Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 197,26 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix20.10.2017
ölçüsü197,26 Kb.
#5953
növüQaydalar
1   2   3   4   5   6   7

yaşayan  vəhşi  heyvanlar,  quşlar  və  balıqların  yayılmasının,  sayının,  fiziki 

vəziyyətinin,  onların  yaşayış  mühitinin  strukturunun,  keyfiyyətinin  müntəzəm 

müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması, eləcə də onların mühafizəsi 

və səmərəli istifadə olunması sahəsində tövsiyələrin işlənib hazırlanması daxildir.



[2]

 

Heyvanat aləmi obyektlərinin monitorinqinə aşağıdakılar daxildir: 



heyvanat  aləminin  yaşayış  mühitinin,  miqrasiya  yollarının,  qışlama  yerlərinin, 

nəsilartırma və çoxalma yerlərində müşahidələrin aparılması (mövsüm üzrə); 

nadir  və  nəsli  kəsilmək  təhlükəsi  qarşısında  olan  vəhşi  heyvan  növlərinin 

yayıldığı  ayrı-ayrı  ərazilərin,  çoxalma  yerlərinin  ekoloji  vəziyyətinin  öyrənilməsi 

(mövsüm üzrə); 

heyvanat aləminin say hesabatının aparılması (məməlilərin yaz və payız, quşların 

isə payız və qış say hesabatlarının aparılması); 

təsərrüfat  obyektlərinin  tikintisindən,  istismarından,  habelə  heyvanat  aləminin 

yaşayış  mühitinə  zərərli  təsir  göstərə  bilən  fəaliyyət  növlərinin  heyvanat  aləminə 

təsirinin öyrənilməsi (il ərzində); 

su obyektlərində balıqların yayılma areallarının vəziyyəti

su obyektlərində balıqçılıq rayonları və onların yerlərinin dəyişməsi

balıq, vəhşi heyvan və quşların ovlanmasının intensivliyi; 

nəsli  kəsilməkdə  olan  balıq,  vəhşi  heyvan  və  quşların  sayının  kvotalar  üzrə 

tənzimlənməsi. 

  

6.6. Atmosfer yağıntılarının monitorinqi 

  

Atmosfer  yağıntıları  (yağış,  qar)  vasitəsilə  respublika  ərazisinə  gətirilən 



çirkləndirici maddələrin tərkibinin öyrənilməsi, onların ətraf mühitə mənfi təsirinin 

qiymətləndirilməsi və yağıntıların monitorinqinə daxildir. 

Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir: 

ölkə ərazisində yağış sularının fon tərkibi üzərində sistematik müşahidələr təşkil 

olunur və aparılır; 

respublikanın davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində qarın kimyəvi 

tərkibi üzərində müşahidələr aparılır; 

yağış sularının fon tərkibi üzrə müşahidələr iri sənaye şəhərlərindən 100 km aralı 

yerləşən  meteoroloji  məntəqələrdə  təşkil  olunur.  Aparılan  müşahidələr  zamanı 

kimyəvi analiz üçün yağış suyu nümunələri ay ərzində yığılır. 

İri  sənaye  şəhərləri  və  müəssisələrinin  tullantılarının  yağıntıların  tərkibinə 

təsirinin  öyrənilməsi  məqsədilə  müşahidələr  onların  yaxınlığındakı  meteoroloji 

məntəqələrdə  yerləşdirilir.  Bu  məntəqələrdə  kimyəvi  analiz  üçün  yağış  suyu 

nümunələri  leysan  yağıntıları  zamanı  1-3  saat  ərzində,  digər  vaxtlarda  isə  həftə  və 

dekada (10 gün) ərzində yığılır. 

Yağıntı  nümunələrinin  yığılması  zamanı  meteoroloji  parametrlər  üzrə  də 

müşahidələr aparılır. 

Qar  örtüyünün  fon  tərkibi  üzrə  müşahidələr  davamlı  qar  örtüyü  olan  yüksək 

dağlıq ərazilərdə hidrometeoroloji şəbəkənin qarölçmə marşrutlarında təşkil olunur. 



Müşahidə məntəqələri iri sənaye şəhərlərindən 100 km və ondan çox aralı ərazilərdə 

yerləşdirilir. 

Kimyəvi  analiz  üçün  qar  nümunələri  ildə  bir  dəfə  dayanıqlı  qar  örtüyü  zamanı 

(fervral və mart aylarında) götürülür. 

Aparılan müşahidələrin nəticələrinin əsasında ölkə ərazisinə atmosfer yağıntıları 

ilə  düşən  kimyəvi  maddələrin  miqdarı  hesablanır,  onların  ətraf  mühitə  təsiri 

qiymətləndirilir və bu təsirin qarşısını almaq üçün müvafiq tövsiyələr hazırlanır. 

  

6.7. Radioaktivliyin monitorinqi 

  

Radioktivliyin  monitorinqi  -  kosmik  şüalanmaların  və  təbii  radionuklidlərin 



torpaqda,  suda,  havada,  biosferin  digər  elementlərində,  qida  maddələrində,  habelə 

insan orqanizmində yaratdığı təbii şüalanma dozasının monitorinqidir. 



6.7.1.  Radioaktiv  çirklənmənin  monitorinqi -  ətraf  mühitdə,  fəaliyyətləri  ətraf 

mühitin radioaktiv çirklənməsinə, məhsullarında və tullantılarında radionuklidlərin 

toplanmasına  səbəb  ola  bilən  müəssisələrdə,  təbii  mühit  komponentləri  və  insanın 

yaşayış  mühitinə  radioaktiv  çirklənmənin  müəyyənləşdirilib  qarşısını  almaq 

məqsədilə  sistematik  və  xüsusi  məqsədli  rejimlərdə  radioaktiv  çirklənmə 

mənbələrinin qeydiyyatı yolu ilə aparılır. 

Müəssisələrdə  radioaktiv  çirklənmənin  monitorinqi  istehsalat  monitorinqi 

çərçivəsində müəssisənin özü tərəfindən aparılır, nəticələri aylar üzrə göstərilməklə 

ildə bir dəfə Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 

verilir. 

Radiasiya  mənbələrinin  qeydiyyatı  respublika  ərazisində  fəaliyyət  göstərən 

müəssisə  və  təşkilatlarda  mövcud  olan  radiasiya  mənbələrinin,  radiasiya  mənbəli 

cihaz  və  avadanlıqların  inventarlaşdırma  aktının  ildə  bir  dəfə  yanvar  ayının  25-

dək Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim 

olunması yolu ilə aparılır.

[3]


 

Ətraf  mühitin  (su,  torpaq,  hava)  radioaktiv  çirklənməsinin  sistematik 

müşahidələri aşağıdakı kimi aparılır: 

γ-şüalanmanın  ekspozisiya  dozasının  gücünün  ölçülməsi  -  fon  müşahidələri  - 

gündə 3 dəfə (saat 9.00, 15.00, 18.00-də) əhalinin radiasiya təhlükəsindən mühafizəsi 

və  əvvəlcədən  xəbərdar  edilməsi  məqsədilə  respublikanın  yaşayış  məntəqələrində 

aparılır.  Gündəlik  müşahidələrin  nəticələri  əsasında  aylıq  və  illik  göstəricilərin 

tendensiyaları müəyyənləşdirilir; 

ətraf  mühitdə,  əsasən  su  hövzələrində,  atmosfer  havasında  və  yağıntılarında, 

torpaqlarda ümumi β-radioaktivliyin təyin edilməsi. 

Havanın β-radioaktivliyinin təyin edilməsi gündəlik saat 7.30-13.30 və 19.30-1.30 

intervallarında ilin bütün fəsillərində temperaturdan asılı olmayaraq aparılır. 

Suların radioaktivliyinin monitorinqi hidroloji rejimlərindən asılı olaraq müxtəlif 

su obyektlərində müxtəlif qaydada aparılır: 

çaylarda su mümünələri yayda-suyun minimal sərfində - 1 dəfə, payızda - 1 dəfə, 

qışda - 1 dəfə, yazda - maksimal su sərfində - 3 dəfə aparılır. 




Yüklə 197,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə