Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 197,26 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix20.10.2017
ölçüsü197,26 Kb.
#5953
növüQaydalar
1   2   3   4   5   6   7

Su  anbarlarında  və  göllərdə  (3-radioaktivliyin  təyin  edilməsinin  müddətləri  və 

sayı  suyun  səviyyə  rejimlərindən  asılı  olaraq  müəyyənləşdirilir:  yayda  -  suyun 

minimal səviyyəsində  - 1 dəfə (yağıntı olmayan gündə), payızda  - 1 dəfə, qışın axır 

günlərində - qar əriməmiş -1 dəfə, yazda-gursululuq dövründə -1 dəfə aparılır. 

Torpaqların 

radioaktiv 

çirklənməsinin 

monitorinqi, 

onlarda 

ayrı-ayrı 

radioizotopların  aktivliyinin  yol  verilən  həddən  yüksək  olmamasına  nəzarət 

məqsədilə  sistematik  -  ildə  1  dəfə,  xüsusi  məqsədlər  üçün  isə  -  zəruri  hallarda 

aparılır. 

Yer  səthinə  yaxın  olan  atmosfer  qatında  aerozolların  ümumi  β-radioaktivliyinin 

qatılığının  təyin  edilməsi,  sutka  ərzində  tənzif  planşetlərin  üzərində  yığılmış 

aerozolların radioaktivliyinin ölçülməsi yolu ilə aparılır. 

Yağıntıların 

(qar, 


yağış) 

radioaktivliyi 

aylıq 

yağıntı 


nümunələrində 

tritium izotopunun miqdarının təyin edilməsi yolu ilə aparılır. 



  

6.8. Ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi 

  

6.8.1. Elektromaqnit  şüalanmanın  monitorinqi -  respublikanın  ərazisində əsas 

şüalanma  mənbəyi  olan  Qəbələ  radiolokasiya  stansiyasının,  müxtəlif  radio-

televiziya  stansiyalarının,  radarların,  yüksək  gərginlik  xətlərinin,  peyk  və  mobil 

telefon rabitələri stansiyalarının yaratdığı elektromaqnit şüalanmasının ətraf mühitə, 

canlılara  və  əsasən  də  insanların sağlamlığına  vura  biləcəyi  zərərin  öyrənilməsi 

məqsədilə aparılır. 

Bu məqsədlə: 

elektromaqnit 

şüalanması 

yaradan 

mənbələrin 

yerləşdiyi 

ərazilər 

müəyyənləşdirilir; 

şüalanma  mənbələrinin  yaxın  ətrafının  radiomonitorinqi  üçün  elektromaqnit 

şüalanmasının  əsas  parametrləri  olan  "Elektrik  sahəsinin  intensivliyi  -  E"  (V/m-lərlə), 

"Maqnit  sahəsinin  intensivliyi  -  H"  (A/m-lərlə)  və  "Şüalanma  selinin  sıx-lığı  -  P" 

(Vt/m

2

-lərlə) müəyyən edilir



intensiv  şüalanma  mənbəyi  olan  RLS-in  təsir  zonasında  monitorinq 

daimi müşahidə 

məntəqələri 

yaradılmaqla 

aparılır, 

daimi 


müşahidə 

məntəqələrində fasiləsiz stasionar monitorinq aparılması təşkil edilir; 

radio-televiziya, peyk və mobil telefon stansiyalarının ətrafında ildə 2 dəfədən gec 

olmayaraq monitorinq aparılır; 

ildə  bir  dəfədən  az  olmamaq  şərti  ilə  yüksək  gərginlik  xətlərinin 

keçdiyi ərazilərin səyyar radiomonitorinqi təşkil edilir; 

radarlara yaxın yaşayış məntəqələrinin ərazilərinin radiomonitorinqi tələb olunan 

vaxtlarda aparılır; 

monitorinqin  nəticələri  əsasında  şüalanma  mənbələrinin  sanitar-mühafizə 

zonaları müəyyənləşdirilir; 

sanitar-mühafizə zonaları üzrə müvafiq tədbirlər planı işlənib hazırlanır. 

6.8.2. Səs-küy və vibrasiya təsirlərinin monitorinqi - obyektlərin bu parametrlərə 

görə  xarakterizə  edilməsi,  həlledici  amillərin  müəyyənləşdirilməsi  və  ziyanlı 




təsirlərin  aradan  qaldırılması  üzrə  tədbirlər  görülməsi  məqsədilə  aparılır  (vibro  və 

akustik təcridedilmə, onların yol verilən hədləri daxilində olmasına nəzarət). 

Vibrasiya 

və 


səs-küyün 

monitorinqi 

aparılarkən 

təyin 


edilən 

parametrlər aşağıdakılardır: vibroyerdəyişmə; vibrosürət və vibrotəcil; kəskinlik; 

kənarlaşmaların amplitudaları; vibrasiyanın dispersiyası; akustik gücün səviyyəsi; 

səs təzyiqinin orta kvadratik qiyməti. 

Böyük  şəhərlərdə  vibrasiya  və  səs-küyün  insana  təsir  edən  qeyri  - 

əlverişli çirkləndiricilər  qrupuna  daxil  olmasını  nəzərə  alaraq  onların  monitorinqi 

sistematik aparılır. 

Müşahidə məntəqələrinin yeri, sayı və hər nöqtədə nəzarət edilən parametrlərin 

sayı  səs-küy  və  vibrasiya  mənbələrinin  xarakterinə  uyğun  fərdi  qaydada 

müəyyənləşdirilir. 



  

6.9. Tullantıların monitorinqi 

  

Tullantıların  monitorinqi  -  əmələ  gələn,  emal  olunan,  utilizasiya  edilən 



və saxlanılan  tullantıların  növü,  miqdarı,  emal  və  basdırılma  üsulları  göstərilməklə 

uçota  alınması  və  tullantıların  düzgün  yerləşdirilməsi  qaydalarına  riayət 

olunmasının təmin edilməsindən ibarətdir. 

Tullantıların monitorinqi aşağıdakı qaydada aparılır: 

tullantı mənbələri müəyyənləşdirilir və inventarlaşdırılır; 

tullantı istehsalçıları, daşıyıcıları, emal edənlər, tullantı poliqonlarının operatorları 

tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə ildə bir dəfədən 

az olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat təqdim edirlər

Ekolokiya 

və 


Təbii 

Sərvətlər 

Nazirliyi 

tərəfindən 

"Təhlükəli 

tullantıların sərhədlərarası  daşınması  və  kənarlaşdırılmasına  nəzarət  haqqında" 

Bazel Konvensiyasının prinsip və şərtlərinə əməl olunması təmin edilir. 

  

6.10. Sanitariya-epidemioloji monitorinq 

  

Ətraf  mühitin  sanitariya-epidemioloji  monitorinqi  -  ətraf  mühit  amillərinin 



öyrənilməsi 

və 


onların 

insanların 

sağlamlığına 

təsirinin 

qiymətləndirilməsi məqsədilə 

orqanoleptik, 

sanitariya-kimyəvi, 

fiziki-kimyəvi, 

bakterioloji,  radioloji,  toksikoloji,  helmintoloji  göstəricilər  üzərində  aparılan 

nəzarətdən ibarət olub, aşağıdakıları əhatə edir: 

seliteb və iş zonasının atmosfer havasının monitorinqi; 

əhalinin təsərrüfat-içməli su təchizatında və rekreasiya məqsədilə istifadə olunan 

açıq su mənbələrinin monitorinqi

bitkilərin yetişdirildiyi, mineral gübrə və pestisidlərdən istifadə, zəhərli kimyəvi 

maddələrin 

saxlanma 

yerlərinin, 

uşaq 


müəssisələrinin, 

idman-sağlamlıq 

meydançalarının və sənaye müəssisələrinin ərazilərinin torpağının monitorinqi; 

təsərrüfat-içməli suyun monitorinqi; 




Xəzər  dənizinin  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində  əhalinin 

rekreasiya məqsədilə istifadə etdiyi sahil zolaqlarının monitorinqi; 

əhalinin radiasiya təhlükəsizliyinin monitorinqi. 

  

6.10.1. Atmosfer havasının sanitariya-epidemioloji monitorinqi 

  

Seliteb  zonanın  atmosfer  havasının  sanitariya-epidemioloji  monitorinqi,  əsasən, 



sənayenin inkişafı, avtomobil nəqliyyatının intensivliyi və s. nəzərə alınmaqla dövlət 

sanitariya  orqanları  tərəfindən  müəyyənləşdirilmiş  yerlərdə  və tezlikdə  təşkil 

olunur. 

İş  zonasının  havasının  monitorinqi  -  işçinin  əmək  fəaliyyəti  prosesində  daimi  və 

müvəqqəti olduğu meydança və ya döşəmədən 2 m-dək hündürlükdə olan sahənin 

havası  üzərində  dövlət  sanitariya-epidemioloji  xidməti  tərəfindən aparılan  nəzarəti 

əhatə edir. 

Monitorinq  17.12.2002-ci  il  tarixli  GN-4336/01-01  nömrəli  "Yaşayış  yerlərində 

atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddi" gigiyena 

normaları ilə reqlamentləşdirilən göstəricilər üzərində aparılır. 



6.10.2.       Əhalinin  təsərrüfat-içməli  su  təchizatında  və  rekreasiya  məqsədilə 

istifadə olunan açıq su mənbələrinin monitorinqi - əhalinin açıq su mənbələrindən 

təsərrüfat-içməli  və  rekreasiya  məqsədilə  istifadə  etdiyi  açıq  su mənbələrinin 

üzərində nəzarətin həyata keçirilməsindən ibarətdir. 

Monitorinq 

Səhiyyə 

Nazirliyi 

tərəfindən 

qanunvericiliklə 

müəyyən 

olunmuş qaydada 

təsdiq 

edilmiş 


sanitariya 

norma 


və 

qaydaları 

ilə 

müəyyənləşdirilmiş orqanoleptik, 



sanitariya-kimyəvi, 

bakterioloji, 

radioloji, 

toksikoloji göstəricilər üzərində ayda bir dəfədən az olmamaq şərti ilə aparılır. 

Radioloji  göstəricilər  müəyyənləşdirilərkən  Fövqəladə  Hallar  Nazirliyi  ilə 

razılaşdırılmalıdır.

[4]

 

6.10.3.       Torpağın 



sanitariya-epidemioloji 

monitorinqi aşağıdakı 

yerlərdə təşkil olunur: 

bitkilərin yetişdirildiyi yerlərdə; 

sənaye müəssisələrinin ərazisində

mineral gübrə və pestisidlərin istifadə yerlərində

zəhərli maddələrin saxlanma yerlərində; 

uşaq müəssisələri və idman-sağlamlıq meydançalarının ərazisində; 

yeni  yaşayış  və  ictimai  binaların,  habelə  əhalinin  müntəzəm  istifadə  etdiyi 

obyektlərin tikintisi planlaşdırılan ərazilərdə. 

Monitorinq  kimyəvi  göstəricilərin,  o  cümlədən  üzvi  birləşmələr,  ağır  metallar, 

pestisidlər,  bakterioloji  göstəricilər,  helmintlər  və  radioaktiv  maddələrin  miqdarı 

üzərində rübdə bir dəfədən az olmamaqla həyata keçirilir. 

Radioaktiv  maddələrin  miqdarı  barədə  məlumat  rübdə  bir  dəfədən  az 

olmamaqla, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməlidir.



[5]

 



6.10.4.       Təsərrüfat-içməli  suyun  sanitariya-epidemioloji  monitorinqi - əhali 

tərəfindən  təsərrüfat-içməli  su  kimi  istifadə  olunan  su  mənbələrinin  çirklənməsinin 

qarşısının alınması məqsədilə həyata keçirilir. 

Monitorinq  müvafiq  standartlar  və  sanitariya  normaları  və  qaydaları  ilə 

reqlamentləşdirilən  göstəricilər  əsasında,  su  mənbələrində,  su  təmizləyici 

qurğularda, su hovuzlarında, paylayıcı şəbəkələrdə aparılır. 

Monitorinqin  keçirilmə  tezliyi  ayda  bir  dəfədən  az  olmamaqla  sanitariya-

epidemioloji xidmət orqanları tərəfindən müəyyənləşdirilir. 



6.10.5.       Xəzər dənizinin sanitariya-epidemioloji monitorinqi 

əhalinin rekreasiya məqsədilə istifadə etdiyi sahil zolağında aparılır. 

Monitorinq  çimərlik  mövsümü  (may-sentyabr)  ərzində  həftədə  bir  dəfədən az 

olmamaqla, qalan vaxtlarda isə ayda bir dəfə aparılır. 

Monitorinq  dəniz  suyunda  insan  sağlamlığına  mənfi  təsir  göstərən  neft 

məhsullarının,  fenolun,  mikrobioloji  göstəricilərin,  asılı  maddələrin  təyini  məqsədilə 

həyata keçirilir. 

6.10.6.       Əhalinin  radiasiya  təhlükəsizliyinin  monitorinqi -  əhalinin  və  ətraf 

mühitin 


ionlaşdırıcı 

şüalanmanın 

təsirindən 

mühafizəsinin 

təmin 

edilməsi məqsədilə  aparılan  tədbirlər  sistemi  olub  qanunvericiliklə  müəyyən 



edilmiş normativ sənədlərə uyğun olaraq həyata keçirilir. 

  

6.11. Ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin 

vəziyyətinə təsirinin monitorinqi 

  

6.11.1.       Ekzogen 



geoloji 

proseslərin 

ətraf 

mühitin 

vəziyyətinə 

təsirinin monitorinqinə -  torpaqların,  şəhər,  qəsəbə  və  kəndlərin,  sənaye  və  mülki 

obyektlərin 

sürüşmələrdən, 

sellərdən, 

subasmalardan, 

bataqlaşmadan, 

şoranlaşmadan, yarğanəmələgəlmədən, külək və su eroziyasından, abraziyadan və 

s. qorunması, 

baş 

verə 


biləcək 

proseslərin 

dinamikasının 

nəzarətdə 

saxlanılması, proqnozlaşdırılması,  onlardan  dəyə  biləcək  ziyanın  minimuma 

endirilməsi məqsədilə 

kompleks 

hidrogeoloji, 

mühəndis-geoloji, 

geofiziki, 

topogeodeziktədqiqatların  aparılması  və  bu  məqsədlə  müşahidə  şəbəkəsinin 

yaradılması daxildir. 

Ekzogen-geoloji 

proseslərin 

monitorinq 

şəbəkəsinə 

növlərindən 

asılı 


olaraq aşağıdakılar daxildir: 

sürüşmələr  üzrə  -  reperlər,  quyular,  mayaklar,  xüsusi  cihazlar,  vizual  müşahidə 

nöqtələri

sellər, uçqun və töküntülər üzrə - xüsusi meydançalar, tamasalar, vizual müşahidə 

nöqtələri; 

subasmalar,  bataqlaşmalar  və  şoranlaşmalar  üzrə  -  quyular,  tamasalar,  vizual 

müşahidə nöqtələri; 

külək  və  su  eroziyaları  abraziyalar  və  palçıq  vulkanları  üzrə  -  vizual  müşahidə 

nöqtələri və tamasalar. 



Ekzogen-geoloji proseslərin monitorinqi prosesin dərəcəsindən və növündən asılı 

olaraq aşağıdakı tezliklə aparılır: 

I     dərəcəli  proseslər  (inkişaf  edən,  lakin  hələlik  iri  miqyaslı  təhlükə 

yaratmayanlar) üzrə - ildə 1 dəfə; 

II   dərəcəli 

proseslər 

(təhlükə 

yaradanlar, 

lakin 

ümumi 


profilaktik 

tədbirlərin görülməsi  ilə  qarşısının  alınması  mümkün  olanlar)  -  sürüşmələr,  sellər, 

subasmalar,  bataqlaşmalar  üzrə  ilin  mart-iyun  aylarında  hər  ayda  1  dəfədən  az 

olmayaraq, qalan vaxtlar 3 ayda 1 dəfədən az olmayaraq; 

digər proseslər - hər 3 ayda 1 dəfədən az olmayaraq

III  dərəcəli proseslər (əhaliyə və iqtisadiyyat sahələrinə real təhlükə yaradan və 

onlara  qarşı  təxirəsalınmaz  tədbirlərin  görülməsi  tələb  olunan)  -  sürüşmələr  üzrə 

mart-iyun  və  oktyabr-noyabr  aylarında  -  hər  ayda  3  dəfədən  az  olmayaraq,  qalan 

aylar 1 dəfədən az olmayaraq; 

digər proseslər - ayda 1 dəfədən az olmayaraq. 

Atmosfer 

çöküntülərinin 

aylıq 

normadan 



artıq 

olduğu 


və 

anomal 


hallarda proseslər üzərində əlavə olaraq yoxlama müşahidələri aparılır. 

6.11.2.       Seysmogeodinamik  proseslərin  monitorinqi -  respublika  ərazisində 

seysmogeoloji, seysmogeodinamik, hidroseysmoloji və geofiziki tədqiqatlar əsasında 

təşkil  edilmiş  regional  və  lokal  rejim  şəbəkələrində  hidrodinamik,  hidrokimyəvi  və 

geofiziki sahələrin variasiyalarına müşahidələrin aparılmasından, seysmogeodinamik 

şəraitin dəyişmələrinin izlənilməsindən, ona nəzarətdən və güclü seysmik proseslərin 

proqnostik əlamətlərinin öyrənilməsindən ibarətdir. 

Seysmogeodinamik  proseslər  üzərində  kompleks  müşahidələr  hidrodinamiki, 

hidrokimyəvi, geofiziki müşahidə şəbəkələrində (poliqonlarda) aparılır. 

Müşahidələr  hidrodinamiki  məntəqələrdə  fasiləsiz  olaraq  (hər  saatdan 

bir), geofiziki  məntəqələrdə  gündəlik,  hidrokimyəvi  məntəqələrdə  isə  5  gündən 

bir aparılır. 

  

6.12. Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi 

  

Azərbaycan  Respublikasının  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin 

monitorinqi  -  təbiət  komplekslərinin  və  onların  komponentlərinin  kəmiyyət 

və keyfiyyət  göstəricilərinin  öyrənilməsi,  vəziyyətin  qiymətləndirilməsi  və 

proqnozlaşdırılmasından ibarətdir. 

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  monitorinqi  xüsusi  mühafizə  olunan 

təbiət əraziləri və obyektlərinin dövlət kadastrı hüdudlarında aparılır. 

Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqinə aşağıdakılar daxildir: 

stasionar  və  marşrut  müşahidə  məntəqələrinin  təşkil  edilməsi  və  müşahidələrin 

aparılması; 

heyvanlar aləminin say hesabatının aparılması (əsasən məməlilərin yaz və payız, 

quşların isə payız və qış say hesabatları); 

xüsusi 

mühafizə 



olunan 

təbiət 


ərazilərində 

olan 


meşələrdə 

təbii 


bərpanın vəziyyəti,  vegetasiya  dövrü  ərzində  onların  üzərində  müşahidələrin 


aparılması  (əsasən  erkən  yaz  dövründən  başlayaraq  tumurcuqlama,  çiçəkləmə, 

meyvə və yarpaqların düşdüyü dövrə qədər); 

təbiət 

komplekslərinin 



qorunma 

vəziyyəti, 

bərpası, 

antropogen 

təsirlərin qiymətləndirilməsi; 

təbiət komplekslərinin və komponentlərinin təhlükə faktorlarının öyrənilməsi. 

Qoruqların (yasaqlıqların) monitorinqi aşağıdakı qaydada aparılır: 

qoruqların  (yasaqlıqların)  yerləşdiyi  coğrafi  mövqedən,  orada  olan  bitki  və 

heyvanlar aləmindən asılı olaraq bütün təbii zonaları əhatə edən daimi və müvəqqəti 

təcrübə və hesabat müşahidə məntəqələrinin və marşrutların seçilməsi; 

qoruqların  (yasaqlıqların)  ərazilərinin  torpaq  kateqoriyalarına  görə  bölünməsi  və 

orada olan dəyişkənliyin öyrənilməsi (il ərzində); 

qoruğun (yasaqlığın) relyefində olan dəyişikliklərin öyrənilməsi (il ərzində); 

vegetasiya  dövründə  torpağın  rütubətliliyi,  temperaturun  və  yağıntıların 

dinamikasının qiymətləndirilməsi; 

suların (çaylar, göllər, bulaqlar, şəlalələr və s.) uçotu (il ərzində); 

flora (yeni növlər və əvvələr məlum olan növlərin yeni yayıldığı ərazilər, nadir, 

nəsli kəsilməkdə olan, relikt və endemik növlər) və onun dəyişməsi (il ərzində); 

fauna  (məməlilər,  quşlar,  amfibi,  reptili,  balıq  və  s.)  və  onun  dəyişməsi 

(il ərzində); 

təbiətin təqvimi (müşahidələr il boyu mövsümlər üzrə aparılır); 

-

  



fenoloji mərhələ; 

-

  



landşaftın görünüşü; 

-

  



əsas mövsümi proseslər, onların indikatorları, temperaturun gedişi; 

-

  



başlanma; 

-

  



kənara çıxma; 

-

  



qoruq  rejiminin  vəziyyətinin  və  qoruğun  mühafizə  zonasına  antropogen  təsirin 

öyrənilməsi. 

  

  

  



 

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 

1.

               

7  avqust  2009-cu  il  tarixli 122 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №08, maddə 675)

 

2.

               

19  noyabr  2014-cü  il  tarixli 371 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1510)

 

  



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  



 

 



 

[1]

 

19  noyabr  2014-cü  il  tarixli 371 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1510) ilə 6.2.1.4-cü yarımbəndin onuncu abzasında 

balıqların və digər dəniz canlılarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz 

edilmişdir. 

  

[2]



 

19  noyabr  2014-cü  il  tarixli 371 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1510) ilə  6.5.2-ci  yarımbəndin  birinci  abzasında 

balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilmişdir. 

  

[3]


 7  avqust  2009-cu  il  tarixli 122 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2009-cu  il,  №08,  maddə  675) ilə 

"Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqinin  aparılması  qaydaları  haqqında 

Əsasnamə"nin  6.7.1-ci  bəndin  ikinci  və  üçüncü  abzaslarında  "Ekologiya  və  Təbii  Sərvətlər 



Nazirliyinə" sözlərindən əvvəl "Fövqəladə Hallar Nazirliyinə və" sözləri əlavə edilmişdir. 

  

[4]



 

7  avqust  2009-cu  il  tarixli 122 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2009-cu  il,  №08,  maddə  675) ilə 

"Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqinin  aparılması  qaydaları  haqqında 

Əsasnamə"nin 6.10.2-ci bəndə üçüncü abzas əlavə edilmişdir. 

 

 



[5]

 7  avqust  2009-cu  il  tarixli 122 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2009-cu  il,  №08,  maddə  675) ilə 

"Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqinin  aparılması  qaydaları  haqqında 



Əsasnamə"nin 6.10.3-cü bəndə doqquzuncu abzas əlavə edilmişdir. 

 

Yüklə 197,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə