www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
15
Monoqrafiyanın hazırlanmasında əsas mənbə rolunda
M.Ə.Rəsulzadənin öz əsərləri çıxış edir. Onun müxtəlif
dövrlərdə qələmə aldığı «İran türkləri», «Səadəti-bəşər»,
«Tənqidi-firqeyi-etidaliyyun», «Milli dirilik», «Cəmaət
idarəsi», «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti»,
«İstiqlal məfkurəsi və gənclik», «Millət və Bolşevizm»,
«Azərbaycan istiqlaliyyəti», «Çağdaş Azərbaycan tarixi»,
«Çağdaş Azərbaycan ədəbiyyatı», «Qafqaz türkləri», «Qafqaz
problemi ilə əlaqədar olaraq panturanizm haqqında»,
«Azərbaycan problemi», «Bolşeviklərin Şərq siyasəti»,
«Azərbaycanın
kültür
gələnəkləri»,
«Stalinlə
ixtilal
xatirələri», «Azərbaycan şairi Nizami», «Milli təsanüd» və
başqa əsərləri bu qəbildəndir. Bununla yanaşı tədqiqat işində
M.Ə.Rəsulzadənin
«Şərqi-Rus»,
«İrşad»,
«Təkamül»,
«Yoldaş», «Tərəqqi», «İqbal», «Bəsirət», «Şəlalə», «Dirilik»,
«Açıq söz», «Azərbaycan» (Bakı), «İrani-no» (Tehran), «Yeni
Qafqasiya», «Azəri Türk», «Odlu yurd», «Bildiriş»,
«Azərbaycan Yurd Bilgisi» (İstanbul), «İstiqlal», «Qurtuluş»
(Berlin), «Azərbaycan» (Ankara) və b. qəzet-jurnallarda nəşr
edilmiş məqalələrindən istifadə olunmuşdur.
Bu gün Azərbaycanda milli-ideoloji xətdə müəyyən boşluğun
olması heç kəsə sirr deyil. Həmin boşluğu isə yalnız
xalqımızın və onun böyük övladlarının minilliklər boyu bizə
qoyub getdiyi elmi-fəlsəfi, ideoloji irsi üzə çıxarmaq və
müasir dövr sosial-mədəni həyatımızın nailiyyətilərilə
bağlamaqla doldura bilərik. M.Ə.Rəsulzadə özü də XX əsrdə
türk millətinin əsrlər boyu yaşatdığı milli-ideoloji xəttə yeni
bir axar verməklə ortada olan boşluğu doldurmaq istəmişdir.
Türk millətinin elmi-fəlsəfi dünyagörüşünə söykənən bu yeni
ideoloji xəttin nəticəsində müasir Azərbaycan dövlətçiliynin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
16
16
əsası qoyulub. Bu baxımdan M.Ə.Rəsulzadənin irsinin
araşdırılmasında əsas məqsəd də məhz bu məqamları önə
çıxarmaqdır. Onun zəngin irsinə qiymət veriləndə
M.Ə.Rəsulzadənin sosial-siyasi, sosial-fəlsəfi, etik-estetik
baxışlarının Azərbaycan sosio-mədəni münasibətlərinin
inkişafında yerini və rolunu görürük. M.Ə.Rəsulzadənin
irsinin, ideyalarının bu gün daha incəliklə və yeni formada
reallaşması zərurəti hiss edilməkdədir. Bu ideyaların
cəmiyyətin milli ideologiyasına çevrilməsi yeni nəsilin milli
şüurunun və sağlam mənəviyyatının formalaşdırılması
məsələsində müvafiq qurumların işinə kömək edə bilər.
I FƏSİL
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda
sosial-siyasi
və ideoloji mühit. Məhəmməd Əmin
Rəsulzadənin həyat və yaradıcılığı
1.1. XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycanda sosial-siyasi və ideoloji mühit
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
17
XIX əsrin sonu, XX əsrin əvvəllərində quzey Azərbaycanda
mövcud olan sosial-siyasi və ideoloji mühitin formalaşmasına
nəzər yetirərkən məlum olur ki, bu dövrdə çar Rusiyasının
işğalı altında olan Azərbaycan xalqı, Azərbaycan türkləri
azadlıq uğrunda mübarizə aparmış və azad, müstəqil olmağa
çalışmışlar. Ancaq bu azadlığı əldə etmək, onu qorumaq,
yaşatmaq üçün, Azərbaycan xalqı yadelli işğalçılara qarşı
ölüm-dirim savaşı aparmış, saysız-hesabsız şəhidlər vermiş və
bu mübarizədə öz milli varlığını qoruyub saxlaya bilmişdir.
Bir millətin milli varlığını qoruyub saxlaması, həmin millətin
azadlıq, müstəqillik ideyasıının yaşaması və gələcəkdə bunu,
reallaşdırması üçün zəmin deməkdir. Bu baxımdan XIX əsrin
sonu, XX əsrin əvvəlləri, bütövlükdə XIX əsr Azərbaycanın
yeni sosial-siyasi və ideoloji mühitinin formalaşmasında çox
mühüm rol oynamışdır. Bunun bir sıra elmi-mədəni, sosial-
siyasi, tarixi, sosial-iqtisadi və ideoloji səbəbləri var.
Sosial-siyasi və tarixi məsələlərə nəzər salarkən görürük ki,
XVIII əsrin ikinci yarısında Azərbaycanda (Quzey və Güney
ərazilərlə bir yerdə) 20-dən çox müstəqil xanlıqlar- feodal
dövlətlər mövcud olmuş, lakin bir araya gəlib böyük bir
Azərbaycan dövləti qura bilməmişlər. XIX əsrin əvvəllərində
çar Rusiyasının İranla (Qacarlar Dövləti) apardığı
müharibələrin nəticəsi olaraq (Gülüstan-1813 və Türkmənçay-
1828 müqavilələri) Azərbaycan iki yerə parçalanmış və bu
parçalanma nəticəsində Azərbaycanın quzeyi çar Rusiyasının
işğalı altında qalmışdır.
Bu hadisənin Azərbaycanın sosial-siyasi, elmi-fəlsəfi və
mədəni həyatına təsiri çar Rusiyası, Sovetlər Birliyi və
müstəqillik dövrlərində müxtəlif yönlərdən qiymətləndiril-
Dostları ilə paylaş: |