Sudan istifadə və suyun mühafizəsi
Su qanunvericiliyi
və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik su ehtiyatlarının və su
obyektlərinin qorunması sahəsində hüquqi normalar kompleksinin tətbiqini nəzərdə tutur
(Azərbaycan Respublikası Su Məcəlləsi, Maddə 14). Bundan əlavə, hökumət su obyektlərinin
mühafizəsi, istismarı və dövlət nəzarəti sahəsində qaydaları müəyyən edən bir sıra qərarlar qəbul
etmişdir.
Azərbaycanda ekoloji tələblərin icrası mexanizmlərinə aid əsas müddəalar Ətraf Mühitin
Mühafizəsi haqqında 1999-cu il tarixli qanunun XI maddəsində göstərilir. Belə mexanizmlərə
daxildir:
səlahiyyətli dövlət orqanları, daha dəqiq desək, səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən
qaydalara
riayət və qaydaların icrasının dövlət monitorinqi;
Qaydalara
uyğunluğun sənaye obyektlərinin özləri tərəfindən müstəqil monitorinq edilməsi;
Fərdlərin və qeyri-hökumət təşkilatlarının şikayət və müraciətləri əsasında ekoloji dövlət nəzarəti
Su
ilə əlaqədar əsas iqtisadi alətlər kimi sudan istifadə haqları, cərimə və kompensasiyalardır.
SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ
ONLARDAN
İSTİFADƏ
Sudan
istifadə üçün cari icazə və ödəniş formaları
Su
Məcəlləsinin 98-ci maddəsində göstərilir ki, suyun keyfiyyətindən, məqsədindən (içməli su,
suvarma suyu
və s.), su təsərrüfatı obyektinin texniki fəaliyyətindən, suyun daşınması və
mənimsənilməsi üsullarından və istehsal xərclərinə təsir edən digər amillərindən asılı olaraq sudan
istifadə haqları su təsərrüfatı sistemlərinin xüsusiyyətlərinə müvafiq olaraq fərqləndirilməlidir.
Azərbaycan Respublikasında bütün tarif və rüsumlar Tarif Şurası tərəfindən təsdiq edilməlidir.
Ödəmələr
•
Tullantı sularının axıdılması xidmətinə görə ödəmələr
•
Təbii ehtiyatlardan istifadəyə görə ödəmələr
Sudan
istifadə üçün icazə
•Yerüstü su
obyektlərindən istifadə:
•Qrunt
(yeraltı) suları:
•
Tullantı sularının axıdılması üçün icazə:
Sudan suvarmada
istifadə
•Suvarma
sularından istifadənin hazırkı vəziyyəti
•Suvarma
zamanı su itkisi
SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ
ONLARDAN
İSTİFADƏ
İçməli su təchizatı
Azərbaycanda mövcud olan bütün su mənbələrindən içməli su təchizatı üçün istifadə olunur.
Regionlarda
əsas su təchizatı mənbələri yaxın ərazilərdə yerləşən yerüstü və qrunt suyu
mənbələridir. Mingəçevir su anbarından aşağıya doğru Kür çayının çirklənmiş suyu əhali
tərəfindən içməli su mənbəyi kimi istifadə edilir.
Bakı şəhərinə gətirilən sular (16 kub m/san) arasında ən təmizləri aşağıdakılardır:
•Xaçmaz (1956-
cı il, 2.65 kub m/s);
•
Şollar su kəməri (1917, 1937-ci il, Bakıdan 187 km uzaqlıqda, təqribən 1.5 kub m/san).
Ceyranbatan su
anbarının suyu (Samur-Abşeron kanalı, 26.4 kub m/s suyun 12.3 kub m/s-i anbara
vurulur) hava, qrunt
və yerüstü suların təsiri ilə müəyyən qədər çirklənmişdir (yod, sink, Cu), lakin
yaxşı keyfiyyətə malikdir. (7.5 kub m/san içməli və 5 texniki) Kür çayından:
•Kür I-1972, 3.9 kub m/s;
•Kür II-1987,5.2 kub m/s
2011-ci
ildə Dövlət Oğuz-Qəbələ-Bakı su kəməri (5 kub. m/san) layihəsini həyata keçirmişdir.
SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ
ONLARDAN
İSTİFADƏ
Kanalizasiya sektorunda
Bakı tullantı suları şəbəkəsi şəhərin 72%-ə yaxınına xidmət edir, lakin bu suların yalnız 50%-i
emal edilir. Emal
edilən suyun 90%-i boloji və yalnız 10% -i mexaniki qaydada emal edilir.
Ölkənin digər şəhər ərazilərində su ilə təminat 32%-ə qədər düşür. 16 şəhər və rayonda tullantı
sularının emalı qurğuları mövcuddur; onların əksəriyyəti qismən və ya tamamilə istismardan
çıxarılmışdır.
Kənd yerlərində yerli, təsərrüfat daxili kanalizasiyalardan, əsasən ayaqyolu çuxurlarından istifadə
edilir.
Əksər hallarda əhaliyə təchiz edilən suyun keyfiyyəti tələb olunan standartlara cavab vermir.
Dövlət bu problemləri həll etmək üçün donor icmalarla əməkdaşlığa yönəlmiş zəruri addımlar
atmağı öz öhdəsinə götürür.
Azərbaycan hökuməti ölkənin 60-dan artıq kiçik şəhərlərinin (rayon mərkəzlərinin) su təchizatı və
kanalizasiya
sistemlərinin qurulmasına dair geniş proqram qəbul edib. Artıq 20-dən çox belə
layihələrin icrasına başlanılmışdır. Eyni zamanda kəndlərin su təchizatı ilə bağlı lokal layihələr
həyata keçirilir.
SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ
ONLARDAN
İSTİFADƏ
Dostları ilə paylaş: |