155
adamların həyatı buna canlı sübutdur. Hər şey sizin iradənizdən
asılıdır. Sizi üzüb əldən salan, ailə üzvlərini, qohum-qardaşı
mə'yus edən hər hansı bir xəstəliyə Ulu Tanrının və Nişi
Sisteminin köməyi ilə qalib gələ bilərsiniz!..
Bir vacib məsələni yenidən vurğulamaq istəyirəm: Nişi öz
Sistemini təkcə dərd-bəladan xilas olmağa çalışan xəstələr üçün
yaratmayıb. Bu Sistem həm də, bəlkə də daha çox-xəstələnmək
istəməyən sağlamlar üçündür. Bu Sistem xəstəliyin nə olduğunu,
onun verdiyi əzabların ağırlığını, gətirdiyi bədbəxtliklərin
miqyasını hələ xəyalına gətirməyən uşaqlar, yeniyetmələr və
gənclər üçün daha çox vacibdir. Öz körpəsini bu sistemin
tələbləri əsasında tərbiyə edən ana övladına möhkəm cansağlığı
və xoşbəxtlik bəxş etmiş olur. Heç şübhəsiz, real həqiqət budur
ki, Nişi Sisteminə daha çox xəstələr üz tutacaqlar.
YEDDİNCİ FƏSİL
ACLIQLA MÜALİCƏ
Aclıqla müalicə - ən qədim, ən sürətli, həm də ən ucuz və
ən səmərəli müalicə metodudur. Özü də bunu hər adam ev
şəraitində, hətta, işləyə-işləyə də həyata keçirə bilər.
Ömrünün böyük bir hissəsini qidanın insan orqanizminə
təsirini araşdıran və aclıqla müalicə metodunu zənginləşdirən
görkəmli Amerika gigienisti Herbert Şelton bu qənaətə gəlmişdir
ki,insan aclığın köməyi ilə bütün xəstəliklərdən tam sağa və
gəncliyini qaytara bilər.Böyük alim 30.000 nəfərdən çox xəstəyə
şəfa vermişdir. Alimin öz kitabında təsvir etdiyi hadisələrdən
birini,
nümunə üçün, oxuculara təqdim etməyi lazım bildim.
Elmi laboratoriyada bakterioloq işləyən bir gənc yüksək
peşəkarlığı ilə tanınan həkimlərlə hər gün təmasda olduğu halda,
artrit xəstəliyinin caynağından yaxa qurtara bilmirdi. Düz 28 il
sər-tamam canına yeriyən və bədənində lövbər salan bu böyük
bəla onu yumağa döndərmişdi. Bütün orqanları sıradan çıxmışdı,
beli əyilmişdi, yalnız qoltuq ağacının köməyi ilə gəzə bilirdi,
ağrıdan boynunu, başını döndərə bilmirdi. Şiddətli ağrılar ondan
hcç vaxt əl çəkmirdi. Bəzi oynaqları artıq ankiloz olmuşdu -