~ 23 ~
vermiĢdir. ġərabçılıq sahəsindən gələn mənfəət 500 mln avro
olmuĢdur. Son illərdə Portuqaliyada orta illik Ģərab istehsalı 7,2
mln hl təĢkil etmiĢdir.
Əsas Ģərabçılıq regionları Vinyu Verdo, Douro, Dao, Bayrada,
Alenteji, Kolares, Madeyradır.
Becərilən üzüm sortları Alikant BuĢe, Alvarinyo, AroqoneĢ,
Arintu, Bastardo, Kastelao, Sersial, Firnay Pires, FolqaĢao,
Malvaziya Fina, Semilyon, Tinta Amarela, Verdelyo, Turriqa
Franka və baĢqalarıdır.
Əvvəllər Portuqaliya yalnız qırmızı Portveyn tünd Ģərablarının –
portonun vətəni kimi məĢhur idi. 1990-cı ilin əvvəlindən süfrə
Ģərabları, o cümlədən analoqu olmayan qırmızı Ģərablar istehsalı
müasir Ģərabçılığın nailiyyətləri əsasında inkiĢaf etdirilməyə
baĢlandı. Temperatur nəzarəti, daraqayrıcılar, yeni palıd çəlləkləri
Portuqaliyanın istehsal etdiyi Ģərabların yetiĢdirilmədən belə
istehlaka tamamilə yararlı olmasına zəmin yaratmıĢdır. Son vaxtlar
Portuqaliyada Avstraliya Ģərabçılıq məktəbinin yetirmələri olan
çoxlu istedadlı enoloq məsləhətçilər yetiĢmiĢdir.
Burada üzümlüklər yalnız Ģərabsevərlərdə marağa səbəb olmur.
Ölkənin cənub hissəsində dünyanın ən böyük tıxac palıdı meĢələri
yerləĢir. Portuqaliya dünya bazarına Ģərab tıxacları göndərən əsas
ölkədir.
Portuqaliya bütün dünyada Portveynlə yanaĢı Madera Ģərabları
ilə də məĢhurdur. Portuqaliya Ģərabçılığı keçid dövrünü yaĢayır.
Belə ki, köhnə dövr hələ baĢa çatmamıĢ, yeni dövr isə artıq
baĢlanmıĢdır. Ölkənin dərinliklərində hələ də belə qayda
mövcuddur: qırmızı sortlar digər texniki vasitələr tətbiq olunmadan
daraqla birlikdə sıxılır. Bu yolla alınan Ģərab güclü, ağzı
büzüĢdürən tanin tonu ilə alınır və bir neçə il müddətində onu
içmək mümkün olmur. Burada həm də təmiz tonlu və meyvə
təravətli ağ Ģərablar istehsal olunur və ən son anda ona bir qədər
Ģəkər əlavə olunur. Bu tipli Ģərablar dünya bazarını davamlı zəbt
etmiĢdir. Bir sözlə, Portuqaliya əksiliklər ölkəsidir: soyuq atlantik
iqlimində Verde Ģərabı kimi yüngül Ģərablar istehsal olunur.
Ölkənin dərinliklərində kontinental iqlimdə quru, isti yaylı Ģəraitdə
~ 24 ~
isə əksinə, portveyn hazırlanır.
Portuqaliyanın bütün əraziləri - mərkəz və Ģimalda ən yüksək
nöqtələr istisna olunmaqla, üzümlüklərlə örtülmüĢdür. Bu gün
üzümlüklərin sahəsi 400 min hektardır.
Rusiya. Rusiyada üzümün becərilmə tarixi IX-XII əsrlərə aid
edilir. Beynəlxalq Üzümçülük və ġərabçılıq TəĢkilatının (OĠV)
məlumatına görə Rusiyada son illər 5035 min dal (2005) Ģərab
məhsulu istehsal olunmuĢ və bu göstəriciyə görə dünyada 12-ci
yerdə olmuĢdur.
Rusiyada üzüm Krasnodar və Stavropol vilayətlərində,
Çeçenistan, Dağıstan, Kabardin-Bolqar və ġimali Osetiyada;
Astraxan, Volqoqrad və Saratov vilayətlərində, həmçinin Rostov
vilayətində (Donda) becərilir. Onu az miqdarda olsa da,
BaĢqırdıstana qədər orta zolaqda və cənub rayonları daxil olmaqla
uzaq Ģərqdə becərirlər. Sənaye üzümlükləri əsasən ġimali
Qafqazda və Rostov vilayətində inkiĢaf etdirilir. BMT-nin
məlumatına görə Rusiyada üzümlüklərin sahəsi 1992-ci ildəki 107
min hektardan 55 min hektara (2007) düĢmüĢdür. Zavodların bir
çoxu idxal olunan Ģərab materialları hesabına iĢləməkdədir. ġərab
materiallarının çatıĢmaması demək olar ki, bütün Rusiya Ģərab
Ģirkətlərini kömək üçün digər ölkələrə – Moldova, Fransa, Ġtaliya,
CAR və Braziliyaya müraciət etməyə vadar edir. Nəticədə belə
alınır ki, Rusiya Ģərablarının yarıya qədəri xaricdən gətirilən Ģərab
materialları hesabına hazırlanır. Belə Ģərab materialları ölkəyə
böyük sisternlərdə gətirilir, sonra müəyyən emal keçərək istehlakçı
qablarına doldurulur. Hazırda Rusiyanın Ģərab bazarında 200-ə
yaxın Ģirkət iĢtirak edir. ġirkətlərin 1/3 hissəyə yaxını tam
dövriyyəli olub, üzüm becərir və Ģərab istehsal edir. Qalanları isə
əsasən idxal olunan Ģərab materiallarından istifadə etməklə
doldurma ilə məĢğul olur.
Üzümlüklər yalnız dəyərli Ģərabçılıq rayonlarında – Krasnodar
vilayətində (Qara dəniz sahillərində) və Dağıstanda (cənubi
Mahaçqalada) basdırılmadan becərilir. Ölkənin qalan ərazilərindəki
üzümlüklər qıĢda basdırılandır. Rusiyanın məĢhur markalı Ģərabları
aĢağıdakılardır: ağ təbii Ģərablar Rusiyanın cənubunda – Aliqote,
~ 25 ~
Anapa, Aliqote Gəlincik, Rislinq Abrau, Rislinq BeĢtau, Rislinq
Mısxako; Don Ģərabları – Aliqote, KumaĢkoe, Sibirkovıy,
Puxlyakovskiy və baĢqaları diqqətəlayiq yüngüllüyü və xüsusi
zərifliyi ilə seçilir. Qırmızı təbii Ģərablar– Kaberne Abrau, Kaberne
Anapa, Kaberne Mısxako mötədil dolğunluğu, harmonikliyi və
dadda təravəti ilə səciyyələnir və Rusiyanın cənubunda hazırlanır.
Rusiya Mirvarisi, Buket Prikumya, Muskat Praskoveyskiy, Don
Buketi, Çernıe Qlaza, Stavropol Yantarı adında orijinal desert
Ģərablar; Dərbənd, Stavropol, Kuban, Gizlyar və b. adda Brendi
tipli içkilər istehsal olunur. Bu iĢlər Rusiya Nazirlər Kabinetinin
«Rosqlavvino» baĢ üzümçülük-Ģərabçılıq idarəsinin rəhbərliyi
altında yerinə yetirilir. Bu sahənin tabeçiliyində müasir texnika ilə
təchiz olunmuĢ 5 sovxoz-istehsalat birliyi fəaliyyət göstərir. Onlar:
Abrau-Dyurso (Krasnodar vilayəti), Stavropolvino (Stavropol
vilayəti), Donvino (Rostov vilayəti), Daqvino (Dağıstan MR),
Qrozvino (Çeçenistan), həmçinin Kabardin-Bolqar və ġimali
Osetiyada fəaliyyət göstərən Ģərabçılıq müəssisələridir.
Macarıstan. Macarıstanda üzümlüklərin sahəsi 110 min ha,
illik Ģərab istehsalı 3,5-4,5 mln hl təĢkil edir. Bu ölkədə Ģərabçılıq
min ildən artıq tarixə malikdir.
Əsas Ģərabçılıq regionları: Çonqrad, XayoĢ-Bağa, KunĢaq,
Asar-Nesmey, Badoçan, Ətək-Buda, Mor, Somlo, ġopon, Seksard,
Villan, Eger, Tokay, Tolna və b.
Becərilən üzüm sortları: ağ - Ezeryo, Furmint, XarĢlevelyu,
Keknelyu, Leanka, Muskat Lyunel, Ağ muskat, Ġtaliya Rislinqi,
Zeta və b; qirmizi - Kadarka, KekfrankoĢ, Pino Nuar, Svayqelt,
Kaberne Sovinyon, Merlo, Kaberne Fran, Portugizer, Fetyaska
Nyaqradır.
Macarıstan özünün 20 Ģərabçılıq bölgəsində bütün Ģərab
tiplərini istehsal edir: ağ, cəhrayı, qırmızı, həmçinin məĢhur tokay
Ģərabları. ġərabların 25%-i ixrac olunur və bu, macar milli
iqtisadiyyatında mühüm amildir. Ümumi Ģərablar istehsalında ağ
Ģərabların payı 75%-dir. Lakin qırmızı Ģərabları günbəgün artan
Seksard, Villan və Eger bölgələri də qeyd olunmalıdır. Tokay
regionunda dünya Ģöhrətli tokay Ģərabının istehsal tarixi 300 il
Dostları ilə paylaş: |