1075. 1000 kv.km hesabı ilə ən çox avtomobil yolları hansı ölkələr
üçün xarakterdir? Belçika (4700 km), Yaponiya (3000 km),
Niderland (3350km), Almaniya (1800 km).
1076. Dünyada neçə beynəlxalq çay hövzələrinin olduğunu
bilirsinizmi? - 214: Reyn, Amazonka, Konqo, Nil, Niger, Dunay
və başqaları
1077. O hansı çaydır ki, 12 ölkə ərazisindən keçir? - Dunay
1078. Dünyada nə qədər aeroport vardır ki, onun da neçəsi
beynəlxalq əhəmiyyət kəsb edir? - 15 min aeroportdan 1100-ü
beynəlxalq əhəmiyyət kəsb edir.
1079. Dunyada maliyyə fəaliyyətinin hansı sayda və başlıca
arealları hansılardır? - 3 başlıca arealı: - ABŞ, Qərbi Avropa,
Asiya, Yaponiya
1080. Dünya maliyyə təşkilatlarının bir neçəsini göstərin: Dünya
Bankı, Beynəlxalq Bank, Avropa Yenidən Qurma və Đnkişaf
Bankı, Asiya Đnkişaf Bankı, Ərəb Valyuta Fondu, Afrika Đnkişaf
Bankı.
1081. Beynəlxalq turizmin inkişafına təsir edən amilləri
bilirsinizmi? — Sosıa-ıqtısadi vəziyyət, ərazinin rekreasiya
resursları potensialı, infrastruktur, ərazinin coğrafi mövqeyi,
subyektiv faktorlar və s.
1082. Yaponiyada dövlət bayramları əgər istirahət gününə düşürsə,
onda növbətin iş günü istirahət günü hesab edilir.
1083. Dünyanın hansı ölkəsidir ki, ancaq orada bərpa olunan enerji
mənbələri üzrə xüsusi nazirlik fəaliyyət göstərir? - Hindistan
Respublikası
1084. Qanq çayı üzərində 114 şəhərin yerləşdiyini bilirsinizmi?
1085. Afrikanın 56 dövlətinin neçəsində prezident üsul-idarəsi
mövcuddur? - 46 dövlət prezidentli respublikadır
1086. Hansı qitədə 52 dövlət inzibati-ərazi quruluşuna görə unitar
dövlət sayılır? - Afrikada 52 unitar dövlət vardır, federal
dövlətlərin sayı isə 4-dən çox deyildir (CAR, Nigeriya, Komor
adaları, Efiopiya)
1087. Afrikada 650 mln. əhalinin olmasını, doğum koeffısientinin
isə 45 promilə çatdığını bilirsinizmi?
1088. Nil çayı üzərində tikilmiş Nasir adına su anbarının
uzunluğunun 500 km, eninin 9-40 km arasında dəyişdiyini, orta
dərinliyinin 30 m olduğunu, yaradılmış Asuan SES-inin 12
turbininin 2,1 mln. kvt.gücünün və ildə 10 mlrd.kvt-saatdan çox
elektrik enerjisi hasil etdiyini bilirsinizmi?
1089. Afrikanın hansı şimal dövıətində neft hasil olunur? -
Əlcəzairdə
1090. Dünyada hansı ölkəni immiqrantlar ölkəsi adlandırırlar? -
Amerika Birləşmiş Ştatlarmı, bunlar işləyənlərin 8 %-ni təşkil
edır.
1091. ABŞ öz inkişaf tarixində nə vaxt ən çox neft hasilatına malik
olmuşdur? - 1972-ci ildə 530 mln.ton
1092. ABŞ-ın neçə ştatında neft hasil olunur? - 20 ştatında
1093. Uzunluğu 1288 km-ə çatan, 12 nasos stansiyası olan, ildə 120
mln.ton neft axıtma qabiliyyətinə malik Transalyaska neft
kəməri nə vaxt çəkilmişdir? - 1971-1977-ci illərdə
1094. ABŞ-da nə vaxt, harada və hansı AES-də qəza hadisəsi baş
vermişdir?-1979-cu ilin martında, Pensilvaniya ştatının
Harrisberq şəhərindəki Tri-Mayl-Aylend AES-ində.
1095. ABŞ-da qeyri-ənənəvi elektrik stansiyalarından ən çoxluq
təşkil edəni GeoĐES-lərdir. Hal-hazırda onların sayı və gücü nə
qədərdir?-70 sayda olan GeoĐES-lərin gücü 2,7 mln.kvt-dan
çoxdur.
1096. ABŞ-in «avtomobil ştatı» hansı hesab edilir? - Miçiqan ştatı.
Ölkənin 26 ştatının 150 şəhərində avtomobil zavodu məhsul
verməkdədir.
1097. ABŞ-ın dünyada dəmir yollarının, avtomobil yollarını, boru-
kəmər xətlərinin uzunluqlarına, dəmir yollarının və avtomobil
nəqliyyatının yük dövriyyəsinə, avtomobil və hava nəqliyyatının
sərnişin dövriyyəsinə, avtomobil parklarına, aeroportların illik
sərnişin buraxma qabiliyyətinə və sayına, elektrik stansiyalarının
gücünə, hasil etdiyi ejektrik enerjisinin illik miqdarına, elektrik
enerjisinin illik istehlakına, AES-lərin sayına və gücünə görə 1-
ci yeri tutduğunu unutmayın.
1098. Đnternetdən istifadəyə görə dünyanın hansı ölkəsi 1-ci yeri
tutur və istifadə edənlərin sayı nə qədərdir? - ABŞ, 132 milyon
nəfərdən çox Đnternetdən istifadə edir.
1099. Aşağıdakıları bilmək yaxşı olardı:-Miqrasiya-insanların
yerdəyişməsi; Emiqrasiya-ölkədən getmə; Đmmiqrasiya-ölkəyə
insanların gəlməsi; Reemiqrasiya-ölkədən gedənlərin yenidən öz
vətəninə qayıtması; Repatrasiya-uzun illərdən sonra ölkəyə
qayıtma. Məsələn, II Dünya müharibəsindən, Böyük Vətən
müharibəsindən çox müddətdən sonra. SSRĐ-yə qayıdanların
sayı 30 mln.nəfərdən çox olmuşdur.
1100. Dünyada inkişafda olan ölkələr hansı regionlarda yerləşməklə
onların sayını bılirsinizmi? -Asiya, Afrika, Okeaniya, Latm
Amerikası regionunda yerləşməklə 160-dan az saya malik
deyillər.
1101. Đqtisadi inkışaf səviyyəsinə görə ĐOÖ-i neçə qrupa ayırmaq
olar? - 5 qrupa.
1102. Dünyada inkişaf etmiş ölkələrin saymı göstərməklə onların
müasir siyasi və iqtisadi xəritədəki mövqelərini araşdırm; -
Đnkişaf etmiş ölkələrin sayı 60-a qədər olmaqla dünya illik
sənaye məhsulunun 60 %-ə qədərini, kənd təsərrüfatı
məhsullarımn isə 40 % - dən artığım verirlər.
1103. ABŞ-da maşınqayırmanın ən çox turizm təsərrüfatında
turistlərin yaşayışı üçün istifadədə gərəkli hesab olunan
avtomobil qoşquları-treylerlər sahəsi geniş inkişaf etdiyindən hər
il 30 mln. turistin bunlardan istifadə etdiyini bilirsinizmi?
1104. «Amerikanın Aralıq dənizi» haranı adlandırdıqlarını
bilirsinizmi? - Meksika körfəzi hövzəsini
1105. Latın Amerikasında başlıca neft ölkələrinin hansılar olduğunu
bilirsinizmi? - Meksika, Venesuela
1106. Braziliyanın dünyada hər il 2,0 mln. ədədə qədər istehsal
etdiyi avtomobilin şəkər qamışından aldığı etil spirti əsasında
işlədiyini bilirsinizmi?
1107. Đllik kofe, şəkər qamışı, banan, portağal (21 mln. t) məhsulu
toplanmasına görə Braziliyanın 1-ci yeri tutduğunu, dünyada ən
böyük gücü olan Đtaypu SES-inə malik olduğunu yadda saxlayın.
1108. Göydələnlərin çoxluğuna görə Latın Amerikasının Nyu-
Yorku adlandınlan San-Paulo şəhəri Braziliyanın «iqtisadi
paytaxtı» hesab edildiyini yəqin ki unutmazsınız.
1109. Panama kanalının «Amerika körpüsü» adlandırıldığını da
yəqin ki, unutmazsınız.
1110. Đslam Đnkişaf Bankının (ĐĐB) 47 ölkəni özündə birləşdirərək -
Azərbaycan da daxil olmaqla 1984-cü ildən fəaliyyət
göstərdiyini bilirsinizmi?
1111. Ərəb dövlətləri liqası 1945-ci ildən fəaliyyət göstərərək 22
ərəb ölkəsini birləşdirdiyini yadda saxlayın.
1112. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1945-ci il oktyabrın 24-
də yaradılarkən neçə dövlət imza atmışdır? - 51 ölkə
Dostları ilə paylaş: |