58
Komissarları Sovetinin mətbuat bürosuna müdirlik etmiş, komsomolçuların döyüş
drujinasında olmuşdur. 1920-ci ilin aprelindən sonra Bakısda rayon partiya komitələrinin
katibi işləmişdir. 1921-ci ilin avqustunda RK(b)P MK sərəncamına geri çağırılmışdır.
1925-1929-cu illərdə Bakıda rayon partiya komitələrinin şöbələrinə rəhbərlik etmişdir.
30-cu ilin axırlarında repressiyaya məruz qalmışdır.
40. Artak (Stamboltsyan A.A.) (1895-1937) – 1916-cı ildən RSDF(b)P üzvü, 1918-
ci ildə Bakıda, Krasnovodskda, Aşxabadda, Qızıl-Arvatda gizli partiya işində olmuşdur.
1920-ci ildə XI Qızıl Ordunun siyasi işçisi. 1921-1937-ci illərdə Bakıda rayon partiya
komitələrinin katibi işləmiş, məsul partiya və sovet vəzifələrində olmuşdur. Ləkələnmiş
və repressiya olunmuşdur.
41. V.İ.Molotov (Skryabin) (1890-1986) – görkəmli partiya və dövlət xadimi,
1906-cı ildən RSDF(b)P üzvü. 1921-1930-cu illərdə ÜİK(b)P MK katibi, 1926-1957-ci
illərdə MK Siyasi Bürosunun (Rəyasət Heyətinin) üzvü. 1957-ci ilin iyununda
N.S.Xruşşovun yeritdiyi partiya-dövlət xəttini qəbul etmədiyi üçün Sov.İKP MK
tərkibindən çıxarılmışdı.
42. Behbud Şahtaxtinski (1881-1924) – 1917-ci ildən “Hümmət”in üzvü, 1918-ci
ildən Bakı Xalq Komissarları Sovetinin aparatında əksinqilabla mübarizə üzrə Fövqəladə
Komissiyanın üzvü. 1920-ci ilin aprelindən sonra xalq ədliyyə komissarı və Azərbaycan
SSR-in RSFSR-də fövqəladə nümayəndəsi. 1921-ci ilin iyunundan inqilab komissiyasının
sədri, sonra Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. 1922-ci ildə FKİ
komissarı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini, 1923-cü ildə
Gürcüstana sovet işinə keçirilmişdi.
43. E.Ş.Xanbudaqov (1893-1937) – 1918-ci ildən “Hümmət”in üzvü, 1915-ci ildən
inqilabi hərəkatda. 1918-ci ilin iyulunda Bakı kommunasının süqutundan sonra qeyri-
leqal vəziyyətə keçmişdi. 1919-cu ildə Liman-Dəniz rayonu partiya komitəsinin sədri
olmuşdu. 1920-ci ilin aprelindən sonra AzFK sədri, sonra Azərbaycan istehlakçılar
cəmiyyəti ittifaqı rəyasət heyətinin sədri. 1922-ci ilin martından AK(b)P MK katibi,
1924-cü ildə millətçi-təmayülçü baxışlarına görə AK(b)P MK-da işdən azad edilmişdir.
Sonrakı illərdə RSFSR xalq komissarlıqlarında müxtəlif vəzifələr tutmuşdur. Ləkələnmiş
və repressiya olunmuşdur.
44. RK(B)P XII qurultayı 1923-cü il aprelin 17-25-də Moskvada keçirilmişdi.
Qurultay milli məsələyə dair qərarda dünya xalqlarının milli azadlıq hərəkatı üçün
RK(b)P-nin milli siyasətinin bir nümunə kimi əhəmiyyətini göstərmişdi. Bununla
əlaqədar olaraq qurultay SSRİ xalqları arasında təsərrüfat və mədəni bərabərsizliyin
aradan qaldırılmasının zəruriliyini qeyd etmişdi. Qurultay milli məsələyə dair qətnamədə
hakim millətçilik şovinizm və yerli millətçilikdə qəti mübarizə aparmaq zəruriyyətini
qeyd etmişdi.
45. Y.İ.Mirqasımov (1896-1957) - 1918-ci ildən “Hümmət”in üzvü, 1922-1924-cü
illərdə Sabunçu rayon partiya komitəsinin katibi, 1924-1927-ci illərdə AK(b)P BK-nın
təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur. Sonrakı illərdə məsul partiya vəzifələri
59
tutmuşdur. 30-cu illərin sonunda repressiyaya məruz qalmışdır: düşərgələrdə 18 ildən
artıq həbsdə olmuşdur.
46. M.H.Hacıyev (1876-1938) – 1904-cü ildən RSDFP üzvü. 1917-ci ildə
RSDF(b)P Bakı komitəsinin tapşırığı ilə Qazax qəzasının kəndliləri arasında inqilabi iş
aparmışdır. 1918-ci ilin əvvəlində Gəncə quberniyasında başlamış kəndli üsyanının
rəhbərlərindən biri. 1920-ci ildən məsul partiya və sovet işində. 1920-1921-ci illərdə
Qazax qəzasının İnqilab Komitəsinin sədri. 1921-1922-ci illərdə Azərbaycan SSR MİK-in
sədri. Sonra Azərbaycan SSR Xalq sosial təminat komissarı, xalq torpaq komissarı,
respublika ali məhkəməsinin sədri olmuşdur. Siyasi motivlərə görə ləkələnmiş və
repressiya olunmuşdur.
47. M.N.İsrafilbəyov (Qədirli) (1892-1941) – 1911-1918-ci illərdə “Hümmət”in
katibi və büro üzvü, RSDFP Bakı komitəsinin üzvü. 1918-ci ildə RK(b)P Həştərxan
quberniya komitəsinin üzvü, 1921-ci ildən 1822-ci ilədək Azərbaycan SSR xalq sosial
təminat komissarı, 1922-ci ildən 1934-cü ilədək xalq səhiyyə komissarı. Siyasi motivlərə
görə ləkələnmiş və repressiya olunmuşdur.
48. Q.İ.İsmayılov (1885-1922) - 1918-ci ildən “Hümmət”in üzvü. Azərbaycanda
siyasi rejimə qarşı mübarizənin fəal iştirakçısı. 1920-ci ilin aprelindən milis orqanlarında
işləmiş, sonra isə Quba qəza İnqilab Komitəsinin və İcraiyyə Komitəsinin sədri olmuşdur.
1922-ci ildə Gəncə qəza İcraiyyə Komitəsinin sədri. Sovet hakimiyətinin düşmənləri
tərəfindən öldürülmüşdür.
49. İ.B.Batsek (1870-1951) – 1917-ci ildə RSDF(b)P Qara şəhər rayon partiya
komitəsinin sədri. 1918-ci ilin yanvarında inqilabi tribunalda, qızıl qvardiya dəstəsinin
komissarı. Bakı kommunasının süqutundan sonra Həştərxanda və Şimali Qafqazda
işləmişdir. 1920-ci ilin aprelindən sonra AK(b)P Lənkəran qəza komitəsinin məsul katibi,
1922-ci ilin fevralında AK(b)P Mərkəzi Nəzarət komissiyasının məsul katibi, 1923-cü
ildə RK(b)P Qafqaz diyar nəzarət komissiyasının tərkibinə seçilmişdir. 1924-cü ildə
Tiflisə köçmüş, burada partiya nəzarəti orqanlarında işləmişdir.
50. “Bahadır və Sona” romanı XIX əsrin sonu demokratik-realist Azərbaycan
ədəbiyyatının ən yaxşı əsərlərindən biridir. Birinci hissə 1896-cı ildə, ikinci hissə isə
1899-cu ildə çap edilmişdir. Əsərin qəhrəmanları Bahadır – azərbaycanlı, Sona –
ermənidir. Onlar cəhalət, dini ehkamlar və milli düşmənçiliklə qeyri-bərabər mübarizədə
həlak olurlar. Müxtəlif xalqlar arasında dostluğun və qardaşlığın carçısı kimi çıxış edir.
51. İlk dəfə 1899-cu ildə nəşr edilmişdir. Pyes uzun müddət qadağan edilmişdi.
Sovet hakimiyyəti illərində “Nadir şah” bir neçə dəfə çap olunmuşdur.
52. H.Z.Tağıyev (1838-1924) – ictimai xadim, iş adamı, sahibkar. Tağıyevin
vəsaiti ilə binalar, teatrlar tikilmiş, xeyriyyə cəmiyyətləri, bir neçə təhsil ocağı
saxlanılmış, “Kaspi”, “Həyat” qəzetləri, “Füyuzat” jurnalı, azərbaycanlı ziyalıların
kitabları buraxılmışdır. O, bir sıra mədəni-maarif cəmiyyətlərinin işinə rəhbərlik etmiş və
onların fəxri sədri olmuşdur. Tağıyevin təqaüdü hesabına azərbaycanlı tələbələr, o
cümlədən N.Nərimanov oxumuşlar. 1920-ci ilin aprelindən sonra var-dövlətindən könüllü
surətdə imtina etmişdir. Bununla belə onun Azərbaycan SSR iqtisadiyyatının inkişaf
60
etdirilməsinə kömək göstərmək haqqında təklifi partiya-sovet hakimiyyəti tərəfindən
düzgün başa düşülməmiş və müdafiə edilməmişdi.
53. N.Nərimanovun RK(b)P MK-ya təqdim etdiyi məlumatla əlaqədar
Yaroslavski, Şkiryatov, Petrovski komissiyasının yoxlanışının yekunlarına həsr olunmuş
yığıncaqda “ələ alınmış fəhlələr” N.Nərimanovu partiyadan xaric etmək haqqında
yerlərindən qışqırır və onu millətçilikdə günahlandırırdılar. Lakin Y.Yaroslavski və
G.Orconikidze belə təklifə qarşı çıxış etdilər.
54. Q.M.Musabəyov (1888-1938) - 1918-ci ildən “Hümmət”in üzvü. 1918-1920-ci
illərdə Həştərxanda, Moskvada partiya işi aparmışdır. 1920-ci ilin aprelində XI Qızıl
Ordu ilə Bakıya gəlmiş, Azərbaycan İnqilab Komitəsinin üzvü, Bakı quberniya ərzaq
komitəsinin sədr müavini, sonra Azərbaycan SSR xalq ərzaq komissarı təyin edilmişdi.
1921-ci ildə Quba qəzasının fövqəladə komissarı. 1922-ci ildən XKS sədri, 1925-ci ildən
SSRİ MİK sədrlərindən biri. 1929-cu ildən Azərbaycan SSR MİK sədri. 1931-ci ildən
ZSFSR XKS sədri. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
55. H.H.Sultanov (1889-1938) – 1907-ci ildən RSDFP üzvü. 1917-ci il fevral
inqilabından sonra “Hümmət”in görkəmli xadimlərindən biri. Bakıda Qızıl qvardiyanın
Mərkəzi qərargahının üzvü, Qafqaz Qızıl Ordusunun İnqilabi-Hərbi Komitəsinin tərkibinə
daxil olmuşdur. 1918-ci ildə Bakı Sovetinin banditizmlə mübarizə üzrə fövqəladə
komissarı. Bakı kommunasının süqutundan sonra Həştərxanda partiya və sovet işi
aparmışdır. 1920-ci ilin aprelindən sonra Azərbaycan İnqilab Komitəsinin üzvü, xalq
daxili işlər komissarı, Gəncə quberniyası üzrə fövqəladə komissar, Azərbaycan SSR xalq
ticarət komissarı, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR
MİK katibi, ZSFSR xalq ticarət komissarının müavini olmuşdur. Ləkələnmiş və
repressiya olunmuşdur.
56. Söhbət Bakıda baş vermiş 20 mart – 1 aprel hadisələrindən gedir. Martın 29-da
qızıl qvardiyaçılar dəstəsi Bakı Soveti İcraiyyə Komitəsinin əmrinə əsasən Lənkərana
yola düşməli olan Vəhşi diviziya kimi tanınmış I tatar polkunu tərksilah etməyə cəhd
göstərmişdi. Başlanmış atışma sürətli, lakin amansız döyüş üçün qığılcım rolunu oynadı.
Müsəlman milli şurasının dəstələri və daşnak dəstələrindən ibarət olan Bakı Sovetinin
birləşmiş qüvvələri arasında baş vermiş bu döyüşdə 20 mindən artıq adam iştirak etmişdi.
Bakı Sovetinin birləşmiş qüvvələri döyüşlərin qurtarması ilə kifayətlənməyib silahsız
azərbaycanlıları öldürməyə başlamışdılar. Bunun davamı olaraq daşnak partiyası
tərəfindən müdafiə edilən Bakı Soveti İcraiyyə Komitəsinin bolşevik rəhbərliyinin tətbiq
etdiyi repressiya tədbirləri Sovet hakimiyyətinin nüfuzunu yerli əhalinin gözündə
əhəmiyyətli dərəcədə aşağı salmış oldu.
57. S.K.Şaumyan (1878-1918) – 1917-ci ildən RSDFP üzvü, 1917-ci ilin martında
qiyabi olaraq Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi. RSDF(b)P VI qurultayında
MK üzvü seçilmişdi. 1917-ci il noyabrın 2-də Bakı Sovetinin geniş iclasında İcraiyyə
Komitəsinin sədri seçilmişdi. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə Fövqəladə
komissar təyin edilmişdi. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinin sədri
və xarici işlər üzrə komissar. 26 Bakı komissarları sırasında güllələnmişdir.
61
58. P.A.Çaparidze (1880-1918) – 1898-ci ildən RSDFP üzvü, 1917-ci il Fevral
inqilabından sonra RSDF(b)P Bakı Komitəsinə və Bakı Sovetinə seçilmişdi. Bakıda Sovet
hakimiyyətini elan etmiş Bakı Sovetinin 1917-ci il 31 oktyabr və 2 noyabr tarixi
iclaslarının iştirakçısı. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinin daxili
işlər komissarı, iyundan eyni zamanda ərzaq komissarı. Bakı Sovetinin İcraiyyə
Komitəsinin sədri olmuşdur. 26 Bakı komissarları sırasında güllələnmişdir.
59. A.P.Serebrovski (1884-1938) – 1903-cü ildən RSDFP üzvü. Oktyabr
inqilabının fəal iştirakçısı. 1920-1926-cı illərdə Bakıda “Azneft” idarəsi heyətinin sədri.
1926-1930-cu illərdə “Başqızıl” idarəsinin rəisi, 1931-1937-ci illərdə xalq ağır sənaye
komissarının müavini. Ləkələnmiş və repressiya olunmuşdur.
60. A.İ.Krılov (1888-1938) – 1917-ci ildən RSDFP üzvü. Bakı fəhlələrinin inqilabi
hərəkatının fəal iştirakçısı. 1920-1921-ci illərdə xalq ərzaq komissarlığının müvəkkili,
Cavanşir qəzasının İnqilab Komitəsinin sədri, 1922-ci ildən Azərbaycan SSR neft
sənayesində işləmişdir. AK(b)P BK və MK tərkibinə daxil olmuşdur. 1936-cı ildən
ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü. Siyasi motivlərə görə ləkələnmiş və
repressiya olunmuşdur.
61. Sosial və mədəni tədbirləri həyata keçirmək üçün respublikanın xeyrinə neft
məhsullarından ayırmalar nəzərdə tutulur. Bu qərar AK(b)P Siyasi Bürosunun iclasında
qəbul edilmişdi.
62. S.H.Ağamalıoğlu (1867-1930) – sosial-demokrat hərəkatında 1905-ci ildən.
1917-ci ildə Gəncə fəhlə və əsgər deputatları Sovetinin tərkibinə seçilmişdi. 1920-ci ilin
aprelindən sonra xalq torpaq komissarı, Azərbaycan MİK-in sədr müavini, sonra sədri
olmuşdur. 1922-ci ildə ZSFSR MİK-in sədrlərindən biri seçilmişdir, SSRİ MİK Rəyasət
Heyətinin üzvü olmuşdur.
63. Seçilmiş əsərlərinin III cildinə daxil edilmişdir.
64. A.F.Myasnikov (1886-1925) – 1906-cı ildə RSDFP üzvü. Oktyabr inqilabından
sonra Qərb cəbhəsinin baş komandanı, sonra Belorusiya MİK-in sədri. 1919-1920-ci
illərdə hərbi təşkilatçı və RK(b)P Moskva Komitəsinin katibi. 1921-ci ildə Ermənistan
Xalq Komissarı Sovetinin sədri və hərbi işlər üzrə xalq komissarı. 1922-ci ildə ZSFSR
İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Diyar Komitəsinin birinci katibi.
65. F.A.Rotşteyn (1871-1953) – Sovet tarixçisi və ictimai xadimi. 1901-ci ildən
RSDFP üzvü. Böyük Britaniya Kommunist Partiyasının yaradılmasında iştirak etmişdir
(1920-ci il). 1920-ci ildən sovet diplomatik, ictimai və partiya işində, 1921-1922-ci illərdə
RSFSR-in İranda səlahiyyətli nümayəndəsi, Xalq xarici işlər komissarlığı kollegiyasının
üzvü (1923-30).
66. S.M.Əfəndiyev (1887-1938) – 1904-cü ildən RSDFP üzvü. RSDFP Bakı
Komitəsi yanında “Hümmət” qrupunun rəhbərlərindən biri. 1917-ci ildən RSDF(b)P Bakı
Komitəsinin üzvü. 1919-cu ilin avqustunda Həştərxanda dəmir polka daxil olmuş, bir
qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi
bürosunun sədr müavini təyin edilmişdi. 1919-cu ilin iyunundan Milli işlər üzrə xalq
komissarlığı yanında Zaqafqaziya müsəlmanları işləri üzrə komissar. 1920-ci ilin yayında
62
Gəncə quberniyasının Fövqəladə komissarı, sonra Gəncə İnqilab Komitəsinin sədri 1921-
ci ilin mayından xalq torpaq komissarı 1922-ci ildən 1924-cü ilədək Azərbaycan SSR
Xalq FKİ komissarı. 1924-cü ildən AK(b)P MHK sədri. 1931-ci ildə Azərbaycan SSR
MİK-in sədri seçilmişdi. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
67. Q.İ.Petrovski (1878-1958) – 1897-ci ildən RSDFP üzvü. 1917-ci ilin
noyabrından 1919-cu ilin martınadək RSFSR xalq daxili işlər komissarı. 1919-cu ilin
martından 1939-cu ilədək Ümumukrayna MİK-in sədri. SSRİ MİK sədrlərindən biri
olmuşdur. 1926/39-cu illərdə ÜİK(b)P MK Siyasi Bürosunun üzvlüyünə namizəd.
68. M.F.Şkiryatov (1883-1954) – 1906-cı ildən RSDFP üzvü. 1918-1920-ci illərdə
Tikişçilər İttifaqı MK-nın katibi, Moskva şəhər Komitəsinin və RK(b)P Moskva
Komitəsinin üzvü. 1921-ci ildən RK(b)P MK aparatında, partiya sıralarının yoxlanılması
və təmizlənməsi üzrə Mərkəzi Komissiyanın sədri. 1923-1934-cü illərdə MHK Rəyasət
Heyətinin üzvü. 1923-1927-ci illərdə MHK katibi. Sonralar partiya nəzarəti orqanlarında
məsul vəzifələrdə çalışmışdır.
69. H.P.Cəbiyev (1899-1938) – 1918-ci ildən “Hümmət”in üzvü. Bakıda, Gəncədə,
Şamxorda, Tovuzda, Qazaxda inqilabi iş aparmışdır. 1920-ci ilin aprelindən sonra rəhbər
partiya və sovet işində olmuşdur; 1922-1923-cü illərdə “Təzə Şərq” jurnalının; 1923-
1926-cı illərdə “Kommunist” qəzetinin redaktoru. AK(b)P MK-nın kəndlərdə iş üzrə
şöbəsinə müdirlik etmiş, SSRİ kolxozmərkəzin sədr müavini, SSRİ Xalq yeyinti sənayesi
komissarlığı siyasi idarəsinin rəis müavini olmuşdur. Ləkəlnmiş və repressiya
olunmuşdur.
70. R.M.Hüseynov (1891-1937) - 26 Bakı komissarları sırasında güllələnmişdir.
İnqilabi hərəkatda 1905-ci ildən. 1919-cu ildən “Hümmət”in üzvü. 1919-1920-ci illərdə
Qafqaz RK(b)P-nın məsul təşkilatçısı və təbliğatçısı. 1920-ci ilin aprelindən sonra Bakı
Soveti Rəyasət Heyətinin üzvü və Bakı qəza İnqilab komitəsinin sədri. Sonralar partiya və
sovet işində. Ləkələnmiş və repressiya olunmuşdur.
71. M.Z.Quliyev (1893-1938) – 1918-ci ildən “Hümmət”in üzvü. Kiyevdə, Bakıda
inqilabi iş aparmışdır, 1920-ci ilin aprelindən sonra Lənkəran qəza İnqilab Komitəsinin
sədri, AK(b)P Qara şəhər rayon komitəsinin katibi, Azərbaycan SSR xalq maarif
komissarı, Çimkənd şəhər komitəsinin katibi, Odessa vilayət partiya komitəsinin şöbə
müdiri. Ləkələnmiş və repressiya olunmuşdur.
72. D.X.Bünyadzadə (1888-1938) – 1908-ci ildən RSDFP üzvü. “Hümmət”in
rəhbərlərindən biri. 1918-ci ilin payızından Həştərxanda Zaqafqaziya müsəlmanlarının
işləri üzrə komissarlığın sədri. 1919-cu ilin iyulunda RK(b)P MK tərəfindən gizli partiya
işi üçün Azərbaycana göndərilmişdir. 1920-ci ilin aprelindən sonra xalq maarif komissarı,
xalq FKİ komissarı, xalq torpaq komissarı, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan
SSR Xalq Komissarları Sovetinin sədri, ZSFSR xalq torpaq komissarı vəzifələrində
çalışmışdır.
73. Nəcəf Nərimanov (2.12.1919, Moskva – 19.9.1943, USSR Bolnoxova ş.) –
N.Nərimanovun oğlu. Böyük Vətən müharibəsi qəhrəmanı, qvardiya baş leytenantı. 1942-
ci ildən Sov.İKP üzvü. Moskvada orta məktəbi bitirmiş, 1938-ci ildə Sovet ordusuna
63
çağırılmışdır. Kiyevdə hərbi məktəb qurtarmışdır (1940). Böyük Vətən müharibəsi
illərində tank vzvod komandiri olmuş, Stalinqrad və Donbasın azad edilməsində
fərqlənmiş, Volnoxova şəhəri uğrunda gedən döyüşlərdə qəhrənmancasına həlak
olmuşdur.
64
MÜNDƏRİCAT
Müqəddimə ………………………………………………………………...3
Ucqarlarda inqilabımızın tarixinə dair……………………………………11
Əlavə………………………………………………………………………61
N.Nərimanovun V.İ.Leninə məktubu…………………………………….62
Oğluna bitməmiş məktubu………………………………………………..64
Qeydlər…………………………………………………………………….68
65
Нариман Наджаф оглы Нариманов
К ИСТОРИИ НАШЕЙ РЕВОЛЮЦИИ В ОКРАИНАХ
(Письмо И.В.Сталину)
(на азербайджанский язык)
Баку – Азернешр – 1992
Nəriman Nəcəf oğlu Nərimanov
UCQARLARDA İNQİLABIMIZIN TARİXİNƏ DAİR
(İ.V.Stalinə məktub)
Bədii redaktoru T.Məlikov
Texniki redaktoru S.Şahbazova
Korrektorlar Rəfiqə Qənbər qızı, Z.Qasımova
ИБ № 5578.
Yığılmağa verilmiş 2.10.91. Çapa imzalanmış 24.01.92. Ədəbi qarnitur.
Yüksək çap üsulu ilə. Formatı 84x108
1
/
32
. Mət. kağızı № 2. Şərti çap vərəqi 4,20
Şərti rəngli surəti 4,41. Uçot nəşr vərəqi 4,4. Tirajı 27000. Sifariş 395.
Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi.
Xalqlar Dostluğu ordenli Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 370005.
Hüsü Hacıyev küç. № 4.
Mətbuat İstehsalat Sənaye birliyi. “Qızıl Şərq” mətbəəsi.
Bakı, Həzi Aslanov küçəsi, 80.
Государственный комитет Азербайджанской Республики по печати
Азербайджанское ордена Дружбы народов государственное
издательства «Азернешр». Баку 370005, ул. Гуси Гаджиева, 4.
Производственное промышленное объединение по печати.
Типография «Гызыл Шарг» Баку, ул. Ази Асланова, 80.
Dostları ilə paylaş: |