1. Abbasilərin Məmundan narazılığı
Tarixçilərin
Məmunun
ümumiyyətlə,
Əmindən qat-qat üstün və xəlifəliyə daha
layiq olmasını qeyd etmələrinə baxmayaraq,
Bəni-Abbas nümayəndələri onunla müxalif
idilər. Qeyd etdiyimiz kimi Harunun özü də
bu iki qardaş arasındakı açıq-aşkar təfavütə
diqqət yetirmiş və Abbasilərin Məmunla
müxalifətçilik edəcəyindən gileylənirdi. Ola
bilsin Abbasilərin Məmundan narazı
olmalarının səbəbi bu olub ki, Məmunun
qardaşı Əmin əsl Abbasi nümayəndəsi idi.
Çünki atası Harun, anası
da Zübeydə olmuşdur.
Zübeydə özü də bir Haşimi
olmaqla bərabər, həm də
Mənsur
Dəvaniqinin
nəvəsi, eyni zamanda
Abbasilərin ən şərəfli
qadını olmuşdur. Əmin
Harun ər-Rəşidin süd
qardaşı və sarayının ən
nüfuzlu şəxsiyyəti sayılan
Fəzl ibn Yəhya Bərməkinin
qucağında böyümüş, Fəzl
ibn Rəbi isə onun qəyyumu
olmuşdur. Onun babası
xəlifə Osmanın azad etdiyi
qul olmuş və buna görə də, Fəzlin Abbasilərə
olan məhəbbətində kimsə şəkk etmirdi.
Məmun isə əvvəla, Cəfər ibn Yəhya
Bərməkinin qucağında böyümüş, Cəfərin isə
nüfuzu qardaşı Fəzldən qat-qat aşağı
olmuşdur. İkincisi də, onun qəyyumu olan
şəxs heç də Abbasilərin ürəyincə deyildi.
Çünki Abbasilər onu Ələvilərə meyilli
olmaqda müttəhim edirdilər. Üstəlik
Məmunun qəyyumu ilə Əminin qəyyumu
Fəzl ibn Rəbi arasında son dərəcə kin-küdurət
hakim idi. O, sonradan Məmunun baş vəzir
vəzifəsinə təyin etdiyi iranlı Fəzl ibn Səhl
olmuşdur. Abbasilər iranlılardan qorxur və
onların əlindən artıq boğaza yığılmışdılar.
Buna görə də, tez saraydakı bütün iranlıları
(farsları) türk və başqa millətlərlə əvəz
etdilər.
2. Əminin daha üstün mövqeyi
Əminin hakimiyyətini möhkəmlətmək üçün
fəaliyyət göstərən, etibar edə biləcək çoxsaylı
dost və dayaqları var idi. Bunlar onun
dayıları, Fəzl ibn Yəhya Bərməki,
bərməkilərin əksəriyyəti, anası Zübeydə və
həm də ərəblərdən ibarət idilər. Bunlar, Harun
ər-Rəşidi öz təsiri altına alaraq ölkənin siyasi
idarəçiliyində mühüm rol oynayan nüfuzlu
şəxslər olduğu üçün artıq təbii məsələdir ki,
Harun onların qarşısında aciz qalıb nəticədə
onların göstərişinə uyğun olaraq vəliəhdlik
məqamına kiçik oğlu Əmini seçməli, böyük
oğlu Məmunu isə Əmindən sonrakı vəliəhd
təyin etməli idi. Əminin birinci vəliəhd
olmasında bəlkə də,
(dayısı) İsa ibn Cəfərin
yüksək
mövqedə
durması və eləcə də,
Bəni-Abbasın
nəsil
təəssübkeşliyi əsas rol
oynamışdır. Əlbəttə, bu
məsələdə
əsas
rol
oynayanlardan biri də
Zübeydə olmuşdur ki, o
da
öz
növbəsində
məsələni oğlu Əminin
xeyrinə
başa
çatdırmışdı. Bundan
əlavə,
ərəblər
arasındakı
nəsil
təəssübkeşliyi də çox güman ki, Harunun
Əmini Məmundan üstün tutmasında öz işini
görmüşdü. Tarixçilərdən bəziləri bu
məsələyə aşağıdakı ifadə ilə toxunmuşlar:
“Hicrətin yüz yetmiş altıncı ilində Harun ər-
Rəşid Məmunun, qardaşı Əmindən sonra
vəliəhd olacağı haqda qərar çıxarır. Məmun
yaş cəhətdən bir ay qardaşı Əmindən böyük
idi. Ancaq Əmin, Cəfər qızı Zübeydədən, o
(yəni, Zübeydə) isə Haşimi qadınlarından
olmuşdur. Məmun isə Məracil adlı bir
kənizdən olmuş, onun özü isə Məmunu
doğduqdan bir neçə gün sonra vəfat etmişdi.
Məmunun üzləşdiyi siyasi çətinliklər yalnız
bu iki nümunə ilə qurtarmır. Lakin ən əsas və
mühüm səbəblərdən ikisi yuxarıda qeyd
olunan səbəblərdir.
1
1- Sireye pişvayan, İmam Rzanın (ə) həyatı bölməsi,
(Mehdi Pişvayi)
Həyata keçirilməyən vəliəhdlik məqamı
Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin ramazan ayının orucunu tutmağa
hazırlaşdığı ərəfədə, İmam Rza (əleyhis-salam)-ın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır.
Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi, həftənin birinci günü
Məmun öz dəst-xətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam
Rza (əleyhis-salam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən
sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir
ki, bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra da həmin sənədlə əlaqədar
Yəhya ibn Əksəm, Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu
məsələdə şahid duraraq onu təsdiqlədilər.
1
Ramazan ayının onuncu günü cümə axşamı
təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat İmam Rza (
əleyhis-salam)-a beyət etdi.
Beləliklə, o Həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam (əleyhis-
salam)-a tərəf beyət əli uzadan ilk şəxs Məmunun öz oğlu Abbas olmuş, onun ardınca isə baş
vəzir Fəzl ibn Səhl, saray müftisi Yəhya ibn Əksəm, ordu başçısı Abdullah ibn Tahir, daha
sonra isə hamılıqla məclisdə iştirak edən bütün Bəni-Abbas əyan-əşrafı o Həzrətə beyət
etmişdilər.
İmam Rza (əleyhis-salam)-ın vəliəhd seçilməsi təbii ki, o Həzrətin dostları üçün
baş ucalığı idi. Lakin İmam Rza
(əleyhis-salam)-ın özü bu hadisədən çox narahat və qəmgin
idi. O Həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə, onu öz yanına çağırıb buyurdu:
“Bu işə bel bağlayıb sevinmə, çünki baş tutmayacaq!”
2
Məmunun, xilafəti İmam Rzaya (ə) təklifində qəsdi
Məmunun dövründəki siyasi vəziyyət və şəraiti nəzərdən keçirdikdə, məlum olur ki, o, bir
sıra siyasi çətinliklərlə üzləşməli olmuş və bu çıxılmaz vəziyyətlərdən üzüağ çıxmaq üçün
çarə axtarırmış. Nəhayət, Məmun bu vəziyyətdən çıxmaq üçün bir neçə cəhətli bir siyasət irəli
sürür ki, bu da məhz İmam Rza (əleyhis-salam)-ı vəliəhd seçməkdən ibarət olmuşdur. İndi
Məmunun üzləşdiyi siyasi çətinlikləri oxucuların nəzərinə çatdırırıq.
1- Kəşfül-qümmə, c.3. səh.123-128.
2- Kəşfül-ğümmə, c.3, səh.67.
İmam Rza (ə)
10
11