418
Məhəmməd Əfəndinin izi gedib Oxut pirinə də çıxır. Oxut
pirindəki başdaşılardan birində “Molla Məhəmməd Əfəndinin oğ-
lu Ömər Əfəndi sözləri” yazılmışdır. Qeyd olunan abidənin tarix
yazılmış hissəsi xarab olduğu üçün sözlər oxunmayır. Ona görə də
Molla Ömər Əfəndinin ölüm tarixini dəqiqləşdirmək mümkün
deyil. Lakin onun abidəsinin bədii tərtibatına, kitabəsinin xəttinə
görə ətrafdakı hicri 1181 (1767/68)-ci il tarixli abidələrlə müqayi-
sə etdikdə müəyyən oxşarlıq tapmaq mümkündür, bu da abidələrin
dövrünü eyni müddətə aid etməyə imkan verir. Belə olsa Şəkidə
Məhəmməd Əfəndi Pirində dəfn olunan alimin Mustafa Əfəndinin
qohumu olduğunu və Oxutdakı Molla Məhəmməd Əfəndinin
həmin nəsildən olub, bu adın bir neçə dəfə təkrar qoyulduğu və bu
ad daşıyan şəxslərin alimlik dərəcəsinə çatdıqlarını güman etmək
olar. Belə hallara biz Qax rayonunun Ləkit və Ənbərçə kəndlərin-
dəki camelərdə dəf olunmuş alimlər ailəsində də təsadüf etmişik.
Bütün bunlar ilk dəfə kitabələrə əsasən müəyyənləşdirilmişdir.
Seyx Nurullah Əfəndi Ziyarəti
Şeyx Nurullah Əfəndi ziyarəti Şəki rayonunun Baş Layski
kəndindədir. Burada şeyxin zaviyəsi, türbəsi, müridlərinin, qadını
və qızının qəbrləri mövcuddur.
Zaviyə kiçik binadan (4x2
m
) ibarətdir. Divarın içərisində
düzəldilmiş mehrabın arxa hissəsi taxta stalaktitlərlə işlənmişdir.
Üzərində h. 1313 (1895-1896) il tarixi qeyd edilmişdir. Zaviyənin
bir neçə metrliyindəki düzbucaqlı plana (4x3,5
m
) malik türbə
binası çaylaq daşlarından hörülmüşdür. Yuxarıdan üçpərli arka
formasında qapı və dairəvi apka ilə tamamlanan pəncərələr iki
cərgə bişmiş kərpiclə haşiyələnmişdir. İki cərgə bişmiş kərpicdən
divarların hörgüsündə də istifadə olunmuşdur. Qapının sağ tərə-
fində, divara hörülmüş ərəbcə kitabədə (0,25x0,20
m
) - “Bu müba-
rək məqbərəni ilusulu ustad İbrahim bina etdi. 1317 (1899-1900)
il”. Sözləri yazılmışdır.
419
Türbənin içərisində mərkəz hissədə dəfn olunmuş Şeyxin
çaylaq daşından düzəldilmiş başdaşısı (2,10x0,64x0,4
m
) gözəl iri
nəcx və nisbətən xırda nəstəəliq xətli kitabələrlə işlənmişdir. Abi-
dənin yuxarı hissəsində həkk olunmuş medalyon içərisində Qura-
nın 56-cı surəsindən 26-cı ayə yazılmışdır. Medalyonun sağ və sol
tərəflərindən olan düzbucaqlarda azərbaycanca yazılmış kitabədə
Təriqi nəqşibəndidə edib təkmili dövrü bu
Deli-eşqi ilahiylə qıldı ömrini əfna.
Sözləri həkk olunmuşdur ki, bu da Şeyxin nəqşibəndi cəmiy-
yətinə mənsub olduğunu göstərir.
Başdaşının orta hissəsində ərəbcə yazılmış kitabədə mərhum
haqqında belə məlumat verilir: “Bu qəbir mərhum, bağışlanmış,
məşhur şeyx, böyük ləyaqətli mürşüd, hörmətli övliyaların gör-
kəmlisi (qütbü), əzəmətli başçıların və onun dünyəvi və axirət, su
və qurudakı bütün mərhəmətlərini ümumiləşdirən yaxınların baş-
çısı, bütün həyatı boyu, gündüz işığında kor kimi həyatda qürurla
şad-xürrəm ötənləri, öz hikmətiylə faydalandıran (yəni həyatda
nöqsanlarını körməyənləri başa salan) şeyx, mövlana Şeyx Nurul-
lah Əfəndi b. mərhum Seyyid Məhəmməd Əli b. Seyyid Nurullah
b. Seyyid Siracəddin b. əl-Hüseyn əl- Ələvi əl-Mustəfəvi. Rama-
zan ayı 1317 (3.1-2.II.1900) ildə vəfat etmişdir”.
Haşiyədə nəstəəliq xəttilə yazılmış ərəbcə mənzum parça-
lardan ibarət kitabələrin tərcüməsi belədir:
Bizə ləyaqətinlə tanınmısan.
Sənin günahları bağışlanmağın haqqındakı
rəvayətləri eşitmişik.
Yalanları, günahları bağışlamağı əhd etmədin.
Bu insana məhəbbətinin məzmunu ilə düz gəlməyir.
İlahi bütün həyatım ağır olub.
Ehsandan sonra o yüngülləşib.
Dediyim işlərimə uyğun gəlməyir.
420
Günahkarı bağışla və zəifə rəhm et.
Və unut vəhşiliyini, qəbirdə onu rahat burax.
Öz ləyaqətinlə qorunmağımı mənə adət etdirmisən.
Və bizi Sən həmişə himayənə götürmürsən.
Türkcə yazılmış bir beyt belədir:
Əlamətda muradın oncunğadır?
Bu gün mənğa iysə yarın sənğadır.
Epitafiyada Şeyx Nurullahın ulu babası kimi qeyd olunmuş
Seyyid Siracəddin digər kitabələrdə başqa şeyxlərin mürşüdü kimi
göstərilmiş İsmayıl Siracəddin Şirvanidir.
Türk alimi Nizaməddin Zərgəri onu kürdəmirli hesab edir və
orada dəfn olunduğunu yazır. Yevlax rayonunun Ərəbbərsrə kən-
dində dəfn olunmuş nəqşbəndi qardaşlıq cəmiyyətinin mürşüdü
Şeyx Yusifin (vəfatı 1906) oğlu Bəhaəddin atasını İsmayıl Sira-
cəddin Şirvaninin müridi hesab edir və o da şeyxin Kürdəmirdə
dəfn olunduğunu söyləyirdi.
Şirvanda fəaliyyət göstərmiş, h. 1281 (1864-1865)-ci ildə
Kürdəmir rayonunun Şahsevən kəndində dəfn olunmuş nəqşbən-
diyyə şeyxi, böyük alim mövlana Hacı Mahmud da Siracəddin
Şirvanininin müridi olmuşdur. Seyyid Siracəddin İsmayıl Şirvani-
nin müridlərindən Laçın rayonunun Cicimli kəndində anadan
olmuş Seyyid Nigari Türkiyədə fəaliyyət göstərmiş və Amasiya
şəhərində dəfn olunmuşdur.
Şeyx Nurullahın ulu babası (çox güman ki ruhani) Seyyid Si-
racəddinin şiə imamı Hüseynin oğlu kimi qeyd olunması maraqlıdır.
Dünyagörüşünə görə qatı sünni olan nəqşənbəndilik öz ruhani
silsiləsini bir tərəfdən Əbu Bəkrə, digər tərəfdən Əli b. Əbu Talıba
aparıb çıxarır. Bu şəcərə “silsilət əz-zəhəb” (qızıl zəncir) adlanır
və belə məna kəsb edir ki, nəqşbəndi qardaşlığı Peyğənbər ilə həm
ruhani (Əbu Bəkir), həm də cismani (Əli b. Əbu Talıb) bağlıdır.
Dostları ilə paylaş: |