RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA HAQQINDA. NƏZƏRİ ASPEKT.
RAMELLA GÜLƏLİYEVA,
BDU, cinayət hüququ kafedrası, dosent, hüquq elmləri namizədi
Korrupsiya, rüşvətxorluq kimi aktual bir problemə baxmazdan öncə, təəssüflə qeyd olunmalıdır
ki, Azərbaycandakı rüşvətxorluq, onun tarixi və müasir vəziyyəti hüquqi elmi problem kimi
indiyə qədər heç kim tərəfindən tədqiq olunmayıb. Respublikada bu prolem üzrə bir dənə də
olsun monoqrafiya mövcud deyildir və bir dənə də olsun dissertasiya müdafiə olunmayıb.
Rüşvətxorluğun obyekti nədir?
Bu problemin mövcud elmi yanaşmalarına uyğun olaraq yalnız maddi dəyərlər və maddi
xarakterli xidmətlər rüşvətxorluğun obyekti ola bilər. Son illərdə vəzifəli şəxslərin ələ alınmasının
ənənəvi formaları ilə yanaşı xarici səfərlərin ödənilməsi, güzəştli kredit verilməsi, müxtəlif
xidmətlərin göstərilməsi, dövlət aparatından vəzifədən gedən şəxsə sonradan yüksək maaşlı
vəzifənin verilməsi, bir şəxsə eyni zamanda bir neçə vəzifənin verilməsi və sairə bu kimi yeni
formalardan istifadə olunur. Qeyri‐maddi xarakterli xidmətlərin göstərilməsi isə rüşvətxorluğun
obyektina aid edilmir.
Korrupsiya anlayışı və onun rüşvətxorluqla mütənasibliyi
Korrupsiya sosial təzahürdür, dövlət qulluqçusunun və ya digər qulluqçunun ələ alınması və ya
satqınlığı ilə və bunun əsasında da onların şəxsi və ya dar qrup, korporativ maraqları naminə
rəsmi vəzifə səlahiyyətlərindən və bununla bağlı nüfuz və imkanlardan sui‐istifadə etməsiylə
səciyyələnir.
Korrupsiyanın əsas mexanizmləri aşağıdakılardır:
•
ikitərəfli əlbir razılaşma və bu zaman dövlət vəzifəsi və ya digər vəzifə tutan şəxs
vəzifəsinin nüfuzuna və imkanlarına əsaslanan xidməti səlahiyyətlərini, yaxud
xidmətlərini fiziki, hüquqi şəxslərə, qruplara (o cümlədən “mütəşəkkil cinayətkar
qurumlara”)
qeyri‐leqal
olaraq
“satır”,
“alıcı”
isə
varlanmaq,
imtiyazlarını
qanunvericiliklə rəsmiləşdirilmək, qanunla nəzərdə tutulan məsuliyyətdən, sosial
nəzarətdən boyun qaçırmaq və sairə bu kimi məqsədləri üçün dövlət qurumundan, yaxud
digər qurumdan istifadə etmək imkanını əldə edir;
•
rüşvətin, əlavə hədiyyənin qulluqçu tərəfindən zorla tələb edilməsi;
•
qulluqçuların fəal, təşəbbüslə və bir çox hallarda eyni zamanda güclü psixi təzyiq
göstərməklə ələ alınması.
Korrupsiya ilə bağlı qanunpozmaların müxtəlif növləri mövcuddur. Adətən, belə
qanunpozmalarının iki növünü ayırırlar: birincisi, bu, maddi və digər növ faydanın, yaxud
imtiyazların verilməsi şəklində baş verən korrupsiya qanunpozmasıdır; ikincisi, bu, korrupsiya
üçün şərait yaradan və onu təmin edən (vəzifə maraqlarının əksinə olaraq xidməti
səlahiyyətlərdən istifadə etmək, səlahiyyətlərin aşması və s) qanunpozmasıdır. Bu qanunpozmalar
çoxnövlüdür və cinayət‐hüquqi, inzibati, mülki‐hüquqi xarakter daşıyırlar.
Korrupsiya cinayətkarlığı müxtəlif cinayət‐hüquqi növlü əməlləri əhatə edir. O, dövlət xidmətinə
və ya digər xidmətə qarşı bir çox cinayətlərdən ibarət olur. Bu, ilk növbədə rüşvətxorluqdur və
eləcə də onunla bağlı xidməti vəzifədən sui‐istifadə əməlləridir, vəzifəni və ya xidməti
səlahiyyətləri aşmaqdır; vəzifə saxtakarlığıdır, aşkarcasına günahsız adamı cinayət məsuliyyətinə
cəlb etməkdir; aşkarcasına qeyri‐hüquqi qərarı çıxarmaqdır və rüşvət naminə və rüşvətin zorla
alınması məqsədilə törədilən bir sıra cinayətlərdir.
Müvafiq qulluqçu ələ alındıqdan sonra o, dövlətə və ya rəsmən xidmətində olduğu digər subyektə
(ictimai, kommersiya və s. təşkilat) deyil, daha çox və ya əlavə pul vəsaiti verənə xidmət etməyə
başlayır.
Korrupsiya olduqca latentlidir (latınca Latens – gizli, məxfi, gözəgörünməz). Bunun mühüm
səbəblərindən biri odur ki, çox vaxt o, iki tərəfin “məxfi razılaşması” kimi təzahür edir və hər iki
tərəf onun üstünün açılmasında maraqlı olmur.
Korrupsiyanın səbəbləri və şərtləri
Burada adətən xidmət, qulluqçu, nəzarət və idarəetmə kimi aspektləri seçib ayırırlar.
Xidmətə münasibətdə korrupsiyanın yaranmasında ən çox iştirak edən üç şərt seçilib ayrılır.
Birincisi, qulluqçunun və onun ailəsinin layiqli yaşaması üçün imkan yaradan əmək haqqının
ölçüsünün kifayət etmədiyi halda baş verir. İkincisi idarəetmənin növü ilə bağlıdır. Normativ
idarəetmədə söhbət əsasən müxtəlif vəziyyətləri nizamlayan hüquqi normalardan gedir. Situativ
idarəetmə isə onunla fərqlənir ki, müxtəlif çeşidli məsələlər mühüm dərəcədə ayrı‐ayrı
qulluqçuların qərarı ilə həll edilir və bu halda da tamahkarlıq və özbaşınalıq üçün geniş meydan
açılır. Üçüncüsü, sosial‐psixoloji şəraitdir. Bu zaman, ofisiantların və qapıçıların arasında
çaypulunun normal təzahür kimi mövcudluğu etiraf edildiyi kimi, elə o səpgidə məmurların da
arasında korrupsiyanın mövcudluğu etiraf edilir.
Sosial mühit və korrupsiya cinayətlərini törədən qulluqçulara gəldikdə isə aşağıdakı
xüsusiyyətləri və xarakteristikaları qeyd etmək zəruridir. Birincisi, kriminal yolla yüksək maddi
rifaha malik olmuş şəxslərin sosial mühitdə mövcudluğu acıqlandırıcı, qeyri‐sabitlik yaradan
amilə çevrilir və ətrafdakıları da şəxsi dövlətə və rifaha nail olmaq üçün bu üsul və vasitələrin
istifadəsinə sövq edən amil olur. İkincisi, əvvəllər maddi rifahla təmin olunmuş ailənin üzvü,
həmin rifahın itirilməsindən sonra təminatlı yaşayışı bərpa etmək istədiyi halda da korrupsiya və
rüşvətxorluğa təhrik oluna bilər. Üçüncüsü, mühitin və şəxsiyyətin “hollivud” milyonerlərinin
yaşayış standartlarına istiqamətlənməsi də rüşvətxorluğun norma və prinsiplərinin bəyənilib
qəbul olunması üçün imkan yaradır. Dördüncüsü, gələcək peşəsiylə qeyri‐qanuni gəlirlərin,
hədiyyələrin alınmasını məqsəd tutan şəxs tərəfindən şüurlu surətdə müvafiq ali məktəbi seçməsi,
artıq lap əvvəldən gələcək cinayət yolunun təhlükəli seçimini müəyyənləşdirir.
Qulluqçuların gəlirləri və xərcləri, onların vəzifə öhdəliklərinin icrası üzərində nəzarətin
olmaması, korrupsiya faktlarına biganəliyin olması korrupsiyanı yaradan ən güclü amillərdən
biridir və bu, cəzasızlıq psixologiyasını doğurur.
Korrupsiya cinayətlərinin geniş yayılmasının arxasında dövlətin və cəmiyyətin idarə
olunmasındakı iri səhvlər, dövlət xidmətinin və ya digər xidmət növünün fəaliyyətinin zəif
iqtisadi və təşkilati əsasları, dərəbəylik və özbaşınalıq psixologiyasının geniş yayılması, rifahın,
mənfəətin əldə edilməsi naminə hər cür vasitələrin istifadəsinin qarşısının alınmaması, hüquqi
biganəlik və hüquqi həyasızlıq durur.
Korrupsiya ilə mübarizə tədbirləri
Korrupsiya cinayətinə qarşı ümumi mütəşəkkil mübarizə aşağıdakılara əsaslanmalıdır:
•
korrupsiyanın dəyişməsinin və onun səbəblərinin daimi təhlili;
•
real sosial‐iqtisadi, siyasi şəraitin, ictimai şüurun və hüquq‐mühafizə sisteminin
vəziyyəti nəzərə alınmaqla korrupsiya ilə mübarizənin strategiya və taktikasının
müəyyənləşdirilməsi;
•
qanun əsasında;
•
respubllikadakı korrupsiya ilə mübarizənin maddi, kadr, hüquqi cəhətdən real təmin
olunmuş məqsədli proqramlarının hazırlanması;
•
bütün
dövlət
orqanlarının
və
hüquq‐mühafizə
orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi;
•
kadrların xüsusi hazırlanması və hüquq‐mühafizə orqanlarında xüsusi təyinatlı
hissələrin yaradılması;
•
əhalinin, hüquqi şəxslərin və müxtəlif qurumların yardımından istifadə edilməsi;
•
işin nəticələrinin sistematik qiymətləndirilməsi və tədbirlərin korrektə edilməsi.
Xüsusi xəbərdarlıq tədbirləri aşağıdakılardan ibarətdir:
•
qulluqçuların və onların ailələrinin layiqli həyat səviyyəsini təmin edən əmək
haqqının qulluqçular üçün təyin edilməsi;
•
dövlət qulluqçularının və bir sıra digər qulluqçuların gəlirləri və xərcləri üzərində
ciddi nəzarətin təyin edilməsi;
•
kadr siyasətində kadrların rotasiyasından istifadə edilməsi;
•
korrupsiya ilə mübarizə aparan şəxslərin və onların ailələrinin təhlükəsizliyinin təmin
edilməsi;
•
vəzifəli şəxslərin səlahiyyətləri ilə həmin səlahiyyətlərin təmininin qanunla təyin
edilmiş üsulları arasındakı fərq faktlarının aradan qaldırılması;
•
bahalı dövlət mənzilləri, evləri, nəqliyyatının sırf xidməti istifadəsi rejiminin
yeridilməsi;
•
büdcədən olan ödənişlərin yalnız qanun əsasında edilməsi;
•
korrupsiya ilə mübarizə üzrə xarici təcrübənin nəzərə alınması.
Bir qayda olaraq, korrupsiya qarşılıqlı mənfəət razılaşması olduğu üçün nə o, nə də bu tərəf onun
ifşasında maraqlı deyildir. Buna görə də belə cinayətlərin üstünün açılması işi mühüm maneələrlə
qarşılaşır. Həmin cinayətlərin qarşısının alınması və aşkara çıxarılması üçün dövlət funksiyalarını
icra edən şəxslərin müəyyən kateqoriyalarının gəlirləri və xərcləri üzərində nəzarət təyin
olunmalıdır.
“ANKOR” İnformasiya Agentliyi üçün
“REYTİNQ” Müstəqil Analitik Qrupu tərəfindən
“Korrupsiya ‐ şəxsi varlanmaq məqsədilə xidməti vəzifənin sui‐istifadə edilməsidir” mövzusu
üzrə kütləvi sorğu keçirilib
Sorğuda 500 respondent iştirak edib:
Yaş qrupları:
•
16–25 ‐ 19,4;
•
26‐35 ‐ 24,2%;
•
36‐45 ‐ 22,4%;
•
46‐55 ‐ 18,4%;
•
56‐… ‐ 15,6%.
Təhsil qrupları:
•
natamam orta ‐ 0,2%;
•
orta ‐ 37,8%;
•
orta‐ixtisas ‐ 15,4%;
•
natama ali ‐ 7,4%;
•
ali ‐ 39,0%.
Birinci sual, “Sizin korrupsiyaya, rüşvətxorluğa münasibətiniz?”:
•
normal ‐ 8,4%;
•
mənfi ‐ 78,8%;
•
bilmirəm ‐ 12,8%.
İkinci sual, “Korrupsiyanı, rüşvətxorluğu hər bir cəmiyyət üçün hər bir dövrdə qanunuyğun
təzahür hesab edirsinizmi?”:
•
hə ‐ 10,2%;
•
yalnız ayrı‐ayrı dövrlərdə ‐ 13,8%;
•
yox ‐ 60,4%;
•
bilmirəm ‐ 15,6%
Üçüncü sual, “Ölkəmizdəki korrupsiyanın, rüşvətxorluğun digər ölkələrə nisbətən səviyyəsini
necə hesab edirsiniz?”
•
çox yüksək, dövləti başından ayağınadək əhatə edir ‐ 76,6%;
•
yüksək, dövlət qurluşunun müəyyən hissələrini
əhatə edir ‐ 13,0%;
•
orta, korrupsiyanın ayrı‐ayrı təzahürləri
mövcuddur ‐ 2,6%;
•
aşağı, korrupsiya xüsusi, təsadüfi xarakter daşıyır ‐ 0,0%;
•
bilmirəm ‐ 7,8%.
Dördüncü sual, “Korrupsiya, rüşvətxorluq ilk növbədə kimin üçün sərfəlidir”
•
iqtidara ‐ 66,4%;
•
məmurlara ‐ 20,4%;
•
vətəndaşlara ‐ 0,6%;
•
bilmirəm ‐ 12,6%.
Beşinci sual, “Korrupsiyanın, rüşvətxorluğun ölkəmizdəki mövcud səviyyəsi üçün ən çox kim
məsuliyyət daşıyır?”
•
dövlət başçısı ‐ 35,8%;
•
hökumət ‐ 11,6%;
•
hüquq‐mühafizə orqanları ‐ 13,4%;
•
yuxarıda göstərilənlərin hamısı ‐ 35,4%;
•
heç kim ‐ 0,0%;
•
bilmirəm ‐ 3,8%.
Sosioloji sorğunun yekunlarının birinci hissəsinə verilən şərh
Cəmiyyətimizin bütün sahələrinə korrupsiyanın hansı dərəcədə sirayət etdiyi bu günkü
reallığımızda açıq‐aydın görünür. Ancaq sorğu müəyyən etdi ki, sorğulananların əksəriyyəti
(78,8%) korrupsiyaya mənfi münasibət bəsləyir.
Eyni zamanda da, sorğulananların əksəriyyəti (60,4%) korrupsiya, ruşvətxorluğu cəmiyyətin
inkişafı üçün qanunauyğun təzahür hesab etmir.
Arasında 16‐dan yuxarı bütün yaş qruplarının nümayəndələri olan 500 respondentdən heç biri
Azərbaycanda korrupsiyanın aşağı, yəni təsadüfi xarakter daşıdığını hesab etmir.
Olkədə orta səviyyəli korrupsiyanın mövcud olduğunu çox az respondent (2,6%, yəni 3%‐dən az)
hesab edir. Ümumiyyətlə respondentlərin böyük əksəriyyəti, yəni89,3%‐i (76,6%+13,0%) ölkədəki
korrupsiyanın səviyyəsini sadəcə orta deyil, yüksək qiymətləndirirlər. Onların azlıqda qalan
hissəsi (13,0%) korrupsiyanın səviyyəsini yüksək, yəni dövlət qurluşunun müəyyən hissələrini
əhatə etdiyini söyləyir, respondentlərin tam əksəriyyəti isə (76,6%) Azərbaycan Respublikasında
korrupsiyanın mövcud səviyyəsini çox yüksək, yəni dövləti başdan ayağa qədər bürüdüyünü
hesab edirlər. Belə cavablar aşkar göstərir ki, cəmiyyətin əksər hissəsi mövcüd reallığı sağlam
şüurla və aydın qiymətləndirir. Buzaman qeyd etmək zəruridir ki, bu məsələdə respondentlərin
nümayiş etdirdikləri cəsarət və aşkarlıq onlar tərəfindən bu bəlanın qəbuledilməzliyini və onların
səbrinin tükəndiyini göstərir.
Beş yüz respondentdən yalnız üç nəfər hesab edir ki, korrupsiya , rüşvətxorluq vətəndaşlar üçün
sərfəlidir. Tam əksəriyyət isə, yəni 86,8% korrupsiyanın, rüşvətxorluğun ilk növbədə dövlət
təmsilçiləri və məmurlar üçün sərfəli olduğunu qeyd edirlər. Onların tam əksəriyyəti, yəni 66,4%‐i
cəmiyyətdə mövcud olan korrupsiyadan, rüşvətxorluqdaq faydalanan obyekt kimi iqtidarı, yəni
hakimiyyətin ən yüksək zirvəsini, qalanları isə, yəni 20,4%‐i məmurları göstərir. Eləcə də
səciyyəvidir ki, respondentlərin bitərəf qalmış əhəmiyyətsiz azlığından (3,8%) savayı qalan
əksəriyyəti hesab edir ki, korrupsiyanın indiki mövcud səviyyəsi özbaşına yaranmayıb və belə
vəziyyətin konkret səbəbkarları vardır. Ümumiyyətlə (korrupsiyanın mövcud səviyyəsinin
səbəbkarı kimi eyni zamanda dövlətin hər üç subyektini göstərənlər də hesaba alınarsa),
respondentlərin 71,2%‐i (35,8%+35,4%) ölkəmizdə korrrupsiyanın, rüşvətxorluğun mövcud
səviyyəsi üzrə ən çox məsuliyyətin dövlət başçısının üzərinə düşdüyünü qeyd edir. Yalnız 48,8%‐i
məsuliyyətin hüquq‐mühafizə orqanlarının, 47,0%‐i məsuliyyətin hökumətin üzərinə düşdüyünü
qeyd edir.
“Korrupsiya ‐ şəxsi varlanmaq məqsədilə xidməti vəzifənin sui‐istifadə edilməsidir” mövzusu
üzrə keçirilən kütləvi sorğunun nəticələrinin ardı
Altıncı sual, “Məmurların seçim imkanı vardırmı: rüşvəti almaq və ya almamaq, korrupsiya
sisteminə qoşulmaq və ya qoşulmamaq?”
•
hə ‐ 27,8%;
•
yox ‐ 41,6%;
•
bilmirəm ‐ 30,6%.
Yeddinci sual, “Məmurları korrupsioner, rüşvətxor olmağa ilk növbədə nə vadar edir?”
•
fəaliyyət mühiti ‐ 2,6%;
•
yüxarı vəzifəni tutan rəislərə payın daim verilməsi ‐ 6,6%;
•
aşağı səviyyəli maaş ‐ 21,2%;
•
yuxarıda göstərilənlərin hamısı ‐ 53,6%;
•
heç nə ‐ 0,8%;
•
bilmirəm ‐ 15,4%.
Səkkizinci sual, “Siz rüşvəti tez‐tezmi verirsiniz?”
•
lap tez‐tez ‐ 7,6%;
•
tez‐tez ‐ 18,6%;
•
hərdən ‐ 29,6%;
•
heç zaman ‐ 38,4%;
•
bilmirəm ‐ 5,8%;
Sorğu 1999‐cu ilin martında keçirilib.
Sosioloji sorğunun yekunlarının ikinci hissəsinə verilən şərh
Respondentlərin nisbətən əksəriyyəti, yəni 41,6%‐i hesab edir ki, məmurların seçim imkanı
yoxdur: rüşvəti almaq və ya almamaq, korrupsiya sisteminə qoşulmaq və ya qoşulmamaq. Yəni
cəmiyyət üzvlərinin əksəriyyəti məmurların vəziyyətinin çıxılmaz və vəzifəsindən çox asılı
olduğunu, vəzifəsinin onu rüşvət almağa, mövcud korrupsiya sisteminin həmiştirakçısı olmağa
məcbur etdiyini hesab edirlər. Bununla da məmurlara bəraət qazandırır və öz vəziyyətlərinin
ümidsizliyini bir daha da nəzərə çarpdırırlar ki, korrupsiya kimi sosial bəla ilə barışmağa
məcburdurlar.
Respondentlərin yarısından çoxu (53,6%) məmurları korrupsioner, rüşvətxor olmağa vadar edən
amillər kimi anketdə təklif olunan amillərin hamısını göstəriblər. Bu respondentlər də hesaba
alınmaqla ümumən respondentlərin 74,8%‐i (21,2%+53,6%) bunun səbəbini ilk növbədə
məmurların maaşlarının aşağı səviyyədə olmasında görürlər. Daha sonra isə bütün
respondentlərin 60,2%‐i (6,6%+53,6%) bünün səbəbini özündən yuxarı vəzifəni tutan rəislərin
payının daim verilməsində görürlər. Nəhayət, bütün respondentlərin 56,2%‐i (2,6%+53,6%) bunun
səbəbini məmurun fəaliyyət göstərdiyi mühitdə görürlər. Yəni cəmiyyət üzvlərinin əksəriyyəti
məmurların
düşdükləri
mühitin,
vəziyyətin
korrupsiyalandığını
və
uyğun
olaraq
korrupsiyalaşdırıcı rolunu çox gözəl anlayırlar.
Birincisi, rüşvət həmişə yalnız rüşvətalanın marağında deyildir, ikincisi, rüşvətalan həmişə
prinsipsiz və mənəviyyatsız adam deyildir. Bütün cəmiyyətin korrupsiya bəlasına tutulduğu
şəraitdə, bəzən namuslu, prinsipial insan da yaranmış şəraitdə obyektiv olaraq elə vəziyyətə düşə
bilər ki, onun rüşvət təşəbbüsünə əl atmaqdan başqa yolu qalmır. əgər bu nəzərə alınmazsa,
“rüşvəti tez‐tezmi verirsiniz” sualına “heç zaman” cavabını verən respondentlərin nisbətən
yüksək faizini (38,4%) anlamaq mümkün olmaz.
Dostları ilə paylaş: |