yaşayan vəhşi heyvanlar, quşlar və balıqların yayılmasının, sayının, fiziki
vəziyyətinin, onların yaşayış mühitinin strukturunun, keyfiyyətinin müntəzəm
müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması, eləcə də onların mühafizəsi
və səmərəli istifadə olunması sahəsində tövsiyələrin işlənib hazırlanması daxildir.
[2]
Heyvanat aləmi obyektlərinin monitorinqinə aşağıdakılar daxildir:
heyvanat aləminin yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin,
nəsilartırma və çoxalma yerlərində müşahidələrin aparılması (mövsüm üzrə);
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin
yayıldığı ayrı-ayrı ərazilərin, çoxalma yerlərinin ekoloji vəziyyətinin öyrənilməsi
(mövsüm üzrə);
heyvanat aləminin say hesabatının aparılması (məməlilərin yaz və payız, quşların
isə payız və qış say hesabatlarının aparılması);
təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə heyvanat aləminin
yaşayış mühitinə zərərli təsir göstərə bilən fəaliyyət növlərinin heyvanat aləminə
təsirinin öyrənilməsi (il ərzində);
su obyektlərində balıqların yayılma areallarının vəziyyəti;
su obyektlərində balıqçılıq rayonları və onların yerlərinin dəyişməsi;
balıq, vəhşi heyvan və quşların ovlanmasının intensivliyi;
nəsli kəsilməkdə olan balıq, vəhşi heyvan və quşların sayının kvotalar üzrə
tənzimlənməsi.
6.6. Atmosfer yağıntılarının monitorinqi
Atmosfer yağıntıları (yağış, qar) vasitəsilə respublika ərazisinə gətirilən
çirkləndirici maddələrin tərkibinin öyrənilməsi, onların ətraf mühitə mənfi təsirinin
qiymətləndirilməsi və yağıntıların monitorinqinə daxildir.
Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir:
ölkə ərazisində yağış sularının fon tərkibi üzərində sistematik müşahidələr təşkil
olunur və aparılır;
respublikanın davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində qarın kimyəvi
tərkibi üzərində müşahidələr aparılır;
yağış sularının fon tərkibi üzrə müşahidələr iri sənaye şəhərlərindən 100 km aralı
yerləşən meteoroloji məntəqələrdə təşkil olunur. Aparılan müşahidələr zamanı
kimyəvi analiz üçün yağış suyu nümunələri ay ərzində yığılır.
İri sənaye şəhərləri və müəssisələrinin tullantılarının yağıntıların tərkibinə
təsirinin öyrənilməsi məqsədilə müşahidələr onların yaxınlığındakı meteoroloji
məntəqələrdə yerləşdirilir. Bu məntəqələrdə kimyəvi analiz üçün yağış suyu
nümunələri leysan yağıntıları zamanı 1-3 saat ərzində, digər vaxtlarda isə həftə və
dekada (10 gün) ərzində yığılır.
Yağıntı nümunələrinin yığılması zamanı meteoroloji parametrlər üzrə də
müşahidələr aparılır.
Qar örtüyünün fon tərkibi üzrə müşahidələr davamlı qar örtüyü olan yüksək
dağlıq ərazilərdə hidrometeoroloji şəbəkənin qarölçmə marşrutlarında təşkil olunur.
Müşahidə məntəqələri iri sənaye şəhərlərindən 100 km və ondan çox aralı ərazilərdə
yerləşdirilir.
Kimyəvi analiz üçün qar nümunələri ildə bir dəfə dayanıqlı qar örtüyü zamanı
(fervral və mart aylarında) götürülür.
Aparılan müşahidələrin nəticələrinin əsasında ölkə ərazisinə atmosfer yağıntıları
ilə düşən kimyəvi maddələrin miqdarı hesablanır, onların ətraf mühitə təsiri
qiymətləndirilir və bu təsirin qarşısını almaq üçün müvafiq tövsiyələr hazırlanır.
6.7. Radioaktivliyin monitorinqi
Radioktivliyin monitorinqi - kosmik şüalanmaların və təbii radionuklidlərin
torpaqda, suda, havada, biosferin digər elementlərində, qida maddələrində, habelə
insan orqanizmində yaratdığı təbii şüalanma dozasının monitorinqidir.
6.7.1. Radioaktiv çirklənmənin monitorinqi - ətraf mühitdə, fəaliyyətləri ətraf
mühitin radioaktiv çirklənməsinə, məhsullarında və tullantılarında radionuklidlərin
toplanmasına səbəb ola bilən müəssisələrdə, təbii mühit komponentləri və insanın
yaşayış mühitinə radioaktiv çirklənmənin müəyyənləşdirilib qarşısını almaq
məqsədilə sistematik və xüsusi məqsədli rejimlərdə radioaktiv çirklənmə
mənbələrinin qeydiyyatı yolu ilə aparılır.
Müəssisələrdə radioaktiv çirklənmənin monitorinqi istehsalat monitorinqi
çərçivəsində müəssisənin özü tərəfindən aparılır, nəticələri aylar üzrə göstərilməklə
ildə bir dəfə Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
verilir.
Radiasiya mənbələrinin qeydiyyatı respublika ərazisində fəaliyyət göstərən
müəssisə və təşkilatlarda mövcud olan radiasiya mənbələrinin, radiasiya mənbəli
cihaz və avadanlıqların inventarlaşdırma aktının ildə bir dəfə yanvar ayının 25-
dək Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim
olunması yolu ilə aparılır.
[3]
Ətraf mühitin (su, torpaq, hava) radioaktiv çirklənməsinin sistematik
müşahidələri aşağıdakı kimi aparılır:
γ-şüalanmanın ekspozisiya dozasının gücünün ölçülməsi - fon müşahidələri -
gündə 3 dəfə (saat 9.00, 15.00, 18.00-də) əhalinin radiasiya təhlükəsindən mühafizəsi
və əvvəlcədən xəbərdar edilməsi məqsədilə respublikanın yaşayış məntəqələrində
aparılır. Gündəlik müşahidələrin nəticələri əsasında aylıq və illik göstəricilərin
tendensiyaları müəyyənləşdirilir;
ətraf mühitdə, əsasən su hövzələrində, atmosfer havasında və yağıntılarında,
torpaqlarda ümumi β-radioaktivliyin təyin edilməsi.
Havanın β-radioaktivliyinin təyin edilməsi gündəlik saat 7.30-13.30 və 19.30-1.30
intervallarında ilin bütün fəsillərində temperaturdan asılı olmayaraq aparılır.
Suların radioaktivliyinin monitorinqi hidroloji rejimlərindən asılı olaraq müxtəlif
su obyektlərində müxtəlif qaydada aparılır:
çaylarda su mümünələri yayda-suyun minimal sərfində - 1 dəfə, payızda - 1 dəfə,
qışda - 1 dəfə, yazda - maksimal su sərfində - 3 dəfə aparılır.