42
nin başçılığı altında “Üçüncü intetnasonalist” qrupu yaratdılar.Lakin,bu qrup
faşizmlə gələcəkdə mübarizə aparmaq üçün heç bir iş görmədi.
1924-cü ilin aprelində İtaliyada parlament seçkiləri keçirildi.Bütün müxa-
lifət siyasi partiyaları-sosialistlər,kommunistlər və katoliklər 2,5 mln,faşistlər isə
4,5 mln.səs qazandılar.Parlamentdə böyük üstünlük faşistlərə məxsus oldu.1924-
cü ilin mayında deputat-sosialist DokamoMottiotti faşizmə qarşı açıq çıxış etdi.
Buna görə də 1924-cü ilin iyununda faşistlər Mottiottini öldürdülər.Ölkədə anti-
faşist nümayişlər və mitinqlər keçirildi.
1924-cü ilin iyununda sosialistlər,katoliklər,liberallar və digər müxalifət
par- tiyaları faşizmə etiraz əlaməti olaraq parlamenti tərk etdilər.Onalr “Aventin “
adlı müxalifət fraksiyası komitəsi yaratdılar.Bu komitə kraldan Mussolini höku-
mətinin istefasını ,faşist parlamentinin buraxılmasını tələb etdilər.
1925-1926-cı illərdə faşist hökumətinin antixalq siyasəti davam etməkdə
idi.1925-ci ilin dekabrında faşist parlamentinin qəbul etdiyi qanuna görə hökumət
yalnız kralın qarşısında məsuliyyət daşıyırdı.1926-cı ildə qəbul edilmiş qanunla
isə hökumət qanunları dəyişdirmək və parlamentin razılığı olmadan qüvvəyə
çıxarmaq hüququ əldə edirdi.
1926-cı ilin aprelində həmkarlar ittifaqları haqqında qanun qəbul olundu
ki,buna əsasən qeyri-faşist həmkarlar təşkilatları buraxıldı.Yalnız,faşist sindikat-
larının işçilərinin hüquqları müdafiə edilirdi.Həmin ilin noyabrında isə Mussolini
hökumətinə fövqəladə qanunlar qəbul etmək,bütün siyasi partiyaları buraxmaq,
onların qəzetlərinin nəşrini dayandırmaq və digər hüquqlar verildi.Bu səlahiyyət-
lərin həyata keçirilməsinə mane olanlara qarşı xüsusi tribunal yaradıldı.Çox keç-
mədən siyasi çıxışlara görə məhkəməsiz ölüm hökmü geniş yayıldı.
Bu dövrdə aqrar məsələ mühüm əhəmiyyət kəsb edirdi.1926-cı ilin sentyab
rında Cənubi İtaliyada aqrar məsələ ilə bağlı ilk konfrans aşıldı.1927-ci ilin apre-
lində faşist parlamenti “Əmək xartiyası” adlı xüsusi akt qəbul etdi.Xartiya fəhlə-
lərin etiraz formasında çıxışlarını müdafiə edirdi.
1928-ci ildə parlament rejimi praktik olaraq ləğv edildi.Belə ki,parlamentə
seçkilərdə yeni qaydalar tətbiq olundu.Seçkilərdə yalnız bir partiyanın-faşist
43
parti- yasının namizədi verilə bilərdi.Faşist partiyasının və dövlətinin ali orqanı
Böyük Faşist Şurası oldu.Faşist hökuməti ilə Papa arsında münasibətlər qaydaya
salındı.
Papa XI Piy demokratik hərəkata qarşı Mussolini ilə ittifaq bağladı.1929-cu
ilin fevralında Mussolini hökuməti Papa ilə Lateran sazişini imzaladı.Sazişə görə
Romada Vatikan dövləti yaradıldı.Katolik kilsəsi İtaliya kralına pərəstiş edir,onun
yepiskopları isə dövlətə və krala sədaqət andı içirdi.Bununla Vatikan faşizmi mü-
dafiə etmiş olurdu.
İtaliya dünya iqtisadi böhranı illərində
1929-cu ildə başlanan dünya iqtisadi böhranı İtaliyanın sosial-iqtisadi
vəziyyətinə ciddi təsir göstərdi.1932-ci ildə İtaliyanın sənaye istehsalı 1929-cu il
səviyyəsinin 1/3-ni təşkil edirdi.Ölkənin xarici ticarəti isə 3 dəfə azalmışdı.Artıq,
1933-cü ildə 1mln.nəfər işsiz idi.İqtisadi böhran antifaşist mübarizəni gücləndir-
di.Polis represiyarı və faşist terroruna baxmayaraq,tətillər və nümayişlər böyük
vüsət almışdı.Şəhərlərdə və kəndlərdə faşistlərlə fəhlələr arasında iğtişaşlar güc-
lənmişdi.
Ancaq,faşizmə qarşı mübarizə sakit xarakter daşıyırdı.Faşizm minlərlə
insanı həbs etmiş,onların mübarizə gücünü qırmışdı.Hərəkat iştirakçılarının bir
hissəsi isə mühacirət etmişdi.Hələ 1929 cu ildə Parisdə karl Rosselin rəhbərliyi
altında “həmrəylik və azadlıq” təşkilatı yaradılmışdı.Bu təşkilat İtaliyanın demok-
ratik respublika elan edilməsi tələbi ilə çıxış edirdi.Lakin,təşkilatın üzvləri faşist-
lərin təzyiqlərinə tab gətirə bilmədilər.Yalnız,1930-cu ildə Parisdə İtaliya Sosia-
list Partiyası yenidən bərpa edildi.Yeni siyasi partiyaya Petro Nenni başçılıq
edirdi.
1933-1939-cuillərdə İtaliyanın daxili və
beynəlxalq vəziyyəti
1933-1934-cü illərdə İtaliyada korporasiyaların yaradılması geniş xarakter
aldı.Bu korporasiyalar xüsusi korporasiya nazirliyinə tabe edildi ki,onun rəhbəri
Mussolini oldu.1938-ci ildə deputatlar palatası yaradıldı.Palatanın 700-dək
44
deputatını Mussolini təyin edirdi.İtaliya faşizmi ölkənin kənd təsərrüfatı həyatına
ciddi müdaxilə edirdi.Belə ki,dövlət monopolistlərə böyük həcmdə kreditlər
verir,bununla faşist hökumətini möhkəmləndirdi.Artıq,30-cu illərin ortalarında
çuqun istehsalı 77%, gəmi istehsalı 80%, təyyarə istehsalı isə 22% təşkil edirdi.
Ümumiyyətlə,İtaliyada dövlət kapitalizminin inkişafına xidmət edəniqtisadi
siyasət yeridilirdi.İtaliya faşizminin hərbi siyasəti isə ölkənin tamamilə militarist-
ləşdirilməsinə yönədilmişdi.1934-cü ildə bu siyasət ciddi xarakter daşımağa
başladı.
İtaliya əhalisinin 18-yaşından 55-yaşınadək vətəndaşlarıhərbi xidmət keç-
məli,yaxud ehtiyatda saxlanılırdı.Hər il İtaliyanın hərbi qüvvələri güclənirdi.İta-
İtaliya imperalizmi hələ kifayət qədər güclü deyildi.Buna görə də özünə beynəl-
xalq aləmdə müttəfiqlər axtarmağa başladı.Yaponiyanın Uzaq Şərqdə işğalçılıq
siyasəti,Hitler Almaniyasının Avropada aqressiv hərəkətləri Versal-Vaşinqton
sisteminin dağılmasına gətirib çıxardı.İngiltərə,Fransa və ABŞ-ın hakim dairələri
faşizmi SSRİ-yə yönəltməklə onun təhlükəsini Avropadan uzaqlaşdırır və Sovet
İttifaqını sarsıtmağa çalışırdılar.
1935-ci ilin oktyabrında İtaliyanın Efiopiya üzərinə hücümu başladı. Döv-
rün müasir silahları ilə silahlanmış Mussolinin faşist hökuməti Efiopiya ordu-
sunun müqavimətini qırdı.İtaliya faşizmi Efiopiyada barbar metodlarla müharibə
aparırdılar.1936-cı ilin mayınadək Efiopiya ordusunun müqaviməti qırıldı və
bütün ölkə ərazisi işğal edildi.İtaliya faşizminin Şərqi Afrikada işğalçılıq siyasəti
mütərəqqi bəşəriyyətin və İtaliyanın sülhsevər əhalisinin etirazına səbəb oldu.
1935-ci ilin oktyabrında Brüsseldə çağırılmış qurultay faşizmin Efiopiyada işğal-
çılıq siyasətini açıq ifşa etdi.Lakin,faşizmin işğalçılıq siyasəti davam etməkdə idi.
İtaliya-Efiopiya müharibəsi və İtaliya faşizminin işğalçılıq siyasəti onun
Almaniya ilə yaxınlaşmasına gətirib çıxardı.1936-cı ildə Hitler və Mussolini
İspaniya Respublikasına qarşı birgə mübarizə aparmaq üçün saziş bağladı.Ancaq,
müdaxilənin ilk illərində İtaliya faşizmi müvəffəqiyyət qazana bilmədi.Belə ki,
Qvadalaxar yaxınlığında İtaliya ordusu məğlub oldu və qaçmağa başladı.
Dostları ilə paylaş: |