13
murdar hesab edirlər. Şiəlik nöqteyi-nəzərindən
xristianlar iyrənc bir vəziyyətdədirlər. İnsan təbiəti də
fitri
olaraq
murdarlıq
və
iyrəncliyi
özündən
uzaqlaşdırmağa çalışır. Bir dəfə söz açdığım mövzu ilə
əlaqədar olaraq şiələrin birindən soruşdum:
Nəyə görə xristianlara kafir kimi baxırsınız? O, cavab
verərək bildirdi ki, İslam peyğəmbəri çox dahi bir
şəxsiyyət idi; o həzrət kafirlərə qarşı belə bir mə`nəvi
təzyiq tətbiq edərək onların doğru yola yönəlməsinə və
Allahın dini olan İslama gəlmələrinə nail olmaq
istəmişdir. Hər bir dövlət real təhlükə ilə qarşılaşdıqda
və ya onun milli mənafeyinə zidd bir insan görəndə,
onu islah edənə qədər maddi asılılıqda saxlayır. Söhbət
açdığım təzyiq vasitəsi maddi deyil, mənəvi xarakter
daşıyaraq, təkcə xristianlara qarşı deyil, bütün kafirlərə
şamil edilir. Hətta İranın qədim dini olan məcusiliyin
ardıcılları da bizim nəzərimizdə pak deyillər.
Axı xristianlar da Allaha, peyğəmbərə və qiyamət
gününə inanırlar? Bu halda nə üçün onları murdar
hesab edirsiniz?
Onlar ilahi peyğəmbərlərə iftira yaxır, bu müqəddəs
şəxslər haqda yaramaz sözlər söyləyirlər. Məsələn,
onlar deyirlər ki, “İsa (ə) şərab içərdi, mə`lun olduğuna
görə çarmıxa çəkildi” və s.
Mən dəhşət içində dedim:
Xristianlar belə deməzlər.
Sən heç nə bilmirsən, kitabi-müqəddəsdə belə
yazılıbdır.
Mən susdum, mübahisəni uzatmaq istəmədim.
Çünki, zahirdə özümü müsəlman kimi göstərdiyim
14
halda bu mövqedən çıxış etməklə şübhə yarada
bilərdim. Məhz bu səbəbə görə daim mübahisə və
münaqişələrdən uzaq olurdum.
İslam dini bir zamanlar hakimiyyət və idarəçilik
məsələsini
bilavasitə
öz
üzərinə
götürmüşdü.
Müsəlmanlar da özlərini izzətli və şərəfli hesab edirlər.
Bu insanlara “siz köləsiniz” demək çox çətindir. Artıq
müsəlmanların parlaq keçmişi arxada qalımışdır. Bir
zaman əldə etdikləri yüksəliş və məğrurluq da bə`zi
şərtlərlə bəyənilmişdir. “O günlər artıq ötüb getmişdir
və bir dah geri dönməz” sözlərini söyləmək də
sadəlövhlük olardı.
Osmanlı imperiyasının və eləcə də iranlıların onlara
qarşı etdiklərimizi duyaraq, planlarımızı alt-üst
edəcəklərindən çox narahat idik. Bu iki dövlət
təsəvvürolunmaz dərəcədə zəifləmişdi. Onların əvvəlki
iqtidarı deyil, yalnız var-dövlət, silah və hakimiyyət
sahibi olmaları bizim öz niyyətlərimizə əmin olmağa
mane olurdu.
Hər bir şeydən daha artıq İslam alimlərindən
qorxurduq. Çünki, İstambul, İraq, Şam və “əl-Əzhər”
alimləri tədbirlərimiz qarşısında keçilməz bir sədd
idilər. Onlar dünyanın keçici zövq və ziynətlərinə qarşı
çıxan, Qur`ani-Kərimin və`d etdiyi cənnətə daxil
olmağa özlərini hazırlayan qətiyyətli insanlardır. Xalq
onlara itaət edir, hətta hakim və sultanlar da onlardan
qorxurdular. Sünnilər şiələr qədər alimlərə bağlı
deyillər. Şiələr kitab oxumur, sadəcə olaraq alimləri
tanıyır və onlara hədsiz e`timad göstərirdilər. Hakim və
sultanlara layiq olduğu hörməti göstərmirdilər.
15
Sünnilər isə çox kitab oxuyur, alimlərlə bərabər
sultanlara da ehtiram bəsləyirlər.
Bu vəziyyəti araşdırıb lazımi nəticələr çıxarmaq üçün
bir neçə dəfə yığıncaq təşkil etmişdik. Amma hər dəfə
qarşıya
həllolunmaz
problemlər
çıxırdı.
Casuslarımızdan aldığımız hesabatlardakı nəticələr də
qənaətbəxş deyildi. Lakin yenə də ümidsizliyə
qapılmırdıq. Çünki biz, qarşıya çıxan hər bir problem
qarşısında səbr edib dərindən düşünməyə adət
etməliyik.
Yığıncaqlarımızın birində nazirin özü, yüksək rütbəli
keşişlər və MNN-nin bir neçə təcrübəli mütəxxəssisi
iştirak edirdi. İclas iştirakçılarının sayı iyirmi nəfərdən
artıq idi. Üç saat davam edən bu toplantıda heç bir
nəticə əldə edə bilmədik. Keşişlərdən biri bizə mə`nəvi
dəstək verərək belə dedi: “Narahat olmayın, xristianlıq
üç yüz il zülmə mə`ruz qaldıqdan sonra yayıldı. Belə
nəzərə çarpır ki, İsa Məsih qeyb aləmindən kömək
göstərib, üç yüz il sonra olsa da, kafirləri
(müsəlmanları) məhv etməyi bizə nəsib edər. Biz güclü
iman və tükənməz səbirlə silahlanmalıyıq! Dünyaya
hakim olmaq üçün bütün vasitələrdən istifadə
etməliyik.
Xristianlığı
müsəlmanların
arasında
yaymalıyıq. Bu niyyətimizi bir əsr sonra belə həyata
keçirə bilsək, çox yaxşıdır. Bilin ki, atalar övladlarının
gələcək rifahları üçün çalışar”.
Bir dəfə MNN-nin Fransa və Rusiyadan olan
diplomat və din adamlarının birgə konfransı təşkil
olundu. Nazir ilə münasibətim yaxşı olduğundan, mən
də konfransda iştirak etdim. Bu tədbirdə müsəlmanları
16
parçalayıb, İspaniya kimi onları da öz dinlərindən
çıxararaq, imana gətirmək (xristianlaşdırmaq) məsələsi
müzakirə olunurdu. Lakin əldə olunan nəticələr
istənilən səviyyədə deyildi. Mən konfransdakı bütün
danışıqları “İla məkət-ül Məsih” adlı kitabımda
yazdım. Dərinliyə kök salmış böyük bir ağacı qurudub
məhv etmək çox çətindir. Lakin biz bu çətinlikləri
asanlaşdıraraq hədəflərimizə nail ola bilərik. Biz
dünyaya xristianlığı yaymaq üçün gəlmişik. Bunu bizə
İsa Məsih buyurmuşdur. Məhəmmədə Şərqdə və
Qərbdə insanların vəziyyətinin ağır olması kömək
olmuşdu. O, bu vəziyyətdən istifadə edərək, kütlələri
İslama də`vət etmiş və qüdrətə yiyələnmişdi. Bu gün
vəziyyətin tamamilə dəyişdiyini müşahidə edirik.
Ölkəmizin və digər xristian hökumətlərinin sə`yləri
nəticəsində müsəlmanlar geriləməyə başlamışlar;
xristianlar isə getdikcə qüvvətlənirlər. Uzun əsrlər
boyunca itirdiklərimizi əldə etmək zamanı gəlib
çatmışdır. Hal-hazırda İslamı məhv etmək planına
Böyük Britaniya dövləti liderlik edir.
Dostları ilə paylaş: |