər sahələrə nisbətən daha zəif olmuşdur. Bunun əsas səbəbi, böhran
illərində digər sahələrə nisbətən sənayenin daha çox iflasa uğramasıdır. Kənd
təsərrüfatı istehsalı isə 2008-ci ildə bərpa olunmuşdur. ÜDM-in bərpa olunmasında
bütün mənbələr hesabına iqtisadiyyata qoyulan kapital qoyuluşları, əsasən də xarici
investisiyalar əsas rol oynamışdır.
Son illərdə ÜDM-in həcmi böhrandan əvvəlki səviyyəyə çatsa da
Azərbaycanın iqtisadi inkişaf göstəriciləri dünya ölkələrindəkindən hələ də kəskin