59
zamanda həyata keçirilir. Əgər daxil olmuş sifarişlər şəxsi razı salmırsa, ərizəni
verən tərəf ya qiymət şərtlərini dəyişə bilər, ya da ki, onun təzədən icra
edilməsini qeydiyyatdan keçirib icrasını gözləyər. Fasiləsiz auksion bazarının iş
mexanizmi sazişi bağlayan hər iki tərəfin razı salınmasına yönəldilmişdir.
Diler bazarı birjadan kənarda fəaliyyət göstərir və qiymətli kağızlar ba-
zarında mühüm yer tutur. Öz şəxsi hesabına fond alətlərini almaq və satmaq
imkanına malik olan şəxs diler bazarını təşkil edə bilər. Dilerlərin qiymətli ka-
ğ
ızların alqı-satqısında rəsmən elan etdikləri elan bütün investorlarla imzalanan
sazişlər zamanı qüvvədə qalmalıdır. Diler rəsmən elan etdiyi sazişin şərtlərin-
dən yayına bilməz.
Yuxarıda qeyd etdiyimiz bütün bazarlar müəyyən faktorlar əsasında yara-
dılır və bu bazarların hamısının yeganə məqsədi gəlirlərini maksimum səviyyə-
yə qaldırmaq və öz təsir gücünü artırmaqdır. nvestor bütün bu bazarları analiz
edərək öz qiymətli kağızını hansı bazarda satacağına qərar verir. Əlbəttə, hər bir
investor özünə sərf edəcək bazarı seçəcəkdir. Bütün bu bazarların funksiyaları
və vəzifələri normativ aktlarda göstərilmişdir.
Fundamental tə
hlil. Birja kurslarının müəyyən edilməsində birbaşa və
ya dolayısı ilə ona təsir edən müxtəlif amilləri və ya tez-tez baş verən
gözlənilməz dəyişiklikləri necə təhlil etməliyik sualına cavab vermək üçün bey-
nəlxalq fond bazarlarının nəzəriyyə və təcrübəsi əsasında hazırlanan metod və
təhlillərdən istifadə etmək olar.
nvestisiya fond alətlərinin qiymətləndirilməsində iki metod vardır:
1) bazar konyunkturları baxımından kurs dinamikasının izlənilməsi;
2) emitentin fəaliyyət göstərdiyi sahədə onun maliyyə vəziyyətini
öyrənməklə qiymətli kağıza investisiya xarakteristikasının verilməsi.
Beləliklə də, fond bazarının təhlil edilməsində iki cərəyan meydana gəl-
mişdir. Birinci cərəyanın tərəfdarları fundamental təhlil məktəbini yaratmış,
ikinci cərəyanın tərəfdarları isə texniki təhlil məktəbini yaratdılar.
Fundamental təhlil emitentin qiymətləndirilməsinə əsaslanır: yəni onun
gəlirlərini, bazardakı yerini, şirkətin aktiv və passivlərini və emitentin bütün
növ fəaliyyətini xarakterizə edən digər göstəricilər. Balanslar, mənfəət və zərəri
ə
ks etdirən hesabatlar, şirkət tərəfindən nəşr olunan digər sənədlər təhlil
bazasının əsasını təşkil edir. Burada həmçinin sahələrin artım tempini, aktivlə-
rin rentabelliyini, istehsal və maliyyə vasitələrinin səviyyəsini və digər gös-
təriciləri qeyd etmək olar. Bundan başqa, şirkətin idarə olunma praktikası və
idarəetmə orqanının tərkibi də öyrənilir. Təhlil zamanı, həmçinin, şirkətin alıcı
və satıcı kimi iştirak etdiyi bazarlar da araşdırılır. Adətən, bu çox saylı və ciddi
araşdırmalar aşağıdakı nəticələrə gətirib çıxarır: şirkətin qiymətli kağızlarının
qiyməti ilə onun aktivlərinin real qiymətini tutuşdurduqda artma və ya azalma
meylini və gələcək gəlirlərin proqnozunu vermək olar.
60
Beləliklə də, fundamental təhlilin köməkliyilə gəlirlər barəsində proq-
noz vermək olur ki, bu da nəticə etibarı ilə aksiyanın gələcək qiymətinə də təsir
edə bilir.
Makroiqtisadi fundamental təhlil. Ölkənin ümumi iqtisadiyyatını və
onun mühüm sahələri olan sənaye, kənd təsərrüfatı, tikinti sahələrini
xarakterizə edən ümumi tendensiyaların üzə çıxarılması məqsədini daşıyır.
Haqqında danışdığımızı aşağıdakı kimi qruplaşdırmaq olar:
• ÜDM, istehsal və xidmət;
• əmək bazarı, gəlirlik və məşğulluq;
• tədiyyə balansı;
• pul sferası və pul kredit siyasəti, valyuta kursu;
• maliyyə siyasəti, büdcə və vergi siyasəti;
• inflyasiya səviyyəsi;
• fond bazarının vəziyyəti.
ÜDM, istehsal və
xidmə
t. stehsal və xidmətin ümumi göstəricisi ÜDM-
in əsas tərkib hissəsi hesab edilir. Onun dinamikası ümumi iqtisadi təmayül
tendensiyasının və biznes silsiləsinin mərhələsini göstərir. ÜDM-in artımı
ümumilikdə ölkədəki inevestisiya mühitinin yaxşılaşdığını xarakterizə edir və
xarici sərmayənin cəlb olunmasında stimul olur.
Əmək bazarı, gəlirlik və məşğulluq. Əmək bazarının təhlil edilməsi
real sektorda fəaliyyət göstərən investor üçün xüsusi əhəmiyyət kəsb edir. Bu
sahədə ən aktual mövzular aşağıdakılardır:
• sahə nöqteyi-nəzərindən əməkhaqqının səviyyəsi;
• adambaşına düşən gəlirlik səviyyəsi;
• əhalinin pul gəlirlərinin istifadə olunduğu sahələr;
• işsizliyin səviyyəsi və dinamikası.
Ə
məkhaqqı xərcləri. Bu xərclər əmtəənin maya dəyərinin bir elementidir.
nvesitisiya layihəsinin hesabatını apararkən investor məhsulun istehsalı üçün
çəkiləcək xərcləri nəzərə alaraq kapitalını yatıracaq yeri seçir. Əməkhaqqı
xərcləri, adətən, bütün xərclərin yarısından çoxunu təşkil edir. Buna görə də,
ə
məkhaqqı xərclərinin sahələr və regionlar üzrə hesabatının aparılması invest-
tisiya təhlili üçün böyük əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alan investor
çətin satılan və bahalı əmtəələrin istehsalı üçün investisiya yatırdıqda, o, əhalinin
alıcılıq qabiliyyətini mütləq qiymətləndirməlidir. Bu məqsədlə də investor aylıq
adambaşına düşən gəliri təhlil etməlidir. Bu informasiyadan istifadə etməklə
bazarda bu növ malların istehsalının həcmini müəyyən etmək olar.
Tədiyyə balansı. Müəyyən dövlət və digər dövlətlər arasında pul axınını
xarakterizə edən statistik hesabatdır. O, xaricdən nə qədər pul vəsaiti alındığı və
digər dövlətə nə qədər pul vəsaiti ödənildiyini göstərir. Tədiyyə balansının əsas
elementləri cari əməliyyatlar üzrə hesabat (cari hesabat), kapital əməliyyatlar
üzrə hesabat, maliyyə hesabatlarından ibarətdir. Cari hesabat idxal-ixrac axı-