2
Tərtibçi:
A.Abdullayeva,
t
arix üzrə fəlsəfə doktoru
Elmi redaktor:
K.M.Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
G. S
əfərəliyeva
Əməkdar mədəniyyət işçisi
Naxçıvan – İslam mədəniyyətinin paytaxtıdır /Tərt. ed.
A.Abdullayeva; elmi red. K.Tahirov; red.
G.Səfərəliyeva.- Bakı,
2018.- 38 s.
© Azərbaycan Milli Kitabxanası, 2018
3
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaş-
lıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI kon-
fran
sında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyəti-
nin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin
qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbay-
ca
nın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək
qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli
şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində
İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qoru-
nub yaşadılmasında özünəməxsus rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-
nin 32-
ci bəndini rəhbər tutaraq və Naxçıvan şəhərinin 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin
lazımi səviyyədə keçirilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat
Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisi-
nin Sədri
Təşkilat Komitəsi sədrinin müavini
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının sədri
Təşkilat Komitəsinin üzvləri
Nadir Hüseynov –
Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının üzvü
4
Səyyad Salahlı – Azərbaycan Respublikası Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Aynur Sofiyeva –
Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini,
İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının
üzvü
Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət
Gömrük
Komitəsi sədrinin müavini
Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının
mədəniyyət və turizm naziri
Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil
naziri
Azad Cabbarov –
Naxçıvan Muxtar Respublikasının gənclər
və idman naziri
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-
prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının üzvü
Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya
Agentliyi (AZƏRTAC) baş direktorunun müavini, İSESKO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Urxan Ələkbərov – Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü
Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademi-
ya
sının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının üzvü
Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri,
İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının
baş katibi
Əsgər İsmayılov – Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi