102
hiss etmiĢdi. Onda Suvorovun qətiliyi, riski, amansızlığı, qəddarlığı vardı. Bu özü
taktika idi. Rus qoĢunu məhz canlı qüvvənin üstünlüyündən bəhrələnirdi.
Qara dəniz boyunca diyarlara qarĢısıalınmaz maraq göstərən II Yekaterina
Ģövqlə apardığı Rus-Türk müharibələrində UĢakova bərk güvənirdi. Suvorovun
Ġsmayıl qalasını alması ilə baĢa çatan (1790-cı il, dekabr) növbəti müharibənin
sonunda bağlanan sülhü ona görə ləngidib qanunsuz elan etdilər ki, çar Rusiyası
UĢakovun səyi ilə artan qələbələrdən ruhlanmıĢdı. Sülh bağlandıqdan sonra belə
UĢakov dənizin həqiqətən əmiri kimi sularda sağa-sola cövlan edir, limanlara basqın
edir, türk flotunu qarabaqara izləyir, gedib Ġstanbulu bombalamaq istəyirdi. Onun
qələbələrinə arxayın olan Potyomkin guya tələsik imzalanmıĢ sülh müqaviləsini
cırıb atır. Yekaterina sevimlisinin bu yekəxanalığından razı qalır, məmnunluqla:
"Onsuz da admiral UĢakov Səlimi əməlli-baĢlı qorxuzub" - deyə sülh Ģərtlərini
ağırlaĢdırır. Ġstanbulda isə UĢak paĢanın adı dillərdə dolaĢır.
Hələ 1790-cı ilin aprelində Potyomkin UĢakovu özünün bulunduğu Yassı
Ģəhərinə dəvət edib türklərin itirilmiĢ torpaqlarına görə gələcəkdə təkrar hücuma
keçməmələri və bu torpaqları, xüsusən türklərin Kırımı bir daha yad etməmələri
üçün tədbir tökməyə çağırır. UĢakov 16 mayda 50 topçu gəmisi, 4 freqat, 11
kreyserdən ibarət qüvvə ilə Türkiyənin Anadolu sahillərinə yollandı. Bu zaman Qara
dəniz Rus Flotiliyası tərkibində UĢakovun bu eskadrasında "Qriqoriy Velikiya
Armeni" adlı gəmi də iĢtirak edirdi (l,s.l36).
21 mayda bu ölüm karvanı Sinopa yetiĢdi. UĢakov sahil əhalisini vahiməyə
salmaq, rus silahı ilə onların gözünü qorxutmaq üçün limanda dayanmıĢ keĢikçi
gəmilərilə bərabər ticarət gəmilərinə də hücum edib onları yandırmaq əmri verdi.
Özü isə buxtaya girib dinc əhalini topların atəĢi ilə qorxuya saldı. UĢakovun tapĢırığı
ilə rus gəmiləri, sularda "ovladıqları" gəmiləri istər balıqçı gəmisi, istərsə də hərbi
gəmi olsun, əsir edib buxtaya gətirir, yerli əhalinin gözləri önündə heyət qarıĢıq
batırırdılar. Bu yanğın və qəddarlıq müharibə meydanlarından uzaq olan bu
məntəqələrdə vahimə yaratdı. Ramazan bayramı günləri idi; bayram yasa çevrildi.
Bu qayda ilə Samsunu topa tutan və gəmiləri yandıran UĢakov dönüb Anapaya üz
tutdu. Anapa general Bibikovun komandanlığı altındakı rus mühasirəsindən yenicə
çıxmıĢdı. Türklər UĢakovun həyasız hücumlarına cəsarətlə cavab verdilər. Nəhayət o
Sevastopola dönüb üç həftəlik pirat hücumlarının nəticələrini Potyomkinə raportla
xəbər verdi.
...On il idi ki, vətənində Tambov vilayətinin sakit bir guĢəsində ömrünün
son çağlarını yaĢamaqda idi. Xəstə idi. Elə xəstə-xəstə də fransız qoĢununun
Rusiyaya giriĢinin də, çıxıĢının da Ģahidi oldu.
Bütün pulunu, saxlancını müharibənin var-yoxdan çıxardığı adamlara,
müharibə əlillərinə vəsiyyət etdi. Təəssüf ki, daha artığını edə bilmirəm", dedi.
Amma xahiĢ etdi ki, adını çəkməsinlər, ianənin kimdən olduğu gizli qalsın.
EvlənməmiĢdi, "qardaĢım uĢaqlarını öz uĢaqlarım bilirəm" deyə kəndlərini,
əkin ərazilərini onların adına yazdırdı.
103
Çoxlu kəndləri içində özünə elə sığınacaq seçmiĢdi ki, monastıra yaxın
olsun. Çox ianələr ehsan etdiyi Sanaksar monastırında dəfn olunmaq arzusu vardı.
Elə də oldu.
AKSAKOVLAR NƏSLİNİN "DƏRSLƏRİ"
Aksakov soy adı türk sözü axsaq, aksak (fel əsası axsamak, aksamak)
sözündən yaranmıĢdır. Bu mənada da, əlbəttə Aksakov familiyasının türk mənĢəyi
heç kimdə Ģübhə yeri qoymur.
Ġlk dəfə adı Kiyev Rus dövlətinin tarixində çəkilən
Aksakovun 1027-ci ildə böyük knyaz Yaroslav Vladimirovçin
yanında xidmət etdiyi məlumdur. Yaroslav Vladimiroviç Kiyev
Rusunda xristianlığı yayan böyük knyaz Vladimirin oğludur.
Salnamələr Aksak xanın özünün 3 min adamıyla Kiyev knyazına
xidmətdə olduğunu göstərir. Ġndi bu faktın necə iĢıqlandırıldığına,
tarix səhnəsində necə əks olunduğuna diqqət yetirək.
Məlumdur ki, qədim slavyanlar bugünkü cənubi rus çöllərinin türkcə
danıĢan ən azı üç xalqı ilə - qara klobuklar (qara qalpaqlar, qara papaqlar),
poloveslər (yəni qıpçaqlar, rus dilində polovets "çöl adamı, çölçü") və peçeneqlərlə
yaxın əlaqədə idilər. Bu xalqlar yəni qara klobuklar, poloveslər, peçeneqlər, torklar,
berendeylər tarixdən məlum olduğuna görə hələ monqola qədərki Rusun taleyində
vacib və əhəmiyyətli rol oynamıĢlar. Hətta müxtəlif dini inancları belə bu dövrün
münasibətlərinə təsir edə bilmirdi. Bu xalqların əməli iĢtirakı qədim Rusda siyasi
hadisələrin gediĢinin xarakterini müəyyən edirdi. Belə ki, Kiyevin döyüĢ
drujinalarında qara klobuklar (bilindiyi kimi bir çox türk tayfaları öz geyimi ilə
adlanırdı: qaradonlu, alabaĢlar, bozpapaqlar və s. türk etnonimləri belə yaranmıĢdı.
Qara klobuklar dedikdə qara kalpaklar nəzərdə tutulur; klobuk türk sözüdür; ĢiĢ,
sivri təpəsi olan Ģapka deməkdir) mühüm mövqedə idilər. Belə ki, ölkənin hərb
vəziyyətində onların sayı 30 min nəfər döyüĢçüyə çatırdı. Onlar Kiyev knyazlarının
ən sadiq müttəfiqi idilər (29, s.68). Qədim türklər lap qədim zamanlardan rus
qoĢunlarının atlı bölüklərinin təĢkilində əsas mənbə idi. XII əsrdə demək olar ki,
bütün knyazlar öz qoĢunlarına onları cəlb edirdi. Onlar tezliklə xristianlığa iman
gətirdilər (49, s.55).
Həqiqətən, tarixə saxta, yapma münasibətlərdən bir qədər yan keçə bilsək
görərik ki, qədim türklər Ģərqi slavyanlarla çox yaxınlaĢmıĢ, onlarla sıx təmasda
yaĢamıĢlar. Bu əlaqələr sonradan qara boyalarla eybəcərləĢdirilmiĢdir.
Beləliklə, Rusda xidmət edən həmin hərbiyun türklərin dəstəsində
Aksakovlar soyu fərqlənirdi. Çünki öz baĢında üç minlik gücü ilə Kiyev
knyazlığının dostuna dost, düĢməninə düĢmən idi.
Aksak (axsaq) ləqəbi daĢıyan bu adlı-sanlı kiĢinin gələcəkdə qəbul etdiyi
Aksakov soy adı onun daĢıdığı ləqəbindən doğmuĢdu. Bu tayfa o qədər nüfuzlu və
Dostları ilə paylaş: |