19
dini (buddizm, konfusizm və islam artıma müsbət, protestantizm və katolizm
mənfi təsir göstərir);
bazar mexanizmlərində kənarlaşmalar (məsələn, rəsmi valyuta məzənnəsi və
qara bazar məzənnəsi arasındakı yüksək fərq artıma mənfi təsir göstərir);
istehsal və qeyri-istehsal aktivlərinə qoyulan investisiyalar iqtisadi artıma
pozitiv təsir edir;
iqtisadi açıqlıq səviyyəsi və liberallaşma artıma müsbət təsir edir;
iqtisadi təşkilatların tipi (əgər iqtisadiyyat nə qədər kapitalizmə yaxındırsa,
iqtisadi artım bir o qədər yüksək olur).
Digər bir empirik araşdırmada keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi artımın əsas
mənbələri araşdırılır. Bu tədqiqatlardan alınan nəticələr aşağıdakı kimidir:
keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi artımın əsas mənbələri makroiqtisadi
sabitləşmə, struktur islahatları və dövlət xərclərinin azalmasıdır;
bazar institutlarının inkişafı iqtisadi artımın əsas mənbəyi olmasa da,
mühümdür;
Avropa Birliyinə üzv olmağı qarşısına məqsəd qoyan ölkələrdə maddi rifah
artımı daha çox əldə olunub;
təbii resurslarla zənginlik investisiya qoyuluşunu sürətləndirsə də, islahatlara
əngəl olan əsas amildir.
XX əsrin iqtisadi nəzəriyyələri arasında xüsusi yer tutan Keyns nəzəriyyəsi
səmərəli artımın makroiqtisadi problemlərinə geniş yer ayırır. İqtisadi artımın bütün
keynsçi modellərində strateji dəyişən investisiyalar vasitəsilə iqtisadi artımı idarə
etmək olur. Ümumiyyətlə, postkeynsçilər o modelləri iqtisadi artım modelləri hesab
edirlər ki, qısamüddətli dövrdə iqtisadi konyunkturun təhlili üçün qəbul edilən ilkin
şərtlər və istifadə edilən keynsçi metodlar uzunmüddətli dövrdə iqtisadi proseslərin
təsviri üçün istifadə edilə bilsin [40].
Yuxarıda irəli sürülən modellərdə müəyyən olunan amillər bütün ölkələrdə
iqtisadi artımın baş verməsi üçün əsas şərt deyil. Məsələn, inkişaf etmiş ölkələrdə
iqtisadi artımın baş verməsində rol oynayan əsas amil inkişaf etməkdə olan ölkələrdə
neqativ rol oynaya bilər.
20
İqtisadi artımın amilləri barədə deyilən bütün fikirləri ümumiləşdirərək onları
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. «Təbii (obyektiv) amillər»:
a) təbii ehtiyatlar; a.1. «abstrakt» təbii ehtiyatlar – ölkə ərazisində bütün növ
təbii ehtiyatlar; a.2. «mövcud» təbii ehtiyatlar – bu ehtiyatların hasil edilməsi üçün
ilkin kapital qoyuluşu həyata keçirilib və hasilat bazar parametrləri – qiymət, vergi
xərcləri və nəqliyyat tarifləri baxımından rentabellidir; a.3. coğrafi yerləşmə və iqlim
– ölkənin okeana çıxış imkanları, inkişaf etmiş ticarət mərkəzlərinə yaxınlıq, təbii
iqlim şəraiti və s.;
b) fiziki kapital yığımı: b.1. kapitalın sahələr üzrə yerləşməsi; b.2. fiziki
aktivlərin keyfiyyəti (məsələn, istehsalın yüksək texnika ilə təmin olunması); b.3.
müxtəlif sahələrdə əsas kapitalın köhnəlməsi dərəcəsi;
c) insan kapitalı: c.1. insan kapitalının tələbin strukturuna uyğunluğu; c.2. insan
kapitalının dəyəri (real əməkhaqqı səviyyəsi); c.3. insan kapitalının keyfiyyəti –
təhsil, səhiyyə;
d) innovasiya potensialı: d.1. «ümumi» innovasiya potensialı – müəyyən dövr
ərzində yaradılmış elm mərkəzləri və alimlərin sayı; d.2. «tətbiqi» innovasiya
potensialı – kommersiya əsasları ilə sifariş olunmuş elmi kəşflər;
2. Xarici amillər:
a) ölkənin qlobal iqtisadi məkana inteqrasiyası: a.1. xarici tələbin səviyyəsi,
liberallaşma və inteqrasiya; a.2. ixrac edilmiş məhsulların qiymətinin dəyişməsi;
3. İnstitusional amillər:
a) qanunlar və qaydaların dəyişməsi tezliyi;
b) demokratik institutların mövcudluğu və vətəndaş cəmiyyətinin formalaşması;
c) mülkiyyətin qorunma səviyyəsi;
d) məhkəmə sisteminin keyfiyyəti;
k) korrupsiya və rüşvətxorluq;
İqtisadi artımın əsas amillərinin ümumi cəhətlərə görə qruplaşdırılması şərti
xarakter daşıyır. Ancaq bütün nəzəri və empirik tədqiqatlarda iqtisadi artımın
amillərinin təsnifləşdirilməsi daxili (endogen) və xarici (ekzogen) istiqamətlər üzrə
21
aparılır. Daxili və xarici amillər bir-biri ilə sıx əlaqəlidir. Belə ki, qloballaşmanın
genişlənməsi iqtisadi artımın daxili amillərinə daha çox xarici amillərin
transformasiya olunmasına zəmin yaradır. Digər tərəfdən, ekzogen amillər ancaq
səmərəli daxili istehsal amillərinin mövcudluğu halında səmərəli ola bilər.
Ümumilikdə iqtisadi artımın endogen və ekzogen amillərini aşağıdakı kimi qrup-
laşdırmaq olar (Bax: Şəkil 1.3.).
İqtisadi artıma təsir edən əsas amillərdən biri iqtisadiyyatın inkişaf dinamikası
və onun strukturunda baş verən dəyişikliklərdir. İqtisadiyyatda səmərəliliyin
yüksəlməsi, infrastrukturun inkişafı, iqtisadiyyatda liberallaşma və s. də iqtisadi
artımın endogen amilləri içərisində mühüm yer tutur.
Endogen amillər
Ekzogen amillər
Təbii ehtiyatlar
Xarici ticarət
İnsan kapitalı
Xarici investisiyalar
Sosial-iqtisadi vəziyyət
Miqrasiya
Məhsuldarlıq
Xarici borc və yardımlar
İnfrastrukturun inkişaf səviyyəsi
Beynəlxalq turizm
Siyasi-hərbi vəziyyət
İqtisadi açıqlıq səviyyəsi
Elmi-texniki tərəqqi
Ideyalar
İqtisadi islahatların səviyyəsi
İnteqrasiya
Ekoloji vəziyyət
Valyuta məzənnəsi
Şəkil 1.3. İqtisadi artımın amilləri
Qeyd edək ki, iqtisadi artımın endogen amilləri arasında təbii ehtiyatların
mövcudluğu da xüsusi rola malikdir: 1) Təbii ehtiyatlar iqtisadi inkişaf səviyyəsindən
asılı olmayaraq, dünyanın ən kasıb ölkəsini də investisiya qoyuluşu üçün cəlbedici
edir. 2) Təbii ehtiyatlar iqtisadiyyatın inkişafı üçün əsas maliyyə mənbəyidir. Təbii
ehtiyatlardan milli sərvətin digər tərkib hissələrinin, o cümlədən insan kapitalının
maliyyələşdirilməsində istifadə edilə bilər. İnsan kapitalı milli sərvətin əsasını təşkil
etməklə, iqtisadi artımın mühüm amillərindən biridir. 80-ci illərin ortalarından sonra
yeni iqtisadi artım nəzəriyyələrində belə bir fikir irəli sürülürdü ki, iqtisadi inkişafın
əsas hərəkətverici qüvvəsi insandır. Tanınmış iqtisadçılar Pol Romer, Robert Lukas,
Heri Bekker, Teodor Şults öz araşdırmalarında göstərirlər ki, insan kapitalına qoyulan
sərmayə uzunmüddətli iqtisadi artıma səbəb olan əsas amillərdəndir.
Dostları ilə paylaş: |