414
AMB-nin monetar funksiyalarına aşağıdakılar daxildir:
1. kredit təşkilatları, dövlət və digər bazar orqanları üçün hesabların
yaradılması;
2. bazar və kredit əməliyyatlarının açılması;
3. səmərəli və möhkəm klirinq və ödəniş sisteminin yaradılması məq-
sədilə kredit təşkilatlarından minimal ehtiyat saxlamasının tələb edilməsi;
4. üçüncü qrup ölkələrin mərkəzi bankları, kredit təşkilatları və bey-
nəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi.
AMB-nin strukturu (xüsusən siyasi müstəqillik baxımından) Almaniya
Federal Bankına uyğun olaraq modelləşdirilmişdir. Bank Avropa və ölkələrin
milli institutları ilə münasibətdə müstəqil fəaliyyət göstərir və ayrı büdcəsinin
olması baxımından milli mərkəzi banklarla münasibətdə maliyyə müstəqilliyini
saxlayır. AMB-nin aşağıda qeyd olunan idarəetmə orqanları, həmçinin AMB-
dən və Avropa ttifaqının bütün milli mərkəzi banklarından ibarət olan Avropa
Mərkəzi Bankları Sistemini də (“Avrosistem” isə AMB-dən Avrozonanın milli
mərkəzi banklarından ibarətdir) idarə edir:
♦
Rəhbər Şura – AMB-nin ali qərarverici orqanıdır. O, avronu qəbul
edən milli mərkəzi bankların idarə heyəti üzvləri və sədrlərindən ibarətdir. Şura
Avropa Mərkəzi Banklar Sisteminin monetar siyasəti, faiz dərəcələri və
ehtiyatları ilə bağlı qərarların qəbul edilməsi, bundan əlavə əskinazların bura-
xılması və qanunvericiliyin ilkin formaları ilə bağlı digər institutlara məsləhət
xidməti göstərilməsindən cavabdehdir. l ərzində ən azı 10 dəfə toplanan
Ş
uranın toplantılarında üzvlər, Şura Prezidenti və Komissiya Prezidenti iştirak
edir. Hər üzvü bir səs hüququna malik olduğu (Şura və Komissiya Prezidentləri
səs vermir) səsvermə nəticəsində qərarlar çoxluq prinsipi əsasında verilir;
♦
darə Heyəti – Rəhbər Şura tərəfindən müəyyən olunan monetar
siyasətin icrası və bankın gündəlik fəaliyyətindən cavabdehdir. Heyət Prezi-
dent, vitse-prezident və dörd başqa üzvdən ibarətdir. Onların hamısı avrozona
hökumətlərinin ümumi razılığı əsasında 8 illik (yenilənməyən) müddətə seçilir.
Yazılmayan qanuna görə 2005-ci ildən etibarən qeyd olunan altı vəzifədən
dördü Fransa, Almaniya, taliya və spaniya mərkəzi bankları üçün saxlanılır;
♦
Ümumi Şura – Avronun qəbul edilməsi ilə bağlı keçid dövrü
qarşıya çıxan məsələlərlə məşğuldur (daha əvvəl Avropa Monetar nstitutunun
gördüyü işlər). Bütün dövlətlərin qəbul edilməsinədək mövcudluğunu davam
etdirəcəkdir. Prezident, vitse-prezident və Avropa ttifaqının bütün milli mər-
kəzi banklarının sədrlərindən ibarətdir.
Beynəlxalq və Avropa əlaqələri üzrə Baş direktorluq aşağıdakı şö-
bələrdən ibarətdir:
♦
Avropa ttifaqı nstitutları və Forumları şöbəsi;
♦
Avropa ttifaqı ilə Qonşu Regionlar şöbəsi;
♦
Beynəlxalq Siyasi Təhlillər və Mövcud qtisadiyyatlar şöbəsi.
415
V FƏ
S L. ALMAN YANIN BANK S STEM
Almaniyanın vahid pul-kredit sistemi 1870-ci illərdə təşəkkül tapmışdır. Həmin
dövrdə imperiyanın elan edilməsindən sonra pul vahidi – qızıl tərkibi 0,358423
q olan reyxsmarka tətbiq olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı
demək idi.
1875-ci ildə mərkəzi emissiya bankı – Reyxsban (Reichsbank) fəaliyyətə
başladı.
1957-ci ilin iyulun 30-da bundestaq tərəfindən federal bank haqqında
qanunun qəbulundan və avqustun 1-də həmin qanunun qüvvəyə minməsindən
sonra vahid struktur – Admaq Federal bankı (Deutshe Bundesbank) yaradıl-
mışdır. Alman federal bankı torpaqların mərkəzi banklarını və alman torpaqları
Bankını birləşdirdi və uyğun olaraq, onların fəaliyyətini tənzimləyən qanunlar
da öz qüvvəsini itirdi. Torpaqların mərkəzi bankları «Doyçe Bundesbank»ın
baş idarələri adlandırılmağa başladı, hərçənd onların əvvəlki adı da – torpaq-
ların mərkəzi bankları adı da qalmaqda idi.
Pul–kredit sisteminin fəaliyyətinə nəzarəti «Bundesbank»dan başqa,
Nəzarət üzrə federal bank xidməti (NFBX) həyata keçirir. Nəzarət üzrə federal
bank xidməti Maliyyə Nazirliyinə tabe olur. Bankların itkilərdən müdafiəsi və
hədsiz borcların xəbərdar edilməsi üçün Almaniyada kredit-maliyyə müəs-
sisələrinin müştərək təşkilatları yaradılmışdır. Hal-hazırda doqquz müstəqil
cəmiyyət fəaliyyət göstərir. Onlar kreditlərin təminatı üzrə federal cəmiyyətdə
birləşmişlər.
AFR və ADR-in valyuta, iqtisadi və sosial ittifaqının yaradılması barədə
1990-cı il 18 may tarixli Dövlət müqaviləsi ilə AFR və ADR pul-kredit
sistemlərinin birləşməsindən sonra AFR markası 1990-cı il iyulun 1-dən bütün
Almaniya ərazisində yeganə qanuni ödəniş vasitəsi oldu.
1991-ci ilin dekabrında Maastrixt şəhərində avronun mərhələli şəkildə
tətbiq edilməsi barədə Müqavilənin imzalanmasından sonra alman pul sis-
temində radikal dəyişikliklər başladı. Avropa Birliyi ölkələri öz valyuta-iqtisadi
siyasətlərini konverqensiya kriteriyalarının yerinə yetirilməsinə yönəltməyə
başladılar. 1994-cü ildə yanvarın 1-də Avropa valyuta institutunun əsası
qoyuldu. 1999-cu il yanvarın 1-də Avropa ttifaqının 15 ölkəsindən 11-i qeyri-
nağd avronu tətbiq edərək, öz valyutalarının kurslarını yeni vahid valyutaya
nəzərən qeyd etdilər. Artıq 2002-ci ilin birinci yarısında 12 ölkə avronu nağd
dövriyyəyə tətbiq edərək öz milli pul vahidlərindən imtina etdi. Beləliklə, 2002-
ci ildə AFR markadan imtina edərək vahid Avropa valyutasına keçdi.
1999-cu ildən sonra «Bundesbank» artıq monetar siyasətdə aparıcı rol
oynamırdı. O, bu rolu Avropanın mərkəzi bankına verərək, özü mərkəzi
bankların Avropa sisteminin sistem yaradan elementi oldu. Nağd avronun
tətbiqindən sonra «Bundesbank»ın yeni funksiyası markanın yox, avronun