237
C. Cabbarlı yaradıcılığına verdiyi qiyməti aşağıdakı
kimi ümumi-
ləşdirirdi:
- Kütləvi hərəkat yerinə, monarxiya və kapitalizmin atri-
butu olan fərdiyyətçilik var.
- İşçi hərəkatı və proletar inqilabının nəfəsi yoxdur.
- Bolşevik partiyasının rolundan bəhs olunmur.
Əsərlərin sonrakı variantlarını sovet senzurasının məhsul-
ları hesab edən M. B. Məmmədzadə yazır: “İndi repertuarda olan
“Od gəlini” və “1905-ci ildə” əsərləri də parçalanmış, doğranmış,
kəsilmiş və artırılmışdır” [39, N-4, 1935]. Qeyd edək ki, bolşev-
iklər “1905-ci il” əsərinin son variantının əvvəlkindən fərqli
olaraq xeyli dəyişdiyini – proletar inqilabını, sinfi mübarizəni,
çarizmə qarşı üsyanı ehtiva edən bir hala gətirildiyini özləri də
etiraf edirdilər.
Bütün bunlara baxmayaraq C. Cabbarlı əsərlərinin ruhu
dəyişməz qalmışdı. M. B. Məmmədzadə də göstərirdi ki, ədibin
1921-1923-cü illərdə (müsavatçı olduğu dövr) yazdığı “Oktay”,
“Aydın”la 1923-cü ildən sonra yazdığı “Od qəlini”, “Sevil”,
“1905-ci il”, “Almaz” arasında əsas motiv baxımından fərq yox-
dur, hürruyyət,
milliyyət, istiqlal bu əsərlərin ruhunu təşkil edir.
Əslində simvolizmə müraciət etdikdə C. Cabbarlı yara-
dıcılığının mahiyyəti açılır. Məsələn, “Od gəlini”ndə ərəb istila-
sını rus istilası ilə əvəzlədikdə hər şey yerinə düşür, mücərrəd
Elxan isə hər bir azadlıqsevər türk ola bilər.
Ümumiyyətlə, 1920-ci ildən sonra başlanan bolşevik
senzurası, yasaqları, kütləvi repressiyalar yaradıcılıqda sətiraltı
sətiraltı mənaya, simvolizmə meyli gücləndirdi. M. Ə. Rəsul-
zadənin də yaradıcılığına xas olan bu xüsusiyyət (Səyavuş və
Azərbaycan faciəsi arasında, Qafqazın mövcud durumu ilə bir
zamanlar ona zəncirlənən Prometey arasında oxşarlığa müraciət
olunması) C. Cabbarlı, H. Cavid, Ə. Cavad və b. yaradıcılığında
aydın təzahür edir. Rus istilasını, tarixin dərin qatlarından ana-
logiya tapmaqla, simvollaşdırma ilə ifşa etmək sonrakı Azər-
baycan ədəbiyyatında da yox deyil.
238
M. Ə. Rəsulzadə Əhməd Cavad simvolizminin fərqli cə-
hətə malik olmasını da göstərir: “Cavad simvolizminin başlıca
konusu Azərbaycandakı təbiət mənzərəsidir. Məsələn, şair bir gün
məmləkətin bərəkət qaynağı olan Kür nəhrini təsvir edir. Təsvir
bu beytlə bitir:
Əyil, Kürüm, əyil keç,
Dövran sənin deyil keç [308, s.16].
Lakin M. Ə. Rəsulzadə Ə. Cavadın “Nədən yarandın?”
şerini 28 may İstiqlal günü münasibətilə yazıldığını göstərərək,
xətaya yol vermışdı. Əslində şer şairin 1916-cı dərc olunan
“Qoşma” kitabına daxil edilmişdi və
“Mən hər ildə bir mayısa,
Pək çox ümidlər baglaram.
Hər gələcək mayıs üçün
Nisan aglar, mən aglaram”
beytində nə 28 Mayısa, nə də 27 Nisana işarə edilir.
Mühacirlərin ədəbi-bədii yaradıcılığında Azərbaycan
ədəbiyyatında istiqlal mücadiləsinin araşdırılması da mühüm yer
tutur ki, bu problemlə bağlı Ə. Cəfəroğlunun apardığı ayrıca təd-
qiqat maraq doğurur (“Azəri ədəbiyyatında istiqlal mücadiləsi”).
Müəllif, Azərbaycan ədəbiyyatında ayrıca bir cərəyan
təşkil edən istiqlal mücadiləsi probleminin araşdırılmadığını və
Firidun Köçərliyə istinadla onun səbəblərini açıqlayır. F. Köçərli
Azərbaycan ədəbiyyatı materiallarında (Bakı 1925) Gəncə xanı
Cavad xanın rus işğalçılarına qarşı apardığı mübarizəni vəsf edən
Əbdürrəhman Ağa Dilbaz oğlunun yaradıcılığını “bəzi səbəblərə
görə” təhlil edə bilmədiyini açıq göstərir. Bu “bəzi səbəblərə” görə
tədqiq edilməyən istiqlal mücadiləsi ədəbiyyatını Ə. Cəfəroğlu
beş qismə bölürdü:
1. Cavad xanın mücadiləsi ətrafında yazılan dastanlar və
şerlər.
2. Şimali Qafqaz müdafiəçisi Şeyx Şamil haqqında şerlər.
3. Qaçaq dastanları və aşıq ədəbiyyatında rus istilasına
qarşı əkislər.