151
Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması
Fondunun Himayəçilik Şurası müəyyən edir. 10 iyun 2009-cu il tarixdə keçiril-
miş növbədənkənar iclasda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik
Ş
urası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan
Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi.
Qeyd edək ki, 2009-cu il 1 yanvar tarixdən etibarən fonda üzv olan bank-
larda 15 faiz dərəcəsi ilə və bu faiz dərəcəsi həddində əmanətlər yerləşdirmiş
ə
manətçilərin əmanətləri qorunan əmanətlər hesab olunur və Fond tərəfindən
sığortalanır.
Xatırladaq ki, Qanuna edilmiş dəyişikliyə əsasən kompensasiya məblə-
ğ
inin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalan-
ması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən
ödənilir. Bundan başqa Qanuna dəyişikliyə uyğun olaraq hər hansı iştirakçı
bankda sığorta hadisəsi baş verərsə, əmanətçilər sığortalanmış əmanətlər üzrə
ə
manətin 100 % həcmində və maksimum 30 min manat məbləğində kom-
pensasiya ala biləcəklər. Qeyd etmək lazımdır ki, kompensasiya məbləğinin 30
min manata çatdırılması MDB məkanında ən yüksək kompensasiya məbləğidir.
Müqayisə üçün Qazaxıstanda kompensasiya məbləği 33 min, Rusiyada isə 25
min ABŞ dolları təşkil edir.
Beləliklə, Mərkəzi Bankın pul siyasəti ölkədə makroiqtisadi dayanıqlığın
qorunmasında aktiv rol oynamışdır. Pul təklifinin strukturunda müsbət keyfiy-
yət dəyişiklikləri davam etmiş, iqtisadiyyatda dollarlaşma səviyyəsi daha da
azalmışdır.
Məzənnə siyasəti həm də valyuta bazarında sabitliyin qorunmasını təmin
etmiş, manatın ABŞ dollarına qarşı məzənnəsi il ərzində 5.2% möhkəmlən-
mişdir.
3.5. Azərbaycanda maliyyə sabitliyinin
tə
minatında Mə
rkə
zi Bankın rolu
Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və
kapitalının miqdarı ilə bağlı Mərkəzi Bankın müəyyən etdiyi prudensial
normativlərə və tələblərə, o cümlədən açıq valyuta mövqeyinə riayət etməli-
dirlər. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının maliyyə
sabitliyini təmin etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri
müəyyən edir:
1. nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə
kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarını;
2. məcmu kapitalın (xarici bankların yerli filialları üçün məcmu kapitala
bərabər tutulmuş vəsaitin) minimum miqdarını;
3. əsas və məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (xarici
bankların yerli filialları üçün əsas və məcmu kapitala bərabər tutulmuş vəsaitin
152
risk dərəcəsi üzrə ölçülmüş aktivlərə) nisbətini (kapitalın adekvatlıq əm-
sallarını);
4. likvidlik göstəricilərini;
5. bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üçün kredit
risklərinin maksimum miqdarını;
6. məcmu iri kredit risklərinin maksimum miqdarını;
7. aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə
verilmiş kreditlərin maksimum miqdarını;
8. aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə
verilmiş məcmu kreditlərin maksimum miqdarını;
9. digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum
miqdarını;
10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının mak-
simum miqdarını;
11. açıq valyuta mövqeyinin limitlərini;
12. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və qiymətləndiril-
məsindən asılı olaraq, mümkün zərərin ödənilməsi üçün xərclər hesabına
yaradılan xüsusi ehtiyatlara aid tələbləri;
13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri;
14. aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər ilə
aparılan əməliyyatlara aid tələbləri;
15. aktivlərin və passivlərin ödəniş müddətlərinin və faiz dərəcələrinin
uyğunluğuna dair tələbləri (Banklar haqqında Azərbaycan Respublikasının
Qanunu - Maddə 34).
Azərbaycanda Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi pul və mə-
zənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, habelə maliyyə sabitliyinin
qorunması üzrə Mərkəzi Bankın darə Heyətinin yanında məşvərətçi orqandır.
Komitənin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
1. Pul və məzənnə siyasətinin konseptual məsələlərini müzakirə edir və
bununla bağlı Mərkəzi Bankın darə Heyətinə təkliflər verir;
2. nflyasiya, məzənnə və pul aqreqatları ilə bağlı durumu, pul siyasəti
alətlərinin tətbiqinin nəticələrini müzakirə edir və müvafiq departamentlərə
tövsiyələr verir;
3. Pul proqramının yerinə yetirilməsini və pul bazarının vəziyyətini mü-
zakirə edir, rüblük pul proqramını təsdiq edir, pul siyasəti alətlərinin tətbiqinə
dair təkliflər verir;
4. Pul və məzənnə siyasəti və maliyyə sabitliyinin təhlili ilə əlaqədar ha-
zırlanmış metodoloji sənədləri müzakirə edir və təsdiq olunmaq üçün darə
Heyətinə təqdim edir;
5. Milli iqtisadiyyatda və dünya iqtisadiyyatında gedən proseslərin qiy-
mətləndirilməsini həyata keçirir və zəruri olduqda bu qiymətləndirmənin nəti-
cələrinin pul siyasətində və maliyyə sabitliyinin qorunmasında nəzərə alınma-
sını tövsiyə edir;