9
sənayesinin inkişafına, Xəzər şelfində karbohidrogen resurslarının hasilatı və dünya
bazarına nəqlinin şaxələndirilmiş sisteminin qurulmasına, təxminən 100 mlrd.dollar
hacmində xarici investisiya cəlb edilmişdir. Azərbaycan iqtisadiyyatına cəb edilmiş
investisiyanın donorları sırasında Böyük Britaniya, Türkiyə, Fransa, ABŞ, Rusiya və s.
nüfuzlu dövlətlər və bu dövlətlərə məxsus iri transmilli şirkətlər həlledici paya
malikdir. Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrinə görə Azərbaycan,
beynəlxalq rəqabətlilik, insan inkişafı indeksi,işgüzar biznes mühüti və s. kimi meyarlar
üzrə reytinq sistemlərində, aid olduğu ölkələr qrupunda yüksək mövqelərə malikdir.
Əlbəttə aydındır ki, belə yüksək mövqeni təmin edən əsas amillər, zəngin neft-qaz
resursları və onların aktiv təsərrüfat dövriyyəsinə cəlbi siyasəti olmuşdur. Uğurlu neft
kontraktları və yeni əsrin ilk 10-14 ilində dünya neft bazarının əlverişli konyunkturası,
keçid dövrünün ağır iqtisadi irsininin və xarici hərbi müdaxilənin problemlərini həll
edilməsi üçün əhəmiyyətli maliyyə bazasını yaratmışdr.
Milli iqtisadi sistemin bu dövrdə uğurlu inkişafı, Azərbaycan Hökumətini 2012-ci ildə
iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə keçməsi hədəfləyən ambisiyalı inkişaf
strategiyasını - “Azərbaycan- 2020: Gələcəyə baxış” konsepsiyasınını yaratmağa
sövqləndirmişdir. Bütövlükdə geniş əhatə dairəsinə malik olan Konsepsiyanın başlıca
strateji məqsədi, mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı
iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi,
insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş
cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf
mərhələsinə nail olunması kimi təyin olunmuşdur. Son iki on illikdə milli dövlət
quruculuğu və iqtisadi inkişaf sayəsində əldə olunmuş uğurlar fonunda bu məqsəd
təbii və real görünürdü. Konsepsiayanın realizasiyası nəticəsində, 2020-ci ildə
Azərbaycanın mövqeyi, rəqabət qabiliyyətli ölkə olmaqla BMT -nin İnsan İnkişafı üzrə
təsnifatına əsasən “yüksək insan inkişafı” ölkə sıralanmasında yüksələcəyi
proqnozlaşdırılır. Hesab olunur ki, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası
nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq
13000, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi isə 1000 ABŞ dollarına
çatacaqdır.
Konsepsiyada elan olunur ki, göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı
şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli
istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata
transformasiya və sosial iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri
əsas tutulacaqdır. Nəzərdə tutulur ki, seçilmiş strategiya çərçivəsində istehsal
amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının
səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və innovasiyaların üstünlüyü ilə
səciyyələndirilən mərhələyə keçid təmin olunacaqdır. İqtisadiyyatın rəqabət
qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal
siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl
təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici
ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə
cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik
10
məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur. Eyni zamanda, məqsədyönlü şəkildə
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-
qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin
şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq
təhlükəsizliyinin
gücləndirilməsi,
ticarət
və
xidmət
fəaliyyəti
növlərinin
genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun
təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr
ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək
olması nəzərdə tutulur. İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas
götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin
yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb
olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin
təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün
əlverişli zəmin yaradacaqdır. Konsepsiyada həmçinin nəzərdə tutulur ki, iqtisadi artım,
ölkədə sosial rifahın yüksəlməsi və insan kapitalının prioritetli inkişafını, o cümlədən,
təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsini təmin edəcəkdir.
Beləliklə Konsepsiyada, iqtisadi inkişaf sahəsində ən mühüm və qlobal hədəf kimi,
Azərbaycanda yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının başa
çatdırılması və milli iqtisadiyyatın yeni keyfiyyət mərhələsinə keçidini şərtləndirəcək
əsas fəaliyyət istiqamətləri: Səmərəli dövlət tənzimləməsinə və yetkin bazar
münasibətlərinə əsaslanan iqtisadimodelin formalaşması; İqtisadiyyatın strukturunun
təkmilləşdirilməsi, qeyri -neft sektorunun inkişafı; Elmi potensialın və innovasiya
fəaliyyətinin dəstəklənməsi kimi təsbit olunmuşdur.
2.2. İqtisadiyyatın şaxələndirilməsi və ya inkişafın dayanıqlığı.
Milli iqtisadi inkişafın, qeyd edildiyi kimi, ambisiyalı hədəflərinin reallıq potensialının
qiymətləndirilməsindəki əsaslı fikir ayrılıqlarına baxmayaraq, ümumən Konsepsiya,
qəbul edildiyi ilk illərdə uğurla icra olunmuşdur. Lakin, iqtisadi sistemin inkişafının
kifayət qədər şaxələndirilməsinin təmin olunmaması səbəbindən, bu konsepsiyasının
realizasiyası, son iki ildə ciddi problemlərlə üzləşdi. Xüsusi ilə qeyd etməyi vacib
sayırıq ki, iqtisadi inkişafın şaxələndirilməsinin yetərli olmamasının əsas amili,
fikrimizcə, “şaxələndirməyə yanaşmanın” düzgün seçilməməsidir. Beləki, faktiki
olaraq, milli iqtisadi siyasətin qurucuları, şaxələndirməni daha çox formal-
institutsional və hətta daha çox qeyri-iqtisadi amillərlə təmin etməyə üstünlük verərək,
neft-qaz resurslarının nəqli marşrutlarının artırılması, milli valyutanın yüksək “stabil”
kursunun bütün vasitələrlə qorunması, regional inkişafda infrastruktur layihələrinə
önəm verilməsi və inkişafın nəticəliliyinin beynəlxalq reytinq sistemlərinin “məqsədli”
metodikaları ilə müəyyənləşdirilməsi yolunu seçmişlər. İqtisadi fikir tarixi və dünya
təcrübəsinin dərsləri göstərir ki, belə yanaşma, iqtisadi sistemin inkişafında daha
məhsuldar və dayanıqlı hesab edilən, sistemin daxili inkişaf potensialının səfərbər
olunması, “özünü inkişaf” qabiliyyətinin bərpası və inkişafın, ümumən