Dədə Qorqud ● 2015/I I 5
Məlumdur ki, Oğuzun dünyaya gəlişi, fatehlik, cahangirlik yürüşləri
“Oğuz kağan” dastanında mifoloji, Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır
xan oğuznamələrində yarımtarixi, yarıməfsanəvi planda işıqlandırılmışdır. F.Ba-
yatın “eyni informasiyanın müxtəlif yönlərdən təqdimi” kimi (1, 5) dəyərləndir-
diyi bu epik ənənə tarixin daha dərin çağlarından qaynaqlanır və müxtəlif dini
baxışların təsiri ilə variativ məzmunda təqdim edilir. Belə ki, uyğur oğuznamə-
sində Oğuz mani dininin təsiri ilə Ay kağanın gözündən parlayıb doğulursa, di-
gər oğuznaməklərdə tək olan Allaha inamla dil açır. B.Ögelin düzgün müşahi-
dəsinə görə, yabançı dinlərin təsiri ilə baş verən bu dəyişiklik türklərin Gök
Tanrı ilə bağlı əski dinlərini, ənənlərini qəlb və zehinlərindən silə bilməmişdirsə
də (8, 129-130), hər halda, zaman öz sözünü demiş, etnik təfəkkürdə müəyyən
izlər açmaqla baş vermiş olayların fərqli baxış bucağında dəyərləndirilməsinə
imkan yaratmışdır.
XIV əsrin əvvəllərində uyğur versiyasında yazıya alınmış “Oğuz kağan”
dastanında gələcəyin böyük dövlət qurucusu kimi Oğuzun bənzərsiz düşüncəyə
və məğlubedilməz gücə sahib olması “kıat” adlanan qeyri-adi yırtıcını öldürməsi
ilə, digər oğuznamələrdə köhnəliyi, nizamsızlığı təmsil edən ata üzərində qələ-
bəsi ilə nəzərə çarpdırılır. Fikrimizcə, insan-təbiət münasibətlərinin insan-cə-
miyyət müstəvisinə köçürülməsindən irəli gələn bu dəyişiklik mifdən eposa ke-
çidin təzahürü kimi izah oluna bilər. Qədim oğuzların bir etnos olaraq özünü və
dünyanı dərketmə modelində baş verən bu təkamül “Dədə Qorqud” oğuzna-
mələrinin formalaşmasında da mühüm rol oynamışdır ki, ilk boyun məzmunu
qeyd edilən fikrin tutarlı alınması üçün kifayət dərəcədə zəngin materiallar verir.
Öncə xatırlayaq ki, Böyük Hun imperiyasının yaradıcısı Mete ilə bağlı
hekayət eynilə Oğuz xan haqqındakı oğuznamələrdə təkrarlanır. Ata-oğul qarşı-
durması üzərində qurulmuş hər iki süjet xətti əslində yeni dünyanın – hun və
oğuz dünyasının törənişini şərtləndirir. Aydınlıq üçün hər iki hökmdarın gənclik
illərinə bir baxış keçirək.
Hunların şan-yu ünvanını daşıyan hökmdarı Tumanın Mete adlı bir vəliəh-
di var. Lakin Tumanın çox sevdiyi ayrı bir qadından ikinci oğlu dünyaya gəldiyi
üçün böyük oğlunu öldürüb yerinə onu vəliəhd təyin etmək fikrinə düşür. Buna
görə də Meteni yüe-çilərə girov göndərir və sonra da onların üzərinə qəflətən
hücuma keçir. Tumanın məqsədi bu idi ki, yüe-çilər bunun əvəzinə oğlu Meteni
öldürsünlər. Ayıq düşüncəli Mete bu hücumdan xəbər tutunca yüyrək bir ata mi-
nib obasına dönür. Atasına xoş gəlməsə də, bu şücaətinə görə o, bir tümənlik,
yəni on minlik bir orduya başçı təyin edilir. Metenin sərkərdəlik məharəti bu za-
man üzə çıxır. O, öncə orduda nizam-intizam yaratmağa çalışır. Bunun üçün
icad etdiyi vızlayan (fit səsi çıxardan) oxunu hara atarsa, bütün əsgərlərin həmin
istiqamətdə ox atmasını əmr edir. Kim bu əmri yerinə yetirməzsə, edam edilə-
cəyini bildirir. Əvvəlcə oxunu özünün qaçağan “arğamak” atına, sonra isə se-
vimli qadınına tuşlayıb atır. Onun əmrini yerinə yetirməyənlərin başı bütün əs-
Dədə Qorqud ● 2015/I I 6
gərlərin gözü qarşısında vurulur və beləliklə, ordu üzərində öz hökmünü yerit-
məyə nail olur. Qənaətini yoxlamaq üçün ova çıxır və bu zaman oxunu digər bir
atına tərəf atır. Artıq bütün əsgərlər onun hərəkətini eynilə təkrarlayaraq həmin
atı nişan alıb oxlayırlar.
Əsgərlərinə tam əmin olan Mete atası Tumanla ova çıxır və bu dəfə vızla-
yan oxunu ona tuşlayıb atır. Beləliklə, atılan oxlardan dəlmə-deşik olan Tuman
öldrülür. Mete ögey anası və qardaşını aradan götürüb hakimiyyətə sahib olmaqla
Böyük Hun imperiyasının əsasını qoyur (ətraflı bax: 2, 46-47; 8, 6-7; 9, 52).
F.Rəşidəddin və Ə.Bahadır xanın müxtəlif əsrlərdə yazıya aldıqları oğuz-
namələrdə müəyyən dərəcədə islamlaşdırılmış bu əhvalat isə aşağıdakı şəkildə
təsvir olunur:
Olcay xanın nəvəsi, Dib Yabqu xanın oğlu Qara xan (bu nəsil şəcərəsi
Bahadır xan oğuznaməsində Dib Bakuy – Gök xan – Alınca xan – Moqol xan –
Qara xan ardıcıllığında verilib; 3, 51) taxt-taca çıxdıqdan sonra bir oğlu dünyaya
gəlir. Üç gün üç gecə anasının südünü əmməyən uşaq dərin kədərə batmış qa-
dının yuxusuna girərək bir olan Yaradana inam gətirməsini söyləyir. Bu halı üç
dəfə yuxusunda görən ana qadir Allaha sığınır, ərindən və qəbiləsindən gizlin
ona sitayiş edir. Edilən dualar sayəsində ana südü əmməyə başlayan uşaq bir ilə
dil açır və özü-özünə “Oğuz” adını qoyur. Böyük Yaradana tapınan Oğuz bilik
sahəsində olduğu kimi, ox atmaqda, nizə tullamaqda, qılınc oynatmaqda ad
çıxarır, şöhrət qazanır. Atası onu qardaşı Küz xanın qızı ilə nişanlayır. Oğuz
evinə gətirdiyi əmisi qızına Allaha iman gətirməyi təklif edir, şərti qəbul edilmə-
dikdə onunla əlaqəni kəsir. Qara xan oğlunun arvadına diqqət yetirmədiyini
görüb onu qardaşı Kür xanın qızı ilə nişanlayır. Oğuz həmin qızdan da eyni şeyi
tələb edir və razılığını almadığı üçün onunla da əlaqəyə girmir. Bunu duyan
Qara xan Oğuzu kiçik qardaşı Or xanın qızı ilə nişanlayır. Oğuz bu dəfə də qıza
eyni şərtlə müraciət edir və təklifinin qəbul edildiyini görüncə evinə gətirib
onunla yaxınlıq edir.
Bir gün Oğuz ova çıxır. Qara xan böyük toy-düyün qurur, gəlinlərinin
sağlığına badə qaldırıb onlardan Oğuzun nə üçün kiçik gəlini daha gözəl olan
digərlərindən çox sevdiyini soruşur. Qızlar Qara xanı məsələdən agah edib
Oğuzun ata-babaların inamından üz döndərərək yeni bir dinə iman gətirdiyini
söyləyirlər. Bu xəbərdən qəzəblənən Qara xan qardaşları və qohumları ilə məs-
ləhətləşib Oğuzu öldürmək qərarına gəlir. Kiçik gəlin qonşu qadınların köməyi
ilə Oğuzu xəbərdar edir. Döyüşə hazır vəziyyətdə gələn Oğuz atası üzərində qə-
ləbə çalıb hakimiyyətə yiyələnir və zaman-zaman digər qəbilələri də özünə tabe
etməklə Oğuz dövlətinin əsasını qoyur, sonra isə cahangirlik yürüşlərinə başla-
yaraq böyük bir imperiya yaratmış olur (3, 51-55; 6, 10-13).
Göründüyü kimi, həm Mete, həm də Oğuz hakimiyyətə köhnə dünyagörü-
şü təmsil edən atalarını – Tuman və Qara xanı öldürməklə gəlirlər. Motiv və xa-
rakterlərin bu dərəcədə yaxın olması, hətta bəzi məqamlarda üs-üstə düşməsi
Dostları ilə paylaş: |