100
mənafe təşkil edir”. Helvetsi “ağıllı eqoizm” nəzəriyyəsini irəli
sürmüşdü.
Fransa filosofu
Deni Didro (1713-1784) Şeftsberinin
ideyalarını bir qədər də inkişaf etdirərək bunları evdemonizm
(ən ali məziyyət xobəxtlikdir) və qedonizm (insan həyatının ali
məqsədi həzz almaqdır) ideyaları ilə tamamlamağa çalışmışdır:
“yaxşılığı ona görə edirlər ki, o, faydalıdır. Eyni zamanda şər,
məsələn, eqoizm, özümüzü qorumaq üçün önə çəkilir”.
Hər bir tarixi iki cürə öyrənmək olar: ya bir-birini ardıcıl
şəkildə əvəz edən tarixşünaslıq məktəbləri və cərəyanlar
silsiləsi kimi, ya da tarixşünaslıq ilə mədəniyyətin hər hansı bir
növü, ilk növbədə onun dünyagörüşü vasitəsilə yaranan
əlaqələr sistemi kimi.
Sensualizmin daha bir forması – panteizm üzərində
qurulan evdemonizmdir. Panteist evdemonizm insan əxlaqını
təbiətin ilahi mahiyyəti ilə eyniləşdirir və bunun əsasında fərd
və icma, hisslər və zəka, meyllər və borcun bütövlüyünü sübut
etməyə çalışır.
4.3. Jan Jak Russonun əxlaqı baxışlarının tənqidi
xarakteri.
Sensualizm
üzərində qurulan əxlaqın sonuncu
nümayəndəsi fransa maarfiçi-filosofu
Jan Jak Russodur (1712-
1778). O, bu əxlaqın tənqidi xarakterini bir qədər də
dərinləşdirdi. Onun başlıca ideyası belə səslənir: “... hər bir
insan o zaman xeyirxah sayıla bilər ki,
onun fərdi iradəsi hər bir
şeydə ümumi iradəyə uyğundur və biz böyük həvəslə
sevdiyimiz insanların istədiyini istəyirik”. Yaxşılıq olmayan
yerdə azadlıq da yoxdur. Eyni zamanda o, əxlaqı siyasətlə,
ictimai quruluşla əlaqələndirir. Russonu daima belə sual
düşündürürdü:
“sözün geniş mənasında başa düşülən ən yaxşı,
yəni ən fəzilətli, ən bilikli, ən müdrik, xalqın yarada biləcək
dövlət quruluşunun təbiəti nədir?”
Əxlaq haqqında Russonun düşündükləri Helvetsinin
əxlaqi atomizm (buraya eqoizm, maraqlar və ümumi rifah