28
yaradan investisiya kimi, portifel investisiyasını isə qiymətli kağızların alınması
formasında investisiya kimi qəbul edirlər [37].
Hazırda Azərbaycan Dövlət Statistika Komitəsi də xarici investisiya qoyuluşla-
rını birbaşa və portifel investisiyalarına bölərkən bu yanaşmadan istifadə edir.
Fikrimizcə, bu düzgün yanaşma deyildir. Belə ki, birbaşa investisiya yaradılan və ya
investorun iştirak etdiyi müəssisədə onun idarə edilməsinə təsir etmək imkanı verir,
portifel investisiya isə belə təsirə imkan vermir. Bu investorun müəssisənin
nizamnamə kapitalındakı (səhmdar cəmiyyətlərdə adi səhmlərin ümumi sayında) payı
ilə müəyyən olunur. Investorun nizamnamə kapitalındakı payının müxtəlif
vəziyyətlərdə müəssisə üzərində nəzərət səviyyəsinə müxtəlif şəkildə təsir
göstərməsinə baxmayaraq, müasir dövürdə əksər ölkələrdə birbaşa investisiya ilə
portifel investisiyanın sərhədi 10 faiz səviyyəsində müəyyən edilmişdir. Yəni
müəssisənin nizamnamə kapitalının 10 faizindən çoxuna sahib olmaqla nəticələnən
investisiya qoyuluşları birbaşa investisiyaya, 10 faizdən aşağı paya sahib olmaqla
nəticələnən isə portifel investisiyasına aid edilir. Investisiya qoyuluşlarının birbaşa və
portifel investisiyalara bölünməsinin dövlət tənzimlənməsi baxımından praktiki
əhəmiyyəti vardır. Belə ki, bu bölgüdən ölkədə antiinhisar tənzimlənməsində
səmərəli istifadə oluna bilər.
Ölkə iqtisadiyyatında investisiya fəallığına təsir edən amillərlə əlaqədar iqtisadi
ədəbiyyatda müxtəlif baxışlar mövcuddur.
Klassik nəzəriyyəyə görə ölkə iqtisadiyyatında investisiyanın həcmi faiz
dərəcəsindən asılıdır və bu invesitisiya xərclərinin mənbəyi yığımdır (qənaətdir).
Qənaət və investisiya qarşılıqlı əlaqəli kateqoriyalardır. Belə ki, qənaət potensial
investisiya, investisiya isə reallaşdırılmış qənaətdir. Klassik iqtisadçılar hesab
edirdilər ki, insanlar əldə etdiyi gəlirlərin bir hissəsini istehlak etməyib qənaət edirsə,
onda bu vəsaitləri likvid formada saxlamır və ondan gəlir götürməyə çalışırlar. Bu
zaman əgər faiz dərəcəsi artırsa, onda qənaətin də həcmi artır, əks halda isə azalır.
Ölkədə investisiya qoyuluşlarının həcmi mənfəət norması və faiz dərəcəsinin
nisbətində formalaşır. Əgər mənfəət norması faiz dərəcəsindən yüksəkdirsə, onda
qənaət edilmiş vəsaitlərin borc kimi cəlb olunmasına tələb yaranır, əks halda isə
29
sahibkar bu vəsaitləri təsərrüfat dövriyyəsinə cəlb etmir. Bu baxımdan, klassik
iqtisadçılar ölkədə investisiyanın və qənaətin həcminin faiz dərəcəsindən asılı
olduğunu göstərirdilər.
Klassik iqtisadçılardan D.Rikardo qeyd edirdi ki, ölkənin məcmu məhsulu
həmişə istehlak olunur …. Qənaət onu ifadə edir ki, məcmu məhsulun əhmiyyətli his-
səsi dəyərin təkrar istehsalı ilə məşğul olanlar tərəfindən istehlak olunur. Göründüyü
kimi, klassik iqtisadçılar ölkədə qənaətin investisiyaya bərabərləşdiyini qəbul
edirdilər.
Keynis nəzəriyyəsinə görə investisiya xərcləri məcmu xərclərin tərkib hissəsi
olmaqla iqtisadi inkişafın əsas amillərindən biridir. Klassik iqtisadçılardan fərqli
olaraq keynisçilər qənaəti ümumi milli gəlirdən, investisiyanı isə faiz dərəcəsindən və
mənfəət normasından asılı hesab edirdilər. Investisiya xərclərinin artımı multiplikativ
səmərə yaradır ki, bunun nəticəsində də ölkədə bu artımdan çox əlavə tələb yaranır.
Bu təsir aşağıdakı düsturla müəyyən edilir:
I
Δ
m
+
c
1
1
=
Y
Δ
Burada, Y– gəlirlərin (ümumi milli gəlirin) artımıdır.
I – investisiya xərclərinin artımıdır.
c – istehlaka son hədd meyillik əmsalıdır.
m – idxala son hədd meyllilik əmsalıdır.
Ölkədə həyata keçirilən investisiya avtonom investisiya qoyuluşlarına və törəmə
investisiya qoyuluşlarına bölünür. Avtonom investisiya milli gəlirin dəyişməsindən
asılı olmayan səbəblərə görə, yəni dövlət investisiya qoyuluşları, ixtiralar, zövqlərin
dəyişməsi və s. ilə əlaqədar həyata keçirilir. Törəmə investisiya qoyuluşları isə
gəlirlərin səviyyəsinin dəyişməsi ilə əlaqədardır. Elmi-texniki tərəqqinin və istehsal
amilərin qiymətinin müəyyən səviyyəsində müəyyən həcmdə məhsulun istehsalı üçün
zəruri olan investisiya qoyuluşularının həmin məhsulun həcminə olan nisbətinin
sahibkarlar tərəfindən normal hesab edilən səviyyəsi mövcud olur. Məsələn, ölkədə
mövcud texniki səviyyədə və istehsal amillərini qiymətinə müvafiq olaraq ildə 100
mln. ton çörək istehsalı üçün nə qədər investisiya qoyuluşunun zəruri olduğunu
30
müəyyən etmək mümkündür. Bu baxımdan, ölkədə tələbin artımını təmin etmək üçün
firmalar özlərinin istehsal gücünü artırmaq məqsədilə məhsul istehsalı həcminin
investisiya qoyuluşlarına olan normal nisbəti ilə, yəni akseleratorla müəyyən olunan
investisiya qoyuluşları həyata keçirəcəklər. Digər tərəfdən, firmalar investisiya
qoyuluşu haqqında qərarı bazar konyukturu haqqında məlumatlar əsasında qəbul
edirlər. Belə ki, əgər bazarda tələb artırsa və müəssisənin istehsal gücü bu tələbi
ödəmək səviyyəsində deyilsə, onda əlavə investisiya qoyuluşu həyata keçirilə bilər.
Lakin sahibkar investisiya qoyuluşunu həmişə tələb artdıqda deyil, yalnız bu tələbin
sabitliyinə inam yarandıqda həyata keçirir. Buna görə də, investisiya qoyuluşunun
həcmini aşağıdakı düsturla ifadə etmək olar.
I
t
= v (Y
t-1
– Y
t-2
)
Burada, v – akseleratordur.
Akseleratorun mahiyyəti ondan ibarətdir ki, investisiyanın artımı əlavə istehlak
tələbi yaradır. Istehlak şeylərinə yaranan bu tələb isə, öz növbəsində, istehsal
vasitələrinə tələb yaradır. Əlavə investisiyalar akselerator mexanizmi vasitəsilə yeni
investisiyaların həyata keçirilməsinə səbəb olur.
Müasir dövürdə neoklassik nəzəriyyədə iqtisadi artımın Solou modelinə üs-
tünlük verilir. Bu modelə görə rəqabətli bazar şəraitində əmtəə kapital və əmək
amillərinin iştirakı ilə istehsal edilir. Model rəqabətli şəraiti nəzərə aldığından
potensial buraxılışın artmının təhlilinə həsr olunur. Qeyd etmək lazımdır ki,
neoklassik nəzəriyyəsinə görə istehsal amillərinin son hədd məhsullarının onların
qiymətlərinə olan nisbətləri bir-birinə bərabərdir. Yəni, əməyin məhsulunun əmək
haqqına nisbəti mənfəətin kapitala nisbətinə bərabər olur. Əgər bu bərabərsizlik
pozulursa, nisbətən ucuz başa gələn amildən istifadə həcmi, yəni bu amilə olan tələb
artır və son nəticədə bu nisbətlər yenidən bərabərləşirlər. Solou modelinə görə,
kapital yığımının artması ölkədə əmək məhsuldarlığının yüksəlməsinə və son
nəticədə əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Lakin əməyin
fondlasilahlılığının son həddi mövcuddur ki, bu həddən sonra, kapital yığımı iqtisadi
artıma əhəmiyyətli təsir göstərmir. Bu həddi dəyişən amil isə elmi-texniki tərəqqidir.
Elmi-texniki tərəqqinin nəticəsində əməyin məhsuldarılığının artımı təmin edilir.
Dostları ilə paylaş: |