435
Ə
n nəhayət bu sualın açıqlanmasında təlim-tərbiyə prosesinin iştirakçıları, onların
vəzifələri və hüquqları, təhsil müəssisələrinin və təşkilatlarının beynəlxalq əməkdaşları
barədə hüquqi biliklər əldə etmiş oldunuz.
SUAL 2. Ali təhsil müəssisələrinin hüquqi Vəziyyətləri, növləri
və onların fəaliyyətinin rəhbərliyin həyata keçirilməsi qaydası.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 saylı qərarı
ilə təsdiq edilmiş Ali təhsil müəssisəsi haqqında Əsasnaməyə əsasən Azəraycan
Respublikasında Dövlət ali təhsil müəssisəsi ali və orta ixtisas təhsili proqramlarını həyata
keçirən hüquqi şəxs statusuna malik tədris müəssisəsidir.
Ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Təhsil Qanununa, ona müvafiq
olaraq Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlarına, bu
ə
sasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir.
Ali təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada yaradılır, qeydiyyata alınır, yenidən təşkil olunur və ləğv edilir. Təşkilatlar hüquq
formasına görə dövlət və qeyri-dövlət ali təhsil müəssisələri yarada bilərlər. Dövlət
orqanları, Azərbaycan və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları,
cəmiyyətləri, idarələri, habelə Azərbaycan və xarici ölkə vətəndaşları ali təhsil
müəssisəsinin təsisçisi ola bilərlər. Qeyri-dövlət ali təhsil müəssisələri maarifçilik,
xeyriyyəçilik niyyəti ilə yaradılır və şəxsi qazanc məqsədi güdmür. Təsisçilərlə təhsil
müəssisələri arasında münasibətlər təhsil qanunvericiliyinə müvafiq müqavilələr əsasında
qurulur.
Ali təhsil müəssisəsi təhsil, tərbiyə, elm və mədəniyyət mərkəzi kimi aşağıdakı
vəzifələri yerinə yetirir:
- hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsil alma və ixtisasartırma
tələblərinin ödənilməsi;
- təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
- elmi araşdırmalar aparılması;
- çoxpilləli ali məktəblərdə yüksək ixtisaslı elmi-pedaqoci, elmi kadrlar hazırlanması;
- elmi-pedaqoci və elmi kadrların attestasiyasının keçirilməsi;
- ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasının təmin edilməsi;
- mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, təhsil
sahəsi ilə bağlı kommersiya fəaliyyətinin və xarici əlaqəlrin təmin edilməsi.
Ali təhsil müəssisəsinin filialları, fakültələri, hazırlıq şöbələri, kafedraları, elmi-
tədqiqat laboratoriyaları, aspiranturası (yeni təhsil strukturlarına keçid müddətində)
doktoranturası, əlavə ixtisas təhsili üçün tədris bölmələri, təcrübə təsərrüfatları, tədris
teatrları və digər bölmələri ola bilər.
Ali təhsil müəssisəsi tərkibində və onun nəzdində bilavasitə profilinə uyğun istehsalat
və digər xarakterli (elm, tədris, təlim-tərbiyə və s.) müəssisə, təşkilat və idarələr fəaliyyət
göstərə bilər.
Ali təhsil müəssisəsinin struktur bölmələrinin (filiallardan başqa) yaradılması,
dəyişdirilməsi və ləğv edilməsi ali təhsil müəssisəsinin nizamnaməsinə müvafiq özü
tərəfindən aparılır və bu halda təsisçiyə məlumat verilir.
436
Ali təhsil müəssisəsi nəzdində müxtəlif pillədən olan tədris müəssisələrinin (orta
məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s.) elmi-tədqiqat mərkəzləri və
institutların yaradılması, yenidən təşkili və ləğv edilməsi Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş qaydalara əsasən həyata keçirilir. stehsalat müəssisələrinin, klinikalarının,
ə
czaxanaların və s. yaradılması, yenidən təşkili və ləğv olunması ilə müəssisələr haqqında
Qanuna müvafiq olaraq həyata keçirilir.
Ali təhsil müəssisəsi öz işini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-
tədqiqat, metodik, maliyyə-təsərrüfat, iqtisadi-kommersiya və s. məsələləri sərbəst surətdə
həll etmək, təlimin forma və metodlarını müəyyən etmək, müəssisəni kadrlarla
komplektləşdirmək, o cümlədən başqa dövlətlərin vətəndaşlarını işə qəbul etmək, müəyyən
olunmuş əmək haqqı fondu çərçivəsində müəssisəsinin quruluşu və ştat cədvəlini təsdiq
etmək, maliyyələşdirmənin müxtəlif növlərindən sərbəst istifadə etmək, tədris-tərbiyə
müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək hüququna malikdir.
Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə,
təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris elmi-
istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris istehsalat birlikləri və
assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan
təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə
müəyyən olunur. Hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid
təhsil müəssissəsi kimi fəaliyyət göstərir.
Ali ixtisas təhsilini aşağıdakı təhsil müəssisələri həyata keçirirlər:
- ali kolleclər;
- institutlar;
- konservatoriyalar;
- akademiyalar,
- universitetlər və s;
Universitet ali təhsil müəssisəsidir, fəaliyyəti ali təhsil və ondan sonrakı təhsil
mərhələsində elmin, texnikanın və mədəniyyətin təbiət, humanitar və başqa
istiqamətlərində fundamental elmi tədqiqat işlərinə yönəlir. Universitet təhsilin və
mədəniyyətin aparıcı inkişaf mərkəzi olmaqla əhali arasında elmi biliklərin yayılmasına və
mədəni-maarif işlərinin həyata keçirilməsinə kömək edir;
Akademiya ali təhsil müəssisəsidir, fəaliyyəti ali təhsil və ondan sonrakı təhsil
mərhələsində elmin, texnikanın və mədəniyyətin əsasən bir sahəsinin inkişafına yönəlir.
Akademiya öz fəaliyyət dairəsində aparıcı elmi və metodik mərkəzdir. Müəyyən sahə üçün
geniş miqyasda yüksək ixtisaslı mütəxəssislər hazırlayır və rəhbər mütəxəssislərin yenidən
hazırlanmasını həyata keçirir;
nstitut müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməklə elmin, texnikanın və
bir sıra istiqamətləri üzrə təhsil proqramlarını yerinə yetirir və elmi tədqiqatları həyata
keçirir;
Ali kollec müstəqil ali təhsil müəssisəsi kimi tam və yaxud natamam ali təhsil
proqramlarını yerinə yetirir;
Konservatoriya ixtisaslaşmış ali təhsil müəssisəsidir, fəaliyyəti ali təhsil və ondan
sonrakı mərhələsində musiqinin, sənətin və mədəniyyətin inkişaf mərkəzi olmaqla əhali
arasında mədəni-maarif işlərinin həyata keçirilməsinə kömək edir.