2
Mədəniyyət
Ümumi məlumat
Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən
yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan
məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və
petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, Kurqan
tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş
mədəniyyət mövcud olmuşdur.
Eramızdan əvvəl birinci minilliyin sonunda, eramızın birinci minilliyinin əvvəlində Azərbaycan
müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə məruz qalmışdır. Məhz bunun nəticəsində tarixən
ölkəmizdə müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq, dözümlülük mühiti yaranmışdır. Yunan-
Roma mədəniyyətinin, bütün antik sivilizasiyasının güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və
incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik olmağa başlamışdır.
Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə həm
zərdüştilik, yəhudi, xristian, həm də islam mədəniyyətlərinin təsiri olmuşdur. Karvan yollarının
üstündə yerləşərək, "Böyük İpək Yolu"nun mühüm mərkəzlərindən biri olmuş Azərbaycan müxtəlif
siyasi baxışların,
iqtisadi münasibətlərin, dövlətçilik formalarının təsirini öz üzərində hiss etmişdir.
İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz
dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi
kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız
ibtidai mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin
mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində
tapılmış abidələr, istərsə də, bu günümüzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi
irsimiz sübut edir.
Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və
müstəqillik duyğuları ilə aşılanmışdır. Dastanlarımız kimi
möhtəşəm sənət abidələri, dünya sivilizasiya
tarixində silinməz izlər qoymuş Qətran Təbrizi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərin yaradıcılığı ümumbəşəri ideyaların
tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Səfiəddin
Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə
verdikləri incilər sənətsevərləri indi də heyran qoyur.
Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin,
Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərin adları dünya elm aləminə
yaxşı tanışdır. Şərqdə, o cümlədən Azərbaycanda, təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin
ən parlaq səhifələrindən biridir. Bu intibah Azərbaycan xalqının həyatın müxtəlif sahələrində
qazandığı böyük uğurlarının məntiqi nəticəsi idi.
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan
memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar
Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın
sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir
inciləridir.
Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq
doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar
musiqi diyarı kimi də məşhurdur.
Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan
musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəslidən-nəsilə yaşadaraq böyük və zəngin bir irs
yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer
tutur.
3
Tarixi proseslərin gedişi ona gətirib çıxartdı ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və
Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü. Bu
gün tam qətiyyətlə demək olar ki, bütün dünyaya səpələnmiş azərbaycanlılar müstəqil Azərbaycan
Respublikasını öz vətəni sayır, onu milli dövlətçiliyin, milli ruhun, milli dəyərlərin, milli mənəviyyatın
məbədi kimi yüksək qiymətləndirirlər. Bu, XX əsrdə təşəkkül tapmış azərbaycançılıq ideyalarının
böyük vüsət almasının məntiqi nəticəsidir.
XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini
uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb
tapmaq lazımdır. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr
yaranaraq milli şüurun formalaşmasına güclü təkan verdi.
Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi
ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi
olan
müstəqil, suveren bir dövlətə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət
göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi
həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi
quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata
keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası
işində böyük rol oynamışdır.
XX əsr Azərbaycan xalqının həyatında silinməz izlər qoymuşdur. Yüzilliklərin, minilliklərin
qovuşuğunda yeni bir Azərbaycan təşəkkül tapmışdır. Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır
ki, son yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, səhiyyə, təhsil,
ictimai-siyasi intibah yolunu tutmuşdur.
Bu gün böyük bir millətin üzvü kimi hər bir azərbaycanlı fəxr edə bilər ki, ata-babalarımız
olduqca qısa bir zaman ərzində kütləvi savadsızlığa son qoymuş, vətənimiz bütün insanları oxuyub-
yazmağı bacaran savadlılar diyarına çevrilmişdir. Vətənpərvər və təəssübkeş ziyalılarımızın vətəndaş
fəallığı sayəsində Şərqdə ilk teatr, ilk opera, ilk kino və sair Azərbaycanda meydana gəlmişdir. Kütləvi
surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da,
həyat
tərzini də,
xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur.
Sovet hakimiyyəti illərində (1920-1991)Azərbaycanda çox zəngin iqtisadi və intellektual
potensial yaranmışdır.
XX əsrdə yaşayıb-yaradan sənətkarlarımızın, mədəniyyət və incəsənət xadimlərimizin layiqli
həyat yolu bir daha sübut etdi ki, Qobustanın qaya təsvirlərindən, Azıx mağarasından başiayaraq
mənəvl deyərlərimiz "Kitabi-Dədə Qorqud"la, Xaqani Şirvani və Nizami Gəncəvi ilə, Qazi
Bürhanəddin və Nəsimi ilə, Şah İsmayıl Xətayi və Məhəmməd Füzuli ilə, "Şah İsmayıl", "Koroğlu",
"Aşıq Qərib", "Abbas və Gülgəz" dastanları ilə necə qiymətlidirsə, ötən əsrin mənəvi sərvətləri ilə də
bir o qədər uca və şöhrətlidir.
Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı,
Səməd Vurğun və Rəsul Rza, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə, Üzeyir Hacıbəyov və Müslüm
Maqomayev, Bülbül, Şövkət Məmmədova və Nlyazi, Qara Qarayev və Fikrət Əmirov, Rauf Hacıyev
və Tofiq Quliyev, Abbas Mlrzə Şərifzadə, Ülvi Rəcəb və Rza Təhmasib, Sidqi Ruhulla, Ədil
İsgəndərov, Mehdi Məmmədov və Ələsgər Ələkbərov, Mərziyə Davudova, Hökumə Qurbanova və
Leyla Bədirbəyli, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev və Tahir Salahov... Adları gələcək
minilliklərə ərməğan olacaq sənətkarların bu nəsli artıq XX əsrin mədəniyyət tarixində qızıl sətirlərə
dönmüşdür.
1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında" Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr
Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar
olması xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi olmuşdur. Bu gün Azərbaycanın təhsili,
mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya
sivilizasiyasına tam cavab verən bir səviyyədədir.
Soykökə qayıdış, millətimizin özünü dərk etməsi, xalqımızın və dövlətimizin sivil bəşəriyyətin
birgəyaşayış qaydalarını mənimsəmək prosesi gücləndikcə Azərbaycan xalqının malik olduğu
ümumbəşəri mədəniyyətin təntənəsi daha aydın nəzərə çarpır. Müstəqilliyimizin on ili ərzində