965. Qara metallurgiya xammallarını müəyyən edin: - dəmir,
manqan, xrom, nikel, kobalt, titan, volfram, molibden,
vanadium, tantal, niobi
966. Əlvan metallurgiya xammallarını müəyyən edin: -alüminium,
mis, sink, qurğuşun, civə, qalay, sürmə filizləri, Nadir metallar:
Selen, verillium, Litium, qallium, uran, tallium, stronsium,
renium, germanium, tellur, rubidium, litium, Nəcib və ya
qiymətli materiallar: qızıl, gümüş, platin
967. Neftin hansı temperaturada qatılaşdığını, donduğunu
bilirsinizmi? - 11-19°S
968. Neftin emalından alınan məhsulların hansı mənfi temperaturda
qatılaşdığını, donduğunu göstərin:-60-70° S arasında
969. Neft sərbəst surətdə quyulardan yerin səthinə çıxa bılmədikdə
onda laylara istisu, buxar, qaz vuraraq nefti isladırlar
970. Neftin hasilatının fontan, kompressor, nasos üsullan mövcuddur.
971. Neft hasilatında 1-5-ci yerləri hansı dövlətlər tutur? -
S.Ərəbistanı - 450,0 mln.ton, ABŞ - 435,0 mln.ton, Venesuela -
333,0mln.ton, Rusiya Federasiyası - 324,0 mln.ton, Đran Đslam
Respublikası - 185,0 mln.ton
972. Qazın emalından 1000-dən artıq yeni məhsulların alındığını
yəqin ki, bilirsiniz.
973. Hansı ölkədən qazdan ancaq məişətdə istifadə olunur? -
Yaponiyada
974. 1 km məsafəyə qaz boru xətti çəkilməsində 1450 mm diametrə
malik boru üçün 1000 ton metal, habelə 1,5 mln.dollar gərəkdir.
975. Nefti ancaq 2000 km məsafəyə qədər boru-kəmər-nəqliyyatı ilə
nəql etmək iqtisadi cəhətdən rentabelli hesab edilir. Daha uzaq
məsafələrə neftin tankerlərlə daşınması məqsədə uyğundur.
976. Fransız və Kanada tipli reaktorlar dünyada ən etibarlı-sınanmış
atom reaktorları hesab olunur. Hansı ki, 250-300 min kvt
gücündə olan hər reaktorun dəyəri 500-700 min dollar təşkil
edir.
977. Hansı ölkədə torpaq çatışmamazlığından AES-lər dənizdə
yaradılmış süni adalarda yerləşdirilirlər? - Yaponiyada
978. Hansı ölkələrdə AES-lər yeraltında yerləşdirilirlər? -Torpaq
ehtiyatı az olan ölkələrdə
979. Alüminium 933,5°S-də əriyir, 2740°S-də isə qaynayır. 980
980. 70 kq çəkiyə malik olan hər bir insanın bədənində 6 mq
alüminiumun olması müəyyənləşdirilmişdir.
981. Qızıl ehtiyatına görə dünyada 1-5-ci yerləri tutan dövlətləri
müəyyənləşdirin: - CAR - ehtiyatı 103 min ton, ABŞ-100 min
ton, Kanada-7,4 min ton, Avstraliya-6,4 min ton, RF-6,0 min ton
982. Dünyada olan başlıca kanalların texniki göstəricilərini yada
salın:-Süveyş-1869-cu ildə açılmış, uzunluğu 193 km, maksimal
eni 365 metr, orta dərinliyi 20 m; Panama-1914-cü ildə açılmış,
uzunluğu 81,6 km, eni 150 m, dərinliyi 12,5 m
983. Hansı nəqliyyatın yükdaşımada xüsusi çəkisi 10 %, sərnişin
daşımada isə 89 % təşkil edir? - Avtomobil nəqliyyatının
984. Dünyada ən hündür göydələnin Kuala - Lumpurda olduğunu
yadda saxlayın.
985. Dünyada daxili su yollarının uzunluğunun 550 min km olduğunu
bilirsinizmi?
986. Dünyanın ən soyuq nöqtəsi harada və nə qədərdir? -
Antarktidada, Vostok məntəqəsində - 89,2°S
987. Dünyada ən böyük göl-dənizin Xəzər dənizi - (sahəsi 371 min
kv.km) olduğunu bilirsinizmi?
988. Ərazisinin çox hissəsi yarımadada, paytaxtı isə adada yerləşən
dövlətin Danimarka olduğunu yadda saxlayın.
989. Yer Kürəsində 7 əsas iqlim qurşağmm olmasını yadda saxlayın.
990. Heç bir dövləti olmayan materikin Antarktida olduğunu
oxuculara çatdırmaq lazımdır.
991. Dünyada 40 mln-dan artıq Đrlandiya mənşəli əhalinin ABŞ-da
yaşadığını da unutmayın.
992. Dünyada müasir şəraitdə ingilis dilinin beynəlxalq ünsiyyət
yaradan dil olduğunu bilirsinizmi?
993. Dünyada əhalinin siyahıya alınmamasında Omon və Qətərin
yeganə ölkələr olduğunu bildirin.
994. Dünyada ən çoxuşaqlı ananın 60-cı illərdə Çilidə yaşadığını və
55 övladın dünyaya gətirdiyini də yadda saxlamalıyıq.
995. Azərbaycanın dövlət sərhədlərinin ümumi uzunluğunun 3742
km: Đranla 765 km, Türkiyə ilə 13 km, Rusiya ilə 391 km,
Gürcüstanla 471 km, Ermənistanla 1007 km, Xəzər dənizi ilə
825 kın, auaiana 27G km ulduğunu, ərazisinin isə əvvəllər 410
min kv.km təşkil etdiyini yadda saxlayın.
996. Azərbaycanın unitar dövlət və Prezident üsul - idarəsinə malik
olduğunu oxucular bilməlidir.
997. 1960-cı ildə yaranmış neft ixrac edən ölkələr birliyinin-OPEK-in
tərkibində 12 ölkənin: Əlcəzair, Venesuela, Qabon, Đndoneziya,
Đraq, Đran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ və Səudiyyə
Ərəbistanın olmasını unutmayın.
998. «Đslam Konfransı» təşkilatı özündə 50-dən artıq ölkəni
birləşdirərək 1972-ci ildə Şərqin müsəlman ölkələrinin Xarici
Đşlər Nazirlərinin 3-cü konfransında təsis olunaraq məqsədi
ölkələr arasında əməkdaşlığın daha da yüksəldilməsinə, hər cür
dini ayrı-seçkiliyin qarşısının alınmasına, müstəmləkəçiliyin
əleyhinə, sülhün və təhlükəsizliyin təmin edilməsinə nail
olmaqdadır.
999. Dünyada 2 paytaxtlı dövlətlərə misal çəkə bilərsinizmi? -
Niderland: Amsterdam, Haaqa; CAR: Pretoriya, Keyptaun;
Boliviya: Sukra, La-Pas
1000. Əhalinin 1-ci tip artımı: hər 1000 nəfər hesabı ilə 15 promil
doğum, 10 promil ölüm, təbii artım isə 5 promil olmaqla yüksək
inkişaf etmiş, yeni inkişaf etmiş, keçid iqtisadiyyatına malik olan
və bəzi inkişaf etməkdə olan ölkələrə aiddir.
1001. Əhali artımının 2-ci tipi doğumun yüksək olması ilə
səciyyələnir. Ona görə də hər 1000 nəfər hesabı ilə doğum 50
promil, ölüm 25 promil, təbii artım 25 promil təşkil edir ki, bu
da əsasən Yəmənə, Zambiyaya, Keniyaya, Mozambikə aiddir.
1002. Doğumun çoxluğuna başlıca səbəblər:-Əhalidə sosial və
intellektual səviyyənin aşağı səviyyədə olması; savadsızlığın
üstünlüyü; ailələrdə çoxuşaqlılığa meyillərin üstünlüyü - necə
deyərlər, qonşularda yarışın olması; çox oğlan doğmağa marağın
yüksək olması; aborta qarşı dini qadağalarm qoyulması, abortun
qadağan edilməsi; erkən yaşlarda (kiçik yaşlarda) ailə - kəbinin
qurulmasınm mövcudluğu
1003. Dünyada 440-dan artıq milyonçu şəhər vardır ki, onun da
280-dan artığı inkişaf etməkdə olan ölkələrdədir.
1004. Đllik banan toplanılmasının 2/5-ni Asiya, 1/4-ni Cənubi
Amerika, yerdə qalanmı Şimali Amerika, Afrika ölkələri verirlər
ki, əsasən onun da vətəni rütubət və isti sevdiyi üçün əsasən
onun da vətəni Asiya hesab edilməklə hələ II Dünya
müharibəsinə qədər Mərkəzi Amerika ölkələri «banan»
respublikaları adlandırılmışlar.
1005. Avropada Təhlikəsizlik və Əməkdaşiıq üzrə Təşkilatı(ATƏT)
1975-ci ildə Finlandiyanın Helsinki şəhərlərində Qərbi
Avropanın 33 dövlətinin və ABŞ və Kanadanın iştirakı ilə təsis
Dostları ilə paylaş: |