29
zən altında inkişaf edən bitki örtüyünün təsirindən bu örtüklər
zədələnir.
Asvaltbeton üzlüklər aşağıdakı hallarda istifadə olunur:
1) beton örtüyün hazırlanması üçün inşaat yerində qum və
çınqıl olmadıqda; 2) inşaat rayonunda asvaltbeton istehsal edən
zavodlar olduqda və 60 km – dən yaxında yerləşdikdə; 3) la-
zımı mexanizmlər olduqda; 4) inşaat işləri aparılacaq rayonun
iqlim şəraiti uyğun olduqda.
Polimer üzlük kimi polietilen, polivinxlorid, supervinil və
s. polimer materiallar tətbiq olunur. Bu məqsədlə, əvvəlcə ka-
nalların yatağı hamarlanaraq kipləşdirilir, sonra onun üzərinə
polimer üzlük çəkilir və üzəri 10-30 sm qalınlığında qoruyucu
qrunt təbəqəsi ilə örtülür. Yatağı yüksək sukeçiriciliyə malik
qruntlardan (qum, çaqıl, çınqıl və s.) təşkil tapmış kanallarda
bu üzlüyün çəkilməsi üçün əvvəlcə kanalın dibinə 10-15 sm
qalınlıqda gilli qum səpilməlidir, daha sonra polimer üzlük
çəkilməlidir.
Kanalların yatağına beton və dəmirbeton üzlüklərin çə-
kilməsi üçün markası 150-200 – dən az olmayan hidrotexniki
betondan istifadə olunur. Beton üzlüyün qalınlığı (
m) kanalda-
kı su layının qalınlığına (
h) görə təyin edilir. Belə ki,
kanalda
su layının qalınlığı
h=1 m –ə qədər olduqda üzlüyün qalınlığı
m=8-10 sm; h=1-2 m olduqda
m=10-12 sm;
h>2 m olduqda
m=12 – 15 sm qəbul edilir. Bu üzlüklərdən baş verməsi ehti-
mal olunan sızmanın qarşısının alınması üçün üzlüyün üzərinə
yüksək markalı sement təbəqəsi çəkilir.
Kanallardan baş verən infiltrasiyanın qarşısının alınması
üçün kolmotaj üsulu da tətbiq oluna bilər. Bu üsulun tətbiqi
üçün kanalın tikintisindən sonra onun su ilə ilkin doldurul-
ması zamanı içərisinə suda həll olunmuş gil əlavə edilir. Axarı
olmayan suda gil hissəcikləri kanalın
dibindəki yüksək sukeçi-
riciliyə malik süxurların üst layının məsamələrinə dolur və
qalınlığı 1-10 sm olan sukeçirməyən qat yaradır. Beləliklə, ka-
30
nalın yatağındakı qruntun sukeçiriciliyi azalır. Bu üsulun qum-
lu süxurlarda tətbiqi daha səmərəli hesab olunur.
Su itkisini azaltmaq məqsədilə kanalın yatağındakı qrunt-
ların kipləşdirilməsi üsulundan da istifadə edilir. Bunun üçün
laboratoriya şəraitində qruntun optimal sıxlaşma nəmliyi təyin
edilir. Bu, qruntun elə nəmlik həddidir ki, həmin nəmlikdə
üzərinə düşən dinamiki yük vasitəsilə qruntu maksimal dərə-
cədə sıxlaşdırmaq mümkündür. Bu üsuldan strukturu pozul-
muş və pozulmamış - dispers hissəciklər iştirak edən qruntlar-
da (löss,
gilli qum,
qumlu gil, gil) istifadə edilməsi daha sər-
fəlidir, çünki kipləşdirmə zamanı qruntun məsamələri tutuldu-
ğundan sukeçiricilik kəskin azalır və kanalda suyun hərəkəti za-
manı qruntun yuyulması prosesi, yəni yatağın deformasiyası
azalır.
Kimyəvi tədbirlərdən şüşə məhlullarının və digər kim-
yəvi strukturyaradıcı birləşmələrin inyeksiya üsulu ilə kanalın
yatağına təsirini misal göstərmək olar.
1.6.Suvarma üsulları və texnikası
Suyun suvarma sahələrinə verilməsi və paylanması üsulları
suvarma üsulları, bu məqsədlə istifadə olunan texniki vasitələr isə
suvarma texnikası adlanır. Suvarma texnikası müxtəlif suçiləmə
aparatlarından, suçiləmə və suvarma maşınlarından ibarətdir.
Kənd təsərrüfatı bitkilərinin suya olan tələbatından, su
mənbəyinin xüsusiyyətlərindən, torpaq örtüyü və iqlim şəraitindən
asılı olaraq, suvarmanın iki növü ayrılır:
1)
müntəzəm suvarma;
2) bir dəfə aparılan suvarma.
Müntəzəm suvarmada kənd təsərrüfatı bitkilərinin suya
tələbatına uyğun olaraq, su mənbəyindən tələb olunan miqdarda
suvarma suyu sahələrə verilir. Suvarma suyu su mənbələrindən
suvarma kanalları və boru kəməri vasitəsilə öz axımı ilə və ya