457
- qanunvericiliyə uyğun olaraq cinayət işləri üzrə təhqiqat, istintaq aparır və əməliyyat-
axtarış fəaliyyətini həyata keçirir;
- xarici dövlətlərin vergi və digər səlahiyyətli orqanları ilə əməkdaşlıq edir;
- dövlət vergi orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını
təmin edir;
- öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları
həyata keçirir.
Nazirlik öz vəzifələrini və funksiyalarını mərkəzi və yerli icra hakimiyyəti orqanları,
hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə həyata
keçirir.
Nazirliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları
vardır:
- qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi
yoxlamaları keçirmək;
- vergitutma bazası, həmçinin müəyyənləşdirilməsi, aksiz markası ilə markalanmalı
olan, lakin markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergitutma obyektlərinin uçotu, əhali ilə
pul hesablaşmalarının aparılması sahəsində qanunvericiliyə riayət olunmasını yoxlamaq
məqsədi ilə vergi ödəyicilərinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada operativ
nəzarəti həyata keçirmək;
- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan
qaldırılmasını tələb etmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən
nazir rəhbərlik edir.
Vergilər naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və onun
funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Vergilər Nazirinin birinci
müavini və üç müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin
edilir və vəzifədən azad edilir.
Vergilər Naziri aşağıdakı səlahiyyətlərə malikdir:
- Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
- Nazirin müavinləri arasında vəzifə bölgüsünü aparır, nazirliyin müvafiq struktur
bölmələrinin idarə olunmasını onlara həvalə edir;
- Nazirliyin struktur bölmələrinin funksional təyinatı və say tərkibini müəyyən edir və
zərurət olduqda, həmin strukturda dəyişikliklər aparır;
- qanunvericiliyə uyğun olaraq digər hüquqlardan istifadə edir və funksiyalar həyata
keçirir.
Vergilər Nazirliyində nazirdən (kollegiyanın sədri) və nazirin müavinlərindən,
Naxçıvan MR-nın Vergilər Nazirindən, habelə Nazirliyin digər rəhbər işçilərindən ibarət
kollegiya təşkil olunur. Kollegiyanın tərkibi vəzifələr üzrə Nazirin təqdimatına əsasən,
Respublika Prezidenti tərəfindən təsdiq edilir.
Kollegiya öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı mühüm məsələlərə baxır və və
onlar haqqında müvafiq qərarlar qəbul edir.
458
Kollegiyanın iclasları kollegiyanın üzvlərinin üçdə ikisi iştirak etmək halları olduqda
səlahiyyətlidir. Kollegiyanın iclasında səslər bərabər bölündükdə Kollegiya sədrinin səsi
həlledici hesab edilir. Kollegiyanın qərarları Nazirin əmrləri ilə həyata keçirilir.
Vergilə r Nazirliyinin strukturu aş ağ ıdakı kimidir:
Nazir; Nazirin birinci müavini və üç müavin, müşavir, köməkçi və katiblik;
1. Vergi siyasəti və strategiyasını araşdırmalar Baş darəsi;
2. daxili nəzarət Baş darəsi;
3. Vergi ödəyicilərinin auditi Baş darəsi;
4. qtisadi təhlil və uçotun təşkili idarəsi;
5. operativ nəzarət idarəsi;
6. vergi borclarının məcburi alınması işinin təşkili idarəsi;
7. kadr siyasəti və hazırlığı idarəsi;
8. maliyyə-təsərrüfat idarəsi;
9. informasiya texnologiyası və resursları şöbəsi;
10. hüquqi təminat şöbəsi;
11. mühasibatlıq;
12. xüsusi işlər üzrə bölmə.
Bunlarla yanaşı, Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması
Departamenti fəaliyyət göstərir.
Vergi orqanlarında xidmət-Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları
sisteminə daxil olan vergi orqanları sisteminin funksiya və məqsədlərini öz peşəkar
fəaliyyətləri ilə həyata keçirən respublika vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Qanundan, Azərbaycan
Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Dövlət vergi orqanlarında
xidmət haqqında Əsasnamədən və bu xidmətin haqqında qaydalarını tənzimləyən digər
normativ hüquqi aktlardan ibarətdir.
Vergi orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən vergi orqanlarında
vəzifə tutan və nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.
Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim
forması və fərqlənmə nişanları müəyyən edilir.
Beləliklə, mövzunun birinci sualına nəticə olaraq göstəririk ki, vergi-dövlətin və
bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində
olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə
köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergilər Nazirliyi Respublikada aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində
dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər
daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
SUAL 2. Gömrük sahəsində dövlət idarəetməsinin anlayışı
və təş kilati-hüquqi ə sasları.
459
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu
kimi gömrük sahəsində də çox böyük uğurlar əldə edilmişdir. Bu mənada gömrük sahəsində
dövlət idarəetməsi ilə bağlı əldə olunan biliklərin hüquqi əhəmiyyəti vardır.
Bu sahənin idarəedilməsi ilə bağlı qazanılmış uğurların bir hissəsini belə qeyd etmək
olar:
- Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, Gömrük Tarifi haqqında qəbul
olunmuş qanunlar;
- çoxsaylı normativ-hüquqi aktlar hazırlanmış;
- gömrük işi sahəsində kadr hazırlığı, tədqiqat-ekspertiza məqsədilə tədris Mərkəzi;
- mərkəzi laboratoriya yaradılmış;
- habelə bu işin tətbiqi ilə əlaqədar xüsusi orqan olan “Gömrük xəbərləri” qəzeti təsis
olunmuş;
- peşəkar gömrük işçilərinin hazırlanması, formalaşması üçün xüsusi ədəbiyyatlar nəşr
olunmuş və Azərbaycan gömrük orqanları sisteminin beynəlxalq sferada əməkdaşlıq dairəsi
genişlənmişdir.
Azərbaycan Respublikasının gömrük işini malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsinin qaydaları və şərtləri, gömrük
ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin
həyata keçirilməsinin digər vasitələri təşkil edir. Göstərilənlər dövlətin daxili və xarici
siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata keçirilməsi deməkdir.
Azərbaycan Respublikasının gömrük siyasətinin məqsədi aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin
tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi;
- Azərbaycan Respublikasının daxili bazarının qorunması;
- milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;
- Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə
kömək edilməsi;
- Azərbaycan Respublikasının Konstitusiyasına, Gömrük Məcəlləsinə və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən digər məqsədlər.
Gömrük sahəsində dövlət idarəetməsi Azərbaycan Respublikasının Prezidenti və
höküməti tərəfindən həyata keçirilir. Bu sahədə aparıcı funksiya və bilavasitə rəhbərlik Dövlət
Gömrük Komitəsinə məxsusdur.
Azərbaycan Respublikasının gömrük siyasəti gömrük işini beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə yönəldir. Azərbaycan Respublikasında gömrük işi hamılıqla qəbul edilmiş
beynəlxalq normalar və təcrübə ilə uyğunlaşdırma və eyniləşdirmə istişamətində inkişaf
etdirilir.
Gömrük orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının Gömrük Məcəlləsini, “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununu və digər qanunvericilik aktlarını rəhbər tutur.
Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olunmaqla, heç bir dövlət orqanının
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına uyğun fəaliyyət
göstərən gömrük orqanlarının səlahiyyətinə toxunan məsələlər üzrə qərar qəbul etmək, onların
funksiyalarını icra etmək və ya dəyişdirmək, onlara başqa vəzifələr tapşırmaq və ya
fəaliyyətinə digər formada müdaxilə etmək hüququ yoxdur.
Azərbaycan Respublikasının gömrük orqanları aşağıdakı funksiyaları yerinə yetirir:
460
1. Azərbaycan Respublikasının gömrük siyasətinin işlənib hazırlanmasında iştirak edir və
bu siyasəti həyata keçirirlər;
2. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin
edirlər;
3. Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar;
4.ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrini tətbiq edirlər;
5. gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri alırlar;
6. Azərbaycan Respublikasının gömrük sərhəddindən malların və nəqliyyat vasitələrinin
keçirilməsi qaydalarına riayət olunmasını təmin edirlər;
7. gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi
qanunvericiliyinin pozulmasına qarşı mübarizə aparırlar, narkotik vasitələrin, silahın,
Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloci sərvətləri olan
əş
yaların, intellektual mülkiyyət obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların
və bitki növlərinin, digər malların Azərbaycan Respublikası gömrük sərhədindən qanunsuz
keçirilməsinin qarşısını alırlar; beynəlxalq terrorçuluqla mübarizəyə və Azərbaycan
Respublikasının təyyarə limanlarında beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz
müdaxiənin qarşısının alınmasına köməklik göstərirlər;
8. gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirir və təkmilləşdirir,
Azərbaycan Respublikasının gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi üçün
şə
rait yarıdırlar;
9. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar;
10. dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və
sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması, gətirilən malların Azərbaycan
istehlakçılarının mənafeyinin müdafiəsi sahəsində tədbirlər həyata keçirilməsinə kömək
edirlər;
11. öz səlahiyyətləri daxilində valyuta nəzarətini həyata keçirirlər;
12. müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan
Respublikası Prezidentinə, başqa dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara,
vətəndaşlara gömrük məsələləri üzrə məlumatlar verilməsini təmin edirlər;
13. dövlətin vahid maliyyə-təsərrüfat siyasətinin həyata keçirilməsində iştirak edir,
gömrük orqanlarının maddi-texniki bazasını inkişaf etdirir, bu orqanların işçiləri üçün lazımi
ə
mək və sosial şərait yaradırlar.
Gömrük orqanlarının əsas vəzifələri Azərbaycan Respublikasında gömrük işini təşkil
etmək və onu təkmilləşdirmək, gömrük siyasətini həyata keçirmək, respublikanın iqtisadi
mənafeyini və təhlükəsizliyini qorumaq, gömrük ərazisinin vahidliyini təmin etmək, qabaqcıl
gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək, gömrük işinə dair və digər
qanunvericiliyə əməl olunmasını təmin etməkdir.
Azərbaycan Respublikasının gömrük orqanları vahid sistem təşkil edən hüquq-mühafizə
orqanlarıdır. Biz qeyd etdik ki, gömrük orqanlarına bilavasitə rəhbərliyi Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir. Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır. Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş vəzifələri bilavasitə
özü və ya tabeliyində olan gömrük orqanları, idarə və təşkilatlar vasitəsilə həyata keçirir.
Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün Gömrük
Komitəsinin aşağıdakı hüquqları vardır:
461
- gömrük siyasətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- gömrük işi haqqında qanunvericilik aktlarının və digər hüquqi aktlarının layihələrini
hazırlamaq;
- dövlət təhlükəsizliyinin, ictimai qaydaların, əhalinin mənəviyyatının, insanların həyat və
sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması;
- daxili bazarın və Azərbaycan istehlakçılarının mənafeyinin müdafiəsi üzrə tədbirlərin
həyata keçirilməsində gömrük orqanlarının iştirakını təmin etmək;
- gömrük recimlərinin müəyyən edilməsi və s.
Bunlardan əlavə, Dövlət Gömrük Komitəsinin ona həvalə edilmiş vəzifə və funksiyaları
həyata keçirmək üçün Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər
hüquqları vardır:
- mərkəzi icra hakimiyyəti orqanları da daxil olmaqla, hüquqi-təşkilati formasından asılı
olmayaraq, müəssisələrdən və təşkilatlardan, habelə vəzifəli şəxslərdən və fiziki şəxslərdən
sənədlər və məlumatlar tələb etmək;
- gömrük işi məsələləri üzrə koordinasiya və ekspert şuraları, işçi qrupları və müvəqqəti
yaradıcı kollektivlər təşkil etmək; gömrük işi və gömrük siyasəti problemlərinin həlli məqsədi
ilə müqavilə əsasında xarici ölkələrin mütəxəssisləri və alimləri də daxil olmaqla, elmi işçiləri,
mütəxəssisləri cəlb etmək;
- rabitə və məlumatların ötürülməsinin xidməti sistemini yaratmaq; tabeçiliyindəki idarə,
müəssisə və təşkilatların fəaliyyətinə rəhbərlik etmək, onların əsasnamələrini və
nizamnamələrini təsdiq etmək, onların rəhbərlərini təyin etmək, maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını və təftişini həyata keçirmək və s.
Dövlət Gömrük Komitəsi öz səlahiyyətləri daxilində gömrük işi üzrə Azərbaycan
Respublikasının bütün ərazisində qüvvədə olan, bütün dövlət orqanları, hüquqi-təşkilati
formasından asılı olmayaraq, idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və
fiziki şəxslər tərəfindən icrası məcburi olan normativ aktlar qəbul edir.
Dövlət Gömrük Komitəsinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr
1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsi haqqında” Əsasnamə ilə nizamlanır.
Azərbaycan Respublikasında bütün gömrük orqanlarına rəhbərliyi həyata keçirən Dövlət
Gömrük Komitəsinə sədr başçılıq edir. Sədr Azərbaycan Respublikasının Prezidenti
tərəfindən vəzifəyə təyin edilir və azad edilir.
Dövlət Gömrük Komitəsinin sədr müavinləri sədrin təklifinə əsasən, Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Dövlət Gömrük Komitəsinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini təmsil edir, digər dövlət
orqanları ilə onun qarşılıqlı fəaliyyətini təmin edir;
- Dövlət Gömrük Komitəsi sədrinin müavinləri arasında vəzifə bölgüsü aparır;
- komitənin səlahiyyətləri daxilində normativ aktları imzalayır (təsdiq edir) və onların icra
vəziyyətinin yoxlanılmasını təşkil edir;
- Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin və tabeçiliyindəki digər idarə,
müəssisə və təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir; komitənin müəyyən
olunmuş say tərkibi və əmək haqqı fondu hədlərində ştat cədvəlini, idarəetmə apartının
saxlanılması üçün semta xərclərini təsdiq edir;
462
- gömrük orqanlarının və tabeliyindəki digər müəssisə və təşkilatların işçilərini
mükafatlandırır;
- ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeçiliyindəki vəzifəli şəxslərin istifadə etməsinə
icazə verir və başqa funksiyaları da həyata keçirir.
Dövlət Gömrük Komitəsində sədrdən (kollegiyanın sədri) və sədrin müavinlərindən,
habelə gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçilikdə olan digər idarə,
müəssisə və təşkilatların rəhbər işçilərindən ibarət kollegiya təşkil olunur. Kollegiyanın tərkibi
vəzifələr üzrə Dövlət Gömrük Komitəsi sədrinin təqdimatına əsasən Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Kollegiya öz iclaslarında Komitənin
fəaliyyəti ilə bağlı mühüm məsələlərə baxır və onlar haqqında qərar çıxarır.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlət büdcəsinin vəsaiti hesabına
və həmçinin, qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
Dövlət Gömrük Komitəsi hüquqi şəxsdir; onun üzərində Azərbaycan Respublikasının
Dövlət gerbi təsvir olunmuş və öz adı yazılmış möhürü, müvafiq möhür və ştampları,
blanklarda və kredit təşkilatlarında hesabı (o cümlədən, valyuta hesabı) vardır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu aşağıdakı qaydada
qurulur:
1. sədr;
2. sədrin birinci müavini, müavinləri və köməkçisi;
3. ğömrük nəzarətinin təşkili Baş darəsi;
4. qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə Baş darəsi;
5. Maliyyə-taarif və valyuta nəzarəti Baş darəsi;
6. stintaq darəsi;
7. Kadrlar darəsi;
8. Statistika və təhlil darəsi;
9. şlər darəsi;
10. Əsaslı tikinti və maddi-texniki təchizat darəsi;
11. speksiya darəsi;
12. Xarici əlaqələr şöbəsi;
13. Mühasibat və uçot şöbəsi;
14. Mətbuat xidməti şöbəsi;
15. Hüquq şöbəsi;
16. Məxfi şöbə;
17. Növbətçi hissə;
18. Təsərrüfat xidməti;
19. Analitik şöbə;
20. Mühafizə dəstəsi.
Beləliklə, mövzunun ikinci sualına nəticə olaraq göstəririk ki, Azərbaycan Respublikasının
gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin daha səmərəli tənzimlənməsi, daxili
bazarın qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, dövlətin iqtisadi
siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsi, habelə beynəlxalq normalara uyğun
gömrük işinin aparılmasıdır.
N Ə T C Ə
463
Azərbaycan Respublikası dünya inteqrasiyasına yol açdığı bir vaxtda və onun hüquqi
dövlət kimi formalaşmasında vergi və gömrük sahəsinin rolu böyükdür.
Respublikamızda dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə
vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət
nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Vergilər Nazirliyi
yaradılmışdır.
Mövzunun birinci sualında həm də vergiyə anlayış verdik. Vergi-dövlətin və
bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində
olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə
köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Azərbaycan Respublikasında dövlət vergiləri,
muxtar respublika və yerli vergilər (bələdiyyə vergiləri) müəyyən edilir. Bu sualda
həmçinin vergi sahəsində dövlət idarəetməsinin təşkilati-hüquqi əsasları da öz əksini
tapmışdır.
Mövzunun ikinci sualında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük
işini malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin qaydaları və
şə
rtləri, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və
gömrük siyasətinin həyata keçirilməsinin digər vəsaitləri təşkil edir. Respublikamızda
dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasəti həyata
keçirilir.
Mövzunu əhatə edən sahələrin fəaliyyəti ilə bağlı əldə etdiyiniz hüquqi biliklər sizin
təcrübi fəaliyyətinizdə köməkçiniz olacaqdır. Bu qarşılıqlı əlaqə həm də ondadır ki, həm
vergi, həm də gömrük orqanları hüquq-mühafizə orqanlarıdır.
Dostları ilə paylaş: |