608
8. Dərsdə Ģagirdlərin idrak fəaliyyətlərinin xarakteris-
tikası.
Diqqət. Dərsdə Ģagirdlərin diqqətini təĢkil etmək üçün
müəllimin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə
diqqətin təĢkili priyomları: müəllimin zahiri görkəmi, mimika
və pantomimikası; diqqətin ritmi və tempi, əyani vasitələrin
parlaqlığı və yeniliyi; müəllimin nitqinin emosional zənginliyi,
obrazlılığı, Ģərhin ardıcıllığı və məntiqiliyi. Dərsin müxtəlif
mərhələlərində diqqətin davamlılığının təĢkili, müəllimin
Ģagirdlərdə diqqətin keçirilməsini təĢkil etməsi.
QavrayıĢ. Yeni materialı qavramağa qarĢı ustanovkanın
yaradılması priyomları. ġagirdlərin müĢahidə aparmalarının
təĢkili.
Hafizə. Əvvəl mənimsənilmiĢ biliklərin fəallaĢdırılması
priyomları. ġagirdlərdə hafizənin bütün tiplərinin nəzərə
alınması və onların inkiĢafının təmin olunması. Öyrənmənin
səmərəli yollarından istifadə edilməsi.
Təfəkkür. ġagirdlərin problem situasiya ilə qaĢılaĢdı-
rılması. Yeni anlayıĢların formalaĢdırılması yolları. Fikri pro-
seslərin dərsin ayrı-ayrı mərhələlərində təĢkili. Dərsdə Ģagird-
lərin əqli keyfiyyətlərinin (təfəkkürün müstəqilliyi, tənqidiliyi,
əqlin dərinliyi, çevikliyi və s.) təzahürü və müəllimin həmin
keyfiyyətləri formalaĢdırmaq üçün istifadə etdiyi yollar.
9. Dərsdə Ģagirdlərin Ģəxsiyyətlərinin ayrı-ayrı cəhət-
lərinin təzahürünün xarakteristikası.
ġagirdlərin öz yoldaĢlarının cavablarına və müəllimin
verdiyi qiymətə münasibətləri. Müəllimin öz hərəkətləri ilə
Ģagirdlərdə yeni davranıĢ motivi yaradıb yaratmaması. Təlim
prosesində əqli, iradi və s. xassələrin necə formalaĢması.
ġagirdlərin davranıĢında qüsurların olub-olmaması. Onların
səbəbi.
10. Müəllimin xarakteristikası. Materialı bilməsi. Me-
todiki ustalığı. Pedaqoji mərifəti. Pedaqoji ünsiyyətinin
xüsusiyyətləri. Nitqi (tələffüzü, tempi, nitq mədəniyyəti, nitqi-
609
nin obrazlılığı, emosionallığı).
Ümumi nəticə. Müəllim dərsdə Ģagirdlərin psixi fəaliy-
yətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.
VI.25.5. Pedaqoji kollektiv və ona rəhbərliyin
bəzi psixoloji məsələləri
Pedaqoji kollektiv. Gənclərin təhsili və tərbiyəsi
müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim
kollektivinin yaxĢı düĢünülmüĢ və möhkəmlənmiĢ iĢ sistemi
onların əxlaqi fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz
Ģərtdir.
Müəllim kollektivinin iĢindəki məqsədyönlülüyü və
mütəĢəkkillik məktəb iĢinin nəticəsi üçün məsuliyyətlilik
doğurur. Vahid pedaqoji baxıĢın olması müəllim kollektivi
üçün ən mühüm keyfiyyətdir.
Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə
müəyyənləĢən müəyyən təĢkilati struktura malikdir. Bu struk-
tur kollektiv üzvlərinin qarĢılıqlı asılılıq, qarĢılıqlı nəzarət
münasibətlərini müəyyənləĢdirir. Bu struktur dairəsində peda-
qoji Ģura, fənn metodik birləĢmələri, sinif rəhbərləri və məktəb
rəhbərləri fəaliyyət göstərir.
Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və koopera-
siya mövcuddur. Pedaqoji əmək eyni sinifdə iĢləyən müxtəlif
fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan
müəllimlər arasında; eyni sinifdə iĢləyən müəllimlər və sinfin
rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmələrə, cəmiyyətlərə,
Ģagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə
aparılan tərbiyəvi iĢin müəyyən sahəsi və ya istiqamətinə ca-
vabdeh olan müəllimlər arasında və s. bölünür.
Pedaqoji kollektivin iĢinin müvəffəqiyyəti müəllimlərin
əmək kooperasiyasının düzgün təĢkilindən asılıdır. Bu isə
610
müəllimlərdən birgə əməkdaĢlıq vərdiĢlərinə yiyələnməyi tələb
edir. Həmin vərdiĢlərə müəllim pedaqoji kollektivdə yiyələnir.
Müəllimlərin qarĢılıqlı münasibətləri və pedaqoji
kollektivdə psixoloji iqlim. Pedaqoji kollektivdə müəllimlərin
qarĢılıqlı münasibətləri onların fəaliyyətlərinin məqsəd və
məzmunu ilə müəyyən edilir və Ģərtlənir. Birgə fəaliyyət və ün-
siyyət prosesində pedaqoji kollektivdə bir neçə münasibət sis-
temi yaranır. Bunlar əsasən aĢağıdakılardan ibarətdir: rəsmi və
qeyri-rəsmi münasibətlər.
Öz fəaliyyətlərini təĢkil etmək və həyata keçirmək üçün
müəllimlər arasında yaranan qarĢılıqlı münasibəti Ģərti olaraq
rəsmi münasibət adlandırmaq olar. Bu cür münasibətlərə
müəllimlərin bir-biri ilə bu və ya digər Ģəkildə bağlı olduqları
iĢgüzar münasibətləri, müəllimlərlə rəhbərlik arasında mövcud
olan idarəetmə münasibətlərini aid etmək olar.
Bununla yanaĢı olaraq pedaqoji kollektivdə iki qeyri-
rəsmi münasibət sistemi yaranır.
Birincisi, bütün pedaqoji kollektivi əhatə edən ümumi
Ģəxsiyyətlərarası əxlaqi-psixoloji münasibətlər, ikincisi, ayrı-
ayrı müəllimlər arasında qarĢılıqlı simpatiyaya əsaslanan seçici
münasibətlər.
Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi onun
üzvlərinin bir çox cəhətdən vahidliyini tələb edir. Buraya kol-
lektiv üzvlərinin Ģagirdlərə qarĢı ustanovkası, tərbiyənin
məqsədini, Ģagirdə təsir etmə metodunu, Ģagirdlərlə qarĢılıqlı
münasibət üslubunu və s. aid etmək olar. Əgər pedaqoji kollek-
tivin üzvləri arasında bu məsələlərdə vahidlik yoxdursa, vahid-
lik prinsipi pozulmuĢsa kollektivdə bir sıra xəstəliklərin
(müəllimlər arasında münaqiĢə, qısqanclıq, paxıllıq və s.)
yaranması baĢ verə bilər ki, bu da məktəbdə təlim-tərbiyə iĢinin
müvəffəqiyyətinin aĢağı düĢməsinə, müəllimlərin əhvalına təsir
göstərir. Burada pedaqoji kollektivdəki psixoloji iqlim mühüm
Dostları ilə paylaş: |